Month: March 2020

  • Zaqatalada meşə yanır

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri cəlb edilib.

    İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 3 hektar sahədə quru ot və kol-kos yanır.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • В Азербайджане четвероклассник покончил с собой

    В селе Сарзанбейли Сабирабадского района Азербайджана несовершеннолетний покончил с собой.

    Как сообщили Oxu.Az в правоохранительных органах, учащийся четвертого класса сельской школы Н.С. (2009 г.р.) 9 марта повесился в сарае во дворе своего дома.

    Тело 11-летнего мальчика было обнаружено его мачехой.

    По данному факту в Сабирабадской районной прокуратуре возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР.

    Известно, что четыре года назад мальчик потерял мать. После этого отец повторно женился, в этом браке у него родился еще один ребенок. Предполагается, что мальчик почувствовал себя несчастным из-за недостатка внимания.

  • Azərbaycanda dəhşət: Dördüncü sinifdə oxuyan oğlan özünü asdı

    Sabirabad rayonunda intihar hadisəsi baş verib.

    Publika.az xəbər verir ki, rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.

    Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkar ediblər.

    Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.

    Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

  • Basketbol üzrə Azərbaycan çempionatı yenidən təxirə salındı

    Martın 11-də Abşeron İdman Olimpiya Kompleksində (Xırdalan) – Superliqanın 21-ci turu texniki səbəblərdən təxirə salınıb.

    Bununla bağlı Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

    Bildirilib ki, 21-ci turun keçirilmə vaxtı barədə məlumat yaxın günlərdə veriləcək.

  • Tütündən istifadə edən 235 avtobus sürücüsü barədə protokol tərtib edilib – RƏSMİ

    2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinə müntəzəm marşrut xətləri ilə bağlı 8382 şikayət xarakterli müraciət daxil olub. 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, bunların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Oxu.Az-ın son günlər sərnişinlərin müntəzəm marşrut xətləri ilə bağlı artan şikayətləri ilə əlaqədar sorğusunu cavablandırarkən deyib.

    Onun sözlərinə görə, bütün bunlara səbəb olan birinci amil peşəkar sürücü çatışmazlığıdır:

    “Bu gün avtobus sürücüləri ilə bağlı mövcud mənzərənin əsas səbəbkarları sərnişindaşıma şirkətləridir. Həmin daşıyıcılar sürücüləri gün ərzində 8 saatdan artıq işlədir. Bunun özü artıq çox ciddi qanun pozuntusudur. Hər gün səhər 6:00-dan axşam saat 22:00, 23:30 və ya daha gec müddətə qədər sükan arxasında əyləşən sürücüdən biz hansı peşəkarlığı, təhlükəsiz idarəetməni və ya nəzakətli davranışı tələb edə bilərik?

    2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müntəzəm marşrut xətləri ilə bağlı rəsmi 8382 şikayət xarakterli müraciət daxil olub. Şikayətlər əsasında aparılan araşdırmalar zamanı 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, protokolların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır. Şikayətlər arasında sürücülərin yol hərəkəti və sərnişinlərlə etik davranış qaydalarının pozulması halları, marşrut xəttindən yayınma, dayanacaqdan kənar saxlama, hərəkət cədvəli və sxemlərinə riayət edilməməsi, müəyyən edilən tarifdən artıq gediş haqqının alınması və audiocihazlardan istifadə halları ilə bağlı məqamlar yer alır”.

    M.Ağayev onu da əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi bu gün öz səlahiyyətləri çərçivəsində bu məsələnin həlli istiqamətində zəruri tədbirlər görür:

    “Sürücülərin peşəkarlığını artırmaq məqsədilə onları təlimlərə cəlb edirik. Məlumat üçün bildirim ki, 2019-cu ildə 1066 nəfər sürücü təlimlərə cəlb olunub. “BakuBus” yaranan zaman avtobuslar xaricdən alınıb. Sürücülər isə, təbii ki, öz vətəndaşlarımız olub. Onlar daha əvvəl başqa marşrut xətlərində, başqa daşıyıcılarla əməkdaşlıq edirdilər. Digər daşıyıcılardan fərqli olaraq, “BakuBus”da sürücülərin işə qəbulunda “Əmək Məcəlləsi”nin bütün tələblərini nəzərdə saxlanır, iş və istirahət vaxtları düzgün bölüşdürülür, onlar gündəlik plan verməyə məcbur edilməyib.

    Bəzən marşrut avtobuslarının istismarının “BakuBus”a verildiyi zaman əvvəlki daşıyıcının işə götürdüyü sürücülərin işsiz qalacaqlarına dair məlumatlar yayılır. Bu qətiyyən belə deyil. Qanunvericiliklə müəyyən olunan tələblərə cavab verən sürücülər “BakuBus”da işlə təmin olunacaq və sürücü kimi fəaliyyətlərini orda daha rahat formada davam etdirəcək”.

  • Rüşvətdə ittiham edilən bağça direktoru ilə bağlı qərar elan olundu

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət almada təqsirləndirilən Şəfiqə Musazadənin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

    Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Bildirilib ki, təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib. Məhkəmə apellyasiya baxışına xitam verib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Musazadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan qadın məhkəmə zalında həbs edilib.

    İttihama görə, uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyən təqsirləndirilən şəxs daha sonra bir neçə dövlət bağçasının direktoru olub.

    2018-ci ildə isə Ş.Musazadə özəl bağça açaraq bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.

    Lakin bağça aylarla fəaliyyət göstərsə də, burada cəmi 9 uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.

    Zərərçəkmişlər Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

    Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • Председатель ЦБ: В банках Азербайджана достаточно наличной валюты – ВИДЕО

    В Азербайджане сформированы валютные резервы, и спрос банков в течение дня полностью удовлетворяется на аукционах. Сегодня во всех банках достаточно наличной валюты для нужд населения. Возможно, в некоторых банках не хватает ресурсов, они помогают друг другу. Банки не смогли полностью реализовать всю валюту, которую мы вчера продали им. Объем операций, проводимых банками, увеличился почти в 10 раз. То есть у нас нет проблемы нехватки валюты.

    Как сообщает Report, об этом сказал журналистам председатель Центрального банка Азербайджана (ЦБА) Эльман Рустамов.

    “Хочу призвать население к спокойствию. У нас достаточно возможностей для достойного решения проблем. Вчера в заявлении правительства говорилось, что у Кабмина и Центробанка есть план “Б”, который рассчитан именно на эту цену нефти, то есть к снижению на 30-35 долларов США. Фактически правительство сейчас реализует этот план, и мы намерены быстро решить проблему. Наш призыв к населению заключается в том, что они своими действиями могут помочь нам быстрее решить эту проблему”, – сказал Э.Рустамов.

    Он отметил, что вопрос использования стратегических валютных резервов не стоит на повестке дня.

    “У нас достаточно текущих резервов. Трансферты Госнефтефонда не меняются и в полном объеме определены законом. У ЦБА есть свои резервы. Министерство финансов имеет значительные валютные резервы. Мы будем в полной мере использовать все эти ресурсы”, – добавил Э.Рустамов.

  • Elman Rüstəmov: “Bütün banklarda əhalinin ala biləcəyi qədər nağd valyuta var” – VİDEO

    “Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir. Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, onlar bir-birinə kömək edirlər.

    Bizim banklara dünən satdığımız valyutanın hamısını banklar tam şəkildə reallaşdıra bilmədilər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi təxminən 10 dəfədən çox artıb. Yəni valyuta problemi, vəsaitin çatışmaması problemi yoxdur”.

    Report xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

    AMB sədri əhalini sakit olmağa çağırıb:

    “Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökumətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var.

    Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın “B” planı var. Bu “B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollara enməsinə hazırlanıb. Faktiki olaraq, indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək”.

    O diqqətə çatdırıb ki, hələlik strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünülmür.

    “Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Tam həcmdə qanunla müəyyənləşib. Mərkəzi Bankın öz ehtiyatları var. Maliyyə Nazirliyinin əhəmiyyətli valyuta ehtiyatı var.

    Bütün bu ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, bu problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil”, – E.Rüstəmov əlavə edib.

  • Azərbaycanda məmuru intim görüntüləri ilə şantaj edənlərin işinə yenidən baxılacaq

    Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirli bilinən Elşən Cabbarov və Məmməd Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

    Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, iş hərəkətsiz saxlanılıb və baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Cabbarov 11 il azadlıqdan məhrum edilib. Digər şəxslərə isə sınaq müddəti seçilməklə şərti cəza verilib.

    Xatırladaq ki, E.Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. O, B.Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə aldığı görüntüləri yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinib.

    Eyni zamanda, E.Cabbarov ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

    Bundan başqa, E.Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.

    İstintaq sənədlərinə görə, E.Cabbarov bu cinayətlərini Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova ilə birlikdə törədib.

    Həmçinin onlar Nizami Həsənova, Qənbər Həsənova, Rəcəb Ağayevə, Röyal Həsənova qarşı da dələduzluq ediblər. E.Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.

    İstintaq orqanı tərəfindən həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri

  • Azərbaycanlı qadın qanunsuz silahlı birləşmələrə qoşuldu, beynəlxalq axtarışa verildi – FOTO

    Rusiya qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlı qadını “İnterpol”a beynəlxalq axtarışa verib.

    Median.Az bu barədə İnterpolun saytında yerləşdirilən məlumata əsasən xəbər yayıb.

    Bakı şəhərində doğulan 33 yaşlı Alina Balakadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

    Rusiya hüquq-mühafizə orqanları Rusiya mənşəli həmin qadın barəsində dövlətlərarası axtarış elan edib və onun saxlanılması üçün İnterpola müraciət olunub.