Month: March 2020

  • Bakının mərkəzində ağlasığmaz görüntülər: Gənclər həyatlarını təhlükəyə atdılar – VİDEO

    Bakıda üç gənc avtomobil yolunda hərəkət edərək, digər sürücülərə təhlükəli anlar yaşadıb.

    Ssenari əsasında qurulmuş aksion səhnəsini xatırladan bu görüntülər paytaxtın Tbilisi prospektində qeydə alınıb.

    Ayaqlarında rolik olan iki gənc motosikletdən yapışaraq, sürətlə avtomobillərin arasından keçərək, nəqliyyat vasitələrinə təhlüləki anlar yaşadıb.

    Bu azmış kimi, ekstrimi sevən gənclər hətta ötmə, həmçinin, sağa-sola dönmə, manevr etmə hərəkətlərini yerinə yetiriblər.

    Bu hərəkətləri ilə öz həyatları ilə yanaşı, digərlərinin də həyatını təhlükəyə atan bu şəxsləri müvafiq cəza gözləyir.

    Hazırda Bakı Şəhər Yol Polisi İdarəsi faktla bağlı müfaviq araşdırma aparır.

    Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbir görülür.

  • Gəncədə iki yeniyetmə tonqala düşərək xəsarət alıb

    Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri alıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

    2006-cı il təvəllüdlü Mehdiyev Əli İlham oğlu ocağı yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

    Digər hadisə isə şəhərin Mikayıl Hüseynov küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Abbasov Rəşad Rizvan oğlu tullanan zaman tonqala düşüb. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım olunub. Xəstəyə sağ yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir.

  • “İş yerində tez-tez öskürənlər xəstəxanaya yerləşdirilməlidir“ — İnfeksionist

    “İş yerlərində uzun müddət hərarəti yüksək olan, tez-tez öskürən şəxslər xəstəxanaya yerləşdirilməli, həkim nəzarəti altında olmalıdırlar”.
    Median.Az
    xəbər verir ki, bunu APA -ya açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə deyib.

    O bildirib ki, koronavirusun yuxarı tənəffüs yollarına düşməsinin qarşısını almaq üçün tez-tez bol maye qəbul edilməli, ağzı maye ilə yaxalamaq lazımdır:

    “Belə viruslar həzm sisteminə düşdükdə insanlar daha ağır xəstəliyə düçar olur. Yaxşı olar ki, xəstələr çoxqatlı maskalarından istifadə etsinlər. Çünki bu maskalar virusları keçirmir. Asqırdıqda cib dəsmallarından istifadə etmək lazımdır. Əgər cib dəsmalınız yoxdursa, qolunuzu 90 dərəcə qatlayaraq qolun bükülən yeri ilə ağzı tutmaq lazımdır. Dezinfeksiyaedici məhlullardan istifadə önəmlidir. Xəstə olan yerlərdə səthlər 1-2 saatdan bir dezinfeksiyaedici məhsullarla silinməlidir. Viruslar dezinfeksiyaedici məhlullarla asanlıqla məhv ola bilir”.

    İnfeksionistin sözlərinə görə, əgər yaxınlıqda virus daşıyıcısı yoxdursa, maska taxmağa ehtiyac yoxdur:
    “Maskalar da fərqli olur. Birdəfəlik maskaları 2 saat müddətində taxmaq olar. Bir də filtrli maskalar var. Onların xüsusi nəfəslik yeri olur. Ona filtrlər yerləşdirilir və bu filtrlərin də 1-2 həftə müddəti olur. Müddəti bitdikdən sonra filtrləri dəyişərək yeniləri ilə əvəz edirlər. İş yerlərində, ailədə virus daşıyıcıları varsa, maska taxmaq mütləqdir”.

    S. Atakişizadə qeyd edib ki, koronavirusa yoluxan şəxsin müalicəsi xəstəliyin ağırlıq dərəcəsindən asılıdır:

    “Koronavirusun 3 – yüngül, orta-ağır və ağır forması var. İnsanın koronavirusa yoluxması təsdiqlənsə, o, 14 gün müddətində virus əleyhinə dərman maddələri ilə yanaşı, patogenetik dərman vasitələri ilə müalicə olunur. Belə olduğu halda xəstə üçüncü həftədə tam sağalıb evə yazıla bilər. Bu, xəstəliyin orta-ağır formasıdır. Yüngül formada olan xəstələr isə daha qısa müddətdə nəzarətdə saxlanılır, əlamətlər keçdikdən sonra evə buraxılırlar. Ağırlaşma və ölüm ağır pnevmoniyanın inkişaf etməsidir. Şiddətli dövründə ağır pnevmoniya əlamətləri aşkarlanarsa, onda xəstə təcili hospitalizasiya olunmalı və pnevmoniyanın səbəbi müəyyənləşdirilməlidir ki, bu, tipik, yoxsa koronavirusa bağlı pnevmoniyadır. Spesifik müalicə başladıqdan sonra xəstənin yanında mütləq süni tənəffüs aparatı olmalıdır. Çünki xəstə hər an boğula bilər. Belə xəstələrin vəziyyəti ağırlaşdıqda dodaqları, dırnaqları göyərir, təngnəfəs olurlar və hava ala bilmirlər. Onlara oksigen yastıqları ilə hava verilməli, vəziyyəti ağırlaşdıqda isə süni tənəffüs aparatına qoşulmalıdırlar”.

  • Bakı zooparkı belə olacaq – Video

    Bakı zooparkının yenidənqurma işləri başa çatandan sonrakı təsvirini əks etdirən şəkillər dərc olunub.

    “Yeni Sabah” xəbər verir ki, “ArchiCo” şirkəti tərəfindən həyata keçirilən yenidənqurma layihəsinə 2018-ci ildə İDEA ictimai birliyinin dəstəyi ilə başlanılıb.

    Zooparkın yenidən qurulmasının təşəbbüskarı İDEA rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

    Ərazisi 2,25 hektardan 4,25 hektaradək genişləndiriləcək zooparkda əvvəlki darısqal qəfəslər daha genişləri ilə əvəzlənir. Burada saxlama şəraiti Avropa Heyvanxanalar və Akvariumlar Assosiasiyasının (EAZA) standartlarına uyğunlaşdırılacaq. Bundan əlavə, heyvanxana ərazisində baytarlıq klinikası da fəaliyyət göstərəcək.

    Burada balıqlar və amfibiyalar üçün yeni akvaterrarium da yaradılacaq.

    Həmçinin azyaşlı uşaqlar üçün burada ev heyvanlarının saxlanıldığı guşə (Pet Farm) və Kəpənəklər Evi də fəaliyyətdə olacaq.

  • Sədərək və Binə sahibləri dezinfeksiya işləri aparmır – Onsuz da alver ölmüşdü…

    Ötən ilin dekabrında Çində peyda olan və Azərbaycan da daxil olmaqla 64 ölkəyə yayılan ölümcül koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə bütün dünyada əhalinin sıx olduğu ərazilər dezinfeksiya olunur. Çinin Uhan şəhərinin küçələri, ictimai yerləri virusun qeydə alındığı tarixdən indiyədək gündə ən azı 2 dəfə dezinfeksiya edilir. Qonşu Rusiya, Gürcüstan, hətta koronavirusun qeydə alınmadığı Türkiyədə təkcə ictimai nəqliyyat deyil, həm də bazarlar, ticarət mərkəzləri dezinfeksiya olunur.

    Azərbaycanda da Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın göstərişləri əsasında bir neçə gündür ictimai nəqliyyatda, metro stansiyalarında və qatarlarında, təhsil müəssisələrində dezinfeksiya işləri aparılır. Koronavirusa görə karantində saxlanılan xüsusi xəstəxananın (yeri və adı açıqlanmır) baş direktoru Emin Hüseyn isə REAL TV-yə açıqlamasında insanların kütləvi cəmləşdiyi yerlərdən uzaq durmağı tövsiyə edir.

    “Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir”,-o bildirib.

    Polemika.az xəbər verir ki, Bakıda “Sədərək”, “Binə” ticarət mərkəzləri, el arasında “Vasmoy bazar” kimi tanınan Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki bazar əhalinin sıx təmasda olduğu məkanlardandır. Hər gün bu bazarlara on minlərlə insan alıcı və satıcı qismində baş çəkir. Üstəlik həmin ərazilərdə onsuz da antisanitariya hökm sürürdü, koronavirus olmasa belə bu bazarlar potensial yoluxma mənbəyidir. Amma belə görünür ki, həmin ticarət mərkəzlərində dezinfeksiya işləri aparılmır, ticarət mərkəzlərinin hər ay icarədarlardan on milyonlarla (ola bilsin yüz milyonlarla) toplayan sahibləri nə dezinfeksiya işləri üçün xüsusi texnika alıb, nə digər zəruri tədbirlər görüb.

    “Sədərək” ticarət mərkəzinin satıcıları bildiriblər ki, sonuncu dəfə bazarın nə vaxt dezinfeksiya edildiyini xatırlamırlar. Bəziləri tibbi maska taxır, amma beləliklə qorunacaqlarına əmin deyillər. “Bazarda alış-veriş zəifləyib. Həftəarası heç alıcı gəlmir. Görünür, çoxu koronavirusdan çəkinir”,-satıcılardan biri deyib. Digər satıcı isə deyib ki, ticarət mərkəzinin rəhbərliyini yalnız yerpulu maraqlandırır.

    “Bazarı bağlayıb dezinfeksiya etmək onların nəyinə lazımdır? Ofisdən çıxmırlar ki, birdən virus keçər. Əsas puldur, bir tikə çörək qazanmaq üçün burda çalışanların həyatı onlar üçün maraqlı deyil”,-satıcı əlavə edib.

    Bazarda işləyən digər ticarətçi isə deyir ki, onlar nə indi, nə əvvəllər burada dezinfeksiya aparılmasının şahidi olmayıblar. “Heç maraqlanan da yoxdur. Bazarda isə alver bu virus söhbəti çıxandan onsuz da ölmüşdü, indi isə sıfırdır…”,-həmin ticarətçi deyir.

    “Sədərək” ticarət mərkəzinə məxsus telefon nömrələrinə dəfələrlə zəng vursaq da cavab verən olmayıb.

    “Binə” ticarət mərkəzində işləyən satıcı isə deyib ki, bazarın dezinfeksiya edilməsinin şahidi olmayıb. Olsaydı, xəbər tutardılar. “Binə” ticarət mərkəzinin ofisindən isə bildiriblər ki, onların bazardan xəbərləri yoxdur, otaqdan çölə çıxmırlar. “Bu sualı yalnız direktor cavablandıra bilər, o, isə telefonla məlumat vermir. Biz indi oturmuşuq ofisdə, bazarda nə baş verir, xəbərimiz yoxdur”,-ticarət mərkəzinin özünü təqdim etməyən qadın əməkdaşı bildirib.

    “Vosmoy” bazarının satıcıları isə deyiblər ki, dezinfeksiya bir yana, heç olmasa bazardan tullantıları vaxtlı-vaxtında daşısınlar. Arabalarda satılan, elə bazardaca təmizlənən balığın qanı çirkab qarışıq küçəyə axır. Gecələr tullantılar boş ərazilərə atılır. “Tibbi maska taxan yoxdur, üstəlik hərənin yanında bir butulka su olur. Onunla əlini təmizləsin, meyvəyə su vursun, ya əllərini yusun”,-satıcı belə deyib.

    “Vosmoy bazarı”nın pal-paltar və məişət əşyaları satılan hissəsində də analoji vəziyyət hökm sürür… /Virtualaz.org

  • İndiyədək 2400-dək ümumtəhsil məktəbləri dezinfeksiya edilib

    İndiyədək Azərbaycanın bütün çoğrafiyası boyu 2400-dək ümumtəhsil məktəbində dezinfeksiya işləri aparılıb.

    APA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.

    Onun sözlərinə görə, bu proses növbəti 5-6 gün ərzində bağçalardan tutmuş universitetlərədək bütün təhsil müəssisələrini əhatə edəcək.

  • DST rəhbəri: yeni koronovirusun yayılmasını dayandırmaq mümkündür

    Çində koronavirusa yeni yoluxmaların sayı azalmaqda davam edir. Ötən ilin sonunda epidemiyanın başladığı Çinlə müqayisədə digər ölkələrdə dünən 9 dəfə çox virusa yoluxma halı təsdiqlənib.

    Median.Az xəbər verir ki, bu barədə Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Gebreyesus mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, son iki gündə Çində cəmi 206 yeni yoluxma halı təsdiqlənib. Bunlardan yalnız 8-i yeni koronavirusun baş qaldırdığı Xubey əyalətinin hüdudlarından kənardadır.

    Dünyada isə virusun yayılma coğrafiyası genişlənir: bazar ertəsinə olan məlumata görə 61 ölkədə 8739 yoluxma halı qeydə alınıb, 127 nəfər bu virusun qurbanı olub. “Daha təhlükəli vəziyyət Cənubi Koreya, İtaliya, İran və Yaponiyada cərəyan edir”, – deyə Tedros Gebreyesus vurğulayıb.
    O, DST-nin ekspertlər qrupunun artıq Tehrana çatdığını xəbər verib. Onlar özləri ilə müxtəlif tibbi ləvazimatlar, o cümlədən koronavirusu aşkarlamaq üçün zəruri olan laboratoriya materialları aparıblar. Bundan başqa, mütəxəssislər İran hökumətinə virusla mübarizədə texniki dəstək göstərəcəklər. Doktor Tedros DST-nin bu ölkədəki nümayəndəliyinin bir əməkdaşının da virusa yoluxduğunu deyib.

    Cənubi Koreyada yoluxma hallarının sayı 4200-ə çatıb, 22 nəfər bu xəstəlik nəticəsində ölüb. Lakin bütün yoluxma hallarının beş rayonda cəmlənməsi faktı həkimlərdə nikbinlik əmələ gətirir. Virusun ölkənin digər hissələrinə yayılması məhdudlaşdırılıb. “Bu, çox mühümdür. Bu, o deməkdir ki, epidemioloji tədbirlər uğurla nəticələnir. Epidemiya barədə dəqiq göstəricilər – xəstəlik üzərində qələbəyə doğru ilk addımdır”, – deyə DST rəhbəri bildirib.

    T.Gebreyesus bildirib ki, tibb ictimaiyyəti unikal vəziyyətlə qarşı-qarşıyadır: bir insandan digər insana keçən respirator infeksiyaları saxlamaq mümkün deyil. “Əgər söhbət qrip epidemiyasından getsəydi, o zaman qrip bütün Yer kürəsini caynağına keçirər və heç bir səylər onun yayılmasını dayandırmağa kömək etməzdi. Lakin yeni koronavirusu dayandırmaq mümkündür. Bütün dünya ölkələri bu hədəfi öz prioritetlərinin sırasına daxil etməlidirlər”, – deyə doktor Tedros hesab edir.

    DST əvvəlki kimi COVID-2019-u pandemiya adlandırmağa hazır deyil: 88913 yoluxma halı, bunların da 90 faizinin Çinin bir əyalətinin payına düşməsi pandemiyanın meyarlarına müvafiq deyil. 130 ölkədə hələ ki, koronavirusa bir yoluxma halı belə qeydə alınmayıb.

    Bununla yanaşı, BMT və digər beynəlxalq təşkilatlar infeksiyanın yayılma ehtimalını məhdudlaşdırmaqdan ötrü profilaktika məqsədi ilə müxtəlif kütləvi tədbirlərin keçirilməsi formatına yenidən baxırlar. Məsələn, BMT-də hər il keçirilə ən iri tədbir – Qadınların Vəziyyəti üzrə Komissiyanın adətən minlərlə nümayəndənin qatıldığı iclası məhdud formatda, təşkilata üzv ölkələrin daimi nümayəndəliklərinin iştirakı ilə keçiriləcək. Komissiyanın iclası çərçivəsində nəzərdə tutulan tədbirlər ləğv edilib.

  • Премьер-министр Украины написал заявление об отставке

    Глава украинского правительства Алексей Гончарук направил в Верховную раду заявление об отставке.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом во вторник сообщил председатель украинского парламента Дмитрий Разумков.

    “Заявление Гончарука об отставке получено парламентом”, – цитирует спикера Рады украинское издание “Страна”.

    В данный момент парламентская фракция партии “Слуга народа” проводит заседание, в котором принимает участие президент Украины Владимир Зеленский. По словам присутствующего на этом заседании депутата Александра Качуры, глава государства предложил назначить на пост председателя правительства вице-премьера Дениса Шмыгаля. “Президент внес предложение назначить новым премьером Шмыгаля”, – написал он в Telegram-канале.

  • Ukraynanın Baş naziri istefa ərizəsi yazdı

    Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk istefa ərizəsini Ali Radaya göndərib.

    Median.Az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin sədri Dmitriy Razumkov açıqlama verib.

    “Qonçarukun istefa ərizəsi parlamentə daxil olub” – deyə, Spiker bildirib.

  • Число жертв коронавируса в Италии выросло до 79 человек

    Число случаев заражения коронавирусом в Италии выросло с примерно двух тысяч до 2 502, жертвами инфекций стали 79 человек.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом говорится в сводке министерства здравоохранения Италии.

    В документе говорится, что число смертельных исходов с понедельника выросло на 27 – до 79. Также возросло на 11 число выздоровевших – до 160.