Month: March 2020

  • Rusiyada sərnişin təyyarəsi təcili eniş etdi

    Rusiyanın Kemerovo vilayətində təyyarə təcili eniş edib.

    MK-nın xəbərinə görə, S7 aviaşirkətinin İrkutsk vilayətindən Moskvaya uçan təyyarəsi Kemerovoda təcili eniş etməyə məcbur olub.

    Təyyarə havaya qalxandan yarım saat sonra 58 yaşlı sərnişinin vəziyyəti pisləşib.

    Hava gəmisində olan həkim ürəyində narahatlıq yaranan sərnişinə ilk yardım göstərib və təcili eniş zərurəti barədə xəbər verib.

  • Vilayət Eyvazov rəisi işdən çıxardı

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi, polkovnik-leytenant Surxay Cəfərov vəzifəsindən azad olunub.

    Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov vəzifəsindən azad olunaraq, DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.

  • Azərbaycanda qadınların ağır işlərdə çalışması ilə bağlı qadağa aradan götürülə bilər

    “Azərbaycanda bütün qadınların əmək şəraiti zərərli və ağır olan iş yerlərində işləməsi ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılması, yalnız hamilə və himayəsində üç yaşınadək uşağı olan qadınların belə iş yerlərində işləməsinə qadağa qoyulması üçün təkliflər hazırlanır”.

    Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

    Onun sözlərinə görə, Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.

    T.İbrahimova qeyd edib ki, Əmək Məcəlləsindən irəli gələrək, Nazirlər Kabineti 1999-cu ildə “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nı təsdiqləyib. Bu siyahıda qadın əməyinin tətbiqinin qadağan olunduğu 600-ə qədər iş yerinin adı qeyd edilib.

    Siyahıdakı iş yerləri kənd təsərrüfatı, emal və qida sənayesi, neft-qaz hasilatı, metallurgiya sahəsi və s. sahələrə aiddir. Həmin sahələrdəki işlərin əksəriyyəti məhz ağır yükqaldırma, zərərli maddələrin istehsalı ilə əlaqəlidir.

    Bu siyahının ölkədəki əmək qabiliyyətli bütün qadınlara şamil edildiyini deyən T.İbrahimova əlavə edib ki, siyahının təsdiq edildiyi vaxtdan sonrakı müddətdə bəzi peşələr üzrə istifadə edilən avadanlıq və texnika müasirləşib. Buna görə də artıq həmin işlərə ağır iş yerləri demək olmaz:

    “Bu gün həmin o siyahıda göstərilən bəzi peşələr üzrə avadanlıqlar, texnikalar müasirləşdiyindən qadınlar üçün həmin iş yerlərində kişilərlə bərabər işləməsinə qadağa qoya bilmərik. Çünki bu, özü ayrı-seçkiliyə gətirib çıxarır.

    Bu amilləri nəzərə alaraq, “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın yenilənməsi vacibdir. Qadın əməyinin tətbiqinin qadağa olunduğu iş yerlərinin də bütün qadınlara deyil, yalnız hamilə və himayəsində üç yaşınadək uşağı olan qadınlara aid edilməsi düzgün olar”.

    T.İbrahimova bildirib ki, həm Avropa Şurası, həm digər beynəlxalq təşkilatların ekspertləri Azərbaycan qanunvericiliyinin təhlilini apardıqdan sonra ölkəmizə də bu məsələyə baxılaraq qadağanın yalnız hamilə və himayəsində körpə uşağı olan qadınlara şamil edilməsini tövsiyə edib.

    O, artıq Moldova, Ukrayna qanunvericiliyində bu istiqamətdə dəyişikliklərin olduğunu, hazırda Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstanda, Qırğızıstanda bu məsələyə baxıldığını da nəzərə çatdırıb.

    Komitə rəsmisi əlavə edib ki, Əmək Məcəlləsinin 241-ci maddəsinə əsasən, qadınların müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də qadağandır.

    Məcəllə əsasında qadınların ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması və əl ilə qaldırılıb başqa yerə daşınması, 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınmasına icazə verilmir:

    “Yəqin ki, müasir texnologiyanın tətbiqi ilə əlaqədar olaraq, gələcəkdə Əmək Məcəlləsində bu qadağaların da aradan qaldırılmasına baxıla bilər”.

  • В столице США объявили режим ЧС из-за коронавируса

    Режим чрезвычайной ситуации (ЧС) объявлен в столице США, заявила журналистам мэр Вашингтона Мюриэл Боузер.

    Как сообщает РИА Новости, по ее словам, в среду в городе выявили шесть новых случаев коронавируса, общее число зараженных достигло 10.

    Режим ЧС дает мэру возможность вводить обязательный карантин и преследовать по закону продавцов, которые пытаются завышать цены в период кризиса.

  • Vaşinqtonda fövqəladə hal elan edildi

    ABŞ-ın paytaxtı Vaşinqtonun meri Muriel Bouzer şəhərdə fövqəladə vəziyyətin elan edildiyini bildirib.

    “RİA Novosti” xəbər verir ki, bu gün Vaşinqtonda daha altı koronavirusa yoluxma halı təsbit edilib.

    Xəstəliyə yoluxanların sayı 10 nəfərə çatıb.

    Qeyd etmək lazımdır ki, fövqəladə vəziyyət merə icbari karantin tətbiq etməyə və böhran dönəmində qiymətləri süni şəkildə qaldıran satıcıları məsuliyyətə cəlb etməyə imkan verir.

  • Bakıda ana və uşağı maşın vurdu – VİDEO

    Bakıda yay aylarında baş vermiş piyadavurma hadisəsinin görüntüləri yayılıb.

    Avtosfer.az xəbər verir ki, piyadalar üçün nəzərdə tutulmayan ərazidən keçən ana və uşağı “VAZ 2107” markalı avtomobil vurub.

    Maraqlıdır ki, həmin vaxt yolun ortasında digər bir ana uşağın əlindən tutaraq dayanıb.

    Həmçinin, piyadalar kütləvi şəkildə yolu avtomobillərin arasından keçirlər.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) departament rəisi vəfat edib.

    ASCO-nun Layihələrin idarə edilməsi departamentinin rəisi Kərim Sultanov ölüb.

    O, 1977-ci il iyulun 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin Dilşünaslıq/tərcüməçi-referent (ingilis dili) ixtisasını bitirib.

    Kərim Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Tibb Kitabxanasında tərcüməçi kimi başlayıb. Daha sonralar müxtəlif illərdə Azərbaycan Futbol Assosiasiyası, “Aİ crane” LTD, “Xəzərdənizneftqaztikini” tresti, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb.

    2014-cü ildən ASCO sıralarına qoşulan Kərim Sultanova müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib. Göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub.

    O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

  • Иран согласился отдать Украине “черные ящики” сбитого Boeing 737

    Тегеран согласился передать Украине “черные ящики” со сбитого над Ираном пассажирского самолета авиакомпании “Международные авиалинии Украины”.

    Как сообщают “Факты”, об этом зявил украинский посол в Канаде Андрей Шевченко, комментируя итоги сессии Совета ICAO в Монреале.

    По его словам, представитель Ирана Фархад Парвареш также поставил условие, что при необходимости дополнительной экспертизы самописцев они должны быть переданы Франции.

    Иранские военные сбили украинский самолет 8 января 2020 года.

    Boeing 737 авиакомпании “Международные авиалинии Украины” выполнял рейс по маршруту Тегеран – Киев, на его борту находились 176 человек. Все они погибли.

  • İran vurulan “Boeing 737”nin “qara qutularını” Ukraynaya verəcək

    İran ölkənin hava məkanında vurulan “Boeing 737” sərnişin təyyarəsinin “qara qutularını” Ukraynaya təqdim etməyə razılıq verib.

    “Faktı” xəbər verir ki, bunu Ukraynanın Kanadadakı səfiri Andrey Şevçenko bildirib.

    Onun sözlərinə görə, İran nümayəndəsi Fərhad Pərvəreş “qara qutularla” bağlı ortaya bir şərt qoyub.

    O, əlavə ekspertiza zərurəti yarandıqda “qara qutuların” Fransaya verilməli olduğunu vurğulayıb.

    Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də iranlı hərbçilər ölkənin hava məkanında uçan “Boeing 737” təyyarəsini vurublar.

    Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

  • Bakıda bu binanın zirzəmisinə su yığılır – VİDEO

    Bakının Sabunçu rayonunda yerləşən bina qəzalı vəziyyətdədir.

    Bakıxanov qəsəbəsi, Yavər Əliyev ünvanında yerləşən 22 nömrəli bina 1959-cu ildə istifadəyə verilib.

    Həm çökmə təhlükəsi, həm də zirzəmilərə yığılan su sakinlərin ciddi narahatlığına səbəb olur.

    Sakinlər bildirir ki, məsələ ilə bağlı müraciət etmədikləri qurum qalmayıb.

    “Azəristiliktəchizat” ASC-nin əməkdaşları bir neçə dəfə zirzəmiyə yığılan suyu çəksələr də , 3-4 gün sonra eyni problem yenidən baş qaldırır.

    Daha ətraflı videosüjetdə: