Month: March 2020

  • Bakıda başı telefona qarışan taksi sürücüsü yaşlı qadını belə vurdu – VİDEO

    Bakıda bir müddət əvvəl piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

    Avtosfer.az xəbər verir ki, görüntülərdə yolayrıcında dayanan avtobusun arxa tərəfindən çıxaraq, yola doğru addımlayan yaşlı qadının taksi sürücüsü tərəfindən vurulması əks olunub.

    İlkin ehtimala görə, sürücünün başı mobil telefona qarışıb.

    Qəzadan sonra avtomobildən düşən sürücü hətta avtobusu da ittiham edib.

    Görüntüləri təqdim edirik:

  • Tofiq Musayev çıxılmaz vəziyyətdə qalıb: “Yaponiyaya necə gedəcəyəm?”

    “Bu gün “Rizin 22” turniri ilə bağlı iclas keçiriləcək. O iclasdan sonra bizə məlumat veriləcək ki, yarış baş tutacaq, yoxsa təxirə salınacaq”.

    Bunu Oxu.Az-a “Rizin” Qran-Pri kəmərinin sahibi olan MMA döyüşçümüz Tofiq Musayev deyib.

    Aprelin 19-da Yaponiyanın Yokohama şəhərində “Rizin 22” turniri keçirilməlidir. Ötən il bu yarışın Qran-Prisinin qalibi olmuş Tofiq Musayev 2020-ci ildə ilk döyüşünə məhz həmin turnirdə çıxmalıdır. Onun rəqibi braziliyalı, “Killer” ləqəbli Luiz Qustavodur, lakin döyüş baş tutmaya bilər.

    Buna səbəb aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunması və beynəlxalq çıxışların bağlanmasıdır.

    “Rizin” təşkilatı ilə üç döyüşlük müqavilə bağlamışam. Bu döyüşdə qalib gəlsəm, qızılı rəngdə “Rizin” kəməri üçün mübarizə aparacağam. İstəyirəm ki, “Rizin”i iki kəmərlə tərk edim. Amma görək hələ bu döyüş keçirilə biləcəkmi? Çünki keçirməyə qərar versələr belə, biz Yaponiyaya necə gedəcəyik? Xaricə çıxış məhdudlaşdırılıb.

    Bildiyimə görə, yalnız London vasitəsilə Yaponiyaya getmək mümkündür. O da uzun səfər olur. “Rizin” təşkilatı isə bizim səfər xərclərimizi qarşılamalıdır”, – deyə Tofiq Musayev bildirib.

  • Турция призвала к бойкоту т. н. “выборов” в оккупированном Арменией Нагорном Карабахе

    Официальная Анкара призвала Минскую группу (МГ) ОБСЕ и все международные организации бойкотировать незаконные так называемые “президентские и парламентские выборы”, которые намерена провести Армения в оккупированном Нагорно-Карабахском регионе Азербайджана.

    Как сообщили АПА в МИД Турции, запланированные на 31 марта 2020 года так называемые “президентские и парламентские выборы” являются односторонней попыткой узаконить нынешнюю ситуацию в этом регионе.

    “Этот шаг является открытым нарушением международного права, в том числе резолюций Совета Безопасности ООН и принципов ОБСЕ”, – говорится в заявлении.

    Отмечается, что проведение так называемых “выборов” на оккупированных территориях в то время, как в рамках МГ ОБСЕ продолжаются поэтапные переговоры по мирному урегулированию нагорно-карабахского конфликта, направлено на подрыв мирного процесса и стабильности.

    “Призываем мировую общественность, международные организации, в том числе Минскую группу ОБСЕ, не признавать эти так называемые “выборы”, которые Анкара отвергает. Турция как член Минской группы ОБСЕ, будет и в дальнейшем поддерживать попытки поиска справедливого решения нагорно-карабахского конфликта”, – говорится в заявлении.

  • Türkiyədən çağırış: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”

    Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz prezident və parlament seçkiləri keçirməsini boykot etməyə çağırıb.

    Türkiyənin Xarici İşlər Nazirliyindən APA-ya verilən açıqlamada bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür:

    “Bu addım beynəlxalq hüququn, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır”.

    Açıqlamada daha sonra qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili sülh yolunu və eləcə də, davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür:

    “Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən, ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik.

    Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”.

  • Kəmalə Ağazadə: “Test nəticəsi neqativ çıxan şəxsləri də sığınacağa qəbul etmirik”

    “Koronavirus pandemiyası ilə bağlı sığınacaqdakı uşaqları təhlükəyə ata bilmərəm. Test nəticələri neqativ çıxan şəxsləri belə qəbul etmirəm. Uşaqların sağlamlıqlarını qorumaq lazımdır”.

    Bunu Oxu.Az-a açıqlamasında “Mövcud vəziyyətlə bağlı ölkə ərazisində evsiz, küçələrdə qalan uşaqlarla bağlı sığınacağa müraciətlər varmı?” sualına cavab olaraq, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

    K.Ağazadə bildirib ki, bu gün Birliyin sığınacağında 33 uşaq var:

    “Onların sağlamlıqlarının müdafiə olunması önəmlidir. Azərbaycanda koronavirusa qarşı mübarizə aparmaq üçün Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul olunub. Martın 15-də bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən bizə də təlimatlar verilib. Düşünürəm ki, bu vəziyyətdə sığınacaqda olan uşaqların sağlamlığını təhlükəyə atmaq olmaz. Amma onu da qeyd edim ki, regionlarda giriş-çıxışa məhdudiyyətlər olduğundan, küçələrdə məcburi şəkildə dilənçiliyə sövq edilən uşaqlara da az rast gəlinir.

    Martın 15-də aidiyyəti orqanlar tərəfindən bizə qadın və uşaq gətirildi. Lakin qadının səhhətində müəyyən problemlər hiss etdim. Onun hərarəti var idi. Eyni zamanda, təzyiqdən də şikayətlənirdi. Təbii ki, onu sığınacağa qəbul edə bilməzdim. Amma o vəziyyətdə də geri göndərə bilməzdim. Qadını və uşağını ayrıca bir kabinetdə saxlayaraq, dərhal təcili tibbi yardıma müraciət etdim. Düzdür, onda hələ test olunmurdu, amma qadına zəruri tibbi müdaxilələr edildi. Mənə arayış verdilər ki, onda koronavirus yoxdur. Daha sonra ailəsi ilə əlaqə saxlayıb, aidiyyəti qurumların iştirakı ilə onu evinə göndərdik”.

    K.Ağazadə əlavə edib ki, test nəticələri neqativ olan şəxslər belə sığınacağa qəbul edilmir:

    “Qeyd etdiyim məqamdan başqa sığınacağa heç bir müraciət olmayıb. Çox yaxşı haldır ki, bu gün küçəyə atılan uşaqların sayında azalma var. Bunun da səbəbi bəzi rayonlardan şəhərə gəlib, uşaqlarını dilənçiliyə, səfil həyata məcbur edən valideynlərin indi paytaxtda olmamasıdır. Sosial şəbəkədən kifayət qədər qadınlar müraciət edir. Lakin qanun hər kəsə şamil olunur.

    Mən onları sığınacağa qəbul edib, uşaqların sağlamlığını riskə ata bilmərəm. Hətta koronavirusla bağlı testdən keçən şəxsləri belə qəbul etmirəm. Çünki nəticələr neqativ çıxsa da, müəyyən inkubasiya dövrü var, bu, çox ciddi mərhələdir. Odur ki, ani ehtiyatsızlıqdan sığınacaqda olan 33 uşağın koronavirusa yoluxması, bu xəstəliyin daha çox insana yayılmasına şərait yarada bilər”.

  • ГЭЦ ввел новшество в онлайн-экзамен по приему на госслужбу

    С учетом особого карантинного режима, введенного в Азербайджане в связи с коронавирусной инфекцией, Государственный экзаменационный центр (ГЭЦ) для оказания поддержки кандидатам, готовящимся к поступлению на госслужбу, до июля 2020 года будет бесплатно проводить тестовые онлайн-экзамены (2 варианта), размещенные на портале otk.az.

    Как сообщили в ГЭЦ, желающие сдать онлайн-экзамен могут пройти регистрацию на портале otk.az и в любое время проверить свои знания.

    Сразу после окончания онлайн-экзамена можно будет получить его результаты, изучить их, сравнить ответы с правильными.

    С правилами регистрации на портале и записи на экзамен можно ознакомиться в ячейке “Инструкции” на портале otk.az.

  • Daha bir imtahanın sınaq mərhələsi pulsuz oldu

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq, dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (iki variant) iyul ayınadək ödənişsiz olacaq.

    Mərkəzdən verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib, günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. İmtahana buradan yazılmaq olar.

    Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.

    Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə otk.az-da “Təlimatlar” bölməsində tanış olmaq lazımdır.

  • Антисанитария в мясных лавках в Баку: нарушаются нормы карантина – ВИДЕО

    Во время широкого распространения пандемии главное – соблюдение норм гигиены не только со стороны тех, кто продолжает ходить на работу, но и тех, кто остается дома.

    Среди продуктов, которые используют граждане дома, есть, конечно же, мясо.

    А какова ситуация в мясных лавках? Неоднократно на таких объектах проводились рейды, владельцы магазинов штрафовались за допущенные нарушения.

    Сотрудник Baku TV подготовил сюжет о том, как эти объекты работают во время карантинного режима.

    Представляем вниманию читателей данное видео.

  • Bakıda ət mağazalarında antisanitariya: Karantin qaydaları pozulur – VİDEO

    Pandemiyanın geniş yayıldığı bir zamanda əsas məsələ təmizliyə, gigiyenaya diqqət yetirməkdir. Həm işləyənlər, həm də evdə qalanlar üçün.

    Evdə qalan insanların ən çox istifadə etdikləri məhsulların arasında ət də var.

    Bəs ət məhsullarını satan mağazalarda vəziyyət necədir? Dəfələrlə bu tip obyektlərə reydlər təşkil olunub, mağaza sahibləri cərimələnib.

    Baku TV-nin əməkdaşları xüsusi karantin rejimində həmin obyektlərin necə fəaliyyət göstərdiyini, qaydalara necə əməl edildiyini müşahidə edib.

    Ətraflı videosüjeti təqdim edirik:

  • Дорожная полиция: К ответственности за нарушение режима карантина привлечены пять автовладельцев

    С 08:00 19 марта и до настоящего времени владельцы 13 605 автомобилей попытались нарушить запрет на въезд-выезд из Баку. При этом водители 8 326 транспортных средств пытались въехать на территорию столицы, а остальные 5 279 – выехать.

    Об этом Oxu.Az заявил руководитель отдела по связям с общественностью Главного управления Государственной дорожной полиции Кямран Алиев.

    “За последние сутки на дороге Баку-Губа было остановлено 273 автомобиля, из них 236 пытались въехать в столицу, остальные – покинуть ее. На трассе Баку-Шамахы было остановлено 74 автомобиля, на дороге Баку-Газах – 307”, – сказал К.Алиев.

    Он также отметил, что за последние сутки за нарушение карантинного режима на полицейских постах пять человек были привлечены к ответственности.

    В рамках мероприятий по ограничению движения и усилению социальной изоляции с целью предотвращения распространения коронавируса COVID-19 с 00:00 19 марта и до 29 марта приостановлен въезд в Баку, Сумгайыт и Абшеронский район транспортных средств, зарегистрированных в других районах и городах республики, за исключением автомобилей специального назначения, в том числе скорой медицинской помощи, аварийно-ремонтных и спасательных служб, а также грузовиков.