Month: March 2020

  • В Иране вице-президент и два министра заразились коронавирусом

    Агентство Fars опубликовало список иранских чиновников, заразившихся COVID-19, среди которых фигурирует вице-президент Ирана Эсхак Джахангири, министр культурного наследия, ремесел и туризма Али Мунесан, министр промышленности и торговли Реза Рахмани.

    Как передает Median.Az со ссылкой на РИА Новости, в сообщении отмечается, что Джахангири был помещен в карантин и проходит лечение, у остальных отмечается улучшение самочувствия.

    После того как Иран 19 февраля впервые сообщил о выявлении случаев коронавируса в стране, ряд иранских соседей – Азербайджан, Туркмения, Пакистан – временно закрыли границы или погранпереходы. Появлялись сообщения и о закрытии контрольно-пропускных пунктов на ирано-иракской границе, а также закрытии турецко-иранской границы.

    В данный момент в Иране с 19 февраля зафиксировано 9 тысяч случаев заболевания, 354 – со смертельным исходом, более 2,9 тысячи поправились.

    ВОЗ в среду объявила пандемию нового коронавируса в мире. На 11 марта общее количество заражений новым коронавирусом в мире составило 118 тысяч человек в 114 странах мира, скончались 4291 человек.

  • Şirvanda oğul yumruqla atasını qətlə yetirib

    Şirvanda qətl törədilib, oğul atasını öldürüb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş verib.

    43 yaşlı Xanışov Elşən Zeynal oğlu atası 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlu ilə mübahisə edib, bu zaman E.Xanışov atasını yumruq zərbəsi ilə vuraraq qətlə yetirib.

    Oğul saxlanılıb. Z.Xanışoviun meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

    Hazırda faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Prezidentin köməkçisi: “Hər hansı narahatlığa əsas yoxdur”

    “Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır”.

    “Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə deyib.

    Prezidentin köməkçisi 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı:

    “Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu, əlbəttə ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində mümkün olub.

    Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur”.

  • Mikayıl Cabbarov: “Xarici şoklara qarşı güclü maliyyə immuniteti mövcuddur”

    “Bu gün ölkə iqtisadiyyatına əsasən iki təsiretmə imkanına malik amil var: koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması. Qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır”.

    “Report” xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

    Onun sözlərinə görə, cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ümumi daxili məhsulun artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb:

    “Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib”.

    Nazir bildirib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.

    Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığına toxunan Mikayıl Cabbarov deyib: “İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”.

  • У вернувшихся из Италии в Азербайджан студентов не обнаружено признаков COVID-19 – ОФИЦИАЛЬНО

    Амбулаторная служба Скорой медицинской помощи привлечена к процессу обследования вернувшихся домой азербайджанских студентов, получающих образование в Италии.

    Об этом говорится в поступившем в Oxu.Az сообщении Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Отмечается, что в соответствии с процедурными правилами молодых людей по прибытии в Баку доставили из аэропорта в больницу, где они помещены на карантин под наблюдение врачей.

    “Ни у одного из них не обнаружено признаков заболевания. Медики продолжают наблюдать за взятыми на карантин студентами”, – подчеркивается в сообщении TƏBİB.

    В Объдинении отметили, что медицинские структуры республики продолжат осуществление всех профилактических мероприятий, необходимых для предотвращения распространения коронавируса на территории Азербайджана.

  • ARB TV Nazilə Səfərlini efirdən uzaqlaşdırdı

    Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu “Ona qalsa” proqramından uzaqlaşdırılıb.

    Median.Az axşam.az-a istinadən məlumatına görə, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.

    ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib:

    “Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək”.

    N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.

    S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.

    Qeyd edək ki, “Ona qalsa” verilişi mövsümün ortasında “Üç əlli” proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb.

  • Baş Nazir dollarla bağlı əhaliyə çağırış etdi

    “Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlıq artıb”.

    “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə Baş Nazir Əli Əsədov deyib.

    Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Baş Nazir deyib: “Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri vardır.

    Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir”.

    Əli Əsədov qeyd edib ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir. Bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.

    Baş Nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirərək deyib:

    “Lakin biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək.

    Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Artıq qeyd olunduğu kimi, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu 6 dəfə üstələyir.

    Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaqdır”.

  • Əli Əsədov Mərkəzi Banka və bir neçə quruma tapşırıqlar verdi

    Baş Nazir Əli Əsədov Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyinə tapşırıqlar verib.

    “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə bildirilib.

    Müşavirədə Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirmək tapşırılıb.

    Qeyd olunub ki, artıq əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir.

    Mərkəzi Banka Prezidentin tapşırıqlarına müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri davam etdirmək və atılacaq addımları sürətləndirmək, vergi xidməti orqanlarına səlahiyyətləri çərçivəsində valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görmək, Maliyyə Nazirliyinə 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.

  • COVID-19-a görə İtaliyadan qayıda bilməyən müəllim: “Xaosdur, hər şey çox qeyri-müəyyəndir”

    İtaliyanın Sapienza Universitetində təhsil alan ingilis dili müəllimi Turanə Hüseynova hazırda koronavirusa görə “Qırmızı zona” elan edilən ölkədən Azərbaycana qayıda bilmir.

    T.Hüseynova özünün “Facebook” hesabında paylaşdığı postda vəziyyətin acınacaqlı olduğunu qeyd edib:

    “Buraya magistr təhsili almaq üçün gəlmişəm. Əslində, sentyabrdan dərslərə gəlməli idim, lakin Qaxın Ləkit kəndində dərs deyirdim deyə, gecikdim. Noyabrdan buradayam. Bütün iş yerləri bağlanıb, “part-time” iş tapmaq çətindir. Əsas gəlir turizmdəndir, hazırda isə böhrandır.

    Hotellər, restoranlar işə götürmür. Təhsil sektoru da həmçinin. Kurslar, bağçalar, universitetlər də işləmir. İstədim ki, Azərbaycana qayıdam. Çünki pulum bitib, iş yoxdur və burada qalmağa bir səbəb yoxdur. Tələbələr üçün nəzərdə tutulan təqaüdlər isə hələlik keçməyib.

    Pulun olmadığı halda burada karantin vəziyyətində qalmaq dözülməzdir. İki il üçün nəzərdə tutulan təqaüd 10 min avrodur. Birinci il üçün isə 2500 avro nəzərdə tutulur. Hazırda blokada şəraitinə görə tələbələrə təqaüdlər verilməyib.

    Koronavirusa görə maarifləndirici heç bir şey edilməyib, marketlərdə, apteklərdə növbə sistemi qurulub. Hər yerə növbə ilə girmək lazımdır. Çox vacib səbəblər olmasa, evdən çölə çıxmaq olmaz. Gələcək üçün marketlərin müəyyən saatlarla işləməsi nəzərdə tutulub.

    Çox ciddi səbəbin yoxdursa, küçəyə çıxanda səni cərimələyib, həbs edirlər. Xaosdur, hər şey çox qeyri-müəyyəndir. Burada yaşayan əcnəbilərin çoxu ölkələrinə qayıtmaq istəyir, “Rynair” tipli ucuz hava yolları şirkətləri də uçuşları ləğv etdi.

    Azərbaycanın İtaliyadakı səfirliyi ilə əlaqə saxladım, burada yaşayan tələbələrə Azərbaycan hökuməti tərəfindən qarşılanan uçuş təşkil edilməsi üçün zəng etdim, əvəzində isə məndən yemək və su ehtiyacımın olub-olmadığı soruşuldu.

    Elə bir sualdır ki, mən utanıb “ehtiyac yoxdur” demək məcburiyyətində qaldım. Köməyə ehtiyacımız var, miqrant deyilik. Necə ki Çində yaşayan tələbələrə təxliyyə xidməti göstərildi, biz də eynisini tələb edirik. Bu halda qərib bir ölkədə az qala ev dustaqlığı yaşayırıq.

    Bizim üçün tək sağlamlıq deyil, maddi və psixoloji cəhətdən də kritik bir vəziyyətdir. Bura gəlmədən öncə ucqar kəndlərdən birində üç ilə yaxın müəllim kimi işləmişəm, bacardığım qədər öz şagirdlərimə dəstək olmağa çalışmışam, çətin məqamlarda onları tək qoymamışam, hətta təhsil xərclərinə qədər belə əlavələr tapıb kömək olmuşam ki, təki həyatlarında bu yöndə məyusluq yaşamaq təcrübəsinə sahib olmasınlar. İndi də bir tələbə olaraq eyni dəstək və qayğını sizdən gözləyirəm”.

    Qeyd edək ki, Turanə hazırda Romadadır. O, Qaxın Ləkit kəndində ingilis dili müəllimi kimi çalışıb. Sosial mediada ucqar kənddə dərs deməsi ilə məşhurlaşıb.

  • TƏBİB İtaliyadan qayıdan tələbələrlə bağlı məlumat yaydı – RƏSMİ

    İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.

    Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb:

    “Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcək”.