Month: March 2020

  • Polis postlarından vətəndaşların və avtomobillərin buraxılışı qaydası təsdiqləndi

    Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Qaydaya əsasən, polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:

    – operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, “Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

    – yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

    – təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlar ilə gedən ailə üzvləri (2 nəfərdən çox olmamaqla) yaxud qanuni nümayəndələri – təcili müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubunu (arayışını) təqdim etməklə;

    – respublikanın tibb müəssisələrində qeydiyyatda olan və mütəmadi müalicə almaq üçün müvafiq tibb müəssisələrinə gedən şəxslər – polis postlarında olan müvafiq adlı siyahılar üzrə yoxlanıldıqdan sonra;

    – yaxın qohumu ölmüş şəxslər (valideyni, əri (arvadı), övladı, qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, qaynatası, qaynanası) – ölüm faktını təsdiq edən tibb müəssisəsinin arayışını təqdim etməklə;

    – xüsusi karantin rejimi elan olunmazdan qabaq respublikanın digər şəhər və rayonlarına getmiş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

    – xüsusi karantin rejimi elan olunmazdan qabaq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş digər şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

    – öz ölkələrinə qayıdan xarici dövlətlərin vətəndaşları.

    Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar (info@mia.gov.az). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.

    Müraciətlərə 24 saat müddətində baxılaraq qərar qəbul olunur və bu barədə təşəbbüskar rəsmi məlumatlandırılır.

    Eyni vaxtda polis postundan 5-dən artıq işçisi keçən müəssisə və təşkilatn onların daşınması üçün üzərində loqosu olan sərnişindaşıma nəqliyyat vasitəsi (avtobus, mikroavtobus və s.) ayırmalıdır.

    Polis postundan keçən bütün şəxslər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər.

    DİN vətəndaşlardan müvafiq qaydalara əməl etmələrini xahiş edir.

  • В Нидерландах за сутки умерли 90 человек с коронавирусом

    Более 1,1 тысяч случаев заражения новым типом коронавируса и 90 смертей зарегистрировали за сутки в Нидерландах.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает нидерландский национальный институт здравоохранения (RIVM).

    Ранее сообщалось, что количество зараженных коронавирусом в стране достигло 8 603, скончались 546 человек.

    По последним данным RIVM, за сутки было выявлено 1 159 новых случаев, таким образом, общее число заболевших возросло до 9 762. Количество летальных исходов за прошедшие сутки увеличилось на 93, всего от COVID-19 в стране скончались 639 человек.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией.

    По последним данным ВОЗ, в мире заражены уже более 512 тысяч человек, свыше 23 тысяч скончались.

  • Niderlandda bir gündə 93 nəfər koronavirusdan ölüb

    Niderlandda son sutka ərzində 1 159 koronavirusa yolxuma halı və 93 ölüm hadisəsi qeydə alınıb.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Niderlandın Milli Səhiyyə İnstitutu (RIVM) məlumat yayıb.

    Bununla da ölkədə koronavirusa yoluxanların sayı 9 762 nəfərə çatıb, 639 nəfər virusdan ölüb.

  • Dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr təhlükəlidir?

    Paytaxt ərazisində dezinfeksiya tədbirləri gücləndirilmiş rejimdə davam etdirilir. Nəinki açıq havada, eləcə də inzibati binalarda, məktəb, xəstəxanalar və digər obyektlərdə də dezinfeksiya işləri davam etdirilir.

    Maraqlı məqam isə bu gün sosial şəbəkələrdə paytaxt küçələrindən birində göyərçinlərin kütləvi şəkildə ölməsi olub. Məsələ müzakirələrə səbəb oldu. Bir qrup insan quşların dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələrin təsirindən ölə biləcəyini iddia edir.

    Bəs görəsən, əslində vəziyyət necədir? Doğurdanmı dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr insan və heyvanlar üçün təhlükəlidir?

    Oxu.Az məsələ ilə bağlı Bakı Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov ilə əlaqə saxlayıb. O bildirib ki, dezinfeksiya tədbirlərində istifadə edilən dərmanlar aidiyyəti qurumlara Səhiyyə Nazirliyi tərəfindən paylanılır:

    “Biz əsasən, qapalı müəssisələrdə – xəstəxanalar, məktəb binaları, obyektlər, bağçalar, idarələrdə dezinfeksiya işləri aparırıq. Paytaxt küçələrində dezinfeksiya tədbirlərini aidiyyəti qurumlar aparır. Ümumi olaraq qeyd edim ki, Mərkəzə dezinfeksiya tədbirləri zamanı istifadə edilən dərmanlar Səhiyyə Nazirliyindən verilir. İstifadə edilən məhlulun tərkibi təhlükəli deyil. Həmin dərmanların tərkibi laboratoriyalarda yoxlanılıb və istifadəsinə icazə verilib.

    Bizə əsasən, xloramin və bromosept dezinfeksiyaedici maddələr verilir. Onların da özünün istifadə qaydaları, norması var. Həmin normalar çərçivəsində, göstərişi uyğun olaraq istifadə edilir”.

    Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də paytaxt ərazilərində dezinfeksiya işləri davam etdirilir. Bu çərçivədə bir sıra şirkətlər tərəfindən də könüllü olaraq dezinfeksiya tədbirlərinə qoşulan sahibkarlar olub.

    Onlardan biri “SAS İnşaat” MTK-nın rəhbəri Süleyman Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dövlətin gördüyü işlərə dəstək məqsədilə dezinfeksiya xidməti göstərən şirkətlərdən birinə müraciət edib:

    “Hazırda ölkə ərazisində bir aylıq xüsusi rejim tətbiq olunur. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən paytaxtda, eləcə də regionlarda koronavirus təhlükəsinin yayılmasının qarşısı almaq məqsədilə ciddi tədbirlər görülür.

    Dövlət qurumlarına dəstək olmaq məqsədilə şirkətin vəsaiti hesabına dezinfeksiya xidməti göstərən özəl şirkətlərdən “Şərən-N” MMC-yə müraciət etdim. Nəticədə Abşeron rayonunda bir sıra küçələrdə və parklarda, məhəlləarası yollarda dezinfeksiya tədbirləri həyata keçirdik. Xırdalan şəhərinin, Novxanı qəsəbəsinin bir hissəsi, Ceyranbatan və Masazır qəsəbələrində ətraf ərazilər isə tam şəkildə dezinfeksiya edilib.

    Şirkət tərəfindən istifadə edilən dezinfeksiya məhlulunun tərkibi natrium hipoxlorid, natrium hidroksid maddələrindən ibarət olub. Dezinfeksiya işləri apardığımız ərazilərdə isə heç bir heyvan və ya quşların zəhərlənməsi, ölməsi faktı ilə rastlaşmamışıq”.

    Xatırladaq ki, bu gün sosial şəbəkədə payatxt ərazisində göyərçinlərin kütləvi şəkildə ölməsi ilə bağlı foto yayılıb. Quşların hansı səbəbdən öldüyü hələlik məlum deyil.

  • Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edildi – RƏSMİ

    Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumatda deyilir.

  • Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma – RƏSMİ + VİDEO

    В Азербайджане официально зафиксировано 17 новых случаев инфицирования коронавирусом (COVID-19), один человек скончался.

    Об этом говорится в сообщении оперативного штаб при Кабинете министров Азербайджана.

    Гражданин Азербайджанской Республики (1951 г.р.) страдал тяжелой двусторонней пневмонией, дыхательной недостаточностью третьей степени, в анамнезе пациента были указаны наличие ишемической болезни сердца, хронической кардиомиопатии, сахарного диабета, проведение операции по ангиопластике (вставление стенда). Результаты теста на наличие у пациента COVID-19 оказались положительными.

    Несмотря на усилия врачей, реанимационные мероприятия результатов не дали. В настоящее время проводится медобследование членов его семьи и других лиц, контактировавших с ним. Они будут помещены на карантин.

    В настоящее время в Азербайджане 163 зараженных коронавирусом пациентов находится под наблюдением врачей в учреждениях особого режима. Состояние 23-х из общего числа инфицированных оценивается как тяжелое, 17-ти – как средней степени тяжести, остальных – как стабильное. Все они продолжают получать необходимое лечение.

    За прошедший период в Азербайджане было проведено более 25 000 тестов на COVID-19.

    В настоящее время случаи заражения коронавирусом выявляются как среди лиц, прибывших в Азербайджан из-за рубежа, так и внутри страны. По этой причине мы еще раз призываем наших граждан строго соблюдать правила гигиены, требования и рекомендации Всемирной организации здравоохранения, оперативного штаба при Кабинете Министров.

    От граждан требуется соблюдать меры самоизоляции, выходить из дома только в случае серьезной необходимости, минимизировать контакты с другими лицами, не посещать места скопления людей и соблюдать особый карантинный режим.

    Напомним, с 24 марта по 20 апреля в Азербайджане был объявлен особый карантинный режим в целях предотвращения распространения коронавирусной инфекции и возможных осложнений. Согласно правилам особого режима, людям старше 65 лет запрещается выходить из дома, в соответствии с законодательством обеспечивается оказание социальных услуг одиноким людям этой категории лиц. За исключением автомобилей специального назначения, в том числе скорой медицинской помощи, аварийно-восстановительной и спасательной служб, а также грузовиков, выезд и въезд в Баку, Сумгайыт и Абшеронский район ограничен, запрещено скопление граждан в общественных местах, в том числе на улицах, бульварах, в парках и других местах в группы более 10 человек.

    Кроме того, с 29 марта было принято решение об усилении особого карантинного режима. Согласно решению, полностью приостанавливается автомобильное движение между районами и городами страны, за исключением транспортных средств специального назначения, включая машины скорой помощи, аварийные, спасательные, сельскохозяйственные, социальные службы, а также грузовые автомобили. Работа Бакинского метрополитена установлена по графику: с 07:00 до 09:00 и с 17:00 до 20:00. Также запрещается вход во все парки, бульвары и другие места массового скопления людей, приостанавливается работа всех объектов общепита по обслуживанию клиентов на местах. Рестораны, кафе и чайные дома смогут обслуживать клиентов исключительно на вынос. Вместе с этим, смогут работать в нормальном режиме супермаркеты, продуктовые магазины и аптеки. При этом они смогут круглосуточно заниматься доставкой на дом и принимать онлайн заказы.

  • Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma – RƏSMİ + VİDEO

    Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.

    Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

    Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

    Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

    Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

    Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

    Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

    Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

    Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən, küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda iki metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

    Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınıb.

  • Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? – AÇIQLAMA

    Ölkə üzrə koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində bir sıra tədbirlər görülür. İnsanların bir-biri ilə təması, ünsiyyəti minimuma endirilir. Xüsusilə 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxması qadağan edilib.

    Lakin maraqlı məqamlardan biri bəzi sərnişindaşıma avtobuslarında hələ də ödənişin nəğd qaydada aparılmasıdır.

    Ölkə üzrə bütün sərnişindaşıma avtobuslarının kart sisteminə keçirilməsi istiqamətində tədbirlər davam etdirilirdi.

    Bəs görəsən mövcud vəziyyətlə əlaqədar olaraq, bu prosesin bir qədər sürətləndirilməsi gözlənilirmi?

    Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobus xətlərinin “BakıKart”a inteqrasiyası ilə bağlı işlər plana uyğun şəkildə davam etdirilir:

    “Hazırda əsas diqqət əksepidemik tədbirlərə yönəldilməsinə baxmayaraq, bu istiqamətdə də tədbirlər görülür. Nəzərinizə çatdırım ki, bütün həyat əhəmiyyətli qurumlarda olduğu kimi bizdə də işlər xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla davam etdirilir. Eyni zamanda bu cür epidemik vəziyyət özü də bir daha sübut edir ki, nağdsız ödəniş sistemlərinin tətbiqi zəruridir”.

  • Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə? – FOTO

    Bu gün paytaxtın bir sıra ərazilərində qumruların kütləvi ölümü müşahidə edilib. Quşların hansı səbəbdən öldüyü məlum deyil.

    Məsələ ilə bağlı Oxu.Az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanovun sözlərinə görə, quşların qida zəhərlənməsindən ölmə ehtimalı var:

    “Bütün hallarda məsələ araşdırılmalıdır. Düşünmürəm ki, bu quş qripi və ya hər hansı virusla bağlı olsun. Elə olan halda regionlardan da müraciətlər daxil olardı. Nəzərə alsaq ki, qumrular tək-tək deyil, ərazilərdə toplu halda müşahidə edilirlər. İlkin ehtimal kimi bunu hər hansı köhnə qidadan, yemlərdən zəhərlənmə kimi qiymətləndirmək olar. Yaxşı olardı ki, o quşlar yaxınlıqdakı zibil qutularına atılsın və ya yandırılsın. Hər hansı virus ehtimalı varsa belə, yayılmasının qarşısı alınsın”.

  • Azərbaycanda futbolçunu öldürən şəxs yenidən hakim qarşısına çıxarıldı

    Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası aprel ayında keçiriləcək.

    İttihama görə, qətl hadisəsi 3 may 2017-ci ildə paytaxtın Nərimanov rayonu Təbriz küçəsi 2 ünvanında baş verib. Həmin ərazidə yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə Lənkəran rayonunun Kərgəlan kənd sakini 44 yaşlı Müşfiq Əliyevin meyiti tapılıb.

    İlkin araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi 52 yaşlı Elman Məhərrəmov qətlə yetirib. İstintaq zamanı E.Məhərrəmovun sözügedən cinayəti təkbaşına deyil, Ramin Həsənovla birgə törətdiyi sübuta yetirilib.

    Belə ki, tüfeyli həyat tərzi sürən bir qrup şəxslər adətən sözügedən ünvana yığışıblar. İçkili vəziyyətdə olan E.Məhərrəmov pulunun oğurlanmasını bəhanə edərək Müşfiqi möhkəm döyüb. Müşfiqin döyülməsində Ramin də ona yardımçı olub. Ağır dərəcəli bədən xəsarətləri alan Müşfiq elə hadisə yerində də keçinib.

    Əslən Qərbi Azərbaycandan olan Ramin Həsənov ifadəsində 1988-ci ildə ailəsi ilə birgə deportasiya olunduqlarını və Gəncə şəhərində məskunlaşdıqlarını göstərib. Gəncədəki kişi salonlarından birində saç ustası işləyən Ramin on il bundan öncə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunub. Həbsdən buraxıldıqdan sonra Gəncəyə qayıtmayıb, Bakıda müxtəlif yerlərdə fəhlə işləyib. Qazandığı pulları spirtli içkiyə xərcləyib. Bir müddət sonra oğurluq etdiyinə görə yenidən tutulub. Sonuncu dəfə 2017-ci ilin fevralında azadlığa buraxılan Ramin nə az, nə çox, cəmisi üç aydan sonra daha ağır cinayətdə – qəsdən adam öldürməkdə ittiham olunaraq təkrar həbsxanaya qayıdıb.

    Zərərçəkmiş Şərqiyyə Əliyeva ifadəsində oğlu Müşfiqin orta məktəbi fərqlənmə ilə bitirdiyini, Lənkəran Dövlət Universitetinin “gömrük işi” fakültəsinə daxil olduğunu, sonradan həmin fakültənin ləğv edildiyini və təhsilinin yarımçıq qaldığını deyib. Ananın sözlərinə görə, Müşfiq musiqi bəstələyib, mahnı oxuyub, cənub bölgəsindəki toylarda musiqiçi kimi tanınıb.

    Eyni zamanda şahmatla və karate ilə də məşğul olub. Ölkə daxilində bir neçə uğurlar qazanıb. “Xəzər-Lənkəran” futbol klubunun ehtiyat oyunçularından biri olub. Amma sonradan narkotik vasitələrdən istifadə etməyə başlayıb, elə bu üzdən də sənətdən, idmandan, dostlarından uzaq düşüb. Evlənib, ailə qurub, iki övladı da oxuyub. Hətta böyük qızı yüksək balla universitetə qəbul olub.

    Məhkəmənin hökmü ilə Ramin Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.