Month: March 2020

  • Abşeronda qadını avtomobil vurub

    Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

    APA xəbər verir ki, hadisə qəsəbənin mərkəzində baş verib.

    1984-cü il təvəllüdlü İsmayılova Amelya Qalib qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Назван худший фильм о Джеймсе Бонде

    Издание The Independent составило рейтинг всех фильмов об агенте 007 Джеймсе Бонде. Худшей признали вышедшую в 2002 году картину “Умри, но не сейчас”, передает “Лента.ру”.

    Двадцатую часть бондианы с Пирсом Броснаном в главной роли раскритиковали за нелепые эпизоды, среди которых оказалось появление Мадонны в качестве инструктора по фехтованию и машина-невидимка. При этом журналисты отметили, что в ленте присутствует красивая сцена, снятая на Кубе, в которой Холли Берри выходит из моря.

    В число наименее удачных фильмов франшизы также вошли “007: СПЕКТР”, “Лунный гонщик”, “Завтра не умрет никогда” и “Человек с золотым пистолетом”. Лучшей оказалась вышедшая в 1963 году картина “Из России с любовью”.

    4 марта стало известно, что премьеру нового фильма об Джеймсе Бонде “Не время умирать” отложили из-за вспышки коронавируса. 25-й фильм бондианы должен был выйти в апреле, однако показ сдвинули на ноябрь. Это первый голливудский проект, изменивший дату премьеры из-за китайского вируса.

  • Moskvada koronavirusa yoluxan şəxs sağalıb

    Moskvada koronavirusa yoluxan xəstə sağalıb, tezliklə xəstəxanadan buraxılacaq.

    APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Moskva merinin müavini Anastasiya Rakova məlumat verib.

    “Yaxşı məlumatımız var. Koronavirusa yoluxan xəstə sağalıb. Artıq onda yeni virusun heç bir əlaməti olmadığı təsdiqlənib. Yaxın günlərdə sərbəst buraxılacaq”, – A.Rakova bildirib.

    Qeyd edək ki, martın 6-da koronavirusun qarşısının alınması və nəzarəti üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada son bir gün ərzində 6 yoluxma qeydə alınıb – Nijni Novqorodda 1, Moskvada 5 hal.

    Onların son iki həftə ərzində İtaliyaya səfər etdikləri bildirilib.

  • İrandan qayıdan üç azərbaycanlıda koronavirus aşkarlandı

    İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə “Report”a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

    Qeyd olunub ki, onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqlənib. Hazırda pasiyentin vəziyyəti kafidir.

    Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldir, hərarətləri yoxdur, vəziyyətləri kafidir.

    Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

  • İcazəsiz “qayıb” alan deputatların adları ictimailəşdiriləcək

    Milli Məclisin komitə və plenar iclaslarında üzrsüz səbəblərdən iştirak etməyən deputatların adları ictimailəşdiriləcək.

    Bu, Milli Məclisin Daxili Nizamnaməsinin tələbləridir. Nizamnamənin 48-ci maddəsinə əsasən, Milli Məclisin parlamentdaxili məsuliyyətə cəlb edilmiş deputatları haqqında məlumatlar “Azərbaycan” qəzetində dərc olunur.

    Bundan başqa, Milli Məclisinin Aparatı tərəfindən başqa kütləvi informasiya vasitələrinə təqdim edilir. Sənəddə yazılır ki, “Azərbaycan” qəzetində hər ay Milli Məclisin növbəti sessiyaları dövründə parlamentin və onun komitə iclaslarını üzrsüz səbəbdən buraxan deputatların adları dərc olunur.

    Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

    Xatırladaq ki, seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bunlar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələridir. Buna görə də, yeni çağırış Milli Məclisə 121 deputat təsdiqlənib.

    Mərkəzi Seçki Komissiyasının qərarları ilə 125 seçki dairəsi üzrə 87 məntəqə buraxılıb, 328 məntəqənin nəticələri ləğv edilib.

  • Leyla Əliyevadan Azərbaycanı təsvir edən möhtəşəm videoçarx paylaşımı

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında Azərbaycanı təsvir edən videoçarx paylaşıb.

    “Baku Media Center”in hazırladığı videoçarxda ölkəmizin təbiəti, mədəni, idman həyatı, gündəlik yaşam tərzi əks olunub.

    Videoçarx qısa zaman kəsiyində minlərlə baxış qazanıb.

  • В Москве выздоровел первый заразившийся коронавирусом

    Мужчина, вернувшийся с коронавирусом после поездки в Италию, выздоровел в Москве и скоро будет выписан из больницы.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом журналистам сообщила в пятницу заместитель мэра Москвы Анастасия Ракова.

    “У нас есть хорошая информация. Первый наш заболевший выздоровел, у него уже несколько раз подтвердились пробы об отсутствии у него инфекции, в ближайшие дни мы его выпишем”, – сказала Ракова.

    Ранее мэр Москвы Сергей Собянин сообщил, что 2 марта врачи подтвердили случай новой коронавирусной инфекции Covid-2019, который был выявлен у москвича, вернувшегося из Италии.

    Также ранее 6 марта в оперативном штабе по предупреждению и борьбе с новой коронавирусной инфекцией сообщили, что за последние сутки в России зарегистрированы шесть случаев коронавирусной инфекции у граждан Российской Федерации – один случай в Нижнем Новгороде, пять случаев в Москве. По данным эпидемиологического расследования установлено, что все граждане посещали Италию в последние две недели.

  • YAP gəlirlərini və xərclərini açıqladı

    Yeni Azərbaycan Partiyasının (YAP) 2019-cu il üzrə gəlirləri və xərcləri açıqlanıb.

    Bu barədə YAP İdarə Heyətinin iclasında məlumat verilib.

    Ötən il YAP-ın gəlirləri 10 milyon 668 min 284 manat olub. Bunun 9 milyon 309 min 25 manatını üzvlük haqları, 1 milyon 359 min 259 manatını büdcədən siyasi partiyalara dövlət dəstəyindən YAP-a düşən pay təşkil edir. YAP gəlirlərinin 5 milyon 307 min 213 manatı İcra Katiblyinin və yerli təşkilatların əməkdaşlarının əmək haqqının ödənilməsinə sərf olunub.

    Bildirilib ki, gəlirlərin 884 min 63 manatı partiya, onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına xərclənib. 91 min 515 manat ezamiyyə xərclərinə, 163 min 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 min 53 manatı mebel və ofis avadanlıqlarının alınmasına, 214 min 214 manatı təmir işlərinə, 481 min 232 manatı kommunal və təsərrüfat xərclərinə, 300 min 908 manatı yanacaq, avtomobillərə xidmət işlərinə, 75 min 862 manatı manatı bank xidmətinə, 57 607 manatı dəftərxana xərclərinə, 49 min 790 manatı çap işlərinə, 234 min171 manatı kredit ödənişinə, 270 min 194 manatı isə sair xərclərə sərf edilib.

  • Bayramqabağı qiymət artımı gözlənilirmi? – VİDEO

    Novruz bayramının nəfəsinin duyulduğu bir vaxtda əhalini ən çox maraqlandıran məsələlərdən biri də bahalıqdır.

    Əməkdaşlarımız bununla bağlı kiçik bir araşdırma aparmaq üçün paytaxtdakı bazarlara üz tutublar.

    Müşahidələr onu deməyə əsas verir ki, bazarlarda kəskin bahalaşma müşahidə edilmir. Ət, düyü, meyvə və tərəzəvlərin qiymətlərində artım var.

    Satıcılar müştəri azlığından şikayətçidirlər.

  • Yeni seçilən deputatlara döş nişanları verildi

    Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq etdikdən sonra yeni seçilən deputatlara döş nişanları təqdim edilib.

    “Qafqazinfo” xəbər verir ki, bu nişanı ilk dəfə taxacaq yeni deputatların sayı 42 nəfərdir.

    Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. Martın 5-də Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələri 121 dairə üzrə təsdiq edib.

    Qeydə alınan pozuntulara görə isə dörd dairə ləğv olunub. Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun öndə olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadi Rəcəblinin birinci olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin ilk sırada olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.