Month: March 2020

  • В Азербайджане продлены ограничения на движение поездов

    В Азербайджане с целью распространения коронавирусной инфекции и ее возможных осложнений до 20 апреля продлевается ограничение на внутреннее железнодорожное сообщение.

    Как сообщили в ЗАО “Азербайджанские железные дороги”, движение пассажирских поездов Баку-Тбилиси-Баку (до Беюк Кесик), Баку-Беюк Кесик-Баку, Баку-Кочарли-Балакен-Баку, Баку-Астара-Горадиз-Баку и Баку-Гянджа-Баку приостанавливается до 21 апреля.

    С учетом потребностей пассажиров, изменения, внесенные в график движения электропоездов Баку-Сумгайыт-Баку, остаются в силе до 6 апреля.

  • Qatarların hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadıldı – RƏSMİ

    Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır.

    Bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq. Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.

  • Столичная полиция об обнаруженном на улице умершем мужчине – ВИДЕО

    Главное управление полиции города Баку (ГУПГБ) прокомментировало видеокадры, касающиеся обнаруженого на территории Ясамальского района столицы тела неизвестного мужчины.

    Как сообщили Oxu.Az в пресс-службе ГУПГБ, смерть жителя Сабаильского района Ф.Мамедова наступила в четверг около 16:30.

    Сообщается, что Ф.Мамедов страдал от сердечной недостаточности. Тело мужчины передано в соответствующие структуры.

  • Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi açıqlanıb

    Koronavirus doğuş və ya abort həyata keçirən qadınların ölümünə səbəb ola bilər.

    REN TV-nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin yaydığı tövsiyə məktubunda bildirilib.

    Mütəxəssislərin sözlərinə görə, xəstəliyin qızğın dövründə hamiləliyin yarımçıq saxlanılması və ya doğuş həyata keçirmək ananın ölümü, yaxud da ağırlaşmalarla (yoluxmanın gətirdiyi fəsadların daha da ağırlaşması, habelə tənəffüs çatışmazlığı, qanaxma ilə) nəticələnə bilər.

    Bundan başqa, ananın koronavirusa yoluxması dölün ölümünə, yaxud doğuşdan sonra irinli-septik xəstəliklərə səbəb ola bilər.

    Qurumdan bildirilib ki, COVID-19-a yoluxmuş, həmçinin süni tənəffüs aparatına qoşulmuş ana və uşağın həyatını xilas etmək üçün qeysəriyyə əməliyyatı həyata keçirilməlidir.

  • DYP əhaliyə müraciət etdi

    “Ölkədə karantin rejimi elan olunmasına və bununla əlaqədar respublika üzrə sərnişindaşınma fəaliyyətinin dayandırılmasına baxmayaraq, bəzi vətəndaşlar özlərini təcili tibbi yardım avtomobili ilə xəstaxanaya aparılan xəstənin yaxını kimi təqdim edərək nəqliyyat vasitəsinə sərnişin kimi minir və həkimlərin etirazına baxmayaraq xəstə ilə birgə onların da daşınmasını tələb edirlər”.

    DİN Baş DYP İdarəsindən verilən məlumata görə, xəstənin qohumlarının təkidi ilə üzləşən tibb heyəti məcburiyyət qarşısında onları təcili yardım avtomobilinə mindirsə də, həmin şəxslər keçid postlarında saxlanılır və onların hərəkətləri karantin rejiminin pozulması kimi qiymətləndirilərək məsuliyyətə cəlb edilməklə geri qaytarılırlar.

    Belə halların təkrarlanmaması məqsədilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına sağlamlıqlarının qorunması naminə ölkədə tətbiq olunan karantin rejiminə ciddi riayət etməyi və məsuliyyətə cəlb edilməmək üçün müxtəlif yollarla polis postlarından keçməyə cəhd göstərməməyi tövsiyə edir.

  • DİN karantin rejimi ilə bağlı “qaynar xətt” yaratdı

    Respublikada xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    “Qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng edə bilərsiniz”, – məlumatda deyilir.

  • Ограничено движение экспресс-автобусов в бакинский аэропорт

    В рамках мер по предотвращению угрозы распространения коронавирусной инфекции в Азербайджане, внесены изменения в график движения экспресс-автобусов по маршруту Бакинский аэропорт – станция метро “28 Мая”.

    Как сообщает в пятницу Sputnik Азербайджан со ссылкой на Бакинское транспортное агентство (БТА), пассажироперевозки будет осуществлять один автобус по указанной экспресс-линии исключительно по четвергам.

    В указанный день от станции метро “28 Мая” до Международного аэропорта Гейдар Алиев будут осуществляться всего три рейса – в 08:00, 10:30 и 16:30.

    Указанные часы определены с учетом времени осуществления авиарейсов Баку-Москва, Баку-Нахчыван и Баку-Лондон, сообщили в БТА.

    Ранее агентство сообщало о возможности полного приостановления деятельности регулярных автобусных маршрутов в Баку в случае несоблюдения жителями столицы правил карантина и условий особого режима.

  • Azərbaycanda yalan məlumat yayan daha 3 nəfər həbs edildi

    Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15.00-dək müəyyən edilmiş, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılmış, kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınmışdır.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, lakin respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 25, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanmışdır. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilmişdir.

    Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət edilmişlər. Müvafiq araşdırmalardan sonra onlardan 7 nəfərə xəbərdarlıq, 5 nəfərə cərimə tətbiq olunmuş, 3 nəfərin barəsində inzibati həbs qərarı seçilmişdir.

    Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1590 avtomobil geri qaytarılmışdır ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd etmişlər.

    Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə 1 nəfər barəsində cinayət işi başlanmış, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilmişdir.

    Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan bir daha tətbiq edilən sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik.

  • Azərbaycanda karantində 3 485 nəfər var

    Azərbaycanda infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3 485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    Qeyd olunub ki, Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

    Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

  • Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu – RƏSMİ

    Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə məlumat veriblər.

    Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan altı nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

    Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür. Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

    Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

    Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

    Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda iki metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.