Month: March 2020

  • Китайские ученые рассказали о мутациях коронавируса

    В новом виде коронавируса произошло около 150 изменений с начала вспышки болезни в Китае.

    Об этом сообщили китайские ученые, передает РЕН ТВ со ссылкой на журнал National Science Review.

    Ученые проанализировали 103 публично доступных генома и обнаружили уже 149 изменений в штамме вируса. Отмечается, что большинство изменений произошли в последнее время.

    Выяснилось, что коронавирус уже разделился на два подтипа: L – наиболее часто встречающийся (70%) и S – его доля составляет 30%.

    Подтип L чаще встречался на ранних этапах вспышки в Ухане, но его частота снизилась к началу января. Ученые считают, что вмешательство человека оказало сильное селективное давление на подтип L, который может быть более агрессивен и распространяется быстрее. При этом сравнительная распространенность подтипа S возросла в силу более слабого селективного давления.

    “Наш анализ предполагает, что подтип S, вероятнее всего, – изначальная версия SARS-CoV-2”, – говорят ученые.

    По словам специалистов, подтип L более агрессивен, чем подтип S, а вмешательство человека изменило относительную распространенность подтипов L и S вскоре после вспышки.

  • Məktəblərdəki bir həftəlik tətil belə kompensasiya olunacaq – VİDEO

    “Koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.

    Oxu.Az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

    O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək.

    Nazir müavini, həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb-uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək:

    “Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil”.

  • Prezident: “Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik”

    “Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında müəssisənin kollektivi ilə görüşündə deyib.

    Dövlət başçısı bildirib: “Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər.

    Mən bunu artıq bir neçə dəfə demişəm, bir daha işçilərə demək istəyirəm. Xüsusilə nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq”.

  • Утвержден новый состав украинского правительства

    Верховная рада Украины в среду утвердила новый состав кабмина, предложенный премьером Денисом Шмыгалем.

    Как передает Median.Az со ссылкой на РИА Новости, такое решение на внеочередном заседании поддержали 277 депутатов при необходимом минимуме в 226 голосов.

    Занимавший должность главы МИД Украины Вадим Пристайко назначен вице-премьером по вопросам европейской и евроатлантической интеграции. Вице-премьером – министром цифровой трансформации вновь стал Михаил Федеров.

    Министром финансов назначен Игорь Уманский, который ранее дважды был первым заместителем министра финансов, а в 2009-2010 годах исполнял обязанности министра. С октября 2016 года по март 2019 года Уманский был внештатным советником экс-президента Петра Порошенко.

    Главой Минздрава назначен известный кардиохирург Илья Емец, который в 2010-2011 годах уже возглавлял это ведомство.

    Бывший советник мэра Киева, представитель властей Украины в политической подгруппе по Донбассу Алексей Резников назначен вице-премьером – министр по вопросам реинтеграции временно оккупированных территорий Украины.

    Министром развития общин и территорий стал глава Киевской областной государственной администрации Алексей Чернышов. Олимпийский чемпион по фехтованию и вице-президент Федерации фехтования Украины Вадим Гутцайт возглавил министерство молодежи и спорта.

    Свои посты в новом кабмине сохранил глава МВД Арсен Аваков, министр юстиции Денис Малюська, глава министерства инфраструктуры Владислав Криклий. Министром кабинета министров стал Олег Немчинов. Министерство социальной политики Украины возглавила Марина Лазебная. В августе 2019 года она была назначена начальницей государственной социальной службы, но уже через полтора месяца правительство Алексея Гончарука ее уволило. В 2013-2014 годах руководила Государственной службой занятости. Министерство ветеранов возглавил заместитель начальника Генштаба вооруженных сил Сергей Бессараб.

  • Sumqayıtda yaşayış binasında partlayış oldu – FOTO

    Sumqayıtda partlayış olub.

    “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 9-cu mikrorayonda baş verib.

    Belə ki, yaşayış binasındakı evlərin birində partlayış qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

    Hadisə zamanı xəsarət alanların olub-olmaması araşdırılır.

  • В Шамкире перевернулся Lexus, пострадали 2 человека

    В Шамкире произошло ДТП.

    Как сообщает АПА, авария произошла у села Сарытепе.

    Автомобиль марки Lexus, управляемый жителем района Игбалом Исмаиловым, потерял управление и перевернулся. В результате водитель и его мать Алиева Наиба госпитализированы с различными травмами.

    Выясняются обстоятельства происшествия.

  • Ukraynanın yeni Baş naziri təyin edilib – YENİLƏNİB

    Ukraynanın Ali Radası bu gün fövqəladə iclasda Baş nazirin keçmiş müavini Denis Şmıqalı hökumət başçısı təyin edib.

    APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, minimum 226 səs tələb olunduğu halda deputatların 291 nəfəri təyinatın lehinə səs verib.

    ***

    Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

    APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna parlamenti bu gün Baş Nazir Aleksey Qonçarukun istefa ərizəsini qəbul edib.

    Qanuna görə, Baş Nazirin istefasından sonra bütün kabinet istefa verməlidir. Hökumət yeni kabinet formalaşana qədər öz vəzifələrini yerinə yetirəcək.

    Qeyd edək ki, Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk vəzifəsindən istefa verməsi barədə ərizəsini martın 3-də Ali Radaya göndərib.

  • Назначен новый премьер-министр Украины

    Верховная рада Украины на внеочередном заседании в среду назначила главой правительства бывшего вице-премьера – министра по развитию общин и территорий Дениса Шмыгаля.

    Как передает Median.Az со ссылкой на РИА Новости, такое решение поддержали 291 парламентарий при необходимом минимуме в 226 голосов.

    Согласно украинской конституции, именно коалиция в Раде должна предложить президенту кандидатуру будущего премьера. После этого глава государства вносит ее на рассмотрение парламента, для утверждения достаточно 226 голосов. Персональный состав нового кабмина на рассмотрение Рады предлагает уже новый премьер. Кандидатуры на пост министров иностранных дел и обороны предлагает президент.

    Шмыгаль родился 15 октября 1975 во Львове. С отличием окончил Львовский политехнический университет в 1997 году, а через пять лет уже стал кандидатом экономических наук, защитив диссертацию по региональной экономике и размещению производительных сил. С августа 2019 по февраль 2020 года занимал должность председателя Ивано-Франковской областной государственной администрации. Четвертого февраля 2020 года Рада назначила Шмыгаля вице-премьером и министром развития общин и территорий.

  • Şəmkirdə avtomobil idarəetmədən çıxaraq aşıb, 2 nəfər xəsarət alıb

    Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndi yaxınlığında qeydə alınıb.

    Rayon sakini İsmayılov İqbal idarə etdiyi “Lexus” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza zamanı sürücü və onun anası Əliyeva Naibə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı Limanı koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərə aydınlıq gətirib

    Son günlər koronavirusun yayılması ilə bağlı Bakı-Kurık və Bakı-Aktau istiqamətində tətbiq olunan məhdudiyyətlərlə bağlı səsləndirilən xəbərlərə aydınlıq gətirilib.

    Bakı Limanından APA-ya verilən məlumata görə, Qazaxıstanda koronavirusun yayılması ilə əlaqədar yaradılmış Xüsusi İdarələrarası Komissiyasının qərarına əsasən, 5 mart tarixindən etibarən Aktau və Kurık limanlarında ağır yük nəqliyyat vasitələri (TIR) və sərnişinlər üçün məhdudiyyətlər tətbiq olunmur.

    Məhdudiyyət yalnız minik avtomobillərinə, İran İslam Respublikası qeydiyyat nömrəli və İrandan gələn nəqliyyat vasitələrinə şamil olunur.

    Bakı Limanı koronavirusun yayılması ilə bağlı hadisələrin inkişafını diqqətdə saxlayır və ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.