![]()
5 марта Президент Азербайджана Ильхам Алиев принял Нахида Багирова и Миргасана Сеидова в связи с их назначением на должности глав Исполнительной власти Исмаиллинского и Нефтчалинского районов соответственно.
Об этом сообщает АЗЕРТАДЖ.


![]()
5 марта Президент Азербайджана Ильхам Алиев принял Нахида Багирова и Миргасана Сеидова в связи с их назначением на должности глав Исполнительной власти Исмаиллинского и Нефтчалинского районов соответственно.
Об этом сообщает АЗЕРТАДЖ.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
“Mən sizi – birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir – vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar.
İsmayıllı və Neftçala rayonlarının sosial-iqtisadi inkişafı üçün bir çox layihələr icra edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Hazırda dördüncü proqram icra olunmaqdadır və əminəm ki, 2023-cü ilə qədər rayonların infrastruktur və sosial problemləri tamamilə öz həllini tapacaq. Həm qazlaşdırma, həm elektrik enerjisinin təchizatı, həm də kənd yollarının çəkilişi, içməli su layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və bir çox layihələr icra edilib. Bildiyiniz kimi, bu layihələr mərkəzi icra orqanları tərəfindən dövlət investisiya proqramı çərçivəsində icra edilir. Eyni zamanda, sosial obyektlərin tikintisi, təmiri də mərkəzi icra orqanları tərəfindən həyata keçirilən layihələrdir.
Sizin isə işiniz əsasən rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin gətirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır.
Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğru, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı.
Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq.
Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.
Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir.
Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır.
Eyni zamanda, ilk növbədə, rayonlarda vəziyyət təhlil edilməlidir. İnsanları narahat edən məsələlər ciddi araşdırılmalıdır və onların həlli yolları ilə bağlı təkliflər hazırlanmalıdır, yaxud da ki, bu məsələlər yerində öz həllini tapmalıdır.
Əgər işlər düzgün qurularsa, rayonların potensialı kifayət qədər böyük ola bilər. Neftçala rayonunda sənaye zonası yaradılıb. Deyə bilərəm ki, rayonların arasında birinci sənaye zonası Sumqayıtdan sonra Neftçala şəhərində yaradılıb və artıq fəaliyyətə başlayıb. Azərbaycanda avtomobillər Neftçalada istehsal olunur və bu sənaye zonasının gələcək inkişafı ilə bağlı konkret təkliflər verilməlidir. Hesab edirəm ki, Neftçalada balıqçılıq sənayesinin çox böyük perspektivləri var. Baxmayaraq biz Xəzər dənizinin sahillərində yerləşirik, əfsuslar olsun ki, özümüzü balıqla təmin edə bilmirik, idxaldan asılıyıq. Eyni zamanda, balıqçılıq təsərrüfatlarının yaradılması geniş vüsət almayıb. Mövcud olan təsərrüfatların böyük hissəsi çox primitiv səviyyədədir. Ona görə balıqçılıq həm bizim qeyri-neft sektorumuzun önəmli sahəsi ola bilər, eyni zamanda, ixracyönümlü sahə ola bilər və olmalıdır. Ona görə investorları bu sahəyə cəlb etmək üçün mütləq işlər aparılmalıdır.
Eyni zamanda, hesab edirəm ki, Neftçala rayonunun turizm potensialı da çox perspektivli ola bilər. Bu günə qədər rayonda turizmlə bağlı demək olar ki, heç bir iş görülməyib. Halbuki Bakıya o qədər də uzaq deyil, yaxşı yollar da çəkilir. Hesab edirəm ki, orada da turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Əlbəttə ki, kənd təsərrüfatı Azərbaycanın hər bir rayonunun önəmli sahəsidir, əməktutumlu sahədir. Bu sahəyə də diqqət yetirilməlidir.
O ki qaldı, İsmayıllı rayonuna, hesab edirəm ki, İsmayıllı rayonunun əsas inkişaf potensialı turizm və kənd təsərrüfatı ilə bağlıdır. İsmayıllı rayonunun çox mənzərəli, səfalı yerləri, zəngin təbiəti vardır. Ona görə bu imkanlardan tam şəkildə istifadə olunmalıdır. Dövlət isə öz tərəfindən bundan sonra da infrastruktur layihələrinin icrası ilə bağlı önəmli addımlar atacaq. Necə ki, bu yaxınlarda Lahıc qəsəbəsinə yeni yolun çəkilişi təmin edilib. Bu da əvvəlki yola nisbətən xeyli təhlükəsiz yoldur və məsafə baxımından Bakıdan daha qısa yoldur və Şamaxı rayonundan düz Lahıc kəndinə gəlir. Yolun açılışını mən şəxsən etmişəm. Özüm sükan arxasında bu yolu getmişəm və artıq turistlər üçün Lahıca gəlmək imkanı daha da genişdir. Eyni zamanda, Lahıc qəsəbəsinin qazlaşdırılması, yeni məktəbin tikintisi həll olunub. Bizim digər tarixi kəndimiz olan Basqalın tarixi irsinin qorunması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanıb. Bu da bu kəndin tarixinə, keçmişinə və zəngin mədəni irsinə Prezident tərəfindən verilən yüksək qiymətdir. Çünki çox nadir hallarda Prezident tərəfindən hansısa kəndin inkişafı ilə bağlı Sərəncam imzalanır. Düzdür, bu məsələlər daim diqqət mərkəzindədir. Hər bir kənd mənim üçün doğmadır və əzizdir, amma Azərbaycanın müxtəlif bölgələrində tarixi yaşayış yerləri vardır ki, onlara dövlət tərəfindən xüsusi qayğı göstərilməlidir. Basqal kəndinin gələcək inkişafı ilə bağlı əsas amillər tarixi keçmişimizi qorumaq və turizm imkanlarımızı genişləndirməkdir.
Bir sözlə, hesab edirəm ki, kənd təsərrüfatı və emal sənayesi sahəsində böyük imkanlar var və siz çalışmalısınız ki, bu rayonlarda gedən işlər yaxın zamanlarda öz nəticəsini versin. Sizin fəaliyyətinizdə bax, bu amillər əsas rol oynayacaq – vətəndaşların məmnunluğu, rayonların inkişafı, iqtisadi-sosial göstəricilər və investisiyaların cəlb edilməsi.
Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız”.
* * * * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.


Qafqaz Müsəlmanları İdarəsi koronavirus təhlükəsi ilə bağlı tövsiyələrini açıqlayıb.
Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, son vaxtlar dünyanın bir çox ölkəsində koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə qonşu dövlətlərdə olduğu kimi, Azərbaycanda da profilaktik tədbirlərə start verilib, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altına alınıb.
“Dövlətimiz bu xəstəliyin ölkəmizdə yayılmasını önləmək üçün bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirlərini həyata keçirir. Ölkə dindarlarının çoxsaylı müraciətlərini, bölgə qazıları və səlahiyyətli nümayəndələrimizin təkliflərini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələrlə müraciət edib.
QMİ müvəqqəti çətinlik dönəmində dindarlara tövsiyə edir ki, həkimlərin məsləhətlərinə ciddi şəkildə riayət olunsun, məscidlər, ziyarətgahlar, dini tədris müəssisələri və Quran kurslarında dezinfeksiya işlərinin aparılması üçün müvafiq dövlət tibbi-sanitariya müəssisələrinə müraciət edilsin, ələlxüsus namaz zalları, dəstəmazxana, meyitxana və sanitar qovşaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilsin.
Rica edirik ki, uzaq yoldan gələnlər, yaşlı insanlar, eləcə də, özündə soyuqdəymə əlamətləri hiss edən xəstə şəxslər namazlarını evlərində qılsınlar, məscidə gələn dindarlar şəxsi təsbehlərindən, canamazlarından, möhürlərindən istifadə etsinlər, mümkün qədər dəstəmazlarını evdə alsınlar. Eyni zamanda, məscidə gələn şəxslər bir-biri ilə yaxın təmasdan, əl görüşmələrindən çəkinsinlər”.
QMİ kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlara tövsiyə edir:
“İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmasını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görürük.
Həqiqətən də, başqalarını yoluxucu xəstəliklərə düçar etməmək üçün Cümə namazı və digər mərasimləri müəyyən bir müddətə təxirə salmaq şəriətimizə uyğundur, lakin bu heç bir şəkildə məscid və ziyarətgahların bağlanması anlamına gəlmir.
Qazilərimiz və din xadimlərimiz öz yerlərində dindarlara və icma üzvlərinə mövcud vəziyyətlə əlaqədar mövqeyimizi və tövsiyələrimizi çatdırmağa məsuldurlar”, – deyə tövsiyələrdə deyilir.
QMİ-dən bildirilir ki, dindarlarımız cəmiyyətimiz və ailələrimiz üçün təhlükəli olan məqamda təlaş və vəsvəsəyə qapılmadan tibbi-profilaktik tədbirlərə riayət edəcək, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar.
Binəqədi rayonu Üçüncü mədən, 125-ci korpus və əraziyə bitişik küçələr bərbad vəziyyətdədir.
Baku Tv xəbər verir ki, küçələrin palçıqlı olması hərəkəti çox çətinləşdirib.
Sakinlər bildirirlər ki, bu barədə aidiyyəti qurumlara şikayət etsələr də, problemlər həll olunmayıb.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, yaxın gələcəkdə həmin ünvanda yolları asfaltlamaq nəzərdə tutulur.
Bu məsələ ilə bağlı daha dəqiq məlumat üçün isə qurumdan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etməyi məsləhət görüblər.
AAYDA-dan isə bildirilib ki, qəsəbədaxili yollarda təmir işləri növbəli şəkildə aparılır:
“Bakı şəhərinin bütün qəsəbələrinin təmirə ehtiyacı olan yollarında abadlaşdırma işləri aparılacaq. Tədbirlər planı hazırlanıb. Bu işlər 2023-cü il də daxil olmaqla həyata keçiriləcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada prezident Vladimir Putinlə görüş keçirir.
“Anadolu” xəbər agentliyinin məlumatına görə, görüşdən əvvəl jurnalistlərə açıqlama verən Putin Suriyanın İdlib şəhərində baş verən hadisələrə toxunub.
“Heç kim Türkiyə əsgərlərinin orada olduğunu bilmirdi. Suriya ordusu ağır itkilər verib. Həyatlarını itirən əsgərlərinizə başsağlığı diləyirəm”, – deyə Rusiya prezidenti bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə alınacaq qərarların həm Suriya, həm də hər iki dövlət arasında münasibətləri qaydaya salacağını deyib:
“Qəbul olunacaq qərarlar bölgəyə də, ölkələrimizə də rahatlıq gətirəcək”.
Gürcüstanın Qardabani rayonunun meriya nümayəndəsi olan azərbaycanlı saxlanılıb.
Bu barədə Timer.ge Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Ə.M. adlı məmurun dövlətin balansında olan torpaq sahəsini 30 min lari rüşvət almaqla bir il müddətinə istifadə üçün Türkiyə vətəndaşına verdiyi məlum olub.
Həmin məmur rüşvət alan zaman saxlanılıb.
Faktla bağlı “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma Gürcüstanın Dövlət Korrupsiyaya qarşı Mübarizə Agentliyi tərəfindən aparılır.
Azərbaycanlı məmur 7 ildən 11 ilədək həbs oluna bilər.
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Feminist Hərəkatının “8 Marş – Bizimdir Hürr Küçələr” şüarı ilə yürüş keçirməklə bağlı müraciətinə cavab verib.
Cavabda bildirilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin, burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədəuyğun deyil.
Yürüşün keçirilməsi üçün 8 Mart 2020-ci ildə, saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazası”nın yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
M.Seyidov “İrəli” İctimai Birliyinin sədridir.
M.Seyidov 1989-cu ilin 15 iyulunda Sumqayıtda anadan olub. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub.
2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. M.Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib.
2010-2011-ci illər ərzində hərbi xidmətini başa vurub.
M.Seyidov ictimai fəaliyyətə 2005-ci ildən başlayıb. O, 2014-cü ilin 27 iyununda “İrəli” İctimai Birliyinin sədri seçilib.
2017- ci il 21 sentyabrından Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür.
2018-ci ilin 8 yanvarından etibarən Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunub.
2019-cu ilin 22 oktyabrından etibarən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura üzvü vəzifəsinə təyin edilib.

Məşhur hakim Ənvər Seyidovun qardaşı oğlu Qabil Qiymət oğlu Seyidov dələduzluq etdiyinə görə, həbs olunub.
“Yenisabah”ın məlumatına görə, müxtəlif vətəndaşlardan məhkəmədə üzləşdikləri problemlərin həlli üçün xeyli miqdarda pul alan Q.Seyidov ötən ilin ortalarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Araşdırmalar zamanı məlum olub ki, Q.Seyidov “Qala-BTX” və “Azər Mühafizə” MMC işi ilə bağlı həbs olunan şəxslərin qohumlarına söz verib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə işlərinə kömək edəcək və bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşı tərəf məhkəmənin yekun qərarından sonra aldadıldıqlarını başa düşərək, polisə üz tutublar.
Qeyd edək ki, Q.Seyidov vətəndaşlardan pulu əmisi hakim Ə.Seyidovun Bakı Ağır Cinayətlər Məhkəməsində işləməsindən istifadə edərək alıb. Ötən ilin dekabr ayında istintaq yekunlaşaraq baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Babək Pənahovun icraatına verilib.
Еще у трех человек, прибывших в Азербайджан из Ирана, выявлена коронавирусная инфекция (COVID-19).
Как сообщили в оперативном штабе при Кабинете министров Азербайджана, одним из них является гражданин Германии (1988 г.р.), двое других – граждане Азербайджана (1994 и 1999 г.р.). Последний обучался в иранском городе Кум. Все трое помещены в больницу особого режима.
В настоящее время их состояние оценивается как удовлетворительное, температура нормальная, жалоб нет. Проводятся соответствующие мероприятия, связанные с их лечением.
Состояние всех инфицированных до сегодняшнего дня коронавирусом лиц стабильное, они находятся под строгим контролем, продолжаются необходимые меры по их лечению.