Month: March 2020

  • İtaliyalı futbolçu koronavirusdan sağaldı

    İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Manolo Qabbyadini bir müddət öncə yoluxduğu koronavirus xəstəliyinə qalib gəlib.

    “Report” xəbər verir ki, bu barədə italiyalı hücumçu yerli mətbuata açıqlamasında bildirib.

    29 yaşlı forvardın sözlərinə görə, xəstəliyi yüngül formada keçirib: “Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı. Amma qaydalara görə, xəstəliyə qalib gəldiyimə tam əmin olmaq üçün daha bir sutka gözləməli, bundan sonra isə növbəti dəfə analiz verməliyəm”.

    Qeyd edək ki, Manolo Qabbyadini “Sampdoriya”da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra daha 6 komanda yoldaşında virusun simptomları aşkarlanıb.

  • Меняется график работы автобусов на всех экспресс-линиях

    Согласно решению оперативного штаба при Кабинете министров Азербайджана, в целях обеспечения безопасности здоровья населения движение поездов в Бакинском метрополитене будет прекращено, пассажирские перевозки будут осуществляться регулярными и экспресс-автобусами.

    Согласно информации Бакинского транспортного Агентства (БТА), график работы автобусов по всем экспресс-маршрутам меняется с первого апреля 2020 года с 07:00 до 20:00. А график работы ежедневных регулярных маршрутных линий остается неизменным.

    Как на регулярных, так и на экспресс-маршрутах интервал между автобусами будет регулироваться в соответствии с пассажиропотоком. В то же время, в целях предотвращения возникновения плотности пассажиропотока предусмотрен запуск дополнительных автобусов по экспресс-линиям.

    Главная цель регулирования пассажирских перевозок в нынешней эпидемиологической ситуации – обеспечение необходимой жизнедеятельности (специальные зоны обслуживания, продуктовые магазины и другие) населения, перевозка жителей страны, работающих в специальных больницах и карантинных пунктах.

    “Еще раз призываем население выходить из дома при крайней необходимости, а также соблюдать правила особого карантинного режима”, – отмечают в БТА.

  • Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir

    “Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından, sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək”.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki sabahdan saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirilir. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.

    Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyat avtobusların buraxılması nəzərədə tutulub.

    Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

    “Bir daha vətəndaşları zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq” – deyə qurum bəyan edib.

  • Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişiklik edilib

    Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik edilib.

    Dəyişiklik Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq edilib.

    Bu məqsədlə, Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarların sayı azaldılıb. Qatarlar karantin günlərində fəaliyyətini davam etdirmək zərurəti yaranan müəssisələrin əməkdaşlarının işə gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək. Yeni qrafik aprelin 1-dən karantin müddəti bitənədək qüvvədə olacaq.

  • İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

    İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Məşhəd şəhərinin İmam Rza xəstəxanasında yeni koronavirusa (COVID 19) yoluxmuş körpə dünyaya gəlib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Məşhəd Tibb Elmləri Universitetinin elmi heyətinin üzvü doktor Əhməd Şah Fərhət deyib. Onun sözlərinə görə, körpəni dünyaya gətirən ana koronavirusa yoluxmaqda şübhəli bilinirdi. 900 qramlıq körpə dünyaya gəldikdən sonra analizlər götürülüb və nəticə pozitiv elan olunub.

    Fərhət əlavə edib ki, indiyədək Məşhəddə koronavirusa yoluxmuş 4 ananın övladı dünyaya gəlib. 3 körpədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

    Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (30 mart) 41 495 nəfərin koronavirusa yoluxduğunu, 2 757 nəfərin öldüyünü, 13 911 nəfərin sağaldığını təsdiqləyib.

  • Estoniya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqladı

    Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımadığını açıqlayıb.

    Bu barədə Estoniya XİN-in “Twitter” hesabında yazılıb.

    “Estoniya Dağlıq Qarabağdakı qondarma seçkiləri qanuni hesab etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməkdə davam edirik”, – Estoniya XİN-dən bildirilib.

  • Sabahdan hava dəyişir, güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

    Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

    Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s-dək güclənəcək.

    Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.

    Çaylarda sululuğun artacağı istisna olunmur.

  • İranda spirtli içkidən 320 nəfər öldü

    İranda 3100-dən artıq insan spirtli içkidən zəhərlənib, onlardan 320-si ölüb.

    “RİA Novosti”nin məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur deyib.

    Spirtli içkinin qadağan olunduğu İranda metil spirti istehsal olunur. COVID-19-a yoluxmaya qarşı “profilaktik tədbirlər” çərçivəsində saxta içkilərdən, metanoldan zəhərlənənlərin sayı artıb.

    Son məlumatlara görə, İranda koronavirusa 44 600 yoluxma halı qeydə alınıb. Bunlardan 2 898-i ölümlə nəticələnib. 14 656 nəfər isə sağalıb.

  • В Баку закрывается метро – ОФИЦИАЛЬНО + ВИДЕО

    Коронавирусная инфекция продолжает распространяться в Азербайджане, несмотря на все сдерживающие меры.

    Как говорится в сообщении оперативного штаба при Кабинете министров, несмотря на мероприятия по дезинфекции, проводимые в общественном транспорте, в метро имеются благоприятные условия для распространения коронавируса.

    При этом пассажиры бакинского метрополитена не соблюдают необходимую социальную дистанцию и правила карантинного режима.

    Для обеспечения безопасности населения работа бакинского метро приостанавливается с 22:00 31 марта до 20 апреля.

    Население будет передвигаться по Баку на маршрутных и экспресс-автобусах. Интервал между ними будет регулироваться в соответствии с пассажиропотоком.

    Оперативный штаб еще раз призывает граждан не выходить из дома без особой необходимости, соблюдать социальную дистанцию и правила особого карантинного режима.

  • Bakıda bu gün axşamdan metro bağlanır – RƏSMİ + VİDEO

    Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq, ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

    Nazirlər Kabineti yanında operativ qərargahdan daxil olan məlumata görə, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. Eyni zamanda, Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

    Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

    Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək.

    Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədilə ekspres xətlər üzrə ehtiyat avtobuslar buraxılıb.

    Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.