Month: March 2020

  • Tətil mayın 1-nə qədər uzadılıb? – Təhsil Nazirliyindən AÇIQLAMA

    “Məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat yanlışdır”.

    Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

    Sektor müdiri belə xəbərləri yayanları cinayət məsuliyyəti gözlədiyini əlavə edib: “Xahiş edirik, rəsmi xəbərlərə istinad edin”.

  • Bakıda marşrut avtobuslarında xanım sərnişinlərə gül hədiyyə edilib

    “Xaliq Faiqoğlu” şirkəti Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım sərnişinləri təbrik edib.

    Belə ki, şirkət əməkdaşları şəhərin müxtəlif yerlərində marşrut xətləri üzrə avtobuslara daxil olaraq qadınları təbrik edib, onlara tər çiçəklər təqdim olunub. Xanım sərnişinlər göstərilən diqqətə görə təşəkkür ediblər.

    Qeyd edək ki, ictimai nəqliyyatdan istifadə edənlərin yarıya qədərini xanımlar təşkil edir. Qadınların cəmiyyətimizin inkişafında, xüsusi ilə milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında müstəsna xidməti var.

    “Xaliq Faiqoğlu” bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir.

  • DİN: Qanunsuz aksiyaya cəhd edən qadınlar saxlanılmayıb

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu gün bir qrup qadının şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərməsi ilə bağlı “Report”un suallarını cavablandırıb.

    E.Zahidovla sual-cavabı təqdim edirik:

    – Bu gün bir qrup qadın şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərdi. Lakin polis buna imkan vermədi. Bu zaman yürüş iştirakçılarından saxlanılanlar oldumu?

    – Özlərini feminist adlandıran həmin qadınların şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi. Çünki onlara aksiyanı keçirmək üçün uyğun yer təklif edilmişdi. Lakin onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçmişdilər. Bu da digər insanların hüquqlarının pozulmasına gətirib çıxara bilərdi.

    Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.

    Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar.

    – Onların arasında qadınlar da var idi?

    – Xeyr. Polis əməkdaşları əsl azərbaycanlı kişiyə xas olaraq Beynəlxalq Qadınlar bayramının, eləcə də ləyaqətli Azərbaycan xanımlarının xatirinə qanunsuz aksiyaya cəhd edən qadınlardan hər hansı birini nəinki saxlamadı, hətta onlardan bəzilərinin aqressiv davranışlarına oz təmkinli hərəkətləri ilə cavab verdi.

  • Birinci vitse-prezident: “Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram”

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib.

    APA xəbər verir ki, paylaşımda deyilir: “Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”.

  • Еще в одной стране зафиксировали первые случаи заражения коронавирусом

    Два первых случая заражения коронавирусом нового типа зафиксированы на Мальдивах.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом 7 марта сообщила местная интернет-газета Sun.

    По ее данным, заболевшими являются иностранные сотрудники курорта на острове Куреду. Отмечается, что курорт, где они работали, закрыт.

  • Daha bir ölkədə koronavirusa yoluxma aşkarlandı

    Maldiv Respublikasında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

    “Report”un məlumatına görə, bu barədə yerli “Sun” internet qəzeti xəbər verib.

    Məlumata görə, iki nəfərdə virusa yoluxma aşkarlanıb. Onlar Kuredu adasındakı kurortun əcnəbi əməkdaşlarıdır.

    Qeyd edilir ki, həmin şəxslərin işlədiyi kurort bağlanıb.

    Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 99 ölkədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 973-ə çatıb. Onların 58 525 nəfəri sağalıb, 3 524 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

  • Bakıda avtomobil piyadanı vuraraq öldürdü

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Binə qəsəbəsində 1968-ci il təvəllüdlü Mahmudov Sərdar Mahmud oğlunu “Daewoo” markalı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb, ona müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, S.Mahmudov xəstəxanada dünyasını dəyişib.

    Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

    Faktla bağlı Xəzər rayonu Polis İdarəsində araşdırma aparılır.

  • Святыни в Мекке и Медине возобновили работу после обработки в связи с коронавирусом

    Большая мекканская мечеть аль-Харам, во внутреннем дворе которой расположена главная святыня мусульман Кааба, а также мечеть Пророка (Аль-Масджид ан-Набави) в Медине возобновили свою работу после проведения санитарной обработки на фоне обнаружения случаев заражения коронавирусом нового вида в Саудовской Аравии, передает ТАСС со ссылкой на телеканал Al-Ekhbariya.

    Мечеть аль-Харам закрылась для посетителей после вечерней молитвы в четверг 5 марта. открытие планировалось на 6 марта, за час до начала пятничной молитвы.

    Ранее на этой неделе власти Саудовской Аравии отложили на неопределенное время умру – малый хадж – для подданных королевства и проживающих в стране иностранцев. Кроме того, введены серьезные ограничения и для иностранных паломников на совершение умры, которую, в отличие от большого хаджа, можно осуществлять в любое время года.

    В королевстве на данный момент зарегистрировано пять случаев заражения коронавирусом.

  • Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

    Gürcüstanda koronavirusa yoluxma ilə bağlı təsdiqlənən halların sayı 13-ə çatıb.

    Report xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda yerləşdirilib.

    Qeyd olunur ki, hazırda 141 nəfər karantində, 69 nəfər isə tibbi nəzarətdə saxlanılır.

    Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 98 ölkədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 973-ə çatıb. Onların 58 525 nəfəri sağalıb, 3 524 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

  • Мехрибан Алиева: Видеообращение, подготовленное детьми с синдромом аутизма, вызвало во мне добрые чувства

    Первый вице-президент Мехрибан Алиева на своей странице в социальной сети Instagram поделилась публикацией, посвященной видеоролику, подготовленному детьми с синдромом аутизма.

    В публикации говорится:

    “Видеообращение, с любовью подготовленное детьми с синдромом аутизма по случаю Международного женского дня, вызвало во мне добрые, теплые, светлые чувства. В лице этих детей обнимаю всех наших маленьких соотечественников, передающих мне свои поздравления, желаю каждому из них крепкого здоровья, долгих лет жизни, счастливого будущего!”.