Month: March 2020

  • Karantinə alınan voleybolçularımızdan son xəbər

    Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın voleybolçuları Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər.

    “Report”un məlumatına görə, bunu onlar Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətinə açıqlayıblar.

    İsrailin “Makkabi” (Hayfa) klubuna məxsus Yuliya Kərimova bildirib ki, Azərbaycana yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədir. 35 yaşlı libero evə göndərilməsinin ikinci analizinin nəticəsinə əsasən bilinəcəyini deyib: “Bakıya gələrkən heç bir çətinlik yaşamadım. Paytaxta – Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırki duruma uyğun olaraq karantinə alınacağımızı dedilər. Artıq neçə gündür ki, burdayam. Nəzarətə götürülənlər üçün çox gözəl şərait yaradılıb. Hər şey yaxşıdır. Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi hələ İsraildə olarkən səhhətimlə maraqlandı və qayıtmağım üçün lazımı köməkliyi göstərirdilər. Burda olduğum günlərdə isə milliminin həkimi və meneceri ilə hər gün danışıram. Dünən ikinci dəfə test vermişəm. Analizin cavablarını gözləyirəm, hər şey qaydasında olarsa, bir neçə gündən sonra evə buraxılacağam”.

    Marqarita Əzizova da özünü yaxşı hiss edir. Polşa “Radomka”sının formasını geyinən 27 yaşlı hücumçunun sözlərinə görə, səhhətində hansısa problem yoxdur: “Varşavadan Bakıya çarter reysi ilə gəldim. Paytaxta qayıtmağımda Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Azərbaycan Voleybol Federasiyasının böyük köməkliyi oldu. Hazırda Azərbaycanda olduğum üçün onlara təşəkkür edirəm. Buraya gəldikdən sonra məni də bütün sərnişinlər kimi karantinə aldılar. Təbii ki, onlar kimi də müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evə yollanacam”.

  • Türk futbolçu Neymarı itələdiyi üçün cəzalandırıldı

    UEFA Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Emre Canı cəzalandırıb.

    “Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin Fransa PSJ-si ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

    26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSJ-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulub.

    Qeyd edək ki, “Borussiya” Dortmundakı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.

  • Число заразившихся коронавирусом в мире превысило 800 тысяч человек

    Количество зараженных коронавирусной инфекцией во всем мире во вторник, 31 марта, составило 800 049, сообщает университет Джонса Хопкинса.

    Больше всего случаев выявлены на территории США – 164 610. На втором месте находится Италия – 101 739 случаев. В Испании зарегистрированы свыше 94 тысяч случаев, в Китае – более 82 тысяч, в Германии – 67 тысяч.

    Отметка в 700 тысяч по общему числу заболевших в мире была преодолена накануне, 30 марта, в 600 тысяч – 28 марта, в 500 тысяч – 26 марта.

    Скончались 38 714 человек, заразившихся коронавирусом. Больше всего количество смертей зафиксировано в Италии, затем идут Испания, китайская провинция Хубэй, Франция и Иран.

    К настоящему времени излечились 170 325 человек. Основная часть выздоровевших приходится на КНР.

    Напомним, в декабре прошлого года в китайской провинции Хубэй в городе Ухане выявили первые случаи заражения новым типом коронавируса. 11 февраля Всемирная организация здравоохранения (ВОЗ) дала ему название COVID-19. 11 марта была объявлена пандемия нового коронавируса

  • Сопредседатели МГ ОБСЕ: Ни одна страна не признает независимость Нагорного Карабаха

    “Ни одна из стран-сопредседателей Минской группы ОБСЕ или любая другая страна не признает Нагорный Карабах как независимое и суверенное государство”.

    Как сообщает Report, об этом говорится в заявлении сопредседателей Минской группы ОБСЕ касательно так называемых “выборов”, прошедших на оккупированных территориях Азербайджана 31 марта.

    “Соответственно, сопредседатели не принимают результаты этих “выборов” как влияющие на правовой статус Нагорного Карабаха и подчеркивают, что результаты никоим образом не предопределяют окончательный статус Нагорного Карабаха или результат продолжающихся переговоров по прочному и мирному урегулированию нагорно-карабахского конфликта”, – говорится в заявлении посредников.

  • Dağlıq Qarabağdakı separatçı rejimi heç bir dövlət tanımır – BƏYANAT

    “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən heç biri və ya digər dövlətlət Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır”.

    “Report” xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı yaydığı bəyanatda bildirilib.

    “Həmsədrlər bu “seçkilərin nəticələri”ni Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Eyni zamanda nəticələrin heç bir şəkildə Dağlıq Qarabağın son statusunu və ya münaqişənin davamlı və dinc yolla nizamlanması üzrə aparılan danışıqların sonucunu əvvəlcədən müəyyənləşdirmədiyini vurğulayırlar”, – sənəddə vurğulanıb.

  • “Azərsu” sosial şəbəkələr üzərindən xidmət göstərəcək

    “Azərsu” ASC koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet üzərindən “Skype” proqramı vasitəsilə edilməsi üçün videoqəbul xidməti təşkil edib.

    “Report” xəbər verir ki, bundan başqa ASC “WhatsApp” xidməti vasitəsilə də müraciətlərin qəbulu davam etdirilir.

    Müraciətlərin operativ həllini təmin etmək məqsədilə hər bir sukanal idarəsi üzrə də “WhatsApp” nömrələri təyin edilib. Vətəndaşlar aşağıda qeyd olunan “Skype” ünvanları və “WhatsApp” nömrələri vasitəsilə həftə içi (1-ci – 5-ci günlər) birbaşa müraciət edə bilərlər.

    S/s Rayon WhatsApp nömrələr Skype ünvanları
    1 Sabunçu (+99455) 4577186 Sabuncu.Sukanal
    2 Suraxanı (+99455) 4573952 Suraxani.Sukanal
    3 Xəzər (+99455) 4572796 Xezer.Sukanal
    4 Nizami (+99455) 4573974 Nizami.Sukanal
    5 Nəsimi (+99455) 4577406 Nəsimi.Sukanal
    6 Səbail (+99455) 4577253 Sebail.Sukanal
    7 Yasamal (+99455) 4573332 Yasamal.Sukanal
    8 Xətai (+99455) 4579466 Xatai.Sukanal
    9 Nərimanov (+99455) 4573954 Narimanov.Sukanal
    10 Binəqədi (+99455) 4575158 Binaqadi.Sukanal
    11 Qaradağ (+99455) 4577785 Qaradağ.Sukanal
    12 Abşeron (+99455) 4577746 Absheron.sukanal
    13 Sumqayıt (+99455) 4579442 Sumqayit.Sukanal
    14 Bağlar (+99455) 4577706 Baglar.Sukanal

    Qeyd edək ki, şənbə və bazar günləri isə 955 Zəng Mərkəzinə, azersu.aparat1, azersu.aparat2, azersu.aparat3 “Skype” ünvanlarına, həmçinin (+99455) 209-95-59 “WhatsApp” nömrəsinə müraciət etmək xahiş olunur.

  • Avropada koronavirusdan ən gənc ölüm qeydə alındı

    Belçikada 12 yaşlı qız koronavirus pandemiyasının qurbanı olub.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Belçika mətbuatı isə faktın Avropada infeksiyadan ən gənc ölüm hadisəsi olduğunu yazıb.

    Qeyd edək ki, Belçikada indiyədək 705 nəfər pandemiyanın qurbanına çevrilib, 12 775 nəfər isə virusa yoluxub.

    Xatırladaq ki, bundan əvvəl Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirusdan ölüb.

  • Həbib – Ferqyuson döyüşü baş tutmaya bilər: “Rusiyadan çıxa bilmirəm” – VİDEO

    “Hazırda mən Dağıstandayam. Kaliforniyada olanda mənə UFC-dən məlumat gəldi ki, döyüş Amerikada baş tutmayacaq və 99% ehtimalla BƏƏ-də – Əbu-Dabidə keçiriləcək. UFC ilə məsləhətləşərək, belə qərara gəldik ki, döyüşə bir ay qalmış BƏƏ-yə uçaq. Haradasa 19-20 martda. Ora uçan vaxt isə bizə deyildi ki, bu ölkənin sərhədləri bağlıdır və heç kim BƏƏ-yə gedə bilməz. Ona görə də, Rusiyaya qayıtdıq”.

    Median.Az xəbər verir ki, bunu UFC döyüşçüsü Həbib Nurməhəmmədov “Instagram” hesabından açdığı canlı yayım zamanı deyib. O bildirib ki, aprelin 18-də Toni Ferqyusonla UFC kəmərini qorumaq üçün nəzərdə tutulan döyüşü baş tutmaya bilər.

    Buna səbəb Həbibin Rusiyadan çıxa bilməməsidir:

    “Bütün dünya karantin elan edib. İndi mən döyüş üçün səfərə çıxa bilmərəm, amma yenə də hazırlaşıram. Əgər səfərə çıxmaq imkanım olsa, istənilən yerdə, istənilən vaxt döyüşməyə hazıram”.

    Onun sözlərinə görə, UFC artıq Toni Ferqyusona rəqib kimi başqa namizəd axtarışındadır:

    “Hər yerdə sərhədlər bağlıdır. İndi mənə belə bir informasiya da gəlib ki, UFC turniri ABŞ-da – ştatlardan birində keçirəcək. Mən isə indi sərhədlər bağlı olduğundan, Rusiyadan çıxa bilmərəm. İndi söhbət gedir ki, döyüş mənsiz keçirilsin. Mən buna qarşı deyiləm. Qoy bunu qanunlar üzrə etsinlər. Başa düşürəm ki, döyüşçülərə də pul qazanmaq üçün döyüşmək lazımdır. Toni ABŞ-dadır. Bildiyim qədərilə onun rəqibi başqa idmançı olacaq.

    Mənim Rusiyada olmağım öz istəyim deyil. UFC-dən mənə deyilmişdi ki, bu döyüş ABŞ-da, hətta BƏƏ-də də olmasa, Atlantik okeanından kənarda baş verəcək. Biz UFC ilə hər şeyi müzakirə etmişdik. Həmin vaxt artıq mən Amerika Kikboksinq Akademiyasında beş həftə ağır məşq keçmişdim. İndi niyə o məşqləri keçdiyimi, niyə o qədər çəki atdığımı bilmirəm”.

    Qeyd edək ki, Toni Ferqyusonun yeni rəqibinin Castin Qeyci və ya Dastin Porye olacağı gözlənilir.//oxu.az

  • Президент: Если кто-то полагается на занимающих посты друзей и родственников, он ошибается

    Многие предприниматели уже покинули теневую экономику, работают в “белой экономике”, платят государственные налоги и уже исключили неформальную занятость из своей повестки.

    Об этом заявил Президент Азербайджана Ильхам Алиев на встрече с министром экономики Микаилом Джаббаровым.

    Глава государства отметил, что настало время субъектам предпринимательства, которые все еще работают в тени, положить этому конец:

    “Мы проявили терпение, мы дали время, и я думаю, что сроки были достаточными. Но есть предприниматели, которые все еще думают, что будут работать по-старому.

    Я хочу однозначно сказать им, что этого не произойдет, и никто не поможет им. Если кто-то полагается на знакомых, родственников или друзей, занимающих посты, они на ошибочном пути. И они, и те, кто покровительствует им, будут наказаны”, – сказал Президент.

    “Все субъекты предпринимательства без исключения должны покинуть теневую экономику. Таким образом, я считаю, что наша политика чистки в целом даст хорошие результаты. Экономика Азербайджана продолжит свое устойчивое развитие”, – заявил глава государства.

  • Prezident xəbərdarlıq etdi: “Vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır”

    “Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər”.

    Bu sözləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

    Prezident bildirib ki, həmin şəxslər vəzifədə olan dostlarına arxalanırsa, səhv yoldadırlar:
    “Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur.

    Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı eşidir və görür ki, istisnasız bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını davam etdirəcək”.