Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, dünən axşamadək 4250 təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Xəzər Televiziyası tanınmış prodüser və aparıcı Tarix Əliyevin verilişi ilə bağlı açıqlama verib.
Median.Az həmin açıqlamanı təqdim edir:
Xəzər Televiziyasına yeni təyin olunmuş Baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir.
Keçirilən ilk iclasda “Hər şey daxil” verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb.
Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq, digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur.
Media orqanı olaraq bəyan edirik ki, növbəti televiziya mövsümündən, yəni cari ilin payızdan etibarən “Xəzər TV” daha məzmunlu, dolğun, əhatəli və xalqımızın milli mənəvi dəyərlərinə uyğun yeni telelayihələrlə tamaşaçıların görüşünə gələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri nazir Muxtar Babayev imzalayıb.
Əmrə əsasən, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov vəzifəsindən azad edilib.
Onun vəzifəsindən azad edilməsi xidmətdə olmanın son yaş həddi ilə əlaqədardır.
Dadaş Bünyadzadə küçəsindən-Bakı Dairəvi Avtomobil yoluna çıxan yeni yolda asfalt örtüyünün vurulması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.
Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumatlar daxil olub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı tərəfindən törədilməsi müəyyən edilib.
S.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməkdaşlarımız tərəfindən sözügedən əraziyə baxış keçirilib və təəssüf ki, ağacların qəsdən zədələnməsi faktı təsdiqlənib”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova ötən gün paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 24 saylı yaşayış binasının arxa hissəsində 7 ədəd ağacın kökündən baltalanması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, nazirlik əməkdaşları tərəfindən həmin ünvanda 7 ədəd ağacın məhv olma dərəcəsinədək zədələnməsi faktı ilə bağlı araşdırma aparılır:
“Məsələ ilə bağlı akt tərtib olunub. Təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək, onlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda polis tərəfindən ağaclara ziyan vuran şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda, nazirlik adından ictimaiyyətə səslənərək, bu hadisəni törədənləri görən və ya bu barədə hər hansı bir məlumata malik olan şəxslərin təcili olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və polisə məlumat vermələrini xahiş edirik”.
İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrini yüksək qiymətləndirib:
“Nazirliyin fəaliyyətinə etimad göstərərək, yaşıllıqların qorunması istiqamətində bizə dəstək olan, gördükləri qanun pozuntularına dair məlumatları ictimailəşdirən hər kəsə təşəkkür edirik. Çox sevindirici haldır ki, artıq vətəndaşlarımız da bu kimi hallara kəskin reaksiya verərək, yaşıllıqların qorunmasına çalışırlar. Bu məsələlər daim ictimaiyyət və media orqanları tərəfindən diqqətdə saxlanılır. Qısa zamanda həmin şəxslər müəyyən olunaraq, qanuna müvafiq şəkildə məsuliyyətə cəlb olunacaqlar.
ETSN hər zaman ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə qarşı çıxıb və çıxacaq. Bütün səylərimizi paytaxtda və regionlarda kütləvi ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının daha da genişləndirilməsinə yönəltmişik. İnsanların təbiətə ziyan vurması qəddarlıqdır”.
Xatırladaq ki, ötən gün paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, 151 nömrəli uşaq bağçasının yanında ağacların kökünün baltalanması ilə bağlı videogörüntü yayılıb. Ərazidə 7 ağac kök boğazından kəsici alətlə zədələnib.
Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq edilib. Naməlum şəxs ayrı-ayrı vaxtlarda mağazalardan iki ədəd mobil telefon oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini Xaliq Qəribov tutulub.
Qeyd edək ki, X.Qəribovun mağazalardan oğurluq etməsi obyektlərin müşahidə kameraları vasitəsi ilə anbaan lentə alınıb. O, ifadəsində törətdiyi əməllərini etiraf edib.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində paytaxtın müxtəlif yerlərində azyaşlı uşaqları aldadaraq, onların mobil telefonlarını əllərindən alan şəxs saxlanılıb. Yetkinlik yaşına çatmayan Bakı şəhər sakini Bahadur Məmmədov (ad və soyad şərtidir) tutularaq istintaqa təqdim edilib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar aparılır.



В Азербайджане все пенсии, пособия и стипендии за март будут выплачены до праздника Новруз.
Об этом сказал заведующий отделом по связям с общественностью и коммуникациям Минтруда и соцзащиты населения Фазиль Талыбов.
“В связи с праздником Новруз будет обеспечена выплата пенсий, пособий и стипендий за март в предпраздничный период.
Выплата пенсий уже началась. Пенсии по Баку, Сумгайыту и Абшеронскому району, Нахчыванской АР переведены на счета граждан. В ближайшие рабочие дни этот процесс продолжится в других регионах и продлится до 19 марта.
Также в ближайшие дни планируется начать выплату пособий и стипендий с опережением графика до праздника Новруз”, – отметил Ф.Талыбов.
“Mart ayı üzrə bütün pensiya, müavinət və təqaüdlər Novruz bayramına qədər ödənəcək”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayramaqədərki dövrdə ödənilməsi təmin olunacaq:
“Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb. Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq”.
“Həmçinin, müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub”, – deyə qurum rəsmisi qeyd edib.