Month: March 2020

  • Мужчина до смерти забил сына сожительницы

    В Саратовской области России арестован мужчина, обвиняемый в убийстве ребенка.

    Как сообщает “Росбалт” со ссылкой на Следственный комитет России, 24 марта в квартире дома на Шоссейной улице в Балашове 22-летний мужчина избил полуторагодовалого сына сожительницы кулаками по голове. Известно, что обвиняемый был ранее судим и на момент совершения преступления находился в состоянии алкогольного опьянения. От полученных травм ребенок умер на месте. Экспертиза показала, что убийца проломил мальчику череп.

    Мать ребенка на момент трагедии находилась на работе и узнала о случившемся только вечером.

    Подозреваемому предъявлено обвинение. Следователю он заявил, что стал бить ребенка из-за его плача. Суд отправил убийцу в СИЗО.

  • Sevgilisinin körpəsini ağladığı üçün döyüb öldürdü

    Rusiyanın Saratov vilayətində bir şəxs sevgilisinin bir yaş altı aylıq oğlunu öldürüb.

    Rosbalt.ru bu barədə Rusiyanın vilayət üzrə İstintaq İdarəsinə istinadən məlumat yayıb.

    Bildirilib ki, 22 yaşlı kişi azyaşlının başına yumruqla vurub. Onun daha əvvəl məhkumluq həyatı yaşadığı və hadisəni törədən zaman sərxoş olduğu qeyd edilib.

    Körpə aldığı xəsarətdən yerindəcə ölüb. Ekspertiza zamanı onun kəllə sümüyünün sındığı müəyyən edilib.

    Uşağın anası hadisə baş verən zaman işdə olduğu üçün bundan yalnız axşam xəbər tutub.

    Şübhəli barəsində cinayət işi açılıb. İfadəsində o, uşağı ağladığı üçün döydüyünü deyib. Məhkəmənin qərarı ilə həmin şəxs həbs edilib.

  • Azərbaycanda parklarda gəzmək qadağan edildi

    Sabahdan bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

    “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

  • Bu obyektlərdə müştərilərə yerində xidmət dayandırılacaq

    Sabahdan xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılacaq.

    “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

    Çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

  • В Азербайджане усилен особый карантинный режим – ОФИЦИАЛЬНО

    Оперативный штаб при Кабинете министров Азербайджана распространил информацию о дополнительных мерах по борьбе с коронавирусом.

    Согласно сообщению, начиная с 00:00 29 марта в стране усиливается особый карантинный режим.

    В период действия особого карантинного режима полностью приостанавливается автомобильное движение между районами и городами страны, за исключением транспортных средств специального назначения, включая машины скорой помощи, аварийные, спасательные, сельскохозяйственные автомобили, машины социальной службы, а также грузовой транспорт.

    Движение в пределах Баку, Сумгайыта и Абшеронского района остается свободным.

    Согласно сообщению штаба, метро в Баку будет работать утром с 07:00 до 09:00 и вечером с 17:00 до 20:00.

    Кроме этого, запрещается вход во все парки, бульвары и другие места массового скопления людей.

    Согласно решению штаба, 29 марта с 00:00 приостанавливается работа всех объектов общепита по обслуживанию клиентов на местах. Рестораны, кафе и чайные дома смогут обслуживать клиентов исключительно на вынос.

  • Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi – RƏSMİ

    Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

    Məlumata əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

    Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

    Nəqliyyat vasitələri üzrə

    Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.

    Ticarət obyektləri üzrə

    Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

    İctimai iaşə obyektləri üzrə

    Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən, restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

    Əhalinin hərəkəti üzrə

    Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

  • Bakıda yeni tikintiyə görə ağacları köçürdülər

    Nərimanov rayonu A.Heydərov küçəsi ilə Ə.Orucəliyev küçəsinin kəsişməsində köhnə binaların yerində yeni yaşayış binalarının tikintisi məqsədilə icra olunan pilot layihə çərçivəsində layihə altına düşən ağacların köçürülməsinə ictimai dinləmədən sonra Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib.

    Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov jurnalistlərə bildirib ki, rəy verilməmişdən əvvəl tikintini aparan “Azneftemaş” QSC tərəfindən edilmiş müraciət əsasında layihə altına düşən ağacların köçürülməsinə zərurət yarandığı üçün maraqlı tərəflərin, o cümlədən layihəçilərin, ekspertlərin, QHT nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçirilib:

    “Tikinti altına düşən ağacların saxlanılması və saxlanılması mümkün olmayanların köçürülməsi məsələsi müzakirə olunub, fikirlər dinlənilib. Götürülən ağacların əvəzinə daha çox ağacın əkilməsi və ekoloji tarazlığın qorunması üçün bütün imkanlar araşdırılıb”.

    M.Qəmbərov qeyd edib ki, yeni ağacların əkilməsi məqsədilə tikinti sahəsindən kənarda ərazi ayrılmasına nail olunub və icraçı qarşısında yeni yaşıllıq sahəsinin salınması tələbi qoyulub:

    “İctimai dinləmələrin nəticəsi olaraq layihə altına düşən bir tut və bir qarağac, üç safora və üç qovaq ağacının götürülməsinə, əvəzində 500 yeni ağacın əkilməsinə, 73 ağacın isə köçürülməsinə rəy verilib. Ağaclar Bakı şəhər İH-nin Yaşıllaşdırma İdarəsi tərəfindən çıxarılaraq Ramana tingçilik sahəsində əkilib. Hazırda köçürülən ağaclara aqrotexniki qulluq göstərilir. Yeni ağacların əkilməsi üçün metropoliten deposunun yaxınlığında ayrılmış ərazidə icraçı tərəfindən 400 ədəd çinar və 100-ə yaxın şam ağacı əkilib”.

    Qeyd edək ki, sosial şəbəkələrdə Nərimanov rayonunda kütləvi ağac kəsimi haqqında məlumatlar yayılmışdı.

  • Gürcüstanda koronavirusdan sağalanların sayı artdı

    Gürcüstanda koronavirus diaqnozu qoyulan daha bir pasiyent sağalıb.

    “Report” xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

    O deyib ki, bununla da koronavirusdan sağalanların sayı 14-ə çatıb.

    Tibbi direktor qeyd edib ki, həmin şəxs artıq klinikanı tərk edib və iki həftə ərzində təcriddə qalacaq.

    Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 81 yoluxma halı təsdiqlənib. Hazırda karantində 4 505, stasionar nəzarətdə isə 247 nəfər saxlanılır. Aktiv COVID – 19 infeksiyası daşıyıcılarının sayı 67 nəfər təşkil edir.

  • Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib.

    “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı təşkilatlarının və hərəkatlarının təmsilçiləri ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımları yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulayıblar.

    Bu xüsusda qeyd olunmalıdır ki, müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir.

    Bununla yanaşı, səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranıb. Dövlət başçısı tərəfindən 2020-ci ilin Könüllülər İli elan edilməsini, ölkəmizdə mövcud olan könüllü təşkilatlarının sayını və zəngin təcrübəsini nəzərə alaraq, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasında könüllülərin entuziazmı, enerjisi və bacarıqlarının səfərbər edilməsi dövlət tərəfindən görülən işlərin faydalılığının artırılmasına müsbət təsir edəcək.

    Yeni yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün könüllü təşkilatları və hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə ilk növbədə təşkilatlararası iş bölgüsünün müəyyən edilməsi, könüllülərin iştirakı ilə yerlərdə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı müxtəlif kommunikasiya vasitələri və məhsullarının (sosial çarxlar) köməyi ilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi, həyata keçirilən tədbirlərə dəstək vermək niyyətində olan ictimai təşkilat, təşəbbüs qrupları və vətəndaşların səfərbər edilməsi və eyni zamanda digər məsələləri əhatə edəcək.

    Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin idarə olunması onun təsisçiləri olan təşkilatlar tərəfindən həyata keçiriləcək, Mərkəzin katibliyi Azərbaycan Respublikasının Gənclər Fondunda yerləşəcəkdir. Mərkəzin fəaliyyəti, o cümlədən iclaslar və müzakirələr müasir informasiya-texnologiyalarının imkanlarından istifadə edərək, virtual qaydada təşkil ediləcək. Həmçinin, Mərkəzin çağrı mərkəzi və xüsusi könüllü portalının da təsis edilməsi nəzərdə tutulur. Könüllülük fəaliyyətinə qoşulmaq istəyən vətəndaşlardan və Mərkəzin işində iştirak etmək istəyən könüllü təşkilatlarından akem@ayf.az elektron poçt ünvanı vasitəsilə katibliyə müraciət etmələri xahiş olunur. Unutmayın ki, biz birlikdə güclüyük!

  • Tovuz sakinini cərəyan vuraraq öldürüb

    Tovuz rayonunda 37 yaşlı kişini cərəyan vurub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü Nəsimi Sadıqovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

    O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi müayinəsindən sonra onun öldüyü məlum olub.

    Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.