Month: March 2020

  • Azərbaycanda vəzifəli şəxsin oğlu barəsində cinayət işi başlanıldı

    Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsinin yeni detalları məlum olub.

    Report xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb.

    Məlumata görə, F.Ağayevlə birgə Ramil Talıblı adlı şəxs də həbs edilib və onun barəsində CM-in 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülüb.

    Artıq hər iki şəxsin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, F.Ağayev ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Sabirabad rayonunun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olub.

  • Sabah 25 dərəcə isti olacaq

    Martın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

    Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında martın 12-də hava yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-8, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

    Martın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Азербайджанцы Европы требуют расследовать акт вандализма в отношении памятника Натаван в Бельгии

    Акт вандализма в отношении памятника выдающейся азербайджанской поэтессе Хуршидбану Натаван в бельгийском городе Ватерлоо вызвал гнев у проживающих в Европе соотечественников.

    Как сообщили в Госкомитете Азербайджана по работе с диаспорой, Координационный совет азербайджанцев Нидерландов-Бельгии и Конгресс азербайджанцев Бенилюкса в связи с этим инцидентом направили мэру города Ватерлоо Флориану Ротеру письма.

    В послании совета говорится, что инцидент, произошедший сразу после 8 марта – Международного женского дня, расценивается как акт насилия и вандализма против азербайджанской женщины.

    “Это недопустимо, и мы просим вас принять срочные меры для того, чтобы виновные были найдены и наказаны”, – подчеркивается в письме.

    В послании председателя Конгресса азербайджанцев Бенилюкса Эльсевара Мамедова это событие названо ужасным.

    “К сожалению, у нас нет понимания того, кто это мог сделать. Мы хотим узнать их личности. Просим вас и ваших следователей изучить этот вопрос.

    Высоко ценим этот памятник, установленный в честь одной из самых известных поэтесс Азербайджана. Надеемся, что вы осознаете, какое значение этот памятник в Ватерлоо имеет для нас”, – говорится в письме.

    Напомним, что в городе Ватерлоо был совершен акт вандализма в отношении памятника великой азербайджанской поэтессе Натаван.

    Этот памятник был подарен посольством Азербайджана муниципалитету бельгийского города в 2016 году.

    Полицией Ватерлоо по данному факту начато расследование.

  • Dövlət Komitəsindən Natəvanın heykəlinə qarşı törədilən vandalizmlə bağlı RƏSMİ AÇIQLAMA

    Belçikanın Vaterloo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.

    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterloo şəhər meri Floran Röterə müraciət ediblər.

    Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının məktubunda bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Günündən bir qədər sonra baş verən bu insident Azərbaycan qadınına şiddət və vandalizm aktı kimi qiymətləndirilir:

    “Bu yolverilməzdir və günahkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlərin görülməsini xahiş edirik”.

    Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun məktubunda bu hadisə dəhşətli xəbər adlandırılıb:

    “Təəssüf ki, bunu kimin edə biləcəyindən anlayışımız yoxdur və biz kimin və nədən bunu etdiyini öyrənmək istəyirik. Biz Sizdən və müstəntiqlərinizdən bunu kimin etdiyini araşdırmağınızı xahiş edirik.

    Biz çox məşhur şairlərimizdən birinə ucaldılmış bu abidəni yüksək dəyərləndiririk və bu hərəkət bizim üçün çox ağırdır. Ümid edirik ki, bunun nə məna kəsb etdiyini və Vaterlooda bu abidənin bizim üçün necə dəyərə malik olduğunu siz başa düşürsünüz”.

    Sonda merin bu məsələ ilə bağlı tezliklə cavab verəcəyinə ümid ifadə olunub.

    Xatırladaq ki, Belçika Krallığının Vaterloo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvana abidə ucaldılması Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib. Abidənin açılışı 2016-cı il fevralın 18-də olub.

    Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində görülən işlərə bir töhfədir.

    Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.

  • Названа причина скопления грузовых фур в Бакинском порту

    В настоящее время на территории Бакинского международного морского торгового порта наблюдается скопление крупнотоннажных машин (TIR).

    Как передаёт Median.Az со ссылкой на Report, об этом сказал журналистам советник гендиректора ЗАО “Бакинский международный морской торговый порт” Турал Алиев в рамках Transport B2B Forum.

    По его словам, это связано с запретом на пересечение иранской территории следующих в Туркменистан большегрузов из Турции на фоне вспышки коронавируса (COVID-19).

    “Это хорошо с точки зрения грузопотока. Осуществляются все необходимые меры для упрощения процедур в Бакинском порту с целью транспортировки машин на противоположный берег [Каспия]”, – сказал советник.

    Тем не менее, подчеркнул Т.Алиев, вспышка коронавируса негативно сказывается на грузоперевозках.

    “Это связано с тем, что некоторые страны не принимают определенные транзитные грузы, проходящие через порт”, – сказал он.

  • Bakı Limanında xeyli sayda TIR-ların qalmasının səbəbi açıqlandı

    “Hazırda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ərazisində xeyli sayda TIR-ların toplanması müşahidə edilir”.

    Report-un məlumatına görə, bunu “Caspian European Club”ın dəstəyi ilə keçirilən Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində Bakı Limanının baş direktorunun müşaviri Tural Əliyev jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, yaranmış vəziyyətə səbəb koronavirusun (COVİD-19) yayılması fonunda Türkiyə TIR-larının İran ərazisi ilə Türkmənistana keçirilməsinə qoyulan məhdudiyyətlərdir: “Yük axını baxımından bu, çox müsbət haldır. Bakı Limanına keçid prosedurlarını asanlaşdırmaq, çox gözləmədən TIR-ların o biri tərəfə keçməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir”.

    T.Əliyev hesab edir ki, buna baxmayaraq, koronavirusun yükdaşımalara mənfi təsiri var: “Bu onunla bağlıdır ki, limandan keçən müəyyən tranzit yüklərini bəzi ölkələr qəbul etmir: “Ötən il Liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-ə qədər artım qeydə alınıb. Bu il üçün Liman bütün istiqamətlər üzrə artım gözləyir”.

  • В Гейчае мужчина совершил суицид

    В Гейчайском районе мужчина совершил суицид.

    Как сообщает АПА, житель районного центра Исрафилов Сиявуш Кямал оглу (1973 г.р.) повесился в родительском доме в селе Череке.

    Причины суицида неизвестны.

    С.Исрафилов много лет занимался предпринимательской деятельностью, имел ферму и цех по производству масла и сыра.

    По данному факту в прокуратуре района ведется расследование.

  • Azərbaycanda sahibkar özünü asdı: Atasına məxsus evə gedərək…

    Göyçay rayonunda intihar hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

    Göyçay şəhərində yaşayan 1973-cü il təvəllüdlü İsrafilov Siyavuş Kamal oğlu Çərəkə kəndinə, atasına məxsus evə gedərək özünü asaraq öldürüb. S.İsrafilov intihar edərkən onun ailə üzvləri şəhərdəki evində olub və hadisədən gec xəbər tutublar.

    Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.İsrafilovun mal-qara ferması və yağ-pendir istehsalı sexi var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bu şəxslər sərt cəzalandırılacaq – RƏSMİ

    “Narkotiklərin qanunsuzdövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır.

    Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.

    O bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır.

    Bu tədbirlər kampaniya xarakteri daşımır.

  • В Азербайджане названо число лиц, выписанных из больниц после карантина в связи с COVID-19

    В целях предотвращения распространения коронавирусной инфекции (COVID-19) в Азербайджане и выявления случаев заражения продолжается обследование лиц, поступающих в карантинные зоны, созданные в разных больницах.

    Как сообщили в оперативном штабе при Кабинете министров, в соответствии с рекомендациями Всемирной организации здравоохранения (ВОЗ), лица, помещенные в карантин, проходят соответствующее обследование, в том числе сдают лабораторные анализы, и состояние их здоровья находится под контролем.

    Лица, у которых подтвержден факт заражения, немедленно переводятся в больницы особого режима, принимаются соответствующие меры по их лечению.

    По данным на 10 марта, 312 человек, у которых в результате обследования и лабораторных анализов факт инфицирования не подтвердился, были выписаны из больниц по истечении срока карантина.

    В настоящее время продолжается обследование других лиц, находящихся на карантине.