Month: March 2020

  • İspaniyada DƏHŞƏT – 9500 tibb işçisi koronavirusa yoluxdu

    İspaniyada 9500 nəfərə yaxın tibb işçisi koronavirusa (COVID-19) yoluxub.

    Median.Az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin nümayəndəsi Fernando Simon bildirib.

    O, 9444 tibb işçisinin yeni növ koronavirusa yoluxduğunu söyləyib: “Bu, digər ölkələrlə müqayisədə böyük rəqəmdir. Bu, bizim qayğılarımızdan biridir, bunun üzərində işləyirik”.

    Qeyd edək ki, İspaniya Avropada koronavirusun yayılmasına görə İtaliyadan sonra ikinci ölkədir. 27 mart tarixinə olan məlumatlara əsasən, bu ölkədə 64 mindən çox yoluxma halı qeydə alınıb. Bu virusdan ölənlərin sayı isə 4858-ə çatıb. Bu rəqəmlərin yarısı paytaxt Madridin payına düşür./APA/

  • Məşhurlardan tibb işçilərinə möhtəşəm dəstək – VİDEO

    Dünyanı ağuşuna alan COVİD -19 virusu ölkəmizdə də yayılıb. Bu virusla mübarizədə ən böyük qəhrəmanlığı isə tibb işçiləri göstərir. Hətta onları gözə görünməz qəhrəman da adlandırırlar.

    Median.Az informasiya portalı həkimlərimizə dəstək kampaniyasına başlayıb.

    Saytın baş redaktoru Hacıbəy Heydərli deyib ki, kampaniya həkimlərə təşəkkür məqsədi ilə başladılıb: “Bilirsiz ki, bu günlərdə ən böyük yük tibb işçilərinin üzərinə düşür. Onlar gecə-gündüz demədən çalışırlar. Biz də istədik ki, azxeber.com olaraq bu işdə onlara stimul verək, təşəkkürümüzü bildirik. Saytımızın şou müxbiri Nazim Qasımzadə və montajçı Nazim Şərbətovun dəstəyi ilə sosial çarx çəkdik”.

    Videoda məşhurlarımız xalqı evdə qalmağa və tibb işçilərinə dəstəyə çağırıblar.

    Əməkdar artist Fərqanə Qasımova, müğənni Xatun Əliyeva, Ayan Babakişiyeva, Zamiq Əliyev, Mina Hüseyn, aparıcı İsa Şükürov, produser Tarix Əliyev, aktisa Pərvin Abıyeva və məşqçi Kamil Zeynallı bu layihədə yer alıb.//azxeber.com

    Sözügedən videoçarxı təqdim edirik:

  • Hava XƏBƏRDARLIĞI – Yağış yağacaq

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəratinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Departamentdən verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

    Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

  • В Турции не исключили введение режима ЧП из-за коронавируса

    Власти Турции не исключают того, что из-за пандемии коронавируса в стране будет введено чрезвычайное положение.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил глава МВД страны Сулейман Сойлу.

    “На сегодняшний день все необходимые меры приняты. Дальнейшее зависит от ситуации с распространением коронавирусом. Я не могу исключить того, что возникнет необходимость введения запрета выхода на улицу или чрезвычайного положения”, – сказал Сойлу в эфире турецкого телеканала NTV.

    Он добавил, что “жизнь в Турции остановилась на 80%”, на 90% упал пассажиропоток в междугороднем автобусном сообщении, в семи населенных пунктах страны объявлен карантин по COVID-19.

  • Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər

    Türkiyə hakimiyyəti koronavirus pandemiyası səbəbindən ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını istisna etmir.

    “Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “NTV” kanalına açıqlamasında deyib.

    Nazir bildirib ki, bu günə qədər koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir:

    “Bundan sonra vəziyyət koronavirusun yayılmasından asılı olacaq. İnsanların çölə çıxış qadağası və ya fövqəladə vəziyyətin elan edilməsi də istisna edilmir”.

    Qeyd edək ki, Türkiyədə 5 698 nəfər koronavirusa yoluxub. Bu xəstələrdən 92 nəfəri həyatını itirib.

  • İtaliyada son bir gündə 919 nəfər koronavirusdan ölüb

    İtaliyada son 24 saatda koronavirusa yoluxmuş 919 nəfər vəfat edib.

    APA-nın xəbərinə görə, bu barədə İtaliyanın Mülki Müdafiə Agentliyi məlumat yayıb.

    Ölkədə virusdan ölənlərin sayı 9134-ə çatıb. Son sutka ərzində 5959 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İtaliyada bu günədək COVID-19 virusuna yoluxanların sayı 86498 nəfərə çatıb.

  • Bulvar və parklara giriş bağlandı

    Azərbaycanda martın 29-dan insanların sıxlığını tənzimləmək üçün bəzi qadağalar tətbiq olunacaq.

    Median.Az xəbər verir ki, xüsusi karantin rejimi gücləndirilməsi ilə əlaqədar olaraq bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.

  • Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi – VİDEO

    Astronavt Kris Hedfild kosmosda göz yaşları ilə bağlı video paylaşıb.

    Kadrları “The Sun” nəşri dərc edib.

    Astronavt kosmosda göz yaşlarının yerə düşmədiyini nümayiş etdirib. Belə ki, havasızlıq şəraitində damcılar gözün altında yığılır, sonra isə bütün sifətə yayılır.

    Hedfild əlavə edib ki, kosmosda ağlamamaq daha yaxşıdır.

  • Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb

    Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.

    APA-nın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə, 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari sığorta haqqı 0,02 manat həcmində müəyyən edilib.

  • Azərbaycandan Gürcüstana gedən turistin meyiti tapıldı

    Gürcüstanın Kutaisi şəhərində martın 7-də itkin düşən 23 yaşlı Niderland vətəndaşı Siem Viqerin meyiti çayda tapılıb.

    Report xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

    İtkin düşən əcnəbi 17 gün axtarılıb.

    Rioni çayında aparılan axtarışlara dalğıclar və dron cəlb olunmuşdu.

    Qeyd edək ki, S.Viqer və qardaşının olduğu turist qrupu Gürcüstana Azərbaycandan səfər edib. Gənclər Kutaisidən digər ölkəyə getməyi planlaşdırırdılar.