Month: March 2020

  • В Москве выстрелили в 10-летнего мальчика

    Десятилетний мальчик получил ранение в грудь из пневматического пистолета на Ташкентской улице в Москве.

    Как передает Report, об этом ТАСС сообщил источник в правоохранительных органах.

    “На Ташкентской улице во время игры в футбол с друзьями десятилетний мальчик получил ранение в грудь из пневматического пистолета”, – сказал собеседник агентства, добавив, что сейчас устанавливается, кто выстрелил в ребенка.

  • Moskvada 10 yaşlı uşaq futbol oynadığı vaxt güllələndi

    Rusiyanın paytaxtı Moskvadakı uşaq meydançasında futbol oynayan 10 yaşlı oğlan güllələnib.

    “Report”un “Mash” teleqram-kanalına istinadən verdiyi məlumata görə, məktəbliyə travmatik silahdan atəş açılıb. Şahidlər təcili yardım çağırıblar. Uşaq sinə yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Polis araşdırmalara başlayıb.

    Hazırda Rusiya məktəblərində yaz tətilidir. Tətil müddəti koronavirus üzündən aprelin 12-dək uzadılıb.

    Qeyd edək ki, bu gün İspaniya “Atletiko”su Futbol Akademiyasında təhsil alan 14 yaşlı Kristian Minçolanın vəfat etdiyi xəbərini yayıb. Yeniyetmə futbolçu Madrid komandasında 2013/2014 mövsümündən çıxış edirdi. Ölüm səbəbi açıqlanmır.

  • İtaliyada koronavirus qurbanlarının sayı 10 min nəfəri ötdü

    Son sutka ərzində İtaliyada koronavirusdan 889 nəfər ölüb.

    “Report” xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andjello Borrelli bildirib.

    O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb.

    “Bu gün 70 065 italiyalı koronavirusa yoluxub, bu göstərici bir gün ərzində 3 651 pasiyent artıb”, – Borrelli keçirdiyi brifinqdə deyib.

    “889 insan ölüb, 12 384 nəfər sağalıb, dünənki sayla müqayisədə 1 434 nəfər artıb”, – Borrelli qeyd edib.

    Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 10 023 nəfər təşkil edib. Ötən gün 589 xəstə sağalıb.

  • Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatdı

    Son sutka ərzində Türkiyədə koronavirusa yoluxanların sayı 1,7 min nəfəri ötüb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, ölkədə daha 16 nəfər koronavirusun qurbanı olub.

    “Son 24 saat ərzində 7 641 test edilib və 1 704 yeni yoluxma qeydə alınıb. 16 xəstə öldü. İndi ölənlərin ümumi sayı 108 nəfərə çatdı, xəstələr 7 402 nəfərdir”, – nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

    Nazirin sözlərinə görə, koronavirusdan sağalan xəstələrin ümumi sayı 70 nəfərdir.

    Koronavirus Türkiyədə ilk dəfə martın 10-da yerli sakində aşkar edilib. O, ölkəyə Avropadan qayıdıb.

  • Dövlət başçısı: “Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcək”

    “İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz, 2 nəfərdən çox. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır. Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

    Azərbaycan Prezidenti bildirib: “Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür.

    Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.

    Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq”.

  • İlham Əliyev: “Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək”

    “Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

    Azərbaycan Prezidenti bildirib:

    “Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal.

    Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”.

    Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır.

    Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək”.

  • Azərbaycan Prezidenti: “Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına”

    “Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

    Dövlət başçısı bildirib:

    “Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər.

    Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, – mən bunu demişəm, bir daha demək istəyirəm, – böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk”.

  • Azərbaycan Prezidenti: “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır”

    “Əlbəttə, hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq. Bildiyiniz kimi, üç şəhərdə pilot layihə həyata keçirilmişdir. Mənə verilən məlumata görə, o şəhərlərin sakinləri İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətindən çox razıdırlar, həkimlər də razıdırlar və xəstələr də lazımi müalicə alırlar. Ona görə bu ildən başlayaraq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulurdu. Ancaq koronavirus xəstəliyinin müdaxiləsi nəticəsində bu proqramın icrası müəyyən dərəcədə təxirə salına bilər. Çünki biz öz addımlarımızı vəziyyətə görə atmalıyıq.

    O cümlədən hesab edirəm ki, koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir. Hesab edirəm ki, qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

    Dövlət başçısı deyib: “Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümlədən mindən çox insan Atletlər kəndində saxlanılır.

    Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər – yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”.

  • Суд арестовал нарушителей карантинного режима – ФОТО

    Сотрудники Министерства внутренних дел и Генпрокуратуры продолжают совместные мероприятия для предотвращения случаев нарушения особого режима карантина на территории страны.

    Как сообщили Report в пресс-службе Министерства внутренних дел, в ходе очередного рейда житель Баку Аскер Шалыев и житель Огузского района Эльшан Сафаралиев были задержаны на территории столицы по подозрению в нарушении режима особого карантина.

    В ходе расследования выяснилось, что Э.Сафаралиев заплатил А.Шалыеву 50 манатов, чтобы тот отвез его в столицу на его собственном автомобиле марки Mercedes. Сам Э.Сафаралиев спрятался в багажнике.

    Э.Сафаралиев проехал полицейский пост на 65-ом километре автомобильной дороги Баку-Газах, но затем был задержан сотрудниками полиции.


    В ходе еще одного рейда были задержаны житель Физулинского района Керим Керимов и житель Имишлинского района Эльхан Ибрагимов, которые на своих автомобилях незаконно пересекли вышеупомянутый пост.


    В отношении Аскера Шалыева и Эльшана Сафаралиева было возбуждено уголовное дело по статье 139-1.1 УК АР (“Нарушение противоэпидемического и карантинного режима”). Наримановский районный суд избрал в их отношении меру пресечения в виде ареста. Эльхан Ибрагимов и Керим Керимов были привлечены к административной ответственности.

  • DİN: Karantin rejimi qaydalarını pozanlar həbs edilib

    Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı keçirilən növbəti tədbir zamanı paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanılıblar.

    Araşdırma zamanı məlum olub ki, E.Səfərəliyev və Ə.Şalıyev epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri istiqamətində hərəkət ediblər. Bu məqsədlə E.Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən 1 kilometr aralıda özünə məxsus “Mercedes” markalı avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Ə.Şalıyevə həvalə edib. E.Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


    Keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakini Kərim Kərimov və İmişli rayon sakini Elxan İbrahimov xüsusi karantin rejimi qaydaları pozaraq Bakı şəhərinə gəldikləri üçün saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, K.Kərimov idarə etdiyi “Daewoo” markalı, E.İbrahimov isə idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan qanunsuz keçməklə karantin rejimi qaydalarını pozublar.


    Əsgər Şalıyev və Elşən Səfərəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Ə.Şalıyev və E.Səfərəliyev tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Elxan İbrahimov və Kərim Kərimov isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs ediliblər.


    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.