Month: March 2020

  • Sumqayıtda ikimərtəbəli ev yanıb

    Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, içərisindəki əşyalar 70 m² sahədə və dam örtüyü yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • İsveçrədə koronavirusa yoluxanların sayı 54-ə çatıb

    İsveçrədə koronavirusa yoluxanların sayı 54 nəfərə çatıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu faktlardan 39-u laboratoriya şəraitində təsdiq olunub.

    Qeyd olunur ki, 200-dən çox şəxs karantinə yerləşdirilib.

    Virus İsveçrənin bütün kantonlarında qeydə alınıb.

  • В Гяндже избили пожилую женщину

    В Гяндже произошел случай избиения.

    Как передает Report, инцидент произошел на улице Эминбейли.

    Женщина 60-65 лет была госпитализирована с телесными повреждениями различной степени тяжести. По словам женщины, ее избили в ходе конфликта. Неизвестно, кто и по какой причине избил женщину.

    По факту ведется расследование.

  • Gəncədə yaşlı qadın döyülərək xəsarət aldı

    Gəncədə döyülmə hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

    Təxminən 60-65 yaşlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının dediyinə görə, onu mübahisə zəminində döyüblər. Onun kim tərəfindən və hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident onun üçün xüsusi kreslo qoyulmasına irad bildirdi: “Adi stul yoxdur?” – VİDEO

    “Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə deyib.

    Ölkə başçısı onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.

  • Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna məktub ünvanlayıb

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiya Baş prokuroruna müraciət edib.

    Trend bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

    Məlumatda qeyd olunur ki, “Tsarqrad TV” informasiya-analitik telekanalının saytında bu ilin fevralın 26-da nəşr olunan, Vladimir Xomyakovun müəllifi olduğu “Ruslar, getməyin, bizə qullar və fahişələr lazımdır” adlı məqalədə 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiyanın Baş prokuroru İqor Krasnova və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidmətinin rəhbəri Aleksandr Jarova səfirin imzası ilə məktublar göndərib.

    Müraciətdə Azərbaycan tərəfinin qəti etirazı ifadə edilib və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi çatdırılıb:

    “Qanlı Yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün çox həssas olduğu və bu faciəvi hadisələrə Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi və hüquqi qiymət verildiyi, 20 Yanvarın “Ümumxalq hüzn günü” elan olunduğu bildirilib. Müraciətdə yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqların, o cümlədən Rusiya Federasiyasının Prezidenti, xarici işlər naziri, eləcə də digər Rusiya rəsmilərinin “Şəhidlər Xiyabanı” memorial kompleksini ziyarət etdikləri və abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdikləri vurğulanıb. Bu cür məqalələr Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət səpmək məqsədi daşıyır”.

    Səfirlikdən bildiriblər ki, yuxarıda göstərilənləri nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 27 iyul 2006-cı il tarixli “İnformasiya, informasiya texnologiyaları və məlumatların qorunması haqqında” Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulduğuna görə müvafiq yoxlamanın aparılmasını xahiş edib.

  • “İşlənmiş pullar Mərkəzi Bankda sterilizasiya olunur”

    Hazırda bütün dünyanı narahat edən virus infeksiyaları xəstəliklərinin yayılmasında, əldən-ələ dolaşan nağd pulun da təsiri var. Buna görə də pulların təmizlənməsi prosesi gündəmdədir. Dünyada virus xəstəliklərinin yayıldığı dövrdə mikrob və bakteriyalardan xilas olmaq üçün bəzi ölkələrdə nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi üzrə çalışmalara başlanılıb.

    Koronavirus təhlükəsinə görə, zərurət yaranacağı halda, Mərkəzi Bankda da belə təmizlik işlərinin aparılması üçün şərait və avadanlıqlar varmı?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan qurumun mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib ki, Mərkəzi Bank beynəlxalq təcrübəni də nəzərə almaqla milli pul nişanlarının istehsalını insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla həyata keçirir:

    “Bununla yanaşı, pul nişanları tədavülə buraxıldıqdan sonra onların dövriyyədə keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldə təmiz pul siyasəti qəbul edilir. Bu siyasət çərçivəsində Mərkəzi Bank dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanlarının kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə yığaraq tədavüldən çıxarılmasını, müvafiq Dövlət Komissiyasının iştirakı ilə məhv edilməsini həyata keçirir. Təkrar dövriyyəyə buraxılan pul nişanları isə Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırılır. Qablaşdırılmış pullar isə Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır”.

    N.Əliyevin sözlərinə görə, bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilib:

    “Sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiyası olunur. Bununla yanaşı, dövriyyədə olan pul nişanlarının təmizliyinin və yüksək keyfiyyətinin təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən kommersiya banklarına daim xüsusi göstərişlər verilir, dövriyyəyə yalnız Mərkəzi Bankın müvafiq avadanlıqlarında emal olunmuş pulların buraxılması tapşırılır və eləcə də əhali üçün maarifləndirici tədbirlər həyata keçirilir”.

  • İranda cümə namazları qadağan edildi

    İran koronavirusa görə daha bir mühüm qərar verib.

    Ölkənin bütün əyalətlərindəki məscidlərdə cümə namazları ləğv edilib.

    Bununla bağlı aidiyyətli qurum tərəfindən qərar qəbul olunub.
    Xatırladaq ki, ötən həftə paytaxt Tehran daxil olmaqla 23 əyalətdə cümə namazı təxirə salınmışdı.

    Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.

    Ruhani isə bugünkü açıqlamasında ölkənin bütün şəhərlərində virusun yayıldığını açıqlayıb.

  • Васиф Талыбов уволил министра

    Министр связи и новых технологий Нахчыванской Автономной Республики (АР) Ровшан Мамедов освобожден от занимаемой должности.

    Соответствующее распоряжение подписал председатель Верховного Меджлиса Нахчыванской АР Васиф Талыбов.

  • Vasif Talıbov naziri vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

    Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov vəzifəsindən azad edilib.

    Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

    Vasif Talıbovun fərmanı ilə Vüsal Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri təyin edilib.

    Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.