Month: March 2020

  • Məktəbəqədər təhsil sahəsində uşaqlar ödənişsiz psixoloji yardım alacaqlar

    Məktəbəqədər təhsil sahəsində uşaqlar ödənişsiz psixoloji yardım almaq hüququna malik olacaqlar.

    APA-nın məlumatına görə, bu, “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qanundan məktəbəqədər təhsil sahəsində uşaqların çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almasına dair müddəanın isə çıxarılmaıs təklif olunur.

    Qanun layihəsi Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

  • Gürcüstanda koronavirusdan sağalanların sayı artdı

    Gürcüstanda 11-ci pasiyent koronavirusdan sağalıb.

    “Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

    Məlumata görə, ölkədə karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır.

    Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 79 nəfər yoluxub. Hazırda aktiv virus daşıyıcılarının sayı 68 nəfər təşkil edir.

  • Новый указ Кабинета министров в области обязательного медицинского страхования

    Внесены изменения в последовательность применения обязательного медицинского страхования по административно-территориальным округам страны.

    По данным Trend, на основании нового указа Кабинета министров были внесены изменения сроков обязательного медицинского страхования за апрель-июнь в следующих городах: Гянджа и Нафталан, Газах, Агстафа, Товуз, Шамкир, Гедабек, Дашкесан, Самух, Гейгель, Геранбой, Ходжалы, Бейляган, Ходжавенд, Агджабеди, Лачин, Барда, Физули, Агдам, Тертер и Кельбаджар.

    Применение обязательного медицинского страхования в вышеуказанных регионах отложены на июль–сентябрь.

  • Rövnəq Abdullayev: “SOCAR idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görür”

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarələrində, dəniz obyektlərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

    “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

    O qeyd edib ki, bununla bağlı profilaktik işlər həyata keçirilir, maarifləndirmə aparılır.

  • Azərbaycanda bir gündə neçə maska satıldığı açıqlandı

    “Bu günə qədər ölkədə 2018-19-cu illərdə bir ayda 500-600 min (orta hesabla bir gündə 200 minə yaxın) maska satıldığı halda, təsəvvür edin ki, hazırda 3 gündə bu qədər sayda maska satılır”.

    “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

    O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır:

    “Təbii ki, bu, bizim ölkəyə idxal olunurdu. Görünür, sahibkarlar bu günə qədər bu işə maraq göstərməyiblər. Çünki bu, biznes məsələsidir. Amma xarici ölkələrdə infeksiyalardan qorunmaq üçün istehsalçılar artıq 24 saatlıq iş rejiminə keçsələr də, yenə də tələbi ödəyə bilmirlər”.

    Hökumət rəsmisinin sözlərinə görə, ölkənin apardığı bugünkü xarici siyasət imkan verdi ki, bu rejimdə bəzi ölkələr Azərbaycana maska satmağa razılaşıblar: “İstehsalı bir gündə təşkil etmək mümkün deyil. Çünki avadanlıqların alışı və ölkəyə gətirilməsi var. Qısa müddətdə gömrük rüsumları, vergi və s. məsələlərlə əlaqəli elə əlverişli vəziyyət yarandı ki, artıq ölkədə tezliklə Azərbaycan istehsalı olan spirtlər satışda olacaq və üzərində Azərbaycan dilində göstəriciləri də yazılıb”.

    İ.Məmmədov əlavə edib ki, növbəti ayın əvvəlində yerli maska istehsalı da başlayacaq: “Gündəlik maksimal 200 min maska istehsalı işə düşəcək. Üstəgəl, idxal da var. Belə ki, 2-3 gün əvvəl ölkəyə 500 min maska gətirilib. Eyni zamanda, 1,5 milyon maska da ölkəyə hissə-hissə daxil olacaq”.

  • Инфицированный коронавирусом в Азербайджане обратился с призывом к населению – ВИДЕО

    Сотрудники телепрограммы ATV Хəbər посетили больницу специального режима в Азербайджане, где получают лечение пациенты, заразившиеся коронавирусной инфекцией.

    Как передает Qafqazinfo, больные содержатся по одному в специальных палатах.

    По словам одного из инфицированных, он лечится в медицинском учреждении уже несколько дней.

    “Я почувствовал недомогание и обратился к врачу, после чего меня привезли в эту больницу. Я призываю всех следовать установленным правилам и ограничениям”, – отметил мужчина.

    Как отметил генеральный директор больницы Эмин Гусейн, часть размещенных в медучреждении пациентов – граждане, эвакуированные из зарубежных стран, остальные – лица, которые были с ними в контакте.

    “С первых дней наша больница была укреплена в плане диагностики и лечения. Пациенты лечатся соответствующими лекарствами. Общая ситуация удовлетворительная, наблюдается положительная динамика. После окончания лечения, они вернутся в свои семьи.”, – сказал гендиректор.

    Представляем читателям подробный видеорепортаж.

  • İbrahim Məmmədov: “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik”

    “Bu gün Azərbaycanda ən çox sayda koronavirusa yoluxma olub və xüsusi rejimli xəstəxanalardakı xəstələrin sayı 104-ə çatıb”.

    Marja xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    “Qorxulu məqam yoluxanların sürətinin sağalanların sürətini çox üstələməsidir. Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Bizim də ora getməməyimiz üçün xüsusi karantin rejiminə ciddi əməl edilməlidir. Karantin rejimi imkan verir ki, cərimələr və məcburiyyətlər tətbiq edilsin. Amma hələlik bunu etmək istəmirlər, ümid olunur ki, insanlar öz fərdi məsuliyyətlərin başa düşəcəklər. Əgər bu, ölkə daxilində genişmiqyaslı epidemiyaya səbəb olsa, bunun altından çıxa bilməyəcəyik. Ona görə bugünkü müşavirədə şəhər və rayon icra orqanlarına tapşırıldı ki, karantin rejiminin tələblərinə ciddi əməl olunsun. Üç gün göstərir ki, insanlar karantin rejiminə əməl etmək istəmirlər”, – deyə İbrahim Məmmədov bildirib.

  • Lerik meşələrində 30-a yaxın ağac kəsildi, nazirlik hərəkətə keçdi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov jurnalistlərə bildirib ki, sözügedən meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib.

    Faktla bağlı akt tərtib olunub.

    “Hazırda Nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir, nəticə barədə əlavə məlumat veriləcək”, – deyə R. Tahirov vurğulayıb.

    Nazirlik rəsmisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən təbiətsevərlərə təşəkkürünü bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı bundan sonra da birgə mübarizəyə çağırıb.

  • Россия занимает второе место в мире по количеству заражений хантавирусом

    Россия расположилась на втором месте в мире по количеству заболеваний, вызываемых хантавирусами, уступая лишь Китаю, сообщают “Известия”.

    Газета пишет, что в число опасных российских регионов входят Поволжье, Башкортостан и Сочи. Особенно тяжелая ситуация сложилась зимой 2019 года в Саратовской области, когда в местном природном парке “Кумысная поляна” заразились около трех тысяч человек.

    Издание отмечает, что в настоящее время в России созданы тесты для выявления хантавирусов и соответствующая вакцина, клинические испытания которой не завершены.

    Газета напоминает, что условием начала пандемии, связанной с распространением хантавируса, является его передача от человека к человеку, тогда как пока зафиксированы пути передачи хантавируса человеку от грызунов и летучих мышей (через пыль-ред.).

    В марте в Китае мужчина умер от хантавируса. Житель провинции Юньнань скончался в общественном транспорте, который направлялся в Шаньдун. Врачи проверили всех пассажиров, находившихся в салоне того же автобуса.

  • “Virusa yoluxmalar daxildə daha çox aşkarlanır” – TƏBİB sədri

    “Bu gün karantində olanların sayı 3300-dən çoxdur, onların əksəriyyəti xaricdən gələnlərdir”.

    Azxeber.com-un verdiyi xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında deyib. Əliyev bildirib ki, 25 məntəqədə karantin evi var:

    “Təəssüf hissi ilə deməliyəm ki, son zamanlar virusa yoluxmalar daxildə daha çox aşkarlanır. Xəstəxanaya müraciət edən, pnevmaniya diaqnozu qoyulan və digər simptonları olan şəxslərdən yaxma götürülür. Testlər nəticəsində müəyyən olunur ki, onlarda da virus var və yayılma da var. Bunun daha da genişlənəcəyini nəzərə alaraq, ölkə üzrə virusla mübarizəyə 21 xəstəxana ayrılıb. Xəstəxanalara lazım olan avadanlıq, tibbi persona və tibbi ləvazimatların çatışmazlığı aradan qaldırılıb. Bakı şəhərində 6, regionlarda 15 xəstəxana ayrılıb. Artıq regioanda aşkar olunan xəstələr öz rayonlarında, Bakıda çıxanlar isə paytaxtdakı xəstəxanalarda yerləşdirilir”.