Month: March 2020

  • Koronavirus yay fəslində də aktiv olacaq – Dünya Səhiyyə Təşkilatı istilərə ümidi puç etdi

    ÜST koronavirusun istilərin gəlməsi ilə yayda səngiyəcəyi və yoxa çıxacağı barədə gəzən məlumatları və insanların ümidlərini boşa çıxardı.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bunu ÜST fövqəladə hallar üzrə proqramın icraçı direktoru Maykl Rayan bildirib.

    ” Bizə hələ ki, dəqiq məlim deyil virus yayda özünü necə aparacaq. İstinin virusun dinamikasına təsir edəcəyi barədə təsdiqedici fakt yoxdur. Ona görə etiraf etməliyik ki, virus yayda da yoluxdurmaq qabiliyyətini itirməyəcək”.
    Biz hadisələrin gedişatını hər ölkədə yay aylarında ayrıca dəyərləndirəcəyik, indidən bir söz demək çətindir.
    Qeyd edək ki, ötən sutka ərzində dünyada koronavirusdan ölənlərin sayı 100 nəfəri keçib.

  • Şəmkirdə 23 yaşlı gənc bıçaqlandı

    Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əliyaqublu kəndində baş verib.

    Daşkəsən rayon sakini, 23 yaşlı Ərşad İsmayılov bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə aparılıb. Onun mübahisə zəminində bıçaqlandığı bildirilir.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Qazaxda avtomobil çay evinin müştərilərini vurdu

    Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

    Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər – sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb.

    Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Трое граждан Азербайджана вылечились от коронавируса

    Заразившиеся до этого коронавирусом трое граждан Азербайджана 1973, 1997 и 1998 годов рождения выздоровели после лечения в больницах специального режима и отпущены домой.

    Продолжается лечение других зараженных коронавирусом в больницах специального режима, их состояние находится под серьезным контролем, сообщили Report в оперативном штабе при Кабинете Министров.

  • COVID-19-a yoluxmuş üç Azərbaycan vətəndaşı sağaldı

    Koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

    Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

  • Еще у двух вернувшихся из Ирана граждан Азербайджана обнаружили коронавирус

    У двух граждан Азербайджана 1960 и 1984 годов рождения, которые вернулись в страну из Ирана, выявлен коронавирус.

    Как сообщили в оперативном штабе при Кабинете Министров, что в соответствии с правилами эти люди помещены в больницы специального режима.

    В настоящее время пациенты здоровы и их состояние стабильное. Принимаются соответствующие меры для лечения этих лиц.

  • Daha iki Azərbaycan vətəndaşında COVID-19 aşkarlandı – RƏSMİ

    İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

    Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

  • Yeni çağırış Milli Məclis bu qanunları qəbul edəcək – VİDEO

    Bu gün altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın spikerliyə namizədliyi irəli sürüldü və səs çoxluğu ilə qəbul edildi.

    Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli, Milli Məclis sədrinin müavinləri deputatlar Adil Əliyev və Fəzail İbrahimli seçildilər.

    İclas, əsasən, təşkilati məsələləri əhatə etdi.

    Azərbaycanda beşinci çağırış parlamentin buraxılmasından sonra bəzi qanun layihələrinin də müzakirəsi yarımçıq qalmışdı. Onların arasında illərdir ki, qəbulunu gözləyən sənədlər də var.

    Nəzərə alsaq ki, yaz sessiyası artıq başlayıb, üzümüzə gələn iclaslarda ilk növbədə həmin qanun layihələrinə baxılması gözlənilir.

  • Bakıda iki avtomobildən 4700 manat oğurlandı

    Yanvarın 12-də günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Tayota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla H.Qədimovaya məxsus içərisində 3500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.

    Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, həmin müraciət üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Səbail RPİ Cinayət-Axtarış Şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala RPŞ-nin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə CM-nin 177-ci maddəsi ilə axtarışda olan, 1993-cü il təvəllüdlü Nurəddin Qarayev saxlanılaraq istintaqa təhvil verilib. İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində “Tayota” markalı avtomobildən eyni üsulla 1200 manat dəyərində noutbuk oğurlayıb.

    Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək

    Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu Qayda ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsini tənzimləyir.

    Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq, ali təhsil müəssisəsində, AMEA-da saxlanılır. İndiyə qədər Qeydiyyat kitabına Dövlət Attestasiya Komissiyasının (ixtisaslaşmış Elmi Şuranın) qərarının nömrəsi və tarixi daxil edilib.

    Dəyişikliyə əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənir. Başqa sözlə, magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.

    Müvafiq olaraq, magistr diplomunda da ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənir.

    Digər dəyişiklik də magistr diplomu ilə bağlıdır. İndiyə qədər bu diplom doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verib. Dəyişikliyə əsasən, magistr diplomu magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verəcək.