Month: March 2020

  • “Laçın” Ticarət Mərkəzinin həbsdə olan rəhbəri azadlığa çıxıb

    “Laçın” Ticarət Mərkəzinin həbsdə olan rəhbəri azadlığa buraxıldı.

    Ali Məhkəmədə piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsindəki qərardan verilən kasasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, S.Vəliyevin cəzası azaldılıb və o, azadlığa buraxılıb.

    Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada – 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Sonra S.Vəliyev hadisə yerindən qaçıb.

    Faktla bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.

  • Bakıda qadının pnevmoniyadan ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya “COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb.

    Bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargah və Baş Prokurorluğun birgə məlumatında qeyd olunub.

    Bildirilib ki, qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur.

    İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

    Belə ki, 1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ağ ciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı ilə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

    N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunub.

    Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməyib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma davam etdirilir.

    İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən, sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.

  • Bakıda 13 yaşlı qızı qaçırdılar

    Bakının Nəsimi rayonu 22-ci Polis Bölməsinin əməkdaşları 13 yaşlı yeniyetmənin qaçırılması faktını araşdırırlar.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Yevlax rayon sakini 31 yaşlı H.Abdullayeva martın 4-ü səhər saat 04:00 radələrində Polis Bölməsinə müraciət edib. O, martın 3-ü saat 20:00 radələrində 13 yaşlı qızı C.M-nin Elnur adlı şəxs tərəfindən qaçırıldığını bildirib.

    Onun sözlərinə görə, həmin şəxs qızı evlənmək məqsədi ilə qaçırıb.

    Əldə edilən məlumata görə, polis əməkdaşları qızın harada olmasını müəyyənləşdiriblər.
    Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir. Qeyd edək ki, yeniyetmə artıq evindədir.

  • Koronavirusdan qorunmaq istəyirsinizsə, bunlara mütləq əməl etməlisiniz

    Son vaxtlar bütün dünyanı narahat edən koronavirusla (COVID-19) bağlı müxtəlif məlumatlar yayılır. Hər kəs bu virusdan qorunmaq üçün yollar axtarır.

    Azərbaycanda koronavirusun yayılmasına qarşı ciddi profilaktik işlər aparılır. Son zamanlar universitetlərdə, məktəblərdə, bağçalarda, nəqliyyat vasitələrində, avtobuslarda və insanların kütləvi toplaşdığı istənilən digər yerlərdə dezinfeksiya işləri aparılıb. Bu proses hazırda davam etdirilir.

    Bəsit gigiyenaya əməl etməklə koronavirusdan qorunmaq olar.

    Koronavirus epidemiyası əsasən hava və damcı yolu ilə keçir. Təbii ki, bu da insanların daha az məsafədə ünsiyyətdə olmasından asılıdır. İctimai yerlərdə, xüsusilə də avtobus və metrodan istifadə edən vətəndaşlar mütləq əllərini tez-tez sabunla yumalıdırlar.

    Əgər yumaq imkanı yoxdursa, yanınızda spirt götürün, bununla əllərinizi yusanız kifayət edər. İnsanların çox toplaşdığı yerlərdə az olmağa çalışın.

    Bir metrdən artıq təmas olarsa, o zaman yoluxma ehtimalı xeyli aşağı düşür.

    Tez-tez əllərinizi su və sabunla yuyun. Öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək yemədən əvvəl və sonra, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllərinizi mütləq yuyun.

    Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun. Əlləriniz çirkli görünməsə belə, onları spirt tərkibli təmizləyici ilə silin.

    İş yerində oturduğunuz masanın üstünü, üzərindəki telefon, kompüter, klaviatura və digər əşyaları da mütəmadi olaraq dezinfeksiya edici maddələrlə silin.

    İş yerində əməkdaşlar, eyni zamanda, oraya ziyarətə gələn şəxslər mütəmadi olaraq əllərini sabunla yumalıdırlar. Nəticədə əllərinizi yumaqla üzərində olan koronavirusu məhv edirsiniz.

    Dezinfeksiya maddələri masa ətrafında saxlanılmalıdır.

    Yemək bişirdikdən əvvəl və sonra da əllərinizi yuyun. Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin, xəstə və ölü heyvanlar yeyilməməlidir.

    Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska geyinin, işdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın, canlı vəhşi və ferma heyvanları ilə birbaşa təmasdan çəkinin.

    Koronavirusun əşyalar vasitəsi ilə də keçmək ehtimalı var. Virus əşyalar vasitəsilə də keçir. Məsələn, bir əşyanı xəstə istifadə edir və biz də həmin əşyadan istifadə edib əlimizi gözümüzə, burnumuza vursaq, o zaman yoluxa bilərik.

    Tövsiyə olunur ki, xəstə insanlarla təmasda olunmasın. Su içərkən də diqqətli olun. Mənşəyi bəlli olmayan sulardan istifadə etməyin.

    Tibbi maskalardan istifadə edilsə, daha yaxşı olar. Ancaq ondan istifadənin də müəyyən bir müddəti var. İki saatdan artıq istifadə edilməməlidir. İki saatdan artıq istifadə edilmiş maskalar öz keyfiyyətini itirir.

  • İnsanlıq böyük təhlükədədir, yeni viruslar meydana çıxacaq – Alim

    Yer üzündə bundan sonra da yeni növ xəstəlik və virusların tüğyan etməsi təkrarlanacaq və qarşıdan gələn illər insanlığın immuniteti ilə virusların mübarizə dövrü olacaq.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Kuznetsov Koronavirusla bağlı Moskvada keçirilmiş dəyirmi masada bildirib.

    Onun sözlərinə görə, yeni növ koronavirus epidemiyasının necə bitməsindən asılı olmayaraq, buna bənzər hadisələr yaxın gələcəkdə tez-tez baş verəcək. Və təhlükəlisi odur ki, nə tibb, nə dövlətlər buna hazır deyil.

    “Hər belə alovlanma yenidir kimi qəbul edəcəklər, mübarizə üsullarının olmamasını da buna görə bəhanə edirlər. Nə olsun ki, yenidir. Hər yeni virus dünyanı belə iflic etməlidir? Analoji vəziyyət sabah başqa ölkədə çıxa bilər. Kim zəmanət verir ki, 2 il sonra ABŞ-da olmayacaq? O zaman biz daha böyük itkilər verə bilərik. Bu virusda Çini birinci günahkar elan etmək olmaz. Burda problem bütün insanlığın məsələsidir”.

  • Facebook создаст свою платежную систему

    Американская компания Facebook рассматривает возможность создания собственной электронной платежной системы после того, как власти стран Большой семерки (G7: Великобритания, Германия, Италия, Канада, США, Франция и Япония) негативно восприняли проект по выпуску в обращение криптовалюты Libra.

    Об этом в среду сообщило агентство Bloomberg со ссылкой на источники, передает ТАСС.

    Новая платежная система, которая будет создана на базе электронной валюты Libra, “позволит осуществлять транзакции в долларах США, евро и других валютах”. Как указало агентство, консорциум Libra Association, состоящий из более чем 20 компаний и организаций, включая Facebook, в скором времени официально объявит о новой концепции проекта.

    Согласно сведениям Bloomberg, Facebook, тем не менее, не отказывается от идеи создания собственной криптовалюты. “Речь идет не об отказе от первоначального проекта, а о его расширении”, – приводит агентство слова источника.

    В то же время Bloomberg подчеркивает, что если проект Libra выльется в создание платежной системы, а не глобальной криптовалюты, то рядовые американские граждане не увидят большой разницы по сравнению с уже существующими системами по типу PayPal.

  • Çin koronavirusa müsbət təsir edəcək dərmanı AÇIQLADI

    Çin hökuməti koronavirusa yoluxmuş, ağır vəziyyətdə olan xəstələrin müalicəsi zamanı “Roche Holding AG” şirkətinin artrit dərmanlarından istifadəni təsdiqləyib.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu barədə “Reuters” yazıb. İsveçrənin nəhəng əczaçılıq şirkəti tərəfindən “Actemra” ticarət nişanı altında satılan “Tocilizumab” preparatı ağ ciyərlərin ciddi zədələnməsinə məruz qalan və qanın tərkibində iltihabı və ya immunoloji xəstəlikləri bildirən “Interleukin 6” adlı proteinin miqdarı çox olan koronavirus xəstələrinə təyin edilə bilər.

    “Roche” əczaçılıq şirkətinin fikrincə, “Actemra” preparatı “Interleukin 6” proteini ilə əlaqədar olan iltihabı məhdudlaşdırmağa kömək edə bilər.

    Lakin hələlik bu preparatın koronavirus xəstələrinə səmərəli təsir göstərə biləcəyinə dair heç bir kliniki sınaq aparılmayıb.

  • BƏƏ ərəb dünyasında atom enerjisindən dinc məqsədlə istifadə edən ilk dövlət oldu

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərəb dünyasında atom enerjisindən dinc məqsədlə istifadə edən ilk dövlət olduğunu elan edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar ölkənin Nüvə Enerjisi Korporasiyası (ENEC) məlumat yayıb. Qeyd olunub ki, təhlükəsiz, ekoloji cəhətdən təmiz və etibarlı “Bərəkah” AES-in birinci blokuna yanacaq doldurulması uğurla başa çatıb və stansiyanın bir hissəsi işə salınacaq. AES-in işlədilməsini üçün BƏƏ Federal Nüvə Tənzimlənməsi Administrasiyası (FANR) ötən ay müvafiq lisenziya verib.

    ENEC-in təmsilçisi Məhəmməd Həmmadi bildirib ki, onun ölkəsi ərəb aləmində ilk dəfə AES-in bir blokunun tikintisini uğurla başa çatdırıb və stansiyanın texniki personalının 90 faizi Cənubi Koreyada kurslarda iştirak etmiş yerli mütəxəssislərdən ibarətdir. Onun sözlərinə görə, stansiyanın istismara verilməsindən əvvəl 255 sınaq və yoxlama keçirilib. Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyi, Dünya Nüvə Operatorları Assosiasiyasının ekspertləri də “Bərəkah” AES-də yoxlamalar aparıblar. Onlar stansiyanın bütün müasir standartlara cavab verdiyini qeyd ediblər.

    Əbu-Dabinin Dhəfrə regionunda yerləşən AES-in tam istifadəyə verilməsi üçün işlər davam etdirilir. Artıq digər bloklarda inşaat tamamlanmaq üzrədir. “Bərəkah” AES dörd blokdan ibarət olacaq və BƏƏ-nin elektrik enerjisinə olan tələbatının 25 faizini təmin edəcək.

  • Bakıda xəstə vərəm əleyhinə dispanserdə özünü bıçaqladı

    Bakıda dispanserdə xəstə özünə bıçaq xəsarəti yetirib.

    “Report”un məlumatına görə, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm əleyhinə Dispanserdə qeydə alınıb.

    Belə ki, 1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn oğlu özünə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • В жилом доме в Сумгайыте произошел взрыв – ФОТО

    В жилом доме в городе Сумгайыт произошел взрыв.

    Инцидент зафиксирован по адресу 9-ый микрорайон, дом 71, квартира 33.

    Взрыв произошел в результате утечки газа, передает АПА.

    В результате инцидента получили ожоги различной степени Нуриев Мехъяддин Балахан оглу, 1960 года рождения, и его супруга Нуриева Нарындж Агаджафар гызы, 1970 года рождения. Пострадавшие были помещены в больницу.

    По факту проводится расследование.