Month: March 2020

  • Beynəlxalq Cüdo Federasiyası Olimpiya təsnifat müddətinin vaxtını uzatdı

    Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsi Olimpiya təsnifat müddətinin vaxtını uzadıb.

    Oxu.Az xəbər verir ki, lisenziya xalı verən dörd yarış ləğv olunduğundan, mayın 30-dək olan müddət daha bir ay müddətinə artırılıb.

    İndi idmançıların Olimpiadaya vəsiqə qazanmasına iyunun 30-dək olan reytinq sıralamasından sonra aydınlıq gələcək.

    Bundan başqa, aprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün qitə çempionatları, təxirə salınıb.

    Aprelin 30-dək keçirilməli olan bütün yeniyetmə və gənclərin yarışları isə ləğv olunub.

  • Təhsil naziri: “Əminəm ki, bu müddət uzun çəkməyəcək”

    Təhsil naziri Ceyhun Bayramov koronavirusa yoluxma hallarının qarşısının alınması və bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasından bəhs edən məlumatlarla bağlı vətəndaşlara müraciət edib.

    “Report” xəbər verir ki, nazir bu barədə AzTV-nin efirində çıxışı zamanı bildirib.

    C.Bayramov müraciətində bu vəziyyətlə bağlı olaraq məlumatlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib:

    “Əfsuslar olsun ki, son zamanlar bu vəziyyətlə bağlı olaraq mənbəyi bəlli olmayan, xüsusilə sosial şəbəkələrdə bəzi məlumatlar yayımlanır. Ona görə də insanlara daha diqqətli olmağı və yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edirəm.

    Əminəm ki, bu müddət uzun çəkməyəcək. Biz – bu müddət ərzində maksimum şəkildə hər kəs öz vəzifəsini düzgün yerinə yetirməklə ölkəmizdə vəziyyətin daha qısa müddət ərzində tam nəzarətə alınması və problemin tam həll olunması istiqamətində öz töhfəmizi verə bilərik”.

    Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

  • Международные авиалинии Украины отменили некоторые рейсы в Азербайджан

    Авиакомпания “Международные авиалинии Украины” (МАУ) отменила ряд авиарейсов в Азербайджан и еще 15 стран из-за угрозы распространения коронавируса COVID-19.

    Как сообщает Oxu.Az, со ссылкой на пресс-службу “МАУ “, в авиакомпании сообщили, что в связи с рекомендациями правительств многих стран относительно ограничения массовых мероприятий и интенсивности передвижения между странами, а также связанным с этим снижением спроса на авиаперелеты, их компания отменяет некоторые рейсы в Италию, Швейцарию, Грецию, Германию, Израиль, Испанию, Великобританию, Литву, Азербайджан, Турцию, Польшу, Венгрию, Австрию, Чехию, Финляндию, Данию, а также вторую частоту отдельных внутренних рейсов в пределах Украины.

    Также в сообщении отмечается, что пассажиры, которые оставили свои контактные данные при бронировании авиабилетов, будут проинформированы о любых изменениях в расписании рейсов заранее.

  • “Hər ay nazirə pul verirdik” – Məhkəmədə sensasion açıqlamalar

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin keçmiş direktoru Əkbər Həsənov, bu qurumun baş mühasibi olmuş İlqar Hacıyev və departamentin daha üç əməkdaşı məhkəmə qarşısına çıxarılıb. Onlar yarım milyon manata yaxın yeyintidə ittiham olunurlar.
    Bizimyol.info xəbər verir ki, cinayət işində söhbət 451 min manatlıq mənimsəmədən gedir. İttihama görə, departamentdə onlarla adamın adına saxta maaş kartları açılıb, aylıq ora pul köçürülüb. Yəni əslində mövcud olmayan işçilərin bank hesabına köçürülən pullar vasitəsilə 451 min manatın mənimsənildiyi iddia olunur.

    Amma təqsirləndirilən baş mühasib ittihamları qəbul etmir. O, məhkəmədə ifadəsində bildirib ki, təkcə bu departament hər ay nazir Hüseynqulu Bağırova 10 min manat pul verirdi. 2018-ci ildə prezident seçkiləri öncəsi isə nazir onlardan 265 min manat pul alıb. O pulu da departamentin rəhbəri Əkbər Həsənov işlədikləri firmalardan birinin rəhbərindən 10 faizlik sələmlə götürərək nazirə verib. Sonradan həmin borcu sözügedən kartlara köçürülən pulların hesabına ödəyiblər.


    Əkbər Həsənov istintaq dövründə 451 min manatın 300 minini ödəyib. İlqar Hacıyev bunu Hüseynqulu Bağırovun etdiyini deyir: “2018-ci ildə prezident seçkilərinə hazırlıq dövründə nazir Əkbər Həsənovu çağırıb, 265 min pul istəmişdi. Bunun 215 mini Salyanda iki zavodun tikintisi, 50 min də prezident seçkilərinə görə idi. Əkbər Həsənov nazirin sözünü mənə çatdıranda dedim ki, çox risklidir. Hər ikimiz işdən çıxmaq istəyirdik. Amma Əkbər deyirdi ki, heç cür Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. İstədiyini edə bilirdi. Əkbər işlədiyimiz firmalardan birinin rəhbəri Vüqardan 10-12 faizlə pulu alıb, nazirə verdi. Dəfələrlə Əkbərə dedim elədim ki, bu pulu qaytara bilməyəcəyik. Cavab verirdi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov prezident seçkisindən sonra yenə nazir təyin edilsə, pulu tam qaytaracağına söz vermişdi. Amma pulu verəndən bir neçə ay sonra vəzifədən çıxarıldı”.

    İlqar Hacıyevin sözlərinə görə, pulu qaytarmaq üçün saxta maaş kartlarını sayını artırıblar, bundan da Əkbər Həsənovun xəbəri olub. O iddia edir ki, bəzi vakansiyalara heç işçi götürülmürmüş. Məsələn, sovet dövrndən qalan topçulara, raketçilərə, mühəndislərə maaş ayrılırmış.

    İlqar Hacıyev deyir ki, kartlarsan çıxarılan pullardan hər ay 10 min manat Hüseynqulu Bağırova verdiklərindən işdə heç bir problem yaranmırmış. Amma yeni nazirin təyinatı hər şeyi korlayıb. Audit yoxlaması təyin olunub, yeyinti üzə çıxıb: “Biz aldığımız borcu qaytarmağa tələsirdik, özümüzə qazanc da götürmürdük. Yoxlamalardan sonra hər şey üzə çıxanda Əkbərlə Hüseynqulu Bağırovun qəbuluna getdik. Qərb Universitetinin qarşısında gözlədik, amma bizi qəbul eləmədi. Onun mətbuatdakı işlərinə baxan bir nəfərlə görüşdük, baş verənləri ictimailəşdirəcəyimizi dedik. Bundan sonra Hüseynqulu Bağırovun vəkili bizimlə əlaqə saxladı, 300 min manatı verdi. Yəni Əkbər Hüseynqulu Bağırovun verdiyi 300 mini öz adından ödəyib. Keçmiş nazir qalan hissəsini də ödəməliydi, amma vermədi”.

    İlqar Hacıyev daha susmaq istəmədiyini söyləyib. Onun sözlərinə görə, Əkbər Həsənovdan savayı, qalan üç nəfərin heç bir günahı yoxdur: “Əkbər indi həqiqətləri danışmır, ad çəkmir. Biz dəfələrlə rayonlardan Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin axtarmışıq. Nazirin Qərb Universitetinin yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdur. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs olunacaq”.

    İlqar Hacıyev söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları olduğunu bildirib. Əkbər Həsənov isə suallara cavabında 451 min manatın internet, telefon xətləri, kommunikasiya işləri, itkin düşən alpinistlərin axtarışı və başqa məqsədlər üçün xərcləndiyini deyib. O, 80 nəfərin adına kart açılmasından xəbərsiz olduğunu bildirib: “Mən 25-30 kart bilirdim. O kartlara da ayda 6-7 min manat yığılırdı. 80 kartdan xəbərim yoxdur”.

    Əkbər Həsənov qalan kartlara görə İlqar Hacıyevi günahlandırıb. Keçmiş direktor 265 min manat haqda sualı cavabsız qoyub: “Bütün işlər görülüb. Etiraf edirəm ki, sənədləşmə işləri aparılmayıb. Buna görə də indi həmin məbləğ mənimsəmə və israf etmə kimi qiymətləndirilir. Nazirə demirdim, öz işimizin xətrinə edirdim. İlqara dedim ki, artıq olan olub, keçən keçib, biz 151 min manatı ödəməliyik. İlqar da həmin pulu ödəyəcəyi haqda istintaqa ərizə yazdı. Amma ödəmədi deyə, iş bu yerə gəlib çıxdı”.

    Təqsirləndirilən şəxslərə CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

  • Dövlət başçısı: “Heç bir seçki qüsursuz olmur”

    “Biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

    Dövlət başçısı deyib: “Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə ki, reallığı əks etdirir. Eyni zamanda, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmışdılar. Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır.

    Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir.

    Eyni zamanda, hesab edirəm ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir.

    O ki qaldı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə, bu dəfə görünür ki, ciddi hadisə baş vermədiyi üçün onlar da məcbur olub öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış formada təqdim etsinlər. Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri seçkilərdən əvvəl yazılır və harada yazılır, onu da biz bilirik. Bir də ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir və nümayiş etdirir ki, bu qurum siyasi sifariş icra edir. Son misal 2018-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri idi. Bildiyiniz kimi, bu seçkilər ovaxtkı hakim faşist respublikaçılar partiyası tərəfindən tam saxtalaşdırılmışdı, – mən bu partiyanı faşist adlandırıram, təkcə onların ideologiyasına, onların mahiyyətinə görə yox, eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs görsün, faşist Almaniyasının emblemi ilə onların emblemi fərqlənmir, – və Respublikaçılar partiyasının özünə 50 faizdən çox səs yazdırdığı bu saxtalaşdırılmış seçkilərə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müsbət rəy vermişdi.

    Bir sözlə, bu saxtakarlığa şərik çıxmışdır və ondan sonrakı hadisələr hər kəs üçün bəllidir. Ondan sonra bu qanunsuz və korrupsioner rejim devrildi, onları guya Ermənistan parlamentində təmsil edən deputatlar təslim oldu, əllərini qaldırdılar, boyunlarını bükdülər və kənara çəkildilər. Yeni parlament seçkiləri elan edildi və yeni parlament seçkilərində respublikaçıların faşist partiyası heç parlamentə girə bilmədi.

    Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, 2 və ya 3 ay ondan əvvəl saxtalaşdırılmış seçkilərin nəticələri göz qabağındadır və bu nəticələrə, bu saxtakarlığa ATƏT Demokratik Təsisatlar və İnsan haqları Bürosu öz müsbət rəyini vermişdi. Yəni, sadəcə olaraq, bunu misal kimi gətirməklə bir daha demək istəyirəm ki, bu qurumun rəyi bizim üçün tamamilə əhəmiyyətsizdir. Çünki bu rəy yenə də siyasi sifariş əsasında yazılır və bu, elə bil ki, bəzi dövlətlərin aparıcı dairələrinin bir təzyiq üsuludur.

    Bir məsələni – müşahidəçiləri də qeyd etmək istərdim. Bir məsələ də məni, sözün düzü, təəccübləndirdi. Deyə bilərəm ki, biz müşahidəçi qismində dəvət etdiyimiz bütün təşkilatları bu seçkilərdə görmüşük. Ancaq Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Ancaq bildirməliyəm ki, belə meyillər bizə qarşı bu gün də müşahidə olunur”.

    “Beləliklə, biz bu təşkilatı dəvət etmirik. Onlar isə bəyanat yayırlar ki, bu seçkiləri müşahidə etməkdən imtina edirlər. Bu, ən yumşaq sözlə desəm, siyasi saxtakarlıqdır. Çünki biz sizi dəvət etmirik, biz sizi burada görmək istəmirik, biz sizə inanmırıq. Belə olan halda gəlib deyəsən ki, biz imtina edirik, bu, gülməlidir və təəccüblüdür”.

  • “Hələ hesab edirik ki, icra başçısı ağadır, xandır, istədiyini edə bilər”

    “Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər”.

    Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

    Dövlət başçısı bildirib ki, vətəndaşlar da ictimai nəzarət işində daha fəal olmalıdırlar:

    “Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.

  • Prezident İlham Əliyev: “Məcburi köçkünlərə bu il 7 min mənzil veriləcək, bu, rekord göstəricidir”

    “Bütövlükdə parlamentin sosial sahə ilə bağlı fəaliyyəti çox fəal olmalıdır. Bu sahə də bizim üçün prioritetdir, həmişə olduğu kimi. Qeyd etdiyim kimi, keçən il önəmli addımlar atıldı, bu il də davam etdiriləcək”.

    APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

    Dövlət başçısı qeyd edib ki, xüsusilə aztəminatlı ailələrin dövlət tərəfindən dəstəklənməsi işinə əlavə vəsait nəzərdə tutulur: “Ünvanlı sosial yardımla əhatə olunan ailələrin sayı artmalıdır, mənim göstərişimlə orada müvafiq metodologiyada düzəlişlər edilir. Çünki əvvəlki metodologiya həqiqəti əks etdirmirdi və hər ailəyə verilən məbləğ də artmaqdadır. Məcburi köçkünlərə bu il 7 min mənzil veriləcək, bu, rekord göstəricidir. Şəhid ailələrinə 1500 mənzil veriləcək, bu da rekord göstəricidir. Keçən il 934 mənzil verilmişdi”.

  • Moskvada koronavirusdan sağalıb evə buraxılan xəstə: “Sadə əlamətlərlə başladı”

    Moskvada koromavirus müalicəsini uğurla başa vurub sağalan Davil Berov adlı gənc kişi xəstəxanadan buraxılıb.
    Median.Az
    medicina.az-a istinadən bildirir ki, o açıqlamasında necə yoluxması və ilk əlamətlərdən danışıb.

    “İtaliyadan gələndən 5 gün sonra adi soyuqdəymədə olan öskürək və zökəm əlamətləri başladı. Lakin dostlarım daha diqqətli oldular və qərara gəldik ki,
    tez gedib yoxlanaq. Analizlər koronavirus göstərdi. Panikaya düşmədik, 10 gündür müalicə aldım”.

    İndi Berov özünü yaxşı hiss edir və 1 saylı infeksion xəstəxanasından evə yazılıb.

    Xəstəni müalicə edən həkim Svetlana Smetanina bildirib ki, müalicə Rusiya Səhiyyə Nazirliyinin metodiki tövsiyyələri əsasında hazırlanmış sxem üzrə aparılıb. Pasiyent xəstəliyi yüngül formada keçirib.

  • Ученые рассказали, для кого коронавирус смертельно опасен

    Ученые подготовили специализированный отчет, в котором указали главные факторы, увеличивающие вероятность смерти от нового коронавируса Covid-19.

    Как передает Median.Az со ссылкой на РИА Новости, результаты исследования опубликовали в журнале The Lancet.

    Медики проанализировали клиническую картину по 191 взрослому пациенту с подтвержденным наличием Covid-19 в двух больницах Уханя — центре распространения нового коронавируса в Китае. Из этого количества заболевших 137 выписали, а 54 умерли в больнице в период с 29 декабря 2019 года до 31 января 2020 года.

    Исследователи сравнили клинические записи, назначенное лечение, лабораторные результаты и демографические данные пациентов. Они изучили клиническое течение заболевания, его симптомы, период выделения вируса и изменение лабораторных данных во время госпитализации — анализы крови, рентгенография грудной клетки и КТ — и использовали математическое моделирование для оценки факторов риска.

    Результаты показали, что главные факторы риска летального исхода, которые можно выявить сразу во время поступления пациента в больницу, — пожилой возраст, признаки сепсиса и проблемы со свертыванием крови. В качестве дополнительных факторов риска ученые приводят: высокое кровяное давление, диабет и длительное использование неинвазивной вентиляции легких.

    Кроме того, авторы публикуют новые данные по периоду, в течение которого больные, находящиеся на излечении представляли угрозу для окружающих. У вылечившихся этот период составлял от 8 до 37 дней, в среднем 20 дней. У всех 54 умерших вирус оставался активным до самого последнего дня.

    Авторы исследования отмечают, что на продолжительность этого периода, а значит, и на период излечения, влияет прежде всего степень тяжести заболевания на момент поступления в больницу. Отмечается, что две трети пациентов были госпитализированы в тяжелом или критическом состоянии.

    “Длительный период распространения вируса, отмеченный в нашем исследовании, имеет важные последствия для принятия решений относительно мер предосторожности в отношении изоляции и противовирусного лечения у пациентов с подтвержденной инфекцией Covid-19. <…> Однако мы должны четко понимать, что время выделения вируса не следует путать с временем карантина, на котором должны находиться люди, которые могли подвергаться воздействию Covid-19, но не имели симптомов. Последнее основано на времени инкубации вируса”, — заявил Бин Цао (Bin Cao), руководитель исследования и профессор из Китайско-японской больницы дружбы и Столичного медицинского университета в Пекине.

    Ученые настаивают, чтобы пациентов выписывали из больниц только после получения отрицательных тестов на Covid-19.

    В исследовании впервые описывается полная картина прогрессирования Covid-19. Средняя продолжительность лихорадки составляла около 12 дней, но кашель мог продолжаться намного дольше. У 45% выживших кашель сохранялся даже при выписке. Одышка, у тех, кто пошел на поправку, исчезала примерно через 13 дней, а у тех, кто не выжил, продолжалась до самой смерти. В исследовании также приводится время возникновения различных осложнений, таких как сепсис, острый респираторный дистресс-синдром, острое повреждение сердца, острое повреждение почек и вторичная инфекция.

    Средний возраст выживших — 52 года, умерших — 69 лет. У последних уже при поступлении в стационар отмечались: более высокий балл по оценке последовательной недостаточности органов, что указывает на сепсис; повышенные уровни белка d-димера в крови, являющийся маркером коагуляции; пониженный уровень лейкоцитов и повышенный — интерлейкина 6, биомаркера воспаления и хронических заболеваний; а также повышенная концентрация тропонина I — маркера сердечного приступа.

    “Плохие результаты у пожилых людей могут быть связаны, в частности, с возрастным ослаблением иммунной системы и повышенным воспалением, которое может способствовать репликации вируса и более длительной реакцией на воспаление, вызывая длительное повреждение сердца, мозга и других органов”, — отмечает Жибо Лиу (Zhibo Liu), один из авторов исследования.

  • Moskvada keçiriləcək Ağır Atletika üzrə Avropa Çempionatı təxirə salınıb

    Moskvada keçiriləcək Ağır Atletika üzrə Avropa Çempionatı təxirə salınıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Ağır Atletika Federasiyası bu ilin aprel ayında Moskvada keçirilməsi nəzərdə tutulmuş Avropa çempionatını koronovirus epidemiyasına görə iyun ayınadək təxirə salıb. Yarışlar iyunun 13-21-də keçiriləcək.

    Bundan əlavə Avropa Ağır Atletika Federasiyasının seçki konfransı da təxirə salınıb.