Month: March 2020

  • Azərbaycanda universitetdə xlorla dezinfeksiya: “İşçilər az qala boğulacaq”

    “İşçilər xlor qoxusundan az qala boğulacaqlar”.

    Bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları Qafqazinfo-ya müraciətində bildirib.

    Onların sözlərinə görə, koronavirusla bağlı universitetdə dezinfeksiya işləri görülən zaman köməkçi və texniki heyət universitetdə saxlanılıb.

    Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda çətinlik çəkdiklərini qeyd edib.

    Qafqazinfo məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb.

    Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən, universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri, əsasən, şənbə-bazar günləri aparılır. Həftəiçi isə tibbi-profilaktik tədbirlər həyata keçirilir:

    “Qərara əsasən, müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq.

    Bu, o demək deyil ki, həmin şəxslər axşama kimi universitetdə olacaq. İşini bitirən hər kəs çıxa bilər”.

  • Azərbaycan çempionatının bir oyunu təxirə salındı

    Azərbaycan I divizionunun Tovuzda keçirilməli olan görüşü təxirə salınıb.

    Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.

    Buna görə də MOİK klubunun rəhbərliyi bu gün Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, 6 mart tarixində keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb.

    Qeyd edək ki, görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

  • Президент Ильхам Алиев принял участие в открытии дороги в Геранбое – ОБНОВЛЕНО + ФОТО

    3 марта Президент Азербайджанской Республики Ильхам Алиев в рамках поездки в Геранбойский район принял участие в открытии после реконструкции и восстановления дороги Гызылгаджилы-Геранбой-Горан-Рагимли-Вейисли-Газанбулаг-Борсунлу.

    Как сообщает АЗЕРТАДЖ, председатель Правления Государственного агентства автомобильных дорог Азербайджана Салех Мамедов проинформировал главу государства о проделанной работе.

    Президент Ильхам Алиев разрезал ленту в знак открытия дороги.

    В заключение было сделано фото на память.

    * * * * *

    3 марта в рамках визита в Геранбойский район Президент Азербайджана Ильхам Алиев принял участие в церемонии открытия дороги Гызылгаджилы-Геранбой-Геран-Рахимли-Вейисли-Газанбулаг-Борсунлу после ее реконструкции.

    Об этом сообщает АЗЕРТАДЖ.



  • Prezident Goranboyda yol açılışında – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

    Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

    Sonda xatirə şəkli çəkdirilib.



  • Bakıda körpələr evi və uşaq bağçasında uşaqlar antisanitar şəraitdə saxlanılır? – Rəsmilər AÇIQLADI – FOTO

    Xətai rayonunda fəaliyyət göstərən 232 saylı Körpələr evi və Uşaq bağçasının acınacaqlı vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

    Bu vəziyyəti əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Paylaşım edən şəxs iddia edir ki, fotolar paytaxtın Xətai rayonu 232 saylı Körpələr evi və Uşaq bağçasında çəkilib. Vətəndaşın sözlərinə görə, uşaqlar antisanitar şəraitdə saxlanılır.

    İddialar arasında valideynlərdən uşaqların bağçaya qəbulu üçün 100 manat, əlavə olaraq hər ay isə 20 manat məbləğində pul tələb edilməsi də var.

    Məsələ ilə bağlı isə cavabsız qalan suallar çoxdur. Sözügedən bina niyə təmir edilmir? Uşaqların antisanitar şəraitdə saxlanılması ilə bağlı məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

    Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusunu cavablandırıb.

    İdarədən sorğumuza cavab olaraq, 232 saylı Körpələr evi və Uşaq bağçasının həqiqətən də pis vəziyyətdə olduğu bildirilib.

    “Xətai rayonu 232 saylı Körpələr evi və Uşaq bağçası 1982-ci ildən fəaliyyət göstərir. Uşaq bağçasının 12 qrupu var. Onlardan səkkizində məcburi köçkünlər məskunlaşır. Digər dörd qrupunda isə uşaqların təlim-tərbiyəsi aparılır. Bağçada bu günə qədər əsaslı təmir işləri aparılmayıb. Sosial şəbəkələrdə paylaşılan fotolar binanın məcburi köçkünlərin yaşadığı hissəsində çəkilib. Lakin uşaq bağçası kimi fəaliyyətini davam edən dörd qrupda təmir işləri aparılıb. Otaqlara istilik sistemləri çəkilib, sanitariya normaları gözlənilir.

    Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) müraciət edilib. Qurumdan bildirilib ki, ərazidə məskunlaşan məcburi köçkünlərin müvafiq qaydada köçürülməsi işləri davam edir. Onlar ərazidən köçürüldükdən sonra binanın əsaslı şəkildə təmir edilməsi gözlənilir”.

    İdarədən bağçaya uşaq qəbuluna görə valideynlərdən hər uşaq üçün 100 manat və əlavə olaraq hər ay 20 manat tələb edilməsi ilə bağlı məsələnin isə əsassız olduğu bildirilib.































  • Koronavirusa görə ilk edam qərarı verildi

    Çinin cənubunda koronavirus epidemiyası ilə mübarizədə vəzifəli olan iki şəxsi öldürən adama edam cəzası verilib.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    Bildirilir ki, hadisə Yunnan əyalətində baş verib. Belə ki, COVID-19-un yayılmasının qarşısını almağa yönəlmiş işlər zamanı bağlanan bir yoldan maşını ilə iznsiz keçməyə çalışan Ma Çenqo ona mane olmaq istəyən Li Gomin və Canq Quikunu bıçaqlayıb.

    Onların hər ikisi hadisə zamanı ölüb.

    Bununla bağlı olaraq məhkəmədə Ma Çenqoya ölüm hökmü çıxarılıb.

  • МЧС обратилось к населению в связи с праздником Новруз – ВИДЕО

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к населению в связи с мерами пожарной безопасности во время праздника Новруз.

    В обращении ведомства говорится о необходимости соблюдения правил пожарной безопасности при проведении различных праздничных мероприятий:

    – собравшиеся вокруг праздничных костров несовершеннолетние дети должны в обязательном порядке быть под присмотром взрослых;

    – костер должен разводиться вдали от электрических проводов, деревьев, автомобилей, домов и т.д., необходимо контролировать его, пока он полностью не потухнет;

    – неосторожность во время прыжков через костер может привести к возгоранию одежды, травмам.

    При возникновении любой опасности следует сразу же обращаться в службу “112” МЧС.

  • FHN-dən Novruz bayramı ilə əlaqədar əhaliyə MÜRACİƏT

    Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

    Müraciətdə deyilir:

    “Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır”.

    Bayram tonqalının ətrafına yığışan azyaşlıların mütləq böyüklərin nəzarətində olmasının vacibliyinin xüsusi vurğulandığı müraciətdə qeyd edilib:

    “Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı və tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər.

    Yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”

  • В Азербайджане на 100 новорожденных девочек приходится 114 мальчиков

    В Азербайджане произошло знаменательное событие в сфере предотвращения выбора пола будущего ребенка.

    Кабинет министров утвердил “План мероприятий по предотвращению выбора пола до рождения детей на 2020-2025 годы”. Документ включает ряд важных мер, которые будут реализованы соответствующими учреждениями в течение пяти лет.

    В результате проведенных в последние годы исследований было установлено, что в стране мальчиков рождается больше, чем девочек. Если, согласно биологической норме, гендерное соотношение новорожденных составляет 105-107 мальчиков на 100 девочек, в Азербайджане в настоящее время на 100 рожденных девочек приходится 114 мальчиков.

    Это объясняется в первую очередь решением родителей относительно выбора пола будущего ребенка и, соответственно, ростом числа селективных абортов.

  • Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür

    Azərbaycanda gender-əsaslı cins seçimi ilə mübarizə sahəsində tədbirlər planı qüvvəyə minib.

    Ölkədə doğulanların gender-əsaslı cins seçiminin qarşısının alınması sahəsində əlamətdar hadisə baş verib.

    Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Baş Nazirin müvafiq sərəncamı ilə qüvvəyə minən tədbirlər planı növbəti 5 ildə aidiyyəti hökumət qurumları tərəfindən əlaqəli şəkildə həyata keçiriləcək bir sıra mühüm tədbir və fəaliyyətləri ehtiva edir.

    Sözügedən tədbirlər planının əhəmiyyəti əhalinin cins strukturunda müşahidə olunan müəyyən meyillərin gedişatı ilə şərtlənir. Belə ki, son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilib. Bioloji normaya uyğun olaraq, yeni doğulmuşların cins nisbətinin hər 100 qıza 105-107 oğlan təşkil etdiyi halda, hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür.

    Eyni zamanda müşahidələr göstərir ki, ananın yaşı artdıqca doğulanların strukturunda oğlan uşaqlarının payı daha da artır. Belə vəziyyət ilk növbədə, doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur.

    Qeyd etmək lazımdır ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması meyilləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. Ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur.

    Qeyd olunan tədbirlər planı əhalinin cins strukturundakı bu uyğunsuzluqların aradan qaldırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Sənəd doğulan uşaqların cins nisbəti üzrə etibarlı və əlçatan məlumatların və göstəricilərin əldə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə kompleks fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

    Tədbirlər planının hazırlanmasında BMT-nin Əhali Fondu Azərbaycan hökumətinə əsaslı dəstək verib. Fond tərəfindən yaradılmış beynəlxalq və yerli ekspertlərdən ibarət heyət hökumətlə sıx əməkdaşlıq çərçivəsində sözügedən sənədin hazırlanmasında iştirak edib.

    Qarşıdakı 5 il ərzində planın icrası sayəsində ölkədə cinsə görə qərəzli seçimin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunması gözlənilir.