Month: March 2020

  • İtaliyada koronavirusdan ölənlərin sayı artdı

    İtaliyada həkimlər artıq 2 502 nəfərin koronavirusa yoluxması hadisəsini qeydə alıblar.

    “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, İtaliyada 79 xəstə bu virusun qurbanı olub, 149 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Koronavirusdan ən çox ölkənin şimal əraziləri zərər çəkib.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 450 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.

  • Bakıda motosikletin vurduğu piyadanın ayaqları sındı

    Paytaxtın Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

    “Report”un məlumatına görə, Naxçivani küçəsində 1962-cı təvəllüdlü Tağıyev Ağasəlim Qafar oğlu yolu keçərkən onu motosiklet vurub.

    Yaralı xəstəxanaya çatdırılıb və müayinə zamanı ona hər iki bud sümüyünün sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Millətlər Liqasının püşkü atıldı

    Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

    “Report”un məlumatına görə, Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə A, B, C və D liqalarında qrupların tərkibi müəyyənləşib.

    Hələlik baş məşqçisi olmayan Azərbaycan milli komandasının C Liqasındakı rəqibləri də məlum olub.

    Millətlər Liqası

    A Liqası

    I qrup

    Hollandiya

    İtaliya

    Bosniya və Herseqovina

    Polşa

    II qrup

    İngiltərə

    Belçika

    Danimarka

    İslandiya

    III qrup

    Portuqaliya

    Fransa

    İsveç

    Xorvatiya

    IV qrup

    İsveçrə

    İspaniya

    Ukrayna

    Almaniya

    B Liqası

    I qrup

    Avstriya

    Norveç

    Şimali İrlandiya

    Rumıniya

    II qrup

    Çexiya

    Şotlandiya

    Slovakiya

    İsrail

    III qrup

    Rusiya

    Serbiya

    Türkiyə

    Macarıstan

    IV qrup

    Uels

    Finlandiya

    İrlandiya

    Bolqarıstan

    C Liqası

    I qrup

    Azərbaycan

    Lüksemburq

    Kipr

    Monteneqro

    II qrup

    Ermənistan

    Estoniya

    Şimali Makedoniya

    Gürcüstan

    III qrup

    Moldova

    Sloveniya

    Kosovo

    Yunanıstan

    IV qrup

    Qazaxıstan

    Litva

    Belarus

    Albaniya

    D Liqası

    I qrup

    Malta

    Andorra

    Latviya

    Farer adaları

    II qrup

    San Marino

    Lixtenşteyn

    Cəbəllütariq

    Millətlər Liqasının qrup oyunlarının təqvimi

    I tur: 1 – 3 sentyabr

    II tur: 6 – 8 sentyabr

    III tur: 8 – 10 oktyabr

    IV tur: 11 – 13 oktyabr

    V tur: 12 – 14 noyabr

    VI tur: 15 – 17 noyabr

    Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

  • Стали известны соперники сборной Азербайджана в Лиге Наций

    Сегодня состоялась жеребьевка групповой стадии Лиги наций по футболу сезона 2020/21.

    Как передает Report, на жеребьевке приняли участие президент АФФА Ровнаг Абдуллаев, исполнительный вице-президент Эльхан Мамедов, вице-президент Эльшад Насиров и тренер сборной Азербайджана Ариф Асадов.

    На проведенной в столице Нидерландов Амстердаме жеребьевке стали известны соперники сборной Азербайджана.

    Сборная с этого сезона будет выступать в дивизионе C в группе I вместе с Люксембургом, Кипром и Черногорией.

    Лига Наций

    Дивизион C

    I группа

    Азербайджан

    Люксембург

    Кипр

    Черногория

  • Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

    Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

    “Report”un məlumatına görə, mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.

    Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.

    Millətlər Liqası

    C divizionu

    I qrup

    AZƏRBAYCAN

    Lüksemburq

    Kipr

    Monteneqro

    Millətlər Liqasının qrup oyunlarının təqvimi

    I tur: 1 – 3 sentyabr

    II tur: 6 – 8 sentyabr

    III tur: 8 – 10 oktyabr

    IV tur: 11 – 13 oktyabr

    V tur: 12 – 14 noyabr

    VI tur: 15 – 17 noyabr

    Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

  • В Академии наук Азербайджана новые кадровые назначения

    В Национальной академии наук Азербайджана (НАНА) произошли новые кадровые изменения

    Как сообщили Trend в Академии, доктор физико-математических наук, профессор Адалят Ахундов рекомендован на должность заместителя по научной работе директора Института математики и механики НАНА. Заместитель по научной работе директора Института проблем радиации НАНА, доктор философии по физике Реван Мехтиева и научный секретарь Института, доктор философии по физике Муса Нуриев на следующие пять лет рекомендованы на нынешние должности.

    Научный совет принял решение о назначении рекомендованных кандидатов на вышеуказанные должности, а также об утверждении кандидатов, предложенных Институтом математики и механики НАНА, на должности заведующего соответствующим отделом, а также главного и ведущего научных сотрудников отдела.

  • Ölkə başçısı: “Apteklərdə maskaların çatışmazlığı müşayiət olunur, buna heç cür izahat tapmaq mümkün deyil”

    Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil.

    APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən səsləndirib.

    Dövlət başçısı bildirib ki, hazırda ölkəmizin kifayət qədər maska ehtiyatları var: “Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

    Prezident İlham Əliyev bir daha ictimaiyyəti əmin edib ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür: “Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri – Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”.

  • Dünyadakı çimərliklərin yarısı su altında qala bilər – ARAŞDIRMA

    XXI əsrin sonuna yaxın qlobal istiləşməyə görə qum çimərliklərinin yarısı dəniz səviyyəsinin qalxması ilə əlaqədar su altında qala bilər.

    “Report” “Nature”yə istinadən xəbər verir ki, bu nəticəyə İtaliya, İspaniya, Portuqaliya və Niderlandın alimləri gəlib.

    “Qum çimərlikləri fırtına və sellərə qarşı müdafiənin ön xəttidir, çünki onlar şiddətli külək və güclü dalğaların qarşısını kəsirlər”, – araşdırmanın müəllifləri bildirib.

    Alimlərin fikrincə, XX əsrdə dəniz səviyyəsi 17 santimetr qalxıb, XXI əsrin sonunadək isə daha 65 santimetr qalxa bilər. Bunun fəsadları sahilyanı bölgədə yaşayan, demək olar ki, milyard insana toxunacaq.

    Dəniz səviyyəsinin qalxması, ilk növbədə, ada dövlətlərə, uzun sahil xətti olan ölkələrə və alçaq səviyyədə olan ərazilərə (məsələn, Banqladeş və Niderland) təsir edəcək.

  • ВОЗ сделала новое заявление о коронавирусе

    Процент умерших в результате инфицирования новым коронавирусом составляет 3,4%, что значительно выше смертности от сезонного гриппа, которая составляет менее 1%.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил генеральный директор Всемирной организации здравоохранения (ВОЗ) Тедрос Аданом Гебрейесус.

    “На глобальном уровне около 3,4% заболевших COVID-19 умерли. Для сравнения: в результате сезонного гриппа в основном умирает намного меньше, чем 1% инфицированных”, – приводятся слова главы организации на странице ВОЗ в Twitter.

  • Prezident koronavirusa görə karantində qalan vətəndaşlardan danışdı

    “Bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur”.

    “Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kolllektivi ilə görüşdə çıxışı zamanı bildirib.

    Dövlət başçısı deyib: “Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri – Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”.