Month: March 2020

  • Nazirlikdə kart maxinasiyası: Hüseynqulu Bağırov hər ay Departament rəhbərindən 10 min haqq alırdı

    Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun daha bir korrupsiya əməli ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, keçmiş işçilərinin məhkəmədə verdikləri ifadələrə əsasən H.Bağırov nazirlikdə müxtəlif adamların adlarına çoxsaylı maaş kartlarının açılmasına, nəticədə pulların kartlardan çıxarılıb mənimsənilməsinə şərait yaradıb. Və özü də hər ay bu işdən 10 min manat haqq alıb. Üstəlik iki il əvvəl “kart korrupsiyası” sxemi ilə məşğul olan işçilərindən bir dəfəyə 265 min manat alaraq qaytarmayıb. Nazir dəyişəndə bu sxemin üstü açılıb və iştirakçılar məsuliyyətə cəlb olunub. Lakin Hüseynqulu Bağırova hələlik bu işlə bağlı hansısa irad bildirən yoxdur.

    Hüseynqulu Bağırovun da qarışdığı mənimsəmə sxemi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasında danışıblar.

    Mənimsəmədə təqsirləndirlən şəxslər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdir.Onlardan yalnız İlqar Hacıyev həbsdədir. İş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı 27 nəfər tanınıb.

    Prosesdə təqsirləndirilən Əkbər Həsənov digər təqsirləndirilən İlqar Hacıyevin vəkili Ramil Məmmədzadənin suallarına cavab verib. O suallara cavab olaraq, rəhbəri olduğu Departamentin birbaşa nazirə tabe olduğunu bildirib və əlavə edib ki, mənimsənildiyi iddia olunan 451 min manatı cari xərclər, internet, telefon xətləri, bütün kommunikasiya xətləri, Şahdağda itkin düşmüş alpinistlərin axtarışı üçün sərf etmişdilər.

    Departamentdə müxtəlif şəxslərin adına kart açılaraq aylıq maaş ayrılması ilə bağlı suala cavab olaraq, yalnız 25-30 kartdan xəbərdar olduğunu deyən Ə.Həsənov digər şəxslərə kart açılmasında İlqar Hacıyevi günahlandırıb.İ.Hacıyev isə bunu təkzib edərək deyib ki, departamentin min nəfərdən artıq işçi siyahısı hər ay Ə.Həsənova təqdim edilib və o, hər şeydən xəbərdar olub.

    Vəkil R.Məmmədzadə bu dəfə Ə.Həsənovdan sabiq nazir H.Bağırovun 2018-ci ildə ondan 265 min manat istəyib-istəmədiyini soruşub. Ə.Həsənov bu fikirlərə münasibət bildirməyib. O, digər suala cavab olaraq bildirib ki, rəhbər olduğu Departament aylıq xərclərlə bağlı nazirə məlumat vermirdi:”Bütün işlər görülüb, amma etiraf edirəm ki, sənədləşmə işləri aparılmayıb. Buna görə də indi həmin məbləğ mənimsəmə və israf etmə kimi qiymətləndirilir. Nazirə demirdim, öz işimizin xətrinə edirdim”.

    451 min manatlıq zərərin 300 min manata yaxınını ödəyən Ə.Həsənov qalan hissəni niyə ödəməməsi ilə bağlı sualı belə cavablandırıb ki, anlaşmaya əsasən qalan pulları İ.Hacıyev odəməli idi. İ.Hacıyev isə 151 min manatı ödəmək fikrində olmadığını deyib, ona görə ki, özünü günahkar saymır və mənimsəmədə əli yoxdur.


    Daha sonra məhkəmədə sərbəst ifadə verən İ.Hacıyev deyib ki, çalışdıqları Departamentdə ilk dəfə audit yoxlaması aparılanda 25 min manatlıq çatışmazlıq üzə çıxıb: “Bu, büdcəsi 2-3 milyon olan idarə üçün çox kiçik məbləğ idi. Ə.Həsənov həmin məbləği ödədi. Bir müddət keçəndən sonra bizi işdən çıxardılar. Könüllü ərizə yazmağımızı istədilər. Yazmasaydıq, audit yoxlamasının nəticəsini prokurorluğa göndərəcəkdilər. Biz də ərizə yazdıq. Sonradan keçirilən audit yoxlamasında isə dəymiş ziyan 451 min manat oldu”.

    İ.Hacıyev 451 min manatlıq ziyanın yaranması və ayrı-ayrı şəxslərin adına maaş yazılması barədə danışaraq bildirib ki, işlədikləri müddətdə hər ay 30-a yaxın şəxsin adına maaş yazılaraq nağdlaşdırılıb. Həmin məbləğ tam olaraq Ə.Həsənova verilib.

    İ.Hacıyevin bildirdiyinə görə, keçmiş nazir H.Bağırovun 2018-ci ildə onlardan aldığı 265 min manatdan sonra işlər bu vəziyyətə çatıb: “Əkbər Həsənov bunu mənə deyəndə bildirdim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Ə.Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə də Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi və münasibətləri yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını artırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasında xəbərsizdir.


    Mən dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir təyin olunsa, pulu tam olaraq qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı.Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu. Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük. Yeni nazir dedi ki, heç bir qanunsuz iş görülməsinə icazə verilməyəcək. Audit yoxlamalarından sonra bu məsələlər üzə çıxdı”.

    O qeyd edib ki, bu məsələləri mediaya açıqlayacağını dedikdən sonra H.Bağırov dəymiş zərərlə bağlı Ə.Həsənovun adından 300 min manat ödəyib, qalanını isə söz versə də ödəməyib.

    İ.Hacıyev ifadəsində Departamentdə çalışdığı müddətdə nazirin bir çox qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini də açıqlayıb. O bildirib ki, söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları var.Proses davam etdiriləcək. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

    İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə – direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq, külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Zərərçəkən 27 nəfər də əmək müqaviləsi izmalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.

    Xatırladaq ki, Hüseynqulu Bağırov vəzifədən uzaqlaşdırılandan sonra onun ölkədə və xaricdə, Türkiyə və bir sıra Avropa ölkələrində çoxsaylı biznes aktivləri, mülkləri, şirkətləri barədə faktlar açıqlanmışdı. Məlum olmuşdu ki, keçmiş nazirin ailə üzvləri Almaniyada, Böyük Britaniyada, Türkiyədə, Çexiyada, Latviyada və digər ölkələrdə otellərə, kommersiya daşınmaz əmlaka, müxtəlif biznes sahələri ilə məşğul olan şirkətlərə, o cümlədən Azərbaycanda otellərə və s. obyektlərə malikdir.
    //virtualaz.org

  • Azərbaycanın ali məktəblərində tədris ili uzadıldı – RƏSMİ

    Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

    APA-nın xəbərinə görə, bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

    Əmrdə qeyd edilib ki, buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi, mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək.

  • Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

    Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib.

    Aeroportun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib.

    “Koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantina yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdə yayımlanan çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”- deyə məlumatda vurğulanıb.

    Bakı Aeroportunda eyni zamanda bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbi vətəndaşlardır.

  • ВОЗ обратилась к странам, в которых не был обнаружен коронавирус

    Генеральный директор Всемирной организации здравоохранения (ВОЗ) Тедрос Адханом Гебрейесус призвал страны, в которых не был обнаружен новый коронавирус или выявлено менее 10 случаев, сделать все необходимое, чтобы не допустить у себя его вспышки.

    По его словам, коронавирус не обнаружен в 81 стране мира.

    “Они не должны допустить возможности попадания этого вируса в их страны. Есть также 57 стран, которые сообщили о 10 или менее случаях. Они могут прекратить это в самом начале”, – подчеркнул глава ВОЗ.

    Он добавил, что действия стран по сдерживанию вируса должны быть жесткими.

    “Мы полагаем, что в тех странах, где уже есть зараженные, вирус все еще можно сдержать, каким бы большим ни было количество зараженных. Мы убеждены, что хотя это и первый коронавирус, который был объявлен пандемией, это будет также первый коронавирус, который можно сдержать и контролировать”, – приводит РИА Новости слова Гебрейесуса.

  • Azərbaycanda bankların iş rejimi uzadıldı – RƏSMİ

    “Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır”.

    Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə bildirib.

    Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi Azərbaycanın nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib.

    Baş nazirin “Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu?” və “Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var?” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır. Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib:

    “Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin, ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur.

    Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər.

    Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcək”, – deyə Elman Rüstəmov qeyd edib.

  • UEFA avrokubokun daha 3 oyununun azarkeşsiz keçiriləcəyini açıqlayıb

    Avropa Liqasının 1/8 final mərhələsinin daha 3 oyunu koronavirus xəstəliyinin yayılması səbəbindən azarkeşsiz keçiriləcək.

    Apasport.az saytının məlumatına görə, bunlardan ikisi ilk, biri isə cavab matçlarına təsadüf edəcək.

    UEFA sabah baş tutacaq LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) və “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) qarşılaşmasına azarkeşlərin buraxılmasını qadağan edib. Həmçinin martın 19-da Almaniya “Bayer”i ilə Şotlandiya təmsilçisi “Reyncers” arasında Leverkuzendəki cavab qarşılaşması da boş tribunalar önündə oynanılacaq.

    Qeyd edək ki, UEFA sabah keçirilməsi nəzərdə tutulan “İnter” – “Xetafe” və “Sevilya” – “Roma” oyununu təxirə salıb.

  • Завершился визит президента Туркменистана в Азербайджан – ФОТО

    Завершился официальный визит президента Туркменистана Гурбангулы Бердымухамедова в Азербайджан.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в честь президента Туркменистана в международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги обеих стран, был выстроен почетный караул.

    Г.Бердымухамедова провожали первый вице-премьер Азербайджана Ягуб Эйюбов, замглавы МИД Халаф Халафов и другие официальные лица.

  • Gürcüstanda 12 yaşlı uşaqda koronavirus tapıldı – Xalasından yoluxub

    Gürcüstanda 12 yaşlı uşaqda koronavirus aşkar edilib, yeniyetmənin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.

    Virusun yeniyetməyə İtaliyadan qayıdan xalasından keçdiyi bildirilir. 12 yaşlı uşaqda xəstəlik böyüklərə nisbətən daha yüngül formada davam edir.

  • Иран согласился отдать «черные ящики» сбитого украинского Boeing

    Власти Ирана согласны передать Украине “черные ящики” сбитого Boeing 737-800.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил посол Украины в Канаде Андрей Шевченко.

    “Представитель Ирана Фархад Парвареш на сессии Совета в Монреале: Иран соглашается направить “черные ящики” на Украину с последующей передачей Франции в случае, если понадобится дополнительная экспертиза”, – написал Шевченко в Twitter.

    Выполнявший рейс в Киев Boeing 737-800 “Международных авиалиний Украины” потерпел крушение вскоре после вылета из аэропорта Тегерана 8 января рано утром. По официальным данным, погибли 176 человек: граждане Ирана, Украины, Канады, Великобритании, Германии, Швеции и Афганистана.

    Иранские военные 11 января заявили, что украинский Boeing был сбит случайно, виной стал человеческий фактор: самолет пролетал рядом с военным объектом Ирана и был принят за “вражескую цель”, а именно за крылатую ракету, уточнили они. При этом в Иране отметили, что ожидали атаки со стороны США, в связи с чем системы ПВО страны были приведены в полную боевую готовность. Президент Украины Владимир Зеленский заявил, что ожидает от Ирана полного признания вины, официальных извинений, наказания виновных и выплаты компенсаций.

  • Tehran vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”larını Kiyevə verməyə razıdır

    İran hakimiyyəti yanvar ayında Tehran yaxınlığında İran ordusu tərəfindən səhvən vurulan Ukrayna təyyarəsinin “qara qutu”larını Fransa vasitəsilə Ukraynaya təhvil verməyə razıdır.

    APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Kanadadakı səfiri, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndəsi Andrey Şevçenko özünün “Twitter” səhifəsində məlumat verib.

    “İran nümayəndəsi Fərhad Parvareş ICAO Şurasının Monrealdakı iclasında deyib ki, İran “qara qutu”ları Ukraynaya göndərməyə razıdır, bunun ardınca əlavə ekspertizanın lazım olduğu təqdirdə Fransaya təhvil verilməsini təmin edəcək”, – deyə Andrey Şevçenko yazıb.

    Qeyd edək ki, İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar yanvarın 20-də bildirmişdi ki, ölkə uçuş qeydləri haqqında məlumatı Ukraynaya verəcək. O qeyd edib ki, “qara qutu”lar Fransa, Kanada və ABŞ-ın təcrübəsindən istifadə olunmaqla Kiyevdə oxunacaq. Ancaq yanvarın 22-də İranın “Fars” agentliyi Yol və Şəhər İnkişaf naziri Məhəmməd Eslaminin sözlərini əsas gətirərək, qutuların oxunmasının İranda keçiriləcəyini bildirmişdi.