Month: March 2020

  • Təhsil Nazirliyindən dərslərin yenidən təxirə salınması ilə bağlı RƏSMİ AÇIQLAMA

    Nazirlər Kabinetinin sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

    Bu barədə Oxu.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bu sərəncamın icrası məqsədilə Təhsil Nazirliyi bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə müvafiq tədbirlərin görülməsinin davam etdirilməsini tapşırıb.

  • Murad Dadaşov “Xəzər”də bu yenilikləri edəcək

    “Xəzər Televiziyasına yeni təyin olunmuş Baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir”.

    Bu barədə “Xəzər” TV-nin yaydığı məlumatda bildirilir.

    Məlumata görə, keçirilən ilk iclasda “Hər şey daxil” verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb:

    “Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq, digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur. Media orqanı olaraq bəyan edirik ki, növbəti televiziya mövsümündən, yəni cari ilin payızından etibarən “Xəzər” TV daha məzmunlu, dolğun, əhatəli və xalqımızın milli mənəvi dəyərlərinə uyğun yeni telelayihələrlə tamaşaçıların görüşünə gələcək” .

    Məsələ ilə bağlı Tarix Əliyev də açıqlama yayıb. O şəxsi “İnstagram” səhifəsində bildirib ki, dəyişmək, yenilənmək lazımdır:
    “Xəzər TV-yə gələn yeni rəhbərim Murad Dadaşov məni dünən, bu gün deyil, 10 ildir tanıyır. “Maşın” şousunun iştirakçısı olmuşam. Murad Dadaşovun sayəsində geniş kütləyə təqdim olunmuşam. O ki qaldı “Hər şey daxil”in bağlanmasına, bu, son deyil. Yaxın zamanda “Xəzər”də yeni layihəmlə qarşınızda olacam. Murad Dadaşov istəsəydi, məni kanaldan uzaqlaşdıra da bilərdi. Amma o, potensialımı yüksək qiymətləndirərək mənə etimad göstərdi”.

  • Azərbaycanda kəsiri olan tələbələrə təqaüd verilməyəcək – QƏRAR

    Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

    Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamına əsasən hazırlanıb və əyani təhsilalma forması (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) üzrə təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.

    Eyni zamanda bu qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

    Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunur və bu Qaydaya (1.9-cu, 2.4-2.5-ci, 2.7-2.15-ci bəndlər istisna olmaqla) uyğun olaraq ödənilir.

    Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (bundan sonra – ÜOMG) görə verilir.

    Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir.

    Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir.

    Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.

  • В Азербайджане упростили правила финансового поощрения ненефтяного экспорта

    В результате комплексной работы по целевому стимулированию и поощрению экспорт ненефтяной продукции по сравнению с 2016 годом в стоимостном выражении вырос на 36,5 процента, составив 1,7 миллиарда долларов. За январь-август 2019 года данный показатель увеличился на 15,1 процента по сравнению с аналогичным периодом 2018 года.

    Как сообщили Oxu.Az в Кабинете министров, в связи с этим были внесены изменения в Постановление №74, предусматривающее упрощение в “Правилах оплаты экспортного поощрения лицам, занятым экспортом ненефтяной продукции”.

    Решение подписал премьер-министр Али Асадов.

    Согласно изменениям, отменена надобность в отметках таможенного органа страны назначения в транспортном документе, который должен быть приложен к заявлению для оплаты экспортного поощрения,

    Также Правила подразумевают, представление “письма-распоряжения”, подписанного министерством экономики министерству финансов посредством электронной почты.

    В результате изменений планируется упрощение и ускорение механизма поощрения экспорта.

    Обращения предпринимателей и международный опыт говорят о необходимости упрощения процедуры оплаты экспортного поощрения.

  • Əli Əsədovdan bu şəxslərlə bağlı VACİB QƏRAR

    Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nl sadələşdirib.

    Bununla baölı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    İxracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə, ümumilikdə 36,5 faiz artaraq, 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə, təqribən 15,1 faiz artıb.

    Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinəehtiyac vardır.

    Bununla əlaqədar, yuxarıda adıçəkilən Qərarla təsdiq edilmiş Qaydaya dəyişiklik edilib.

    Qərarda ixrac təşviqinin ödənilməsi üçün ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi; İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış “məktub-sərəncam”ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi də nəzərdə tutulub.

    Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.

  • Bu gün şəhid olan əsgərimizin atası: “Deyirdi, ayın sonu özüm gələcəm” – VİDEO

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı şəhid olan əsgər Qarayev Eltun Elman oğlu Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Əsgər Eltun Qarayevlə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı rayonun Qazıqurdalı kəndində olub.

    Mərasimdə Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, həmçinin, rayon ictimaiyyəti iştirak edib.

    Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı atasına təqdim edilib. Daha sonra havaya yayılım atəşi aşılıb.

    Şəhidin atası Elman Qarayevin sözlərinə görə, oğlunu sonuncu dəfə beş-altı ay əvvəl görüb.

    “Məktub yazırdı. Bu ayın sonu məzuniyyətə gəlməli idi, amma şəhid olub gəldi. Bir dəfə yanına getdik, hərbi hissədə idi deyə, yanımıza gələ bilmədi. Görmədən gəldik. Ancaq məktub yazırdı. Deyirdi, ata, özüm ayın sonu gələcəm”.

  • Тони Фергюсон – Хабибу: “Ты – грязный и жирный кутаб”

    Легковес UFC Тони Фергюсон обратился к чемпиону промоушена в легком весе Хабибу Нурмагомедову, обвинив его в избыточном весе.

    “Ты хочешь драться с Флойдом? У тебя выносливости не хватит! Грязный кутаб (мучное блюдо азербайджанской кухни, – прим. Sports.ru).

    Ты – жирный. Как Кормье по габаритам. Какой еще бокс? Я перед тобой”, – сказал Фергюсон.

  • Putin təyyarəsindəki əsas çatışmazlığı açıqladı

    Rusiya Prezidenti Vladimir Putininin “bir nömrəli təyyarədə” şəxsi paraşütü yoxdur. Dövlət başçısı bu barədə “Kommersant”a müsahibəsində etiraf edib.

    “Çatışmayanı demək lazımdır”, – deyə o, vurğulayıb.

    Bundan əvvəl Putin xüsusi məktəbdə hazırlıq keçərkən dəfələrlə paraşütlə tullandığını bildirmişdi. Nəşrə müsahibəsində isə məxfi məlumat olmasını əsas gətirərək, belə uçuşların sayını açıqlamaqdan imtina edib.

    Qeyd edək ki, Rusiya Prezidentinin səfəri üçün bir neçə təyyarədən istifadə olunur.

  • “28 Mall”un bağlanması xəbərinə RƏSMİ AÇIQLAMA -YENİLƏNİB

    “28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb.

    Median.Az demokrat.az-a istinadən xəbər verir ki, ticarət mərkəzinin qarşısına alış-verişə gəlmiş xeyli adam toplaşsa da, onların içəri girişinə icazə verilmir.

    Mühafizəçilərin bildirdiyinə görə, bağlanmaya səbəb səhər saat 10:00-dan ticarət mərkəzinə elektrik enerjisinin verilişinin dayandırılmasıdır.

    “28 Mall” ticarət mərkəzinin nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verilmir. Mühafizəçilərin sözlərinə görə, hazırda içəridə yalnız mağaza və digər obyektlərdə çalışan işçilərdən başqa heç kim yoxdur. Yalnız elektrik enerjisi veriləndən sonra içəri girişə icazə veriləcək.

    Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyanla haqqında məlumat verilmir.

    Lakin “Paşa İnşaat Ticarət Mərkəzləri Qrup”unun marketinq departamentinin rəhbəri Nuranə İsgəndərova məlumatı təkzib edib. O, BAKU.WS-ə bildirilib ki, Ticcarət Mərkəzi fəaliyyətini davam etdirir və belə hadisə baş verməyib. Yayılan məlumat həqiqəti əks etdirmir.

  • Azərbaycana tibbi maska və respiratorların idxalı rüsumdan azad edildi – Baş nazirin qərarı

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 84 №li qərarın izahını verib.

    Baş Nazir Əli Əsədov bununla bağlı əmr imzalayıb.

    Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 35s nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və buna uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir.

    Bununla yanaşı, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət qərargah yaradılıb.

    Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində vacib məsələlərdən biri də əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsidir.

    Bu baxımdan, Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq bu qərara əsasən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad olunub.