Month: March 2020

  • Bakıda karantində saxlanılan şəxs yoxdur – RƏSMİ

    “Bakı şəhərində karantində saxlanılan şəxs yoxdur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qərargah üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

    Onun sözlərinə görə, Bakı sakinləri arasında azsaylı şəxslər yüksək qızdırma ilə təcili tibbi yardıma və Kliniki Tibbi Mərkəzə müraciət edirlərsə, müayinə olunurlar. Onların arasında heç bir müsbət cavab qeydə alınmayıb:

    “Karantində olan vətəndaşlar əsasən, İran-Azərbaycan sərhədini keçən vətəndaşlardır. Onlar səfirlik vasitəsi ilə xüsusi dəhlizlə keçirilir. Ölkənin başqa regionlarında da vətəndaşlar yoluxma olub-olmadığını öyrənmək üçün özləri müraciət edə bilər və karantinə alına bilərlər. Onların sayı azdır”.

    Y.Qarayeva bildirib ki, koronavirusa yoluxmuş və ya karantində saxlanılan şəxslərə baxan tibb personalı hər şeylə təmin olunur:

    “Onlar üçün lazım olan hər şey alınıb və alınacaq”.

    Şöbə müdiri qeyd edib ki, sərhəd-keçid məntəqələrində məhdudiyyət müddətinin uzadılması ilə bağlı dəqiq nə isə demək mümkün deyil:

    “Bu, vəziyyətin gedişatından asılıdır”.

  • İrandan Azərbaycanla sərhədin son vəziyyəti ilə bağlı AÇIQLAMA

    “İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gediş-gəliş əvvəlki kimi deyil”.

    Bu barədə oxu.az-a İranın Azərbaycandakı səfirliyindən iki ölkə arasındakı sərhədin son vəziyyəti ilə bağlı verilən açıqlamada bildirilib.

    Qeyd olunub ki, son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb:

    “Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir. Həmçinin, Azərbaycan rəsmiləri öz vətəndaşlarının İrana səfər etməsinə də icazə vermir.

    Lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməlidirlər və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar.

    Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar.

    Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda, bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir”.

  • Parlamentin növbədənkənar iclasları keçirilə bilər – RƏSMİ

    Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.

    Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, lazım gələrsə, parlamentin növbədənkənar iclasları da keçiriləcək.
    /oxu.az/

  • В Азербайджане анонсировали реформы в структуре аппарата парламента

    В структуре аппарата Милли Меджлиса (парламента) Азербайджана будут проведены реформы.

    Об этом сказал журналистам в четверг руководитель аппарата парламента Сафа Мирзоев.

    Глава аппарата отметил, что не обладает информацией о том, будут ли упразднены некоторые отделы указанной структуры Милли Меджлиса.

  • Milli Məclisdə şöbələr ləğv ediləcək?

    Milli Məclisin Aparatında islahatlar aparılacaq.

    Bunu jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

    O parlamentin bəzi şöbələrinin ləğv olunub-olunmaması ilə bağlı sualı da cavablandırıb.

    “Mən Milli Məclisin şöbələrinin ləğv olunub-olunmaması ilə bağlı bir şey deyə bilmərəm”, – deyə o bildirib.

  • Конституционный суд Азербайджана утвердил итоги выборов в Милли Меджлис

    На заседании Пленума Конституционного суда (КС) Азербайджана в четверг вынесено решение по итогам внеочередных выборов в Милли Меджлис (парламент), прошедших 9 февраля.

    КС утвердил итоги голосования на выборах.

    Через неделю состоится первое заседание Милли Меджлиса шестого созыва.

    Итоги голосования по первому Хатаинскому избирательному округу (ИО) №33, третьему Хатаинскому ИО №35, Лянкяранскому сельскому ИО №74 Имишли-Бейлаганскому ИО №80 объявлены недействительными.

  • Konstitusiya Məhkəməsi seçki nəticələrinə “HƏ” dedi

    Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclasında qərar çıxarılıb.

    Qərara görə, parlament seçkilərinin nəticələri təsdiqlənib.

    Qeyd edək ki, qanunvericiliyə görə, qərardan sonra bir həftə müddətində yeni çağırış Milli Məclisin ilk iclası keçirilməlidir.

    Xatırladaq ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

    Seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.

  • Оперативный штаб при Кабмине Азербайджана о помещенных в карантин из-за коронавируса

    В Азербайджане в карантин помещено до 500 человек, у которых взяты анализы. Большинство составляют граждане Азербайджана, но есть и представители других стран.

    Об этом сказал глава рабочей группы по инфекционным заболеваниям Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Васиф Алиев на брифинге оперативного штаба при Кабинете министров в четверг.

    Как заявила завотделом профилактики и контроля заболеваний TƏBİB Ягут Гараева, после закрытия границы с Ираном в 16:00 29 февраля 276 граждан Азербайджана, прибывших из Исламской Республики, помещены в карантин.

    Она отметила, что это новый вирус, поэтому проверка проводится только посредством специальных тестов, которые предоставляются ВОЗ. Соответствующие анализы можно сделать только в лаборатории оперативного штаба при Кабинете министров.

    “В настоящее время на территории республики только у трех граждан выявлен коронавирус, они находятся под наблюдением врачей. Их состояние стабильное, никаких осложнений нет”, – сказала Я.Гараева.

    Напомним, что впервые в Азербайджане коронавирус выявили у гражданина России (1997 г.р.), прибывшего из Ирана. Двое других зараженных коронавирусом – граждане Азербайджана и Ирана – также прибыли из Исламской Республики и находятся в больнице на карантине с 26 февраля.

  • Azərbaycanda karantində olan şəxslərin sayı açıqlandı

    “Fevralın 29-da saat 16:00-da İran-Azərbaycan sərhəd-keçid məntəqəsi bağlandıqdan sonra 276 nəfər azərbaycanlı ölkəyə gətirilib və hazırda onlar karantində saxlanılırlar”.

    Bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qərargah üzvü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

    Onun sözlərinə görə, hazırda müayinədə koronavirus epidemiyası təsdiqlənən üç şəxs var:

    “Onların vəziyyəti stabildir”.

    TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev isə bildirib ki, 500-ə yaxın şəxs karantindədir:

    “Onların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”.

  • “Toyota” 3,2 milyon avtomobilini geri qaytarır

    Avtomobil şirkəti “Toyota Motor” ixrac olunan 3,2 milyon avtomobilini təmir olunmaq üçün geri çağırır.

    Sondakika.com-un xəbərinə görə, 2013-cü il və ondan əvvəlki modellər təmir üçün geri qaytarılır.

    Səbəb həmin modellərdə benzin nasosunda olan texniki problemdir.

    Geri qaytarılacaq avtomobillərin 1,8 milyonu ABŞ-a ixrac olunan modellərdir.

    Qeyd edək ki, “Toyota” şirkəti bu texniki problemlə bağlı şikayətləri iyun ayından araşdırmağa başlayıb.