Month: March 2020

  • Азербайджанский театр приостановил свою деятельность из-за COVID-19

    Азербайджанский государственный кукольный театр имени Абдуллы Шаига временно приостановил показ спектаклей.

    Об этом на своей странице в соцсетях сообщила глава пресс-службы театра Гамида Рустамова.

    По ее словам, временная приостановка деятельности культурного центра связана с угрозой распространения в Азербайджане инфекции коронавируса (COVID-19).

    Как написала Г.Рустамова, решение о прекращении показа спектаклей будет действовать до 27 марта.

  • Azərbaycanda teatr COVID-19-a görə tamaşaları dayandırdı

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.

    Bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova sosial şəbəkədə bildirib.

    Onun sözlərinə görə, tamaşaların dayandırılması koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır.

    H.Rüstəmova bildirib ki, qərar 27 mart tarixinədək qüvvədə olacaq.

  • Bakıda sexlərdə baş verən yanğın söndürüldü

    Bakı şəhərinin Nərimanov rayonunun Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 kvadratmetr olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 kvadratmetr sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • AZAL проводит дезинфекцию всех транспортных средств – ВИДЕО

    В Азербайджане в связи с угрозой распространения коронавируса (COVID-19) продолжаются санитарно-дезинфекционные мероприятия на всех видах транспорта.

    Не исключением в этом плане являются и ЗАО “Азербайджанские Авиалинии” (AZAL). Компания проводит санитарные работы как на воздушных, так и наземных транспортных средствах.

  • AZAL-ın bütün hava nəqliyyat növlərində sanitariya işləri davam edir – VİDEO

    Azərbaycanda COVID-19 (koronavirus) təhlükəsi ilə əlaqədar olaraq bütün növ nəqliyyat vasitələrində sanitar təmizlik işləri davam etdirilir.

    AZAL da bu mənada istisna deyil. Şirkət həm hava, həm də quru nəqliyyat vasitələrində sanitar işləri davam etdirir.

  • Bakıda ŞOK: Bacısını qaçırsın deyə qardaşlar bir gecədə oğlan tapdı – VİDEO – FOTO

    Median.Az xəbər verir ki, ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən Rəşad adlı vətəndaşın açıqlamaları hər kəsin təəccübünə səbəb olub.

    “Valideynlərim 1995-ci ildə vəfat edib. Qohumlarım var, amma uşaq evində böyümüşəm. Nənəm məni ora aparıb. Sonra böyüdüm. Bakıda fəhlə işləyirdim. Evlənmək fikrim yox idi. Bir ailə mənə köməklik edirdi. Yəni onların işlərini filan görürdüm. Mənə dedilər ki, bir qız var. Onlar məni televizorda görmüşdülər. Verilişlərdə tamaşaçı qismində otururdum. Məni görüb bəyəniblər. Bir gecənin içərisində qızı mənə qaçırtdırdılar. Qız yaşda məndən böyükdür, amma çox halal qızdır. Əvvəl ona qarşı istəyim yox idi. Övladımız olandan sonra hörmətim oldu. Müəyyən müddət sonra yoldaşıma xəyanət etmişdim. Amma sonra ailəmə qayıtdım. Səhv etmişəm. Qardaşları məni döydü. Yoldaşımla ayrılmışıq. İndi də övladımı mənə göstərmirlər”.

  • Saatlıda yolda vurulan piyada öldü

    Saatlı şəhəri ərazisində “Daewoo” markalı avtomobillə yolu keçən piyada vurulub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, martın 5-də saat 12 radələrində Saatlı şəhəri ərazisində Ə.Muradov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən şəhər sakini Həqiqət Həsənovanı vurub. Nəticədə qadın xəstəxanaya aparılarkən yolda ölüb.

    Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

  • “Avrovision-2020” koronavirusa görə onlayn keçirilə bilər – Prodüser

    “Avrovision-2020” Beynəlxalq Mahnı Festivalı bu il onlayn-formatda keçirilə bilər, çünki koronavirus kimi sürətlə yayılan epidemiya ilə zarafat etmək olmaz.

    Median.Az day.az-a istinadən xəbər verir ki, belə bir fikirlə rusiyalı prodüser İosif Priqojin çıxış edib.

    Daha öncə mahnı festivalının təşkilatçılarının koronavirusla bağlı müxtəlif mümkün ssenarilər üzərində işlədikləri barədə xəbərlər yayılmışdı. Lakin bu məsələ ilə bağlı təşkilatçılar tərəfində hələ rəsmi qərar olmayıb.

    Qeyd edək ki, “Avrovision-2020” mayın 12-16-da Rotterdamda keçirilməlidir.

    Xatırladaq edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

  • Госсекретарь США обвинил Китай в сокрытии информации по коронавирусу

    Госсекретарь США Майк Помпео обвинил китайские власти в том, что они изначально неохотно делились информацией по коронавирусу, из-за чего Штаты “оказались в рядах отстающих”.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом он сказал в интервью телеканалу CNBC.

    “Та информация, которую мы получали на начальном этапе, была неидеальна, и это привело нас к ситуации, когда мы оказались в рядах отстающих лицом к проблеме, с которой мы столкнулись сегодня. Специалисты по инфекционным заболеваниям говорят мне, что это не так должно работать”, – сказал Помпео.

    Он добавил, что работа с китайским правительством была полна разочарований.

  • Mayk Pompeo: “Çin koronavirusla bağlı məlumatları gizlədir”

    Çin hökumətinin əvvəldən koronavirusla bağlı məlumatları xəsisliklə açıqlaması nəticəsində ABŞ bu gün geridə qalanlar sırasındadır.

    “Report” xəbər verir ki, bu barədə CNBC-yə müsahibəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

    O, koronavirusa qarşı peyvənd tapmaq, həmçinin bu təhlükəyə çarə olacaq məlumat əldə etmək ümidilə Çinlə işləməkdən inanılmaz dərəcədə peşman olduqlarını dilə gətirib: “İlkin mərhələdə aldığımız məlumatlar heç də mükəmməl deyildi və bizi hazırda tuş gəldiyimiz çoxlu zərbələrlə kənara atılmış bir vəziyyətə gətirib çıxarıb. Həkimlər mənə yoluxucu xəstəliyin bu yolla yayılmasının inandırıcı olmadığını deyiblər. Bu, Amerikanın şəffaf və açıq şəkildə çalışaraq zəruri məlumatların paylaşılacağı bir yol deyil”.

    ABŞ dövlət katibi koronavirus epidemiyasının Çindən kənar mənşəyə malik olması barədə Çinin hökumətyönlü mediasında irəli sürülən fikirlərə qarşı çıxaraq bildirib: “Çin Kommunist Partiyasının bir çox nüfuzlu nümayəndələri bunun Uhandan gəldiyini deyiblər. Bu heç də Mayk Pompeonun sözləri deyil. Biz bunun haradan başladığını bildiyimizə yüksək səviyyədə əminik”.

    Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı azı 225-ə, ölüm halları isə 12-yə çatıb. Ölənlərin 11-i Vaşinqton, biri isə Kaliforniyadandır.