Month: March 2020

  • Azərbaycanda daha üç nəfərdə COVID-19 aşkarlandı

    İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

    Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

    İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin vəziyyəti sabitdir, səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

  • Sürücülük imtahanından 10 dəqiqə sonra maşını çayda batırdı – VİDEO

    Sürücülük imtahanından 10 dəqiqə sonra sürücü avtomobilini çayda batırıb.

    “Uniland”ın məlumatına görə, hadisə Çinin Quyçjou əyalətində baş verib.

    Bildirilir ki, qəzaya səbəb sürücüyə gələn təbrik mesajları olub.

    Sükan arxasında telefona gələn mesajlara baxan sürücünün fikri bir anlıq dağılıb və o, körpüdə qarşısına çıxan iki nəfəri gec görüb.

    Təşvişə düşən sürücü əyləci basmaq əvəzinə sükanı sola çevirib. Nəticədə maşın körpüdən aşaraq çaya düşüb.

    Sürücü maşından çıxa bilib. Yoldan keçənlər onu quru geyimlə təmin ediblər. Avtomobili isə polislər qaldırıcı kranın vasitəsi ilə çıxarıblar.

  • Президент Ильхам Алиев назначил нового главу ИВ Исмаиллинского района

    5 марта Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении Багирова Нахида Рза оглу на должность главы Исполнительной власти Исмаиллинского района.

    Другим распоряжением главы государства Садыгов Мирдамед Мирсадыг оглу освобожден от должности главы Исполнительной власти Исмаиллинского района.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezident İsmayıllının icra başçısını vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirdaməd Mirsadıq oğlu Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

  • İrandan təxliyyə olunan Gürcüstan vətəndaşları Azərbaycanda karantinə alındı

    Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İrandan təxliyyə olunan ölkə vətəndaşları ilə bağlı məlumat verib.

    Report-un xəbərinə görə, o, həmin şəxslərin Azərbaycanda karantinə alındığını bildirib.

    A.Xvtisiaşvili deyib ki, Gürcüstan vətəndaşları ilə Azərbaycanla sərhəddə görüş keçirilib:

    “Həmin şəxslər müvafiq yoxlamalardan keçirilib və xüsusi nəqliyyat vasitəsilə karantin zonası yaradılan tibbi müəssisəyə çatdırılıb”.

  • Lənkəranda qadın aldığı yanıq xəsarətlərindən vəfat etdi

    Lənkəranda 62 yaşlı qadın aldığı yanıq xəsarətlərindən vəfat edib.

    Hadisə Lənkəran şəhər, Ş.Məmmədov küçəsi, ev 12 ünvanında baş verib.

    İlkin məlumata görə, sözügedən ünvanda yaşayan 1958-ci il təvəllüdlü Fətullayeva Ziba Məhkəmə qızının paltarının ətəyi evdə quraşdırılan qaz peçinə ilişib. Paltarın alışması nəticəsində qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

    Qadın dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına bütün bədən səthinin “üçüncü-dördüncü dərəcəli termiki yanığı” diaqnozu qoyulub. Həkimlər tərəfindən göstərilən yardımlara baxmayaraq, qadın ötən gün aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdrıma aparılır.

  • Завтра в Азербайджане сохранится туманная погода

    6 марта в Баку и на Абшеронском полуострове ожидается погода без осадков, переменная облачность, ночью и утром – туман, южный ветер.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшероне составит ночью 6-9, днем – 12-15, в Баку ночью – 7-9, днем – 13-15 градусов тепла.

    Атмосферное давление повысится с 764 до 767 мм ртутного столба, относительная влажность ночью составит 75-85%, днем – 50-55%.

    В регионах Азербайджана будет без осадков, ночью и утром – туман, восточный ветер.

    Температура воздуха составит ночью 3-7, днем – 15-20, в горах ночью – 1-6, днем – 9-14 градусов тепла.

  • Sabahın havası: Duman olacaq, külək əsəcək


    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək – 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Bakı metrosunda tibbi maska satan şəxs tutuldu – VİDEO

    Sosial şəbəkələrdə sərnişinlərə maska satan şəxs saxlanılıb.

    Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.

    O bildirib ki, sözügedən hadisə ilə bağlı Metropolitenin Polis Şöbəsinin əməkdaşları zəruri tədbir görüblər:

    “Mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar bildirmək istəyirəm ki, mart ayının 3-də bununla bağlı Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları həmin şəxsi müəyyən edərək operativ tədbir görüblər.

    Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq inzibati məsuliyyətə cəlb edilib”.

    B.Məmmədov onu da əlavə edib ki, bu kimi hallarla qarşılaşan şəxslərin dərhal metropoliten əməkdaşlarına məlumat vermələri rica olunur:

    “İnsanlar ictimai mövqe nümayiş etdirməlidirlər. Metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda, istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir.

    Elə bu əsasla bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən, bir sərnişin, bir vətəndaş kimi, bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.

    Bütün sərnişinlərdən xahiş edirik ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını müəyyən edir, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir”.

  • В Баку нет граждан, находящихся на карантине в связи с COVID-19 – ОФИЦИАЛЬНО

    В Азербайджане действует круглосуточная горячая линия “1542” Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Об этом сказала в ходе брифинга оперативного штаба при Кабинете министров Азербайджана в четверг заведующая отделом профилактики и контроля заболеваний Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева.

    По ее словам, гражданам, заметившим у себя подозрительные симптомы, рекомендуется звонить на горячую линию.

    “Все случае перепроверяются, и только потом об этом информируется общественность”, – сказала Я.Гараева.

    Завотделом отметила, что в Баку нет граждан, которые находятся на карантине в связи с подозрением на COVID-19.

    “Все граждане, которые обращаются в скорую помощь и Клинический медицинский центр с высокой температурой, проверяются. Никаких [новых] подтвержденных случаев заболевания коронавирусом нет”, – сказала Я.Гараева.

    По ее словам, сейчас на карантине в основном находятся граждане, которые пересекали ирано-азербайджанскую границу. В настоящее время в Астаре, Джалилабаде и Гобустане функционируют три карантинные больницы.

    Медицинский персонал, который наблюдает за инфицированными и гражданами, находящимися на карантине, полностью обеспечен всем необходимым, отметила Я.Гараева.