Month: March 2020

  • Fransada təxminən 300 nəfər koronavirusdan vəfat edib

    Fransanın Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, ötən gün ərzində ölkədə 292 nəfər koronavirusun qurbanı olub.

    “France Press” xəbər verir ki, ümumi olaraq isə xəstəlikdən 2606 insan ölüb.

    Hal-hazırda Fransa xəstəxanalarında 4,6 min insan koronavirusdan müalicə alır. 19 min nəfər isə xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb.

  • Tovuzda iki avtomobil toqquşdu, yaralılar var

    Tovuz rayonunun Qovlar şəhəri ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, “Niva”markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər – 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyə koronavirusun müalicəsi üçün bu üsuldan istifadə edəcək

    Türkiyədə koronavirusun müalicəsində qanköçürmə üsulundan istifadə ediləcək.

    “HaberTürk” məlumat verir ki, Qızıl Aypara Cəmiyyətinin İdarə heyətinin başçısı Kərəm Kınık qan köçürülməsinə başlanılacağını və reanimasiyada olanların xəstəlikdən sağalan insanların qan nümunələri ilə müalicə olunacaqlarını deyib.

    Koronavirusla mübarizədə bir çox ölkələrin gündəmində olan “plazma müalicəsi” ilə bağlı əhəmiyyətli açıqlamalar verən Kınık “Koronavirusdan sağalmış, qanlarında iki həftə ərzində virus tapılmayan könüllü donorlarımızın plazmalarından istifadə edirik.

    Əldə edilən immunoqlobulinlər reanimasiyaya yerləşdirilən, tənəffüs problemi olan və ağırlaşma riski daha da artan vətəndaşlarımız üçün müalicəvi xüsusiyyətə malikdir” deyib.

  • DİN xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb – SİYAHI

    Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.

    Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

    E.Zahidov qeyd edib ki, vətəndaşları ən çox maraqlandıran – bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır: “Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, Zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.

    DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır: “Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”.

  • Bakıda sürücülər arasında dava düşüb, bıçaqlanan var

    Bakının Nəsimi rayonunda gənc oğlan taksi sürücüsü tərəfindən bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında baş verib.

    Taksi sürücüsü kimi fəaliyyət göstərən 1991-ci il təvəllüdlü Abdullayev Nahid Vahid oğlu eyni ərazidə taksi fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxslə mübahisə edib.

    Mübahisə zəminində Elçin bıçaqla N.Abdullayevin bədəninə bir neçə bıçaq zərbəsi vurulub.

    Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.Abdullayevin vəziyyəti ağırdır.

  • Korona nə qədər davam edəcək? – Harvard İnstitutu

    Harvard Qlobal Səhiyyə İnstitutunun direktoru Aşiş Ca koronavirus pandemiyasının 12-18 ay davam edəcəyini proqnozlaşdırıb.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, CNN-ə açıqlamasında alim bu virusun 2-6 həftəyə ötüb keçən virus olmadığını bildirib.

    “Bu, 2, 4 və ya 6 həftəyə ötüb keçən virus deyil. Bəxtimiz gətirsə, bu virusla 12-18 ay bu və ya digər formada yaşamağa məcbur olacağıq”, – o deyib.

    Ca bildirib ki, koronavirusa qalib gəlməyin yeganə yolu effektiv vaksinin tapılmasıdır.

    Qeyd edək ki, analoji proqnozla Almaniya alimləri də çıxış edib.

  • Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə – VİDEO

    Müasir Bakının simvoluna çevrilən “Alov Qüllələri”ndə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” fikri, “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal, Azərbaycan!” şüarları əks olunub.

    Median.Az xəbər verir ki, bu təşəbbüs Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında səsləndirdiyi fikirlərdən sonra baş tutub.

    Dövlət başçısı mübariz Azərbaycan həkimlərinin əməyini yüksək dəyərləndirib, onlara öz təşəkkürünü bildirib:

    “Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb.

    Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər.

    Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.

    Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq”.//oxu.az

  • Мехрибан Алиева: Наши медработники с честью выдерживают этот нелегкий экзамен

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева сделала публикацию о медицинских работниках на своей официальной странице в Instagram.

    Как передает Median.Az, в публикации говорится:

    “Пандемия коронавируса оказалась тяжелейшим испытанием для современной системы здравоохранения. С ней не могут успешно справляться даже многие передовые, развитые страны.

    В эти дни борьбу с коронавирусом уже сравнивают с войной. Это действительно война. Война, в буквальном смысле, с невидимым врагом.

    Азербайджан, как и многие страны, вынужден принимать чрезвычайные меры, закрывать границы, вводить строгий режим карантина. Борьба с незримой опасностью идет сегодня по многим направлениям. Она требует тяжелого труда, непростых и ответственных решений от многих людей разных профессий. Но самую важную и самую сложную задачу решают сегодня наши медики, наши врачи, наши медсестры, технический персонал, ученые и лаборанты.

    Именно они находятся на переднем крае борьбы с эпидемией. Их ежеминутные решения, их профессиональные знания и навыки, их самоотверженность и сострадание – главное наше оружие и наша надежда.

    В эти дни мы заново осмысливаем то, что профессию врача называют священной миссией. Действительно, она всегда требовала глубоких знаний и отточенных навыков. Но сегодня от наших медработников потребовалось и большое личное мужество. И они с честью выдерживают этот нелегкий экзамен. В борьбу с эпидемией включилась целая армия наших медицинских работников. Среди них – мужчины и женщины, умудренные опытом и совсем юные, признанные корифеи и только вступившие в профессию выпускники медицинских вузов, медсестры, техники и санитары. Они все спасают наших сограждан – и тех, кто заражен коронавирусом, и тех, кто избежал встречи с этой смертельной опасностью.

    Дорогие наши медицинские работники,

    Я выражаю каждому из вас глубокую признательность за все – за вашу самоотверженность, за ваш труд на пределе возможностей, за ваш каждодневный подвиг. Сегодня в вас проявляются самые лучшие качества нашего народа – отвага и сострадание, ответственность и человеколюбие, душевная теплота и взаимовыручка. Низкий вам поклон за ваш героический труд, за работу с полной самоотдачей. Уверена, вы делаете и впредь будете делать все, от вас зависящее, чтобы остановить эту страшную эпидемию. Мы безгранично верим в вас, в ваш профессионализм.

    Желаю вам мужества, терпения и, самое главное, здоровья!

    Да хранит вас Всевышний.

    С глубоким уважением и любовью,

    Ваша МЕХРИБАН”.

  • Mehriban Əliyeva: “Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar”

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tibb işçilərimizlə bağlı paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda deyilir: “Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik – koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir.

    Koronavirus pandemiyası müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq oldu. Hətta bir çox qabaqcıl, inkişaf etmiş ölkələr belə onun öhdəsindən gələ bilmirlər.

    Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir.

    Bir çox ölkələr kimi, Azərbaycan da fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətindədir. Görünməz təhlükə ilə mübarizə bu gün müxtəlif istiqamətlərdə aparılır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər.

    Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir.

    Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin – təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər.

    Əziz tibb işçilərimiz,

    Fədakarlığınıza, imkanlarınız daxilində sərf etdiyiniz əməyə, hər gün nümayiş etdirdiyiniz qəhrəmanlığa görə sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu gün sizin simanızda biz xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük.

    Gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz təşəkkürə layiqdir. Əminəm ki, bu qorxunc epidemiyanın qarşısının alınması üçün siz əlinizdən gələni edirsiniz və bundan sonra da edəcəksiniz. Biz sizə, sizin peşəkarlığınıza hədsiz dərəcədə inanırıq.

    Sizə cəsarət, dözüm və ən əsası cansağlığı arzulayıram!

    Uca Tanrı sizi qorusun!

    Dərin hörmət və sevgilərlə,

    Sizin MEHRİBAN”.

  • Gəncədə karantin rejimini pozan internet klub aşkarlandı

    Gəncədə karantin rejimini pozaraq internet klub işlədən və orada olan şəxslər aşkarlanıb.

    Bu barədə “Report”un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

    Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları tədbirləri davam etdirir.

    BPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən internet klub aşkarlayıb. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb. İnternet klubda olan yeniyetmələrin valideyinlərinə polis əməkdaşları tərəfindən xəbərdarlıq edilib və sağlamlıqları üçün evdə qalmaları tövsiyə olunub.