Month: March 2020

  • Prezidentdən Goranboy və Şəmkirdə subartezian quyularının qazılması haqqında SƏRƏNCAM

    Prezident İlham Əliyev Goranboy və Şəmkir rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Goranboy rayonunun əhalisi 70278 nəfər olan 31 yaşayış məntəqəsində (siyahı) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 43 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.8.12-ci yarımbəndində göstərilmiş 3,0 (üç) milyon manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

    Bundan əlavə, Şəmkir rayonunun əhalisi 75563 nəfər olan 15 yaşayış məntəqəsində (siyahı) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • Azərbaycanda qəza: Piyadanı ölümdən üç saniyə ayırdı – VİDEO

    Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Avtosfer.az xəbər ki, yolayrıcında “Hyundai Genesis” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə qalxıb və aşıb.

    Xoşbəxtlikdən həmin vaxt ödəmə terminalında pul ödəyib gedən piyadanı bir neçə saniyə xilas edib. Çünki avtomobil ödəmə terminalını aşırıb. Sürücünü yaxınlığındakı vətəndaşlar xilas ediblər.

    Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, hadisə bir ay əvvəl baş verib.

    Həmin sürücü barəsində inzibati qaydada tənbeh tədbiri görülüb. Ərazidə isə mühafizə qurğuları quraşdırılıb ki, gələcəkdə analoji hadisələr zamanı vətəndaşlar xəsarət almasın.

  • İran koronavirusa görə 54 min məhbusu evə buraxdı

    İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə 54 min məhbusun evə buraxıldığını elan edib.

    Rudaw.net xəbər verir ki, məhkumlar evə müvəqqəti buraxılıb və virusla bağlı təhlükə aradan qalxdıqdan sonra cəzaçəkmə müəssisələrinə qayıdacaqlar.

    Bu, ölkə üzrə həbsdə olanların təxminən 34 faizi deməkdir.

    Qeyd edək ki, son məlumatlara görə, İranda koronavirusdan 66 nəfər ölüb. Yoluxanların sayı isə 1501 nəfərə çatıb.

  • Mingəçevirdə yataqxana binası uçub? – RƏSMİ

    Mingəçevirdə beşmərtəbəli yataqxana binasının tavanı uçub.

    Bu barədə Oxu.Az-a Mingəçevir şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev məlumat verib.

    Onun sözlərinə görə, sosial şəbəkədə bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

    “Yataqxana binasının uçması, xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisə şəhərin Heydər Əliyev prospekti, 82\1 ünvanında yerləşən beşmərtəbəli yataqxanada baş verib. Yataqxananın tavanının təxminən bir kvadratmetrlik hissəsi qopub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda yaranan problemin aradan qaldırılması üçün ərazidə təmir işlərinə başlanılıb”.

  • Qayda pozan YPX avtomobili ilə bağlı araşdırma başladı – RƏSMİ

    Bakı polisi qayda pozan YPX avtomobili ilə bağlı araşdırmalara başlayıb.

    Bununla bağlı Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

    Onun sözlərinə görə, araşdırmalardan sonra həmin avtomobili idarə edən polis əməkdaşları ilə bağlı tədbirlər görüləcək.

    Qeyd edək ki, Zabrat qəsəbəsində 99-YP-747 dövlət nömrə nişanlı, BMW markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozub. Görüntülər sosial şəbəkədə paylaşılıb.

  • Azərbaycanda məktəblərin bağlanma müddəti uzadıla bilər – RƏSMİ

    “Martın 10-u dərs günü olmaqla, martın 3-dən martın 10-na qədər bütün təhsil müəssisələrində tədrisin dayandırılması qərarı verilib.

    Əgər ehtiyac yaranarsa, ayrı-ayrı məktəblərdə bu qərar uzadıla bilər”.

    Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov “ATV Aktual” verilişində deyib.

    Onun sözlərinə görə, hələlik bu məsələ gündəmdə deyil.

  • В Азербайджане собаке выкололи глаза – ФОТО/ВИДЕО

    В Азербайджане неизвестный живодер выколол собаке глаза.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, информация об этом появилась в соцсети.

    Сообщается, что собаку нашли недалеко от поселка Балаханы в Сабунчинском районе Баку.

    Фото истерзанного животного вызывают шок.

    Отметим, собаку доставили в Центр спасения животных Азербайджана (AARC).



  • Azərbaycanda itin gözlərini çıxardılar – Bunu törədən canlıya insan demək olmaz – FOTO/VİDEO

    Azərbaycanda naməlum şəxs tərəfindən heyvana qarşı ağlasığmaz hərəkətlər edilib.

    Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

    Paylaşımda hadisənin harada baş verdiyi qeyd olunmasa da, işgəncələrə məruz qalmış itin Sabunçu rayonu Balaxanı qəsəbəsi yaxınlığında tapıldığı bildirilib. Heyvanın fotoları görənləri dəhşətə gətirib.

    Naməlum şəxs və ya şəxslər itin gözlərini çıxarıb, ona ağır işgəncələr veriblər. Heyvanı tapan şəxslərin sözlərinə görə, itin cinsiyyət orqanı kəsilib.

    Ölkədə buna bənzər hadisələr qeydə alınır. Lakin belə hərəkət edənlər barəsində ciddi tədbirlər görülmür.

    Məsələ ilə bağlı “Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev ilə əlaqə saxladıq. Onun sözlərinə görə, heyvanlara qarşı edilən belə qəddar hərəkətlər artır:

    “Təəssüf edirəm ki, cəmiyyətimizdə belə vəhşi, insanlığa sığmayan hadisələr baş verir. Fərd olaraq belə hadisələrə səssiz qalmaqla, əslində özümüz də günahkarıq. Bunu törədən canlıya insan demək olmaz”.

    A.Qarayevin sözlərinə görə, ölkədə heyvanların mühafizəsi ilə bağlı müvafiq qanun layihəsi hazırlanmalıdır:

    “Bütün bunlar ildən-ilə ona görə acınacaqlı hal almağa başlayır ki, Azərbaycanda heyvanların mühafizəsi üçün qanun qəbul edilməyib. İnzibati Xətalar Məcəlləsində heyvanlara qarşı törədilən hər hansı qəddarlığa görə, 500 manata qədər cərimə nəzərdə tutulub.

    “İnzibati Xətalar Məcəlləsi – maddə 274 – Heyvanlarla rəhmsiz rəftar edilməsi

    Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir”

    Lakin qanunun işlək mexanizmi yoxdur. Hüquq-mühafizə orqanları bu kimi hallara göz yumurlar. Biz 10 il əvvəl dövlətə heyvanların mühafizəsi ilə bağlı qanun layihəsi təqdim etmişik. Amma bu qanun indiyə kimi qəbul olunmayıb.

    İndi bu heyvanın müalicəsini kim öhdəsinə götürəcək? Onun aqibəti necə olacaq? Sizcə o, bu halda küçədə yaşaya biləcəkmi? Təəssüf ki, yox. Nə qədər ki, heyvanlara qarşı qəddarlıq göstərən şəxslər cinayət məsuliyyətinə cəlb olunmayıb, bu hadisələrin qarşısı da alınmayacaq”.

    Xatırladaq ki, it heyvansevərlər tərəfindən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə (AARC) aparılıb.



    /oxu.az/

  • Yardımlıda ata-oğulu qətlə yetirməkdə şübhəli bilinən şəxs azadlığa buraxıldı

    Yardımlı rayonunda Şəmsəddin Kərimovu və oğlu Elməddini odlu silahla qətlə yetirməkdə şübhəli bilinən Nurəddin Kərimov azadlığa buraxılıb.

    N.Kərimov iki gün öncə Yardımlı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasından azadlığa buraxılıb.

    Qeyd edək ki, hadisə fevralın 27-də Yardımlı rayonunun Eçara kəndi ərazisində baş verib.

    Həmin ərazidə Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitləri aşkar edilib.

    Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İlkin araşdırmalarla müəyyən edilib ki, fevralın 27-də saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

    Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

    Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • DTX-nin əməliyyatı ilə tutulan baş həkimin yerinə TƏYİNAT

    “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə yeni direktor təyin edilib.

    Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı imzalayıb.

    Əmrə əsasən, Ramiz Bəylər oğlu Əliyev xəstəxananın baş həkim təyin olunub.

    Qeyd edək ki, fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

    Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov həbs edilib.