Month: March 2020

  • Sumqayıt yolunda hərəkət “donub” – FOTO/VİDEO

    Balaxanı-Novxanı-Sumqayıt yolunda hərəkət dayanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb.

    Yolun Sumqayıt istiqamətində hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb. Tıxaca səbəb Bakı-Sumqayıt yolunda təmir işlərinin aparılmasıdır. Həmin istiqamətdə də avtomobillərin hərəkəti çətinləşib.

    Tıxac bir saatdan çoxdur davam edir.

  • Azərbaycan cəmiyyətində qadınların payı – STATİSTİKA

    2020-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib. Onların da 52,1 faizi nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8 faizi qız uşaqlarının payına düşüb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

    İlkin məlumatlara əsasən, Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66 faizi qadınlardır.

    Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.

    Qeyd olunub ki, ölkədə elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir.

    “Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır”, – deyə məlumatda bildirilib.

    Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir.

    Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6 faizi qadınlardır.

  • İranda zəlzələ baş verdi

    İranın Qərbi Azərbaycan əyalətində zəlzələ baş verib.

    Zəlzələ yerli vaxtla saat 14:19 radələrində Xoy şəhərində 4,5 bal gücündə, 14 km dərinlikdə qeydə alınıb.

    Qeyd edək ki, bir müddət öncə Xoy şəhərinin Qətur bölgəsində baş vermiş 5,7 bal gücündə zəlzələdə 36 nəfər xəsarət almış, evlərə və infrastruktura ziyan dəymişdi.

  • “Liverpul”un futbolçusuna ağır itkii

    Qvineyada “Etual dyu Gine” futbol komandasının avtobusunun düşdüyü yol qəzasında doqquz nəfər, o cümlədən “Liverpul”un yarımmüdafiəçisi Nabi Keytin əmisi oğlu Almami Keyt həlak olub.

    Bu barədə “France Football” məlumat yayıb.

    “Etual dyu Gine”nin oyunçuları növbəti oyun üçün Kankana yollanarkən qəza baş verib. Hüquq mühafizə orqanları qəzanın səbəbini avtobusun sürət həddini aşaraq ağaca çırpılmasında görüblər.

    Qəzada həmçinin 19 nəfər xəsarət alıb ki, onlardan da 17-si ağır travmalarla xəstəxanadadır.

  • Gürcüstan İtaliyaya birbaşa aviareysləri dayandırıb

    Gürcüstan hökuməti İtaliyaya birbaşa aviareysləri müvəqqəti dayandırıb.

    Median.Az xəbər verir ki, bu barədə qərar koronavirusun Gürcüstan ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə qəbul olunub.

    Qərara münasibət bildirən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib: “İtaliya ilə birbaşa aviareyslərin dayandırılması ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək. Lakin insanlarımızın həyatı və sağlamlığı bizim üçün daha vacibdir”.

    Nazirin sözlərinə görə, İtaliya və digər riskli ölkələrdən Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılması və onların məcburi müalicəsi hökumətin vəsaiti hesabına həyata keçiriləcək.

  • В Баку изменили схему движения 9 автобусов – Список

    Ввиду ограничения движения на участке пересечения улицы 28 Мая с улицами Юсифа Сафарова и Кёвкаб Сафаралиевой в связи с демонтажом железнодорожного моста на улице 28 Мая в Насиминском районе города Баку временно изменена схема движения некоторых регулярных маршрутов.

    Об этом сообщили Baku.ws в Бакинском транспортном агентстве .

    Таким образом, движение по маршрутам №№ 1, 2, 4, 21, 30, 32, 46, 49 и 175 временно будет организовано через улицы Узеира Гаджибекова, Кёвкаб Сафаралиевой и Пушкина.

    Работы по демонтажу начнутся в ночь на восьмое марта и продолжатся до вечера девятого марта.

  • Serbiya da koronavirusa yoluxdu

    Avropanın daha bir ölkəsində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

    Median.Az Day.Az-a istinadən bildirir ki, yoluxma faktı Serbiyada baş verib.

    Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 mini, ölənlərin sayı isə 3 mini keçib.

  • İranda koronavirusdan ölənlərin sayı artdı

    “İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 124 nəfərə çatıb”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib.

    K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində bu virusdan 17 nəfər dünyasını dəyişib və 1 234 yeni yoluxma tәsdiqini tapıb.

    Onun sözlərinə görə, İranda ümumilikdə 4 747 nəfər bu virusa yoluxub.

    Nazirlik rәsmisi 913 nәfәrin sağaldığını deyib.

    İran xәstәxanalarında koronavirusa yoluxma şübhәlilәrinin sayı tәxminәn 16 min nәfәrdir.

    Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 3513 nəfərin yeni koronavirusa yoluxduğunu, 107 nəfərin dünyasını dəyişdiyini, 739 nəfərin sağaldığını bildirmişdi.

  • ВОЗ обнародовалa число зараженных коронавирусом

    В мире 98 875 человек инфицированы коронавирусом.

    Информацию об этом распространила Всемирная организация здравоохранения (ВОЗ).

    По данным ВОЗ, на 6 марта от коронавируса умерли 3390 человек. 55 807 инфицированных выздоровели.

    В настоящее время 39 588 заразившихся все еще болеют. Cостояние 33 350 человек стабильное, 6238 – тяжелое.

    Страны, где больше всего распространен COVID-19, – Китай, Южная Корея, Италия и Иран.

  • COVID-19 deyildiyi qədər təhlükəli deyilmiş – VİDEO

    Koronavirus (COVID-19) deyildiyi qədər təhlükəli virus deyil.

    Baku Tv xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Çinin və bir sıra digər ölkələrin koronavirusla mübarizə sahəsindəki səylərini yüksək qiymətləndirərək bildirib.

    O, qeyd edib ki, son 24 saat ərzində 33 ölkədə yeni yoluxma halları qeydə alınıb. Beş ölkədə son iki həftə ərzində yeni yoluxma halına rast gəlinməyib. Epidemiya bütün hökumət mexanizmlərini özündə cəmləşdirən kollektiv, razılaşdırılmış və əhatəli bir yanaşma ilə dayandırıla bilər

    ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Armancı deyir ki, təlaşa ehtiyac yoxdur. Sadəcə, ehtiyatlı olmaq lazımdır. Bu virusa yoluxanlardan sadəcə 2-3 faizi vəfat edib.