Month: March 2020

  • В Нахчыване приостановят занятия в школах и ссузах

    С 4 по 9 марта 2020 года учебный процесс в подведомственных Министерству образования Нахчыванской Автономной Республики (НАР) общеобразовательных и средних специальных учебных заведениях будет приостановлен.

    Об этом сообщает Минобразования НАР.

    За это время в указанных учебных заведениях будут продолжены медико-профилактические и дезинфекционные мероприятия.

    10 марта учебный процесс возобновится.

  • Naxçıvanda da məktəblər bağlandı

    2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi məlumat yayıb.

    Bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

    Martın 10-dan ümumtəhsil və peşə məktəblərində tədris davam etdiriləcək.

  • Müəllimlərin işə qəbulunda YENİLİK

    Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edib.

    Nazirlikdən verilən məlumata görə, müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacaq.

    Bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək.

    Ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri cari tədris ilinin sonuna qədər qüvvədə qalacaq. Bu müddət ərzində ötən il keçid balı toplamış namizədlərə yeni yaranmış vakant yerlər təklif ediləcək.

    2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul olunmaq üçün 2020-ci ilin iyul ayında keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək zəruridir.

    Vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcək. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şəraiti yaratmaqdır.

    Əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.

  • Временно ограничено водоснабжение одного района Баку

    В течение сегодняшнего дня в Низаминском районе Баку наблюдаются перебои в подаче питьевой воды.

    Об этом сообщили в ОАО “Азерсу”.

    Согласно информации, перебои в водоснабжении связаны с ликвидацией последствий аварии на проходящем по территории района водопроводе.

  • Bakının bu rayonunda su olmayacaq

    Bakı şəhəri, Nizami rayonunda içməli suyun verilişində fasilələr olacaq.

    Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

    Bildirilib ki, ərazidən keçən su xəttində qəza baş verib.

    Ərazidə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində axşam saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

  • Təhlükə qapımızda: “Gözə qaz sıxıb, evləri qarət edirlər” – VİDEO

    “Koronavirusla bağlı gəlib qapını döyürlər, guya dövlət proqramıdır, dezinfeksiya edəcəklər. Gözlərə qaz sıxıb, evi soyurlar”.

    ARB TV-nin “Günə Doğru” proqramında yayılan bu səsyazı ilə bağlı maraqlı süjet yayımlanıb.

    Sosial şəbəkə platformaları üzərindən paylaşılan bu səs yazısı əhali arasında təşvişə səbəb olub. Bəziləri düşünür ki, belə hallar var. Məsələnin ciddiliyini nəzərə alan hüquq-mühafizə orqanları bu səs yazısı ilə bağlı araşdırmalara başlayıb.

    Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumat tam və hərtərəfli araşdırılıb:

    “Yayılan məlumatlar təsdiqini tapmayıb. Bu və digər formada paytaxtın polis orqanlarına şəhər sakinlərinin hər hansı müraciəti daxil olmayıb”.

    Hüquq-mühafizə orqanları əhalini panikaya səbəb olacaq belə səs yazılarına inanmamağa çağırır, fakta söykənəcək məlumatları isə dərhal 102 zəng mərkəzinə yönləndirməyi tövsiyə edir.

  • İlham Əliyev və Mehriban Əliyeva Goranboyda xəstəxananın açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

    Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verib.

    Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

    Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

    Sonda xatirə şəkli çəkdirilib.

  • İranda 23 deputatda koronavirus aşkarlanıb

    İranda koronavirusdan daha 12 nəfər ölüb, 523 yeni yoluxma halı müəyyən edilib.

    Bu barədə İranın Səhiyyə nazirinin müavini Əli Reza Rəisi Tehranda keçirilən mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, indiyə kimi koronavirus şübhəsi ilə xəstəxanalara 7280 nəfər müraciət edib, 4312 nəfərdən isə analiz götürülüb:

    “Koronavirus diaqnozu qoyulan 291 nəfər sağalaraq evlərinə buraxılıb. Ən çox yoluxma halı Tehran, Qum şəhərlərində və Gilan əyalətində qeydə alınıb”.

    Konfransda İran parlamentinin 23 deputatının koronavirusa yoluxduğu bildirilib.

    Qeyd edək ki, son məlumatlara görə, İranda koronavirusdan 66 nəfər ölüb. Yoluxanların sayı isə 1501 nəfərə çatıb.

  • Президент Ильхам Алиев принял делегацию ЕБРР – ФОТО

    3 марта Президент Азербайджана Ильхам Алиев принял делегацию во главе с первым вице-президентом Европейского банка реконструкции и развития (ЕБРР) Юргеном Ригтеринком.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Новость обновляется

  • İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.