Month: March 2020

  • Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq

    Bu həftə yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədiyi gündən etibarən bir həftə müddətində yeni çağırış parlament ilk iclasına toplanmalıdır.

    Bunun üçün ən son gün martın 12-nə düşür.

    Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

    Fevralın 9-da keçirilən seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.

    Konstitusiya Məhkəməsi buna görə də 121 nəfərin deputatlığını təsdiq edib.

    Ümumilikdə 125 seçki dairəsi üzrə 87 seçki məntəqəsi buraxılıb, 328-nin isə nəticələri ləğv edilib.

  • В Индии люди принимают навозные ванны в целях защиты от вирусов – ВИДЕО

    Жители индийского города Хириюр уверены, что нашли лучшее профилактическое средство от вирусов.

    Как сообщает News Flare, группа мужчин сняла данную спа-процедуру на видео и даже получила от неё некоторое удовольствие.

    Один из купальщиков рассказал, что навоз — это панацея от бедственной ситуации, с которой столкнулся мир из-за коронавируса.

  • Hindistanda insanlar viruslardan qorunmaq üçün peyin vannaları qəbul edir – VİDEO

    Hindistanın Hiriyur şəhərinin sakinləri viruslara qarşı ən yaxşı profilaktik müalicə tapdıqlarına əmindirlər.

    “News Flare” xəbər verir ki, sözügedən şəxslər hətta “müalicə” prosesini lentə alıblar.

    Kadrlarda onların peyin vannası qəbul etdiyini görmək olar.

    Çəkiliş zamanı onlardan biri bu “spa-prosedurun” bütün viruslara qarşı ən yaxşı müdafiə olduğunu vurğulayır.

  • Эти продукты помогают побороть авитаминоз

    Российский врач-диетолог Елена Соломатина рассказала, какие продукты могут помочь при авитаминозе.

    Как сообщает РИА Новости, по словам специалиста, длительная нехватка определенных витаминов может стать причиной серьезных болезней.

    Так, отсутствие витамина А развивает проблемы со зрением, нарушается координация в пространстве, низкое содержание витаминов группы В может стать причиной бессонниц, головных болей, ухудшения памяти, а дефицит витамина C может вызвать частые простудные и вирусные заболевания, подчеркнула врач.

    Диетолог указала, что нехватку указанных витаминов можно компенсировать не только медицинскими средствами, но и обычными продуктами.

    При нехватке витамина А следует обогатить свой рацион такими ингредиентами, как фасоль, морковь, тыква, свекла и телячья печень. Восполнить недостаток витаминов группы В помогут орехи, миндаль, морепродукты, кисломолочные изделия, сухофрукты, яйца, цельнозерновой хлеб и отруби. При этом, сбалансировать содержание витамина С помогут капуста, цитрусовые, шиповник и яблоки, а грибы, рыбий жир и масло восстановят уровень витамина D.

    “В течение зимы наш организм как будто перестраивается на существование в режиме “зимней спячки”, поэтому весной ему трудно работать. Дефицит свежего воздуха, солнца и физической активности также вредит нашему здоровью”, – заключила Соломатина.

  • Bu məhsullar avitaminozla mübarizədə kömək edir

    Dietoloq-həkim Yelena Solomatina vitamin çatışmazlığında hansı məhsulların yararlı olduğu haqda danışıb.

    “RİA Novosti” xəbər verir ki, mütəxəssis müəyyən vitaminlərin çatışmazlığının ciddi xəstəliklərə yol aça biləcəyini vurğulayıb.

    “A” vitamini çatışmayanda görmə qabiliyyəti zəifləyir, koordinasiya pozulur. Bədəndə “B” qrupuna aid vitaminlər az olduqda yuxusuzluq, baş ağrıları, yaddaşın pisləşməsi müşahidə edilir. “C” vitamininin çatışmazlığı tez-tez virus xəstəliklərinə yoluxmağa zəmin yaradır”, – deyə həkim qeyd edib.

    Y.Solomatina bu vitaminləri təkcə tibbi vasitələrlə yox, həmçinin adi məhsulların sayəsində əldə etməyin mümkün olduğunu bildirib.

    “A” vitaminini lobya, kök, balqabaq, turp və dana ciyərindən almaq olar. “B” vitamini qozda, badamda, dəniz məhsullarında, ağartılarda, quru meyvələrdə, yumurtada boldur. “C” vitamininizin balansını bərpa etmək üçün kələm, sitrus meyvələri, itburnu və alma yeməlisiniz. “D” vitaminini isə göbələk, balıq yağı və orqanik yağlar bərpa edir”, – deyə mütəxəssis əlavə edib.

  • Италия вышла на первое место по смертности от коронавируса

    Италия занимает первое место по смертности от коронавируса, сообщает РИА “Новости”.

    В стране умирает каждый 20-й зараженный: погибли 4,96% из 7,3 тысяч заболевших.

    На втором месте Иран (3,96%), на третьем Китай (3,83%). Наименьшая смертность в Южной Корее, где умирают 0,68% зараженных.

    31 декабря 2019 года китайские власти заявили о вспышке пневмонии в городе Ухань. Возбудителем заболевания является новый тип коронавируса, которому присвоено официальное название Covid-2019. По последним данным, заразились больше 107 тысяч, скончались 3650 человек.

  • İtaliya COVID-19-dan ölümə görə dünyada birinci oldu

    İtaliya COVID-19-dan ölüm nisbətinə görə dünyada birinci yerdədir. Statistika göstərir ki, ölkədə virusa yoluxan hər 20-ci şəxs dünyasını dəyişib.

    “RİA Novosti” xəbər verir ki, son sutka ərzində İtaliyada COVID-19-dan ölənlərin sayı kəskin şəkildə artaraq 366 nəfərə çatıb (yoluxmuş 7 300 nəfərin 4,96%-i). Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çindir (3,83%).

  • Bakıda maska “işbazları”na qarşı XÜSUSİ ƏMƏLİYYAT: 1 milyon maska müsadirə olundu – FOTOLAR

    Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

    Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.

    Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar.

    Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.

    Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon ədədə yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.

    Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.







  • Ermənilər azərbaycanlılara hücum etdi, ölən və yaralananlar var – FOTO

    Qazaxıstanın Nursultan şəhərində ermənilərlə azərbaycanlılar arasında baş verən kütləvi davada 1 soydaşımız öldürülüb, daha bir neçə nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nursultan şəhərində azərbaycanlılara məxsus kafenin qarşısında olub.

    Belə ki, erməni millətindən olan şəxslər Qazaxıstanda yaşayan 19 yaşlı Tural İlqar oğlu Teymurovu təhqir edib. Bu zaman onlar arasında dava olub. İlkin məlumata görə, ermənilər ona bıçaqla xəsrət yetiriblər. Belə olduqda soydaşımızın yaxın qohumu, Azərbaycan əsilli Qazaxıstan vətəndaşı, 1995-ci il təvəllüdlü Etibar Ümidvar oğlu Teymurov köməyə gəlib. Lakin o, münaqişə zamanı ürək nahiyəsinə vurulan bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.
    Bundan sonra tərəflər arasında davanın miqyası daha da böyüyüb. Nəticədə daha üç nəfər xəsarət alıb.

    Qeyd edək ki, ölən azərbaycanlı uzun illərdir, Qazaxıstanda yaşayıb. Mərhumun meyitinin sabah vətənə gətiriləcəyi və doğulduğu Masallı rayonunun Bədəlan kəndindəki qəbiristanlıqda dəfn olunacağı söylənilir.

    Mərhumun dayısı Həşim Ağayev Qazaxıstanda Azərbaycan diasporunun üzvüdür.

  • Lerikdə torpaq sürüşməsi: ölən və yaralananlar var (VİDEO)

    Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

    Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.

    Daha iki nəfər isə xəsarət alıb.