Month: March 2020

  • Mehriban Əliyeva: “Autizm sindromlu uşaqlar tərəfindən hazırlanmış videoçarx mənə xoş duyğular yaşatdı” – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında autizm sindromlu uşaqlar tərəfindən hazırlanmış videoçarxla bağlı paylaşım edib.

    Paylaşımda deyilir:

    “Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı.

    Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”

  • Сбежавшая с деньгами жена правителя Дубая раскрыла главную причину побега

    Эмиратская принцесса Хайю, сбежавшая с детьми и деньгами от мужа – правителя Дубая шейха Мохаммеда бин Рашида, раскрыла главную причину побега.

    Об этом сообщает Daily Mail.

    Она рассказала, что ее муж планировал выдать их 11-летнюю дочь Джалилю замуж за наследного принца Саудовской Аравии Мохаммеда бен Салмана.

    Отмечается, что Мохаммед бин Рашид отверг заявления сбежавшей жены. По его словам, ни один из его детей не вступал в брак или не был помолвлен в таком возрасте. “Не было никаких принудительных браков. Это не то, что этот отец делает со своими дочерьми в этом возрасте”, — заявил правитель Дубая.

    Принцесса Хайю сбежала от супруга c детьми и 40 миллионами долларов. Сообщалось, что она исчезла еще в начале февраля. Предполагалось, что женщина скрывается в Германии вместе с 11-летней дочерью и 7-летним сыном, а также запросила там убежище.

  • Dubay əmirinin arvadı pulları götürüb qaçmağının əsl səbəbini açıqladı

    Ərəb şahzadəsi Həyya uşaqlarını və pulları götürərək Dubay əmiri olan əri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumdan qaçmağının əsas səbəbini açıqlayıb.

    Bu barədə “Daily Mail” xəbər verib.

    O, bildirib ki, əri 11 yaşlı qızları Cəliləni Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla evləndirməyi planlaşdırıb.

    Qeyd olunur ki, Məhəmməd ibn Rəşid qaçan arvadın dediklərini təkzib edib. Onun sözlərinə görə, övladlarından heç biri bu yaşda ailə qurmayıb və ya nişanlanmayıb:

    “Heç bir məcburi nikah olmayıb”.

    Qeyd edək ki, şahzadə Həyya, uşaqları və 40 milyon dollar pul ilə ərindən qaçıb. Qadının 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Almaniyada gizləndiyi və orada sığınacaq istədiyi təxmin edilir.

  • Bakıda qadın çimmədiyinə görə qayınanasını öldürdü – MƏHKƏMƏ

    Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Mədinə Qreçnevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Oxu.Az xəbər verir ki, təqsirləndirilən Mədinə Qreçneva məhkəmədə sərbəst ifadə verərək bildirib ki, həyat yoldaşı Aliklə bilyard zalında işləyən zaman tanış olub.

    O qeyd edib ki, bilyard zalına müştəri kimi gəlib-gedən Alik özü isə hotellərdə və idman mərkəzlərində təmizləyici işləyib. Tanışlıqdan təxminən səkkiz ay sonra ailə həyatı qurublar. İlk gündən qayınanasının gözü Mədinəni tutmayıb. Belə ki, oğlunun rus millətindən deyil, başqa millətdən olan qızla ailə qurmasına etiraz edib:

    “Alikin razılığı ilə məcbur olub hamiləliyimi qaynanamdan gizlətmişdim. Hamiləliyimin yeddinci ayında xəbər tutdu, bir söz demədi. 2017-ci ildə oğlum dünyaya gəldi. Uşağa tək baxa bilmədiyimə görə bir ilə yaxın anamgildə qaldım. Valentinanın yaşı çoxaldıqca natəmizlik edir, küçədən evə zibil gətirir, çimmir, soyuducuda köhnə, iylənmiş yeməklər saxlayırdı. Buna görə də evdən pis iy gəlirdi. Oğlumun sağlamlığına görə tez-tez qaynanamla mübahisəmiz düşürdü. Alik özü də buna görə anası ilə mübahisə edirdi”.

    Təqsirləndirilən şəxs deyib ki, oğlunu da götürüb anasıgilə getsə də, sonradan geri qayıdıb:

    “Barışdım, yenidən evə qayıtdım. Alik yaşadığımız otağı təmir etmişdi. Otağın açarı da ayrı idi. Qayınanamla ümumi hamamdan istifadə edirdik. Rastlaşan kimi məni söyürdü. Oğlumun atasının Alik olmadığını deyir, bir sözlə, məni gəlin kimi qəbul etmirdi”.

    M.Qreçneva bildirib ki, ailə daxilində baş verənlər, digər yandan isə dözülməz həddə olan natəmizlik onu yenidən anasıgilə qayıtmağa məcbur edib. Ötən il sentyabrın 18-də növbəti dəfə ərinin yaşadığı ünvana gələn Mədinə öz açarı ilə qapını açaraq evə daxil olub. Qayınanası onu görüncə yenə də mübahisə düşüb. Valentina otağındakı kilsəyə aid olan dini əşyaları Mədinəyə göstərərək Allaha inandığını deyib, onun evindən tez biz zamanda çıxıb getməsini tələb edib:

    “Mübahisə zamanı bir əlində bıçaq, digər əlində dixlofosla üstümə gəldi. Masanın üstündəki araq şüşəsini götürüb başına vurdum. Qaynar çayniki üstümə tökmək istədikdə yenə də butulka ilə onu vurdum. Başından qan sıçradı, arxası üstə yerə yıxıldı. Üst-başımın qanını yuyub qapıdan çıxdım”.

    Məhkəmə prosesi martın 13-də davam edəcək.

    Qeyd edək ki, hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib. 70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyyəsində bir neçə xəsarət aşkar ediblər.

    Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.

    M.Qreçneva barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Qaxda azyaşlını it dişləyib

    Qax rayonunda 5 yaşlı uşağı it dişləyib.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Tasmalı kənd sakini, 2015-ci il təvəllüdlü Pərnaz Elgün qızı Hacızadə sağ sağrı nahiyəsindən it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Azyaşlıya lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra evə buraxılıb.

  • Lerikdə sürüşmə zonasında monitorinq aparılır

    Lerik rayonunun Çayrud kəndində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar monitorinqlər aparılır.

    APA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanov bildirib.

    Nazirliyin əməkdaşlarının sürüşmə sahəsində apardığı monitorinqin nəticəsində məlum olub ki, prosesin baş verməsinə səbəb əsasən atmosfer yağıntılarıdır: “O cümlədən qar örtüyünün tədricən əriməsi də sürüşməyə səbəb olub. Hazırda sürüşmə aktiv fazadadır”.

  • В Азербайджане жестоко убит 55-летний мужчина

    В Саатлинском районе убит 55-летний мужчина.

    Как передает Qafqazinfo, инцидент зафиксирован в селе Гара Нуру.

    Так, житель села Алиев Фариз Сахиб оглу (1989 г.р.) нанес Гардашову Паше Тофиг оглу (1965 г.р.) несколько ножевых ранений, от которых последний скончался.

    По данному факту проводится расследование.

  • Kəbənin qapıları dezinfeksiyadan sonra yenidən zəvvarlar üçün açıldı

    Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbədə dezinfeksiya tədbirləri başa çatıb. Artıq müqəddəs ziyarətgahın qapıları zəvvarlar üçün açılıb.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    Bildirilir ki, Kəbə evi dərmanlanıb və əhatəli təmizlik işləri həyata keçirilib.

    Xatırladaq ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə bir neçə gün öncə Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Kəbədə dezinfeksiya işlərinə başlanılmışdı.

  • Bakıda qadın sürücülər saxlanıldı, amma… – VİDEO

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtda maraqla qarşılanan addım atıb.

    Oxu.Az xəbər verir ki, yol polisləri şəhərdə piyada hərəkət edən və avtomobil idarə edən qadınları saxlayıblar.

    Ancaq onlara qarşı heç bir inzibati protokol tərtib olunmayıb, bunun əvəzində xanımlara müxtəlif hədiyyələr təqdim edilib.

    Polisin maraqlı sürprizinə “Bu şəhərdə” komandasının üzvləri, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov da qoşulublar.

  • FHN: Oğuzda meşə zolağı yanğından mühafizə olunub – YENİLƏNİB-1

    Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında 2 ha sahədə kol-kos və ağaclar yanıb.

    APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, meşə zolağı yanğından mühafizə olunub.