Month: March 2020

  • Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı təkliflər hazırlayacaq – VİDEO

    “Biz buraxılmış dərs müddətinin əvəzlənməsi və bərpa olunması ilə bağlı müxtəlif variantları nəzərdən keçiririk”.

    “Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, tədris müddəti bərpa olunandan sonra Təhsil Nazirliyi bütün amilləri nəzərə alaraq, Azərbaycanda dərs ili ilə bağlı yekun təkliflər hazırlayıb hökumətə təqdim edəcək.

    “Təbii ki, tədris ili ilə bağlı olan qərarların verilməsi hökumətin səlahiyyətindədir”, – deyə C.Bayramov əlavə edib.

  • НСТР: Вещание Lider TV возобновится сегодня после 16:00

    В Национальном совете по телевидению и радиовещанию (НСТР) прокомментировали утверждения о закрытии ООО Lider TV&Radio Azerbaijan.

    Сотрудник НСТР по вещанию и техническим вопросам Фикрет Худузаде опроверг Unikal.org информацию о закрытии телеканала.

    “На телеканале и радиостанции ведутся профилактические работы. Сегодня после 16:00 вещание возобновится”, – отметил он.

  • “Lider” TV yayımını dayandırıb? – RƏSMİ AÇIQLAMA

    “Lider TV & Radio Azerbaijan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib.

    MTRŞ-nın yayım və texniki məsələlər üzrə əməkdaşı Fikrət Xuduzadə Unikal.org-a açıqlamasında “Lider” TV-nin yayımının dayandırılması ilə bağlı xəbəri təkzib edib:

    “Televiziya və radioda kompleks profilaktika tədbirləri keçirilir. Bu gün saat 16:00-dan sonra kanal öz fəaliyyətini bərpa edəcək”.

  • В Баку женщина упала с пятого этажа и разбилась насмерть

    Несчастный случай, жертвой которого стала 80-летняя женщина, произошел в Хатаинском районе Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    10 марта, в 07:20, с пятого этажа жилого дома на улице генерала С.Мехмандарова упала и разбилась Лала Керимова (1940 г.р.).

    По словам правоохранителей, несчастный случай произошел в результате неосторожности пожилой женщины.

  • Bakıda qadın beşinci mərtəbədən yıxılıb öldü

    Bakının Xətai rayonunda baş verən qəzada yaşlı qadın həyatını itirib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Martın 10-u saat 07:20 radələrində general S.Mehmandarov küçəsində yerləşən yaşayış binasının beşinci mərtəbəsindən 80 yaşlı Lalə Kərimova yıxılaraq ölüb.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının bildirdiyinə görə, qəza yaşlı qadının səhlənkarlığı nəticəsində olub.

  • Prezident İlham Əliyev: “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz”

    “Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır”.

    APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

    Dövlət başçısı qeyd edib ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz: “Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, – biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, – onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”.

    Prezident bildirib ki, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar – bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir: “Bu, bizim islahatçı kursumuzu əks etdirir”.

  • Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

    Gürcüstanda koronavirusun təsdiqləndiyi halların sayı 23-ə çatıb.

    Report xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda verilib.

    Bildirilib ki, karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

  • В Британии ученые предлагают заразить добровольцев для разработки вакцины от коронавируса

    В Великобритании ученые предлагают добровольцам деньги для заражения коронавирусом, чтобы разработать вакцину от Covid-2019. Об этом сообщает “Газета.ру” со ссылкой на издание Daily Mail.

    Поиском вакцины занимается компания Hvivo, ей принадлежит лаборатория инновационного центра Queen Mary BioEnterprises в Уайтчепеле на востоке Лондона.

    Исследователи предлагают 24-м добровольцам по $4,5 тыс. Им введут менее опасные штаммы вируса 0C43 и 229E, после чего они будут на 14-дневном карантине.

    За этот период ученые будут следить за пациентами. Самые эффективные из протестированных вакцин и лекарств введут заразившимся Covid-2019.

  • İlham Əliyev və Mehriban Əliyeva Yel çərşənbəsini belə qeyd etdilər – FOTO

    Prezident İlham Əliyev ailəsi ilə birlikdə Yel çərşənbəsini qeyd edib.

    Oxu.Az xəbər verir ki, bununla bağlı Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi “İnstagram” səhifəsində foto paylaşıb.

    Fotoda ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və övladları Heydər Əliyevlə Leyla Əliyeva bayram tonqalının ətrafında görüntüləniblər.

  • Bakıda 131 illik tarixi binanın sakinləri çıxılmaz vəziyyətdədir – VİDEO

    Bakıda 1889-cu ildə inşa olunan tarixi üçmərtəbəli bina tikildiyi gündən bəri təmir olunmayıb.

    Oxu.Az xəbər verir ki, yaşayış binası Yasamal rayon Mirzəağa Əliyev 150 ünvanında yerləşir və 43 mənzillidir.

    Hazırda binada doqquz ailə qalıb.

    Sakinlər bildirir ki, onları bu şəraitdə yaşamağa məcbur edən veriləcək kompensasiyanın az olmasıdır.