Month: March 2020

  • Ərdoğan Suriya münaqişəsi ilə bağlı Avropaya xəbərdarlıq etdi

    “Heç bir Avropa ölkəsi Suriya münaqişəsinə biganə qala bilməz”.

    Median.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında belə deyib. O bildirib ki, NATO ölkələri Ankara ilə müttəfiq olduğunu qəti addımlarla göstərməlidir.

    Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyadan gələn təhdidlərlə mübarizə aparan, İŞİD terrorçuları ilə ilə üz-üzə döyüşərək şəhidlər verən tək NATO ölkəsidir.

  • Xaçmazda narkotik əməliyyatı – Narkotacir saxlanıldı – FOTOLAR

    Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəməmməd kənd sakini, əvvəllər qəsdən adam öldürməyə görə həbs olunmuş 42 yaşlı Zabit Mehrəliyev şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman böyük həcmdə narkotik maddə aşkar edilib.Polis əməkdaşları tərəfindən oradan təmiz çəkisi 50 kiloqrama yaxın 205 ədəd kibrit qutularında və 63 ədəd sellofan və kağız bükümlərdə satış üçün qablaşdırılmış qurudulmuş marixuana, 12 kisədə hündürlüyü 100-220 sm olan bütöv halda olan çətənə bitkiləri və həmin bitkilərinin toxumları, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi götürülüb.

    Dindirilmə zamanı Z.Mehrəliyev narkotik tərkibli bitkiləri yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidə yetişdirdiyini, daha sonra isə satış məqsədi ilə yaşadığı evdə kibrit qutularında və sellofan torbalarda qablaşdırdığını etiraf edib.

    Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Fransada koronavirusla bağlı QƏRAR – Kütləvi tədbirlər qadağan edildi

    Fransada kütləvi tədbirlər qadağan edilib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran məlumat verib.

    O bildirib ki, iştirakçıların sayı min nəfərdən çox olan bütün tədbirlər koronavirusun yayılması ilə əlaqədar qadağan olunub.

    Ölkədə Paris Marafonu, beynəlxalq sərgi və bir çox tədbirlər təxirə salınıblar.

    Qeyd edək ki, Fransada koronavirusa 1126 nəfər yoluxub, 19 nəfər dünyasını dəyişib.

  • В Шамкире автомобиль сбил пешехода

    В Шамкире автомобиль сбил пешехода.

    Как передает местное бюро АПА, инцидент произошел в селе Зейем Джырдахан.

    По сообщению, автомобиль сбил переходившего дорогу Ульви Камранлы. Пострадавший был срочно госпитализирован, состояние его оценивается врачами как неудовлетворительное.

    Выясняются обстоятельства происшествия.

  • Azərbaycan icması ermənilərin növbəti təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib

    Moskvanın Azərbaycan icması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına müraciət edib.

    APA-nın məlumatına görə, icma sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovskiyə və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən müraciətdə ermənilərin Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatının ləğv edilməsinin vacibliyi qeyd olunub.

    Bildirilib ki, Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli filmdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tarixi təhrif olunub, Azərbaycan tərəfi aqresor xalq kimi təqdim olunub, hansı ki, bu, hadisələrin saxtalaşdırılmasıdır:

    “Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlıları tərəfindən işğal olunub. Nəticədə çoxlu sayda dinc azərbaycanlı həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan icması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcək məlum təxribatının qarşısını almaq üçün tədbirlər görəsiniz”.

    Qeyd edək ki, Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın hazırladığı “Qayıdış” adlı sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz “müstəqilliyi” və “azadlığı” uğrunda mübarizə aparmasından bəhs edilir.
    Xatırladaq ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.

  • Türkiyəli professor: Havaların isinməsi koronavirusun yayılma tempini azaldacaq

    Son zamanlar bütün dünyanı təşvişə salan yeni növ koronovirusun (COVİD-19) havaların isinməsi ilə nə cür dəyişəcəyi hamı üçün maraqlıdır.
    AZƏRTAC xəbər verir ki, bəzi mütəxəssislər xəstəliyin hava temperaturunun artması ilə yox olacağını bildirsələr də, bir çoxları bunu təkzib edir.
    Bu barədə Türkiyənin İnfeksion Dərnəyinin rəhbəri, professor Alpay Azap məlumat verib.

    Bildirilib ki, bu virusun yaxın keçmişdə meydana çıxmış SARS infeksiyası kimi yox olması gözlənilməsə də, hava temperaturunun artması onun yayılma tempini kəskin azalmasına təsir edəcək.

    Belə ki, yüksək temperaturda virusun sağqalma müddəti azalır və yoluxdurma qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşür.
    Xəstəliyin nəfəs yolu ilə insandan-insana ötürüldüyü artıq hamımıza bəllidir. Bu, əsasən qapalı şəraitdə baş verir. Burada havaların isinməsi ilə insanların vaxtlarını daha çox açıq havada keçirmələri də mühüm rol oynayır.

    Professorun fikrincə, havaların daha çox isti keçdiyi bölgələrdə xəstəliyin azalacağı yaxın günlərdə müşahidə ediləcək.

  • Afaq Bəşirqızı: ‘Aksiyadakı şüarlara görə bütün kişilərdən üzr istəyirəm’ – VİDEO

    Xalq artisti Afaq Bəşirqızı dünən feministlərin Bakıda baş tutan aksiyası haqda danışıb.

    Azxeber.com xəbər verir ki, xalq artisti aksiyada səslənən şüarlara görə Azərbaycan kişilərindən üzr istəyib.

    Afaq Bəşirqızının Real TV-yə verdiyi açıqlamanı təqdim edirik:

  • Koronavirusa yoluxanların sayı 110 minə çatdı – Qonşumuz üçüncü yerdə

    Dünyada 110 minə yaxın koronavirus virusuna yoluxanlar var ki, bunların da təxminən 25%-i Çindən kənarda qalıb.

    Median.Az xəbər verir ki, xəstəlik artıq Çindən başqa daha 88 ölkədə qeydə alınıb. Məlumata görə, Çində 80 min 735 nəfər xəstə var. Çindən kənarda 28 min 310 yoluxma hadisəsindən ən çox Cənubi Koreyadadır – 7382 (ölüm 51 nəfər), üçüncü ən böyük xəstəlik ölkə İtaliyadır – 7,375 yoluxma (366 qurban). İranda xəstələrin sayı 6566-dır, ölənlərin sayı isə 194 nəfərə çatıb.

    Fransa və Yaponiyada mindən çox COVID-19 daşıyıcısı var. Almaniyada 902 nəfər, İspaniyada 400-dən çox yoluxma qeydə alınıb.
    Rusiyada artıq bu diaqnozu olan 20 nəfər xəstə var.

    Əlavə edək ki, CNN bu mövzudakı xəbərlərdə bunu bir pandemiya, yəni qlobal epidemiya kimi təqdim etməyə qərar verib. ABŞ-da yoluxanların sayı 400-dən çox, qurbanlar isə 20 nəfərdir.

  • Rəşad Sadıqov karyerasını başa vurur

    Mövsüm başa çatdıqdan sonra Rəşad Sadıqov karyerasını başa vuracaq.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, bu məlumatı baş məşqçi Qurban Qurbanov da təsdiqləyib. “Keşlə” – “Qarabağ” oyunundan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi komandanın kapitanının gedişi haqda belə deyib:

    “Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Rəşadın böyük potensialı var. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir”.

  • Рашад Садыгов завершает карьеру

    По окончании нынешнего сезона Рашад Садыгов, выступающий за клуб “Карабах”, завершит свою карьеру в качестве футболиста.

    Как передает Trend, информацию об этом подтвердил в ходе пресс-конференции после игры с “Кешля” главный тренер агдамцев Гурбан Гурбанов.

    “Рашад хотел завершить свою карьеру еще в прошлом году, но я воспрепятствовал этому. Мы даже предложили ему контракт на два года, но он не согласился. Наконец решили, что он завершит карьеру по окончании этого сезона”, – сказал Г.Гурбанов.