Month: March 2020

  • Nazirlər Kabineti Aparatına yeni şöbə müdiri təyin edildi

    Nazirlər Kabinetinin Aparatında yeni kadr təyinatı olub.

    “Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov əmr imzalayıb.

    Əmrə əsasən Zakir Paşayev Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.

    Qeyd edək ki, Z.Paşayev bundan əvvəl Baş nazir Əli Əsədovun köməkçisi olub.

  • İmişlidə 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb

    İmişlidə yol-nəqliyyat hadisələri zamanı 2 nəfər xəsarət alıb.

    APA-nın məlumatına görə, “VAZ 2107” markalı avtomobil yolu keçən İmişli rayonu Qaralar kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Şəmistan Alim oğlunu vurub.

    Piyada müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Digər hadisə isə nəqliyyat vasitələrinin toqquşması ilə baş verib.

    İmişli sakini, 1992-ci il təvəllüdlü Quliyev Orxan Əhməd oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə İmişli sakini, 1974-cü il təvəllüdlü Bayramov Habil Yalı oğlunun idarə etdiyi “İJ” markalı motosikletlə toqquşub.

    Sonuncunun sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hər iki faktla bağlı araşdırmalar aparılır.

  • Almaniyada koronavirus yoluxanların sayı 150-yə çatıb

    Almaniyada təsdiqlənmiş koronavirus hadisələrinin sayı 150-yə yüksəlib.

    Median.Az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, yoluxnların 86-sı insanların ən sıx yaşadığı Şimali Reyn-Vestfaliyanın qərb bölgəsindədir.

    Bazar ertəsi bir neçə məktəb və obyektlərin bağlanmasına qərar verilib.

    “Vodafone” şirkəti də alman işçilərindən birinin virusa yoluxduğunu təsdiqləyib.

  • Назван способ защитить себя от коронавируса в самолете

    Профессор микробиологии университета Аризоны Келли Рейнольдс (Kelly Reynolds) порекомендовал путешественникам использовать дезинфицирующие влажные салфетки, чтобы защититься от заражения коронавирусом на борту самолета.

    Об этом “Лента.ру” сообщает со ссылкой на Independent.

    По словам Рейнольдса, путешественникам следует протирать салфетками поверхности, с которыми соприкасаются их руки: подлокотник, столик и стены. Сидения в самолете не всегда можно обеззараживать, поэтому эксперты предлагают туристам брать с собой специальные моющиеся чехлы.

    Наиболее эффективным способом защиты от заражения ученый назвал частое мытье рук водой с мылом или использование геля-антисептика. Маски для лица и перчатки, скорее всего, не защитят их владельца в связи с тем, что люди используют их неправильно.

    “Исследования показали, что антисептики для рук и дезинфицирующие салфетки эффективны против бактерий и вирусов, которые уничтожить гораздо сложнее, чем коронавирус”, – заявил Рейнольдс.

    Тем не менее отмечается, что риск заражения во время полета очень низок. Помимо этого, авиакомпании, выполняющие рейсы в регионы, пораженные коронавирусом, усилили процедуры по очистке салона самолета.

    В феврале представитель Всемирной организации здравоохранения Кармен Долея рассказала туристам о мерах личной защиты во избежание заражения коронавирусом. По ее словам, в первую очередь путешественникам в гостиничном номере стоит строго соблюдать гигиену. Эксперт отметила, что не стоит касаться немытыми руками глаз, носа и рта. Необходимо также держаться подальше от других постояльцев, которые выглядят заболевшими.

  • Birinci sinfə qeydiyyatdan keçə bilməyənlər nə etməlidir? – RƏSMİ AÇIQLAMA

    2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib. O bildirib ki, qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən etibarən həftənin III və V günləri Apellyasiya komissiyalarına müraciət edə bilərlər.

  • Azərbaycanda orqan transplantasiyası aparılan insanların sayı açıqlandı – 30 faizi uşaqlardır

    İndiyədək Azərbaycanda 807 orqan transplantasiya əməliyyatı icra edilib. Onların 612-si böyrək,195-i qaraciyər köçürülməsidir.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

    Onun sözlərinə görə, böyrək transplantasiyası edilmiş xəstələrin sayının qaraciyər köçürülən xəstələrin sayından çox olmasının bir neçə səbəbi var. Bunun birinci səbəbi donor problemidir:

    “Təəssüf hissi ilə qeyd edim ki, biz hazırda yalnız canlı donordan xəstəyə orqan köçürə bilirik. Beyin ölümü keçirmiş insanın, meyitlərin orqanlarından hələ ki, istifadə edə bilmirik. Amma inanıram ki, bu məsələ də öz həllini tapacaq. Digər problem donorların psixologiyası ilə bağlıdır. Qaraciyər çatışmazlığı olan xəstə üçün donorun qaraciyərinin bir hissəsi götürülür. Donor ola biləcək insanlar bu əməliyyatı etdirməkdən bir qədər çəkinirlər. Böyrək transplantasiyasında isə donor xəstəyə iki böyrəyindən birini verir. Ona görə də donorlar bunu daha rahat əməliyyat sayır”.

    M.Kazımi qeyd edib ki, Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan xəstələrin dəqiq sayı yoxdur: “Lakin onu bilirəm ki, transplantasiyaya ehtiyacı olan xəstələrin sayı bütün dünyada artmaqdadır.Çünki tibbi müayinələrin inkişafı, ətraf mühitin çirklənməsi əməliyyata ehtiyacı olan xəstələrin sayını artırır”.

    Transplantoloq qeyd edib ki, uşaq orqanizmi böyüməkdə olan orqanizm olduğundan bütün dünyada orqan köçürülməsi sırasında ən çətin əməliyyatlar pediatrik, yəni uşaqlar arasında keçirilən əməliyyatlardır. Azərbaycanda uşaqlar üzərində də orqan transplantasiyası həyata keçirildiyini söyləyən M.Kazımi əlavə edib ki, indiyə qədər Azərbaycandakı orqan transplantasiyası əməliyyatlarının təxminən 30 faizi uşaqların üzərində icra edilib.

    M.Kazımi onu da vurğulayıb ki, Azərbaycanda orqan transplantasiyasına yeni başlanan ilk illərdə ölkəmizdə belə əməliyyatlar az icra edilirdi. Çünki insanların buna tələbatı olduğu halda inam və etibarı zəif idi. Bu səbəbdən də xəstələrin əksəriyyəti orqan köçürülməsi üçün xarici ölkələrə gedirdilər:

    “Lakin illər keçdikcə Azərbaycandan, eyni zamanda qonşu ölkələrdən bizə əməliyyat üçün müraciət etməyə başladılar və orqan köçürülməsi əməliyyatları üçün xaricə gedənlərin sayı kəskin şəkildə azalmağa başladı. İlk dövrlərdə əməliyyat etdiyimiz şəxslərin 60 -70 faizi xaricdə əməliyyat qərarı verilmiş, lakin bizim haqqımızda eşidərək geri qayıdan xəstələr idi”.

  • ÜST-nin əməkdaşı İranda koronavirusa yoluxub

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı bölməsinin əməkdaşı yeni növ COVID-19 koronavirusuna yoluxub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesus bildirib.

    A.Gebreyesus deyib: “ÜST-nin İrandakı ofisinin əməkdaşından götürülən analizin cavabı müsbət olub”.

    ÜST-nin baş katibinin sözlərinə görə, təşkilatın əməkdaşı xəstəliyi yüngül formada keçirir.

    Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin öldüyünü və 291 nəfərin sağaldığını təsdiqləyib.

  • Телесюжет о складывающейся на азербайджано-иранской границе ситуации – ВИДЕО

    На азербайджано-иранской государственной границе продолжает действовать специальный режим с целью предотвращения попадания на территорию Азербайджана новых больных коронавирусом.

    Государственный телеканал АзТВ подготовил в Астаре видеосюжет, рассказывающий о пропуске грузовых автомобилей через пограничный пост, предпринимаемых здесь дезинфекционных мероприятиях и профилактической работе.

    Отвечает на волнующие общественность страны вопросы заместитель начальника центрального госпиталя Государственного таможенного комитета Бахтияр Мусаев.

    Median.Az предоставляет своим читателям этот сюжет.

  • Koronavirus dünyada dərman istehsalının azalmasına səbəb ola bilər

    Dünyanın bir sıra əczaçılıq şirkətləri koronavirusun yayılmasının mənfi nəticələri barədə xəbərdarlıq ediblər.

    “Wall Street”in xəbərinə görə, bununla bağlı bəzi dərmanların istehsalı azala bilər.

    Əsas əczaçılıq şirkətlərinin rəhbərləri dərman komponentlərinin təxminən 80%-nin xaricdən gəldiyini qeyd edir.

    Eyni zamanda Qida və Dərman İdarəsi (FDA) komponentlərin hansı hissəsinin Çindən gəldiyi barədə məlumat əldə edə bilmədiyini açıqlayıb.

    Qeyd edilir ki, Çin dərman şirkətləri üçün ən böyük bazarlardan biridir.

  • Təriqət lideri koronavirusun yayılmasına görə diz çöküb əfv dilədi

    Cənubi Koreyada koronavirus epidemiyasının yayılmasında günahkar olduğu iddia edilən təriqət lideri ağlayaraq üzr istəyib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Ən azı dörd min koronavirusa yoluxma halının qeydə alındığı Cənubi Koreyada “Şinçeonji” təriqətinin 88 yaşlı lideri Li Man Hi göz yaşları içində iki dəfə diz çökərək “insanların əfvinə sığınıram” deyib.

    “Bilərəkdən olmasa da, çox sayda insana virus yoluxub. Əlimizdən gələn səyləri göstərdik, ancaq uğursuz olduq. İnsanların əfvinə sığınıram”, – deyə təriqət lideri bildirib.