Month: March 2020

  • Здание школы в селе на северо-западе Азербайджана находится в аварийном состоянии – ФОТО

    Здание средней школы в селе Болуслу Геранбойского района Азербайджана находится в аварийном состоянии.

    Как сообщили Oxu.Az жители села, в сентябре прошлого года в классе прямо во время урока рухнул потолок.

    “Школа, где учатся более 230 детей, состоит из трех корпусов. Первый из них построен более 100 лет назад, второй, где и произошло обрушение, сдан в эксплуатацию в 1967 году, а третий – 16 лет назад. Все уроки сейчас проводятся в последнем корпусе – там шесть классов и кабинет директора”, – рассказали жители села.

    Они считают, что теснота в помещениях мешает качественному проведению занятий, и хотят, чтобы на месте старой школы была построена новая.

    Село Болуслу, в котором проживают 1442 человека, расположено по дороге в Нафталан.




  • Azərbaycanda dərs zamanı tavanı çökən məktəbdə tədris davam edir – FOTO

    Goranboy rayonunun Boluslu kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

    Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib.

    230-dan artıq şagirdin təhsil aldığı məktəb binasının tavanı ötən ilin sentyabrında, ikinci sinif şagirdlərinin ilk dərs keçdiyi zaman çöküb.

    Məktəb üç korpusdan ibarətdir. İkimərtəbəli birinci korpusun bir əsrdən artıq yaşı var. Tavanı çökən ikinci korpus isə 1967-ci ildən fəaliyyət göstərir. Hazırda dərs keçilən sonuncu korpus isə 16 il öncə istifadəyə verilib.

    Məktəbin sonuncu korpusunda altı sinif, bir direktor otağı var. Burada dərslər iki növbəli keçirilir. Səhər saatlarında yuxarı, günorta isə ibtidai sinif şagirdləri həmin binada dərs keçirlər.

    Valideynlər sıxlığın dərsin keyfiyyətinə mane olduğunu bildirirlər. Onlar tezliklə qəzalı vəziyyətdə olan məktəb binasının yerində yeni təhsil ocağının inşa edilməsini arzulayırlar.

    Qeyd edək ki, Boluslu kəndində 1442 sakin yaşayır. Kənd ipək yolunun kənarında, turizm bölgəsi olan Naftalan şəhərinə gedən yolun üzərində yerləşir.




  • Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxınlaşdı

    Çində yeni növ koronavirusdan ölənlərin sayı 2983 nəfərə çatıb.

    “Anadolu” xəbər agentliyinin məlumatına görə, ötən gün ərzində ölkədə 38 nəfər bu virusdan ölüb.

    Onların 37-si Hubey, 1-i isə Daxili Monqolustan əyalətindəndir.

    Ümumilikdə, Çin ərazisində koronavirusa yoluxanların sayı isə 80270 nəfərdir.

    36432 nəfər isə koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

    Eyni zamanda, 49856 nəfər sağalaraq evlərinə göndərilib.

  • Из кабинета афганского посла в Баку похищена крупная сумма денег

    Из здания посольства Афганистана в Баку похищена крупная сумма денег.

    Посол Хейруллах Спеланай обратился в Ясамальское районное управление полиции (РУП) и сообщил о краже из его кабинета 35 255 долларов (59 933 маната).

    По данному факту в РУП возбуждено уголовное дело.

  • Bakıda səfirin otağından külli miqdarda pul oğurlandı

    Bakıda səfirliklərin birindən oğurluq edilib.

    Oğurluq hadisəsi Yasamal rayonunda yerləşən Əfqanıstanın Azərbaycandakı səfirliyinin inzibati binasında baş verib.

    Səfiri Xeyrullah Spelanay Yasamal Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.

  • В Баку девочка скончалась от отравления угарным газом

    В бакинском поселке Ени Ясамал девочка-подросток скончалась от отравления угарным газом.

    Как сообщили в правоохранительных органах, тело Н.Меликовой (2004 г.р.) обнаружили в ванной комнате.

    По данному факту возбуждено уголовное дело.

  • Bakıda yeniyetmə qız dəm qazından boğularaq öldü

    Bakıda yeniyetmə dəm qazından boğularaq ölüb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonunda, Yeni Yasamal 1, ev 7, mənzil 20-də baş verib.

    Belə ki, sözügedən ünvanda yaşayan 2004-cü il təvəllüdlü N.Məlikova yaşadığı evin hamam otağında dəm qazından boğularaq vəfat edib.

    16 yaşlı qızın meyiti hamamda aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Ruhaninin köməkçisi koronavirusa yoluxdu

    İranın Birinci vitse-prezidenti İshaq Cahangiri koronavirusa yoluxub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Qeyd edək ki, İran Prezidenti Həsən Ruhanı koronavirusun bütün ölkədə yayıldığını açıqlayıb.

    “İran bu epidemiyaya minimum ölü sayı ilə qısa zamanda qalib gələcək”, – deyə dövlət başçısı bildirib.

    O, həmçinin epidemiya ilə mübarizədə yardımçı olan bütün ölkələrə təşəkkürünü bildirib.

    “Onlar (ABŞ) mərhəmət maskası taxaraq “İran xalqına yardım edək”, – deyirlər. Əgər səmimisinizsə, ən azı dərmanlara qarşı sanksiyaları qaldırın”, – deyə prezident əlavə edib.

    Qeyd edək ki, İranda koronavirus səbəbi ilə ölənlərin sayı 92-yə, yoluxanların sayı isə 2922-yə yüksəlib.

  • Konstitusiya Məhkəməsindən miras və vərəsəliklə bağlı QƏRAR

    Konstitusiya Məhkəməsi Plenumu Mülki Məcəllənin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərar çıxarıb.

    Həmin maddələrlə miraslıq və vərəsəlik hüququ müəyyən edilir.

    Konstitusiya Məhkəməsi qərara alıb ki, miras fiziki şəxsin öldüyü, ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

    Miras qoyan insanın öldüyü anda sağ qalan şəxslər vərəsə ola bilərlər.

    Konstitusiya Məhkəməsinin qərarına əsasən, eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilməlidir.

    Daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə, eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək, hər biri üçün ayrılıqda miras açılır. Bu zaman irsi transmissiyanın tətbiqi istisna edilir.

  • В Баку молодые люди создали опасную ситуацию на оживленной автодороге – ВИДЕО

    В Баку мотоциклист и двое роллеров создали опасную ситуацию на оживленном проспекте.

    Как передаёт Median.Az со ссылкой на oxu.az,, инцидент, запечатленный на камеру, произошел на Тбилисском проспекте.

    Держась за заднюю часть мотоцикла, два роллера передвигались на большой скорости.

    Наряду с этим молодые люди неоднократно пытались совершить обгон, а также различные маневры.

    В настоящее время сотрудники Государственной дорожной полиции ведут расследование по установлению личности правонарушителей.