Month: March 2020

  • Rusiyada azərbaycanlı sahibkar pulsuz tibbi maska payladı – VİDEO

    Rusiyanın Orenburq vilayətində azərbaycanlı sahibkar İlyas Məmmədov yerli sakinlərə pulsuz tibbi maska paylayıb.

    Bununla bağlı “Daytube”da video yayımlanıb.

    Həmyerlimiz yerli sakinlərə 44 min maska paylayıb və insanlara səslənərək, özlərini koronavirusdan qorumağa çağırıb.

  • İsveç səhiyyəsinə cavabdeh şəxs: “Əhalinin virusa yoluxub sağalmasına imkan verməliyik”

    İsveç COVID-19 virusu ilə mübarizədə sərt karantin tədbirlərini tətbiq etməyən yeganə Avropa İttifaqı ölkəsidir.

    Ölkənin Baş naziri Stefan Lyoveni vətəndaşlara müraciətində koronavirusa yoluxanların sayının artacağına mənəvi olaraq hazır olmağa çağırıb.

    “Spiegel Online” xəbər verir ki, hazırda Stokholmda kafe və restoranlar müştərilərlə dolub-daşır.

    Qonaqlara isə ancaq masalar arasında məsafəni qorumaq haqqında xəbərdarlıq edilir.

    Hazırda ölkə ərazisində yalnız tələbələr və yuxarı sinif şagirdləri distant təhsilə keçib. Aşağı sinifdə oxuyan məktəblilər və uşaq bağçaları fəaliyyətlərini əvvəlki qaydada davam etdirir.

    Xaricdən ölkə ərazisinə daxil olanlar karantinə götürülmür. Ölkə rəhbərliyi Finlandiya və Norveçdən fərqli olaraq, dağ-xizək mərkəzlərinin fəaliyyətini dayandırmaq haqqında qərar verməyib.

    İsveçin Milli Səhiyyə Agentliyinin rəhbəri Anders Teqnell isə bildirib ki, əhalinin bu virusa yoluxub sağalmasına imkan verilməlidir.

    İsveçdə 3700 şəxs koronavirusa yoluxub. 110 xəstə pandemiyanın qurbanı olub.

  • Yer kürəsinə kometa yaxınlaşır

    Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometası Yerə yaxınlaşır.

    Parlaqlığına görə, Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub.

    Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.

    Poisknews.ru saytının məlumatına görə, hazırda kometanı ulduzların səkkizinci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlə görünməyən) parlaqlığına aid edirlər.

    İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometanın parlaqlığı həmin vaxt 9-10 ölçüyə çata bilər.

    Astronomlar hesab edirlər ki, Atlası gözlə görmək mümkün olacaq.

  • Сотрудников НАНА отправили в отпуск с сохранением зарплаты

    Президент Национальной академии наук Азербайджана (НАНА), академик Рамиз Мехтиев подписал распоряжение об отправке сотрудников данной структуры в отпуск с сохранением заработной платы.

    Как передает Median.Az, распоряжением членам президиума НАНА, работникам аппарата президиума, а также сотрудникам научных учреждений и других организаций академии с 29 марта 2020 года предоставляется отпуск на один месяц с сохранением заработной платы.

    Некоторым предприятиям, организациям и службам НАНА, работающим в непрерывном режиме, рекомендуется выполнять неотложные работы в соответствии с правилами особого режима труда.//oxu.az

  • Ramiz Mehdiyev AMEA əməkdaşlarını məzuniyyətə göndərdi

    AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, sərəncamda AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də, Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilməsi nəzərdə tutulub.

    AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

    Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın 20 mart 2020-ci ildə keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən, AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.

    Bundan əlavə, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarı ilə xüsusi əmək rejimi olaraq beş günlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri qeyri-iş günləri kimi müəyyənləşdirilib.

  • Qadınlara koronavirus xəbərdarlığı: Gözləriniz…

    Koronavirus təhlükəsi ilə əlaqədar qadınların gözətrafı makiyajdan müvəqqəti imtina etməsi məsləhətdir.

    “Hürriyet”in məlumatına görə, bu barədə Türkiyə Oftalmologiya Dərnəyi açıqlama verib.

    “Əlimizlə göz və üz təmasını minimuma endirməliyik. Xüsusilə, qadınların gözətrafı makiyajları bu dövrdə risklidir”.

    Açıqlamada bildirilir ki, COVID-19 epidemiyasında gözlər ən vacib yoluxma mənbələrindən biridir. Bu səbəbdən görmə orqanının gigiyenasına xüsusi diqqət edilməlidir.

    Qurum həmçinin makiyaj vəsaitələrinin ortaq istifadəsindən çəkinməyin zəruriliyini vurğulayıb:

    “Ümumi istifadə həmişə risklidir. Makiyajınızı steril şəraitdə istifadə edin, əvvəlcədən əllərinizi yuyun. Köhnə və ya uzun müddət istifadə olunmayan makiyaj materiallarını atın, çünki bakterial risklərə səbəb ola bilər. Bu müddət ərzində kirpiklərinizə maye makiyaj vurmayın. Göz qələmi, qaş qələmi, sürmə kimi vasitələrdən çox diqqətlə istifadə edin. Ümumiyyətlə, yaxşı olar ki, bir müddət göz və gözətrafı makiyajdan çəkinilsin. Bu dövrdə süni kirpiklərdən istifadə etməyin. Kontakt linzalardan istifadə edirsinizsə, əvvəlcə linzaları taxın və sonra makiyaj edin. Həmçinin əvvəlcə makiyajınızı təmizləyin, sonra kontakt linzaları çıxarın. Linzaya toxunmazdan əvvəl mütləq əllərinizi yuyun”.

  • Завтра в Азербайджане будет дождливо и ветрено

    Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовал прогноз погоды в Азербайджане на 31 марта.

    Как передает Median.Az, в Баку и на Абшеронском полуострове прогнозируется пасмурная погода, ночью и утром – местами дожди, туман, умеренный северный ветер.

    Температура воздуха на Абшеронском полуострове составит ночью 6-10, днем – 14-19, в Баку ночью – 7-9, днем – 17-19 градусов тепла.

    Атмосферное давление повысится с 755 до 761 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В ряде районов Азербайджана завтра прогнозируются дожди, в горах – снег, ночью и утром – туман, порывистый западный ветер. Осадки местами могут стать интенсивными, днем прекратятся.

    Температура воздуха составит ночью 4-9, днем – 15-20 градусов тепла, в горах ночью – от 3 градусов мороза до 2 градусов тепла, днем – 3-8 градусов тепла.

  • Martın son günü üçün hava proqnozu açıqlandı

    Azərbaycanda mart ayının son günü üçün hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Martın 31-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

  • Şəkidə karantin rejimini pozan kafe aşkarlandı – FOTO

    Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək işləyən kafe aşkar edilib və qaydalara əsasən, iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.

    Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

    Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

  • В Баку такси сбило пожилую женщину – ВИДЕО

    В Сети появилось видео ДТП в Баку с наездом на пешехода.

    Как сообщает Avtosfer.az, на кадрах видно, как такси сбивает пожилую женщину.

    По предварительным данным, водитель отвлекся на мобильный телефон.

    Предлагаем вниманию читателей видео аварии.