Month: March 2020

  • Azərbaycanda COVID-19-a görə karantindən buraxılanların sayı açıqlandı – RƏSMİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən, onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır.

    İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

    Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmayıb və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.

    Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.

  • Azərbaycanda benzin ucuzlaşacaq? – Tarif Şurasından CAVAB

    Hazırda dünya birjalarında neft qiymətlərində baş verən kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olunan məhsulların maya və daşınma xərcləri də azalıb.

    Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumlar arasında daim məşvərət aparılır: “Amma qeyd edilən mövzu ilə bağlı hansısa məlumat yoxdur”.

    Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:

    “Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib”.

    Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı.

    Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsi ilə əlaqədardır:

    “Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də, hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən “Premium Evro-95” markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.

    Qeyd edək ki, dünya birjalarında bazar ertəsindəki enişdən sonra bu gün “Brent” markalı neftin 1 barreli 38,66 dollara, WTI markalı neftin 1 barreli 35,41 dollara satılır.

    Məlumat üçün bildirək ki, hazırda Honqkonqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1,96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 1,09 dollar, Çində 0,98 dollar, Gürcüstanda 0,90 dollar, Rusiyada 0,63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0,56 dollar, Azərbaycanda 0,47 dollardır.

  • Спецоперация СГБ: арестованы три должностных лица – ОФИЦИАЛЬНО

    На основании полученной информации о регулярном вывозе табачных изделий контрабандным путем через государственную границу Азербайджана автомобильным и железнодорожным транспортом Служба государственной безопасности (СГБ) и Государственный таможенный комитет (ГТК) провели совместное расследование.

    Об этом говорится в сообщении СГБ и ГТК.

    Отмечается, что в ходе оперативно-следственных мероприятий на таможенном посту “Самур”, расположенном на территории Гусарского района, был задержан грузовик Mercedes (40-BL-400), который прошел общую таможенную проверку для выезда из республики. В ходе осмотра транспортного средства были обнаружены и изъяты незадекларированные табачные изделия иностранного производства весом 15 тонн.

    По данному факту граждане Азербайджана – заместитель начальника Северного территориального главного таможенного управления ГТК Гусейнов Эмин Алмардан оглу, Гусейнов Керим Ахмедага оглу и Алиев Рамин Мехди оглу были привлечены СГБ к уголовной ответственности по статье 206 (контрабанда) Уголовного кодекса АР. Решением суда в их отношении избрана мера пресечения в виде ареста сроком на 4 месяца.

    В настоящее время расследование по данному факту продолжается.

  • DTX-dən xüsusi əməliyyat: Yüksək vəzifəli şəxs həbs edildi – RƏSMİ

    Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə, külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

    Bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük maşını saxlanılıb.

    Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

    Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları – Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Hazırda araşdırmalar davam etdirilir.

  • Bakıda siçanların “at oynatdığı” ət mağazası barədə araşdırmalara başlanıldı – VİDEO

    Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində ürəkbulandıran mənzərəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

    Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək, araşdırmalara başlanılıb:

    “Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı məlumat veriləcək”.

    “Nəzərinizə çatdıraq ki, AQTA mütəmadi olaraq aidiyyəti qurumlarla birlikdə qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyətinə nəzarət tədbirləri həyata keçirir.

    Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülür. Bu istiqamətdə indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib.

    Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə bildirişlər paylanılıb, qanunvericiliyin tələbləri barədə məlumatlar verilib, onlara ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

    Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır”, – deyə agentlikdən vurğulanıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl redaksiyamıza Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında yerləşən ət mağazasında ürəkbulandıran görüntüləri əks etdirən video ünvanlanıb.

    Görüntülərdən bəlli olur ki, kəsilmiş və mağazanın ortasında qalan ət parçalarına siçanlar daraşıb.

  • Избран председатель дисциплинарной комиссии парламента Азербайджана

    Депутат Эльдар Ибрагимов избран председателем дисциплинарной комиссии Милли Меджлиса (парламента) Азербайджана VI созыва.

    Заместителем председателя комиссии стал Фазаил Агамалы.

    В состав комиссии вошли следующие депутаты: Нурлан Гасанов, Афет Гасанова, Малахат Ибрагимгызы, Насиб Магамалиев, Хикмет Мамедов, Мешхур Мамедов, Саттар Мехбалыев, Мадер Мусаев и Низами Сафаров.

  • Deputatları intizama çəkən komissiyaya sədr seçildi

    Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

    Deputat Eldar İbrahimov İntizam Komissiyasının sədri seçilib.

    Fəzail Ağamalı isə Komissiya sədrinin müavini olub.

    Yeni çağırış Milli Məclisin İntizam komissiyasının digər üzvləri aşağıdakı deputatlardır:

    Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev və Nizami Səfərov.

  • Состоялась встреча один на один президентов Азербайджана и Туркменистана – ФОТО

    11 марта после церемонии официальной встречи состоялась встреча один на один Президента Азербайджана Ильхама Алиева и Президента Туркменистана Гурбангулы Бердымухамедова.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin Berdiməhəmmədov ilə təkbətək görüşü oldu – FOTO

    Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Bakıda 33 yaşlı kişi bıçaqlandı

    Bakıda 33 yaşlı kişi bıçaqlanıb.

    Hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Ağayev küçəsində qeydə alınıb.

    Küçədən keçən 1987-ci il təvəllüdlü Elşən Quliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
    /oxu.az/