Month: March 2020

  • Boris Akunin koronavirusa yoluxub

    Rusiyalı yazıçı Boris Akunin koronavirusa yoluxub.

    APA-nın “RİA Novosto”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün “Facebook” səhifəsində bildirib.

    O, dəbli xəstəliyə tutulduğunu, təəssüratlarını bölüşəcəyini yazıb.

    Qeyd edək ki, hazırda Rusiyada koronavirusa yoluxanların sayı 840-a çatıb, 38 nəfər sağalıb, 2 nəfər isə vəfat edib. 139 min nəfər isə həkim nəzarətindədir.

  • Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi – VİDEO

    “ATV xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, xəstəxanada hazırda koronavirusa yoluxmuş xəstələr xüsusi palatalarda bir-bir saxlanılıb.

    Koronavirusa yoluxanlardan biri qısa müsahibəsində bildirib ki, bir neçə gündür müalicə olunur: “Mən özümü narahat hiss etdim və həkimə müraciət elədim. Sonra məni bura gətirdilər. Üzümü xalqa tutaraq deyirəm ki, hər birimiz öz həkimimiz olaq. Hamını verilən qərarlara, qadağalara əməl etməyə çağırıram”.

    Xəstəxananın baş direktoru Emin Hüseyn bildirib ki, orada yerləşdirilən xəstələrin bir qismi xaricdən təxliyyə olunanlar, qalanı isə onlarla ünsiyyətdə olan şəxslərdir: “İlk günlərdən etibarən xəstəxanamız diaqnostik və müalicə baxımından gücləndirilib. Pasiyentlər müvafiq dərman preparatları ilə müalicə olunur. Ümumi vəziyyətləri kafidir, dinamika müsbətə doğru gedir. Düşünürük ki, müalicə bitdikdən sonra onlar bu xəstəlikdən tam sağalmış vəziyyətdə öz ailələrinə,cəmiyyətə təhvil veriləcək”.

    Qeyd edək ki, Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

    Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.

    Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.

    Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

    Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

  • Во Франции возросло число азербайджанцев, зараженных коронавирусом

    Во Франции пять наших соотечественников были заражены коронавирусом.

    Как передает французское бюро Report, один из руководителей азербайджанской диаспоры во Франции, президент Азербайджанского дома в Париже, генеральный секретарь Ассоциации друзей Азербайджана Мирвари Фаталиева также заразилась коронавирусом COVID-19.

  • Fransada koronavirusa yoluxan azərbaycanlıların sayı artdı – FOTO

    Fransada 5 soydaşımız koronavirusa yoluxub.

    “Report”un Fransa bürosu xəbər verir ki, bu ölkədə virusa yluxan soydaşlarımızdan biri – Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevadır.

    Həmvətənlərimizin vəziyyətləri barədə hələlik məlumat yoxdur.


    Qeyd edək ki, Fransada son sutka ərzində koronavirusdan 231 nəfər vəfat edib. Beləliklə, ölkədə bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 331 nəfərə çatıb. Yeni virusa yoluxanların ümumi sayı 25 233 nəfərdir. Hazırda 11 539 nəfər xəstəxanalardadır, onların 2 827-si ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Ölkədə bu günə qədər 3 900 xəstə sağalaraq evə buraxılıb.

  • Bəzi şəhər və rayonlarda icbari sığorta iyul – sentyabrda baş tutacaq – QƏRAR

    Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.

    “Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında icbari sığortanın tətbiqi iyul – sentyabr aylarında baş tutacaq.

    Qeyd edək ki, bundan əvvəl Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında icbari sığortanın tətbiqi aprel – iyun aylarında nəzərdə tutulmuşdu.

  • Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb

    Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən ekspress test hazırlayıblar.

    Median.Az APA-ya istinadən xəbər verir ki, İnkişafı Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin əməkdaşları tərəfindən ixtira edilən test “Cepat” adlandırılıb.

    Laboratoriyanın müdiri professor Ceki İn açıqlamasında bildirib ki, “Cepat” testinin kütləvi istifadəsi üçün bir ay ərzində lisenziyanın alınacağını gözləyirlər.

    Onun sözlərinə görə, tədqiqatların yüksək dəqiqliyinə tam əmindirlər: “Dövlət xəstəxanalarından birində aparılan klinik tədqiqatlar bunu deməyə əsas verir. Lisenziya alındıqdan sonra testlər yalnız xəstəxanalarda deyil, bütün klinikalarda aparılacaq”.

    Qeyd edək ki, Sinqapurda 558 nəfər koronavirusa yoluxub. Onlardan 150-dən çoxu sağalıb, 2 ölüm halı qeydə alınıb.

  • Koronavirusun əsas əlamətləri və qorunma yolları – MÜTƏXƏSSİS RƏYİ

    “İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir”.

    Bunu e-tibb.az üçün yazdığı məqalədə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova qeyd edib.

    Onun sözlərinə görə, “COVID-19” yayılan bölgələrdə səyahətdə olanlar və ya “COVID-19” xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər.

    Həkim vurğulayıb ki, “COVID-19”-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib:

    – Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir

    – Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin

    – Xəstə insanlarla kontaktdan çəkinin

    – Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin

    – Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun

    – Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın

    – Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın

    – Şübhəli simptomlar varsa, 7 gün evdə qalın

    Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: “Əgər “COVİD-19″ simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir”.

  • İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı dəyişib

    Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.

    APA-nın məlumatına görə, qərara əsasən, aprel – iyun aylarında Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın müddəti dəyişdirilib.

    Bu ərazilərlə icbari tibbi sığortanın tətbiqi iyul – sentyabr aylarına təxirə salınıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli qərarına əsasən, Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında icbari tibbi sığortanın tətbiqi iyul – sentyabr aylarında nəzərdə tutulub. Beləliklə, son dəyişiklikdən sonra Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında da icbari tibbi sığortanın tətbiqi həmin rayonlarla eyni vaxtda başlayacaq.

  • Koronavirusu havada 3 saata qədər yaşayır

    Bir çox ölkəni təsiri altına alan və son günlərdəki yayılma sürəti ilə qorxudan koronavirus ABŞ-da aparılan araşdırmanın ohekti oldu. Araşdırmanın nəticəsində virusun havada saatlarla, səthlər üzərində isə günlərlə yaşaya biləcəyi müəyyən edildi.

    Prinston Universiteti, Kaliforniya Universiteti (UCLA), Milli Sağlamlıq İnstitutları (NIH) ilə Xəstəlik İdarə və Tədbirə Mərkəzi (CDC) daxilindən müxtəlif araşdırmaçılar tərəfindən aparılan araşdırma The New England tibb jurnalında nəşr olundu. Araşdırmaya görə virusun öskürək ya da asqırmaqla havaya saçılması və damcılar halında üç saata qədər asılı qala bildiyi müəyyən olundu.

    Virusun bəzi səthlərdə nə qədər müddətlə canlı qala bildiyi də araşdırıldı. Plastik və paslanmayan polad kimi səthlərdə 2 ilə 3 günə qədər canlı qala bilən virusun karton üzərində 24 saat, mis səthlər üzərində isə 4 saata qədər yaşadığı bildirilən məlumatlardan oldu.

    Araşdırmanın özü qədər necə edildiyi də maraq mövzusu oldu. Elm insanlarının bildirdiyinə görə araşdırma əsnasında xəstə bir insanı təqlid edə bilən xüsusi bir cihaz istifadə edildi. Buna görə, xəstəni öskürmə, asqırma və obyektlərə toxunma formasında təqlid edən cihaz sayəsində öldürücü virusun ev ya da xəstəxana kimi mühitlərə məruz qalan müxtəlif səthlərdə nə qədər müddət ilə yoluxucu xüsusiyyət daşıya biləcəyi müəyyən edilib yazılmış oldu.

    Çox maraqlanılan virusun infeksiya yoluxdurma qabiliyyətinin azalıb azalmadığı sualına da cavab verildi. Alimlər virusun havada və müxtəlif səthlərdə qalma müddəti ilə zərər vermə qabiliyyətinin tərs mütənasib olduğunu paylaşdı. Yəni zamanla virus zərər verə bilmə xüsusiyyətini itirir.

  • AZAL: Из Баку в международном направлении будут выполняться рейсы только в Москву и Лондон

    Начиная с сегодняшнего дня рейсы авиакомпании “Азербайджанские Авиалинии” в международном направлении будут выполняться только в Москву и Лондон.

    Как передает Report со ссылкой на авиакомпанию, рейс Баку-Москва будет совершаться по четвергам. Время вылета из Баку – в 10:40 по бакинскому времени, время вылета из Москвы – в 13:50 по московскому времени. Рейс Баку-Лондон также будет совершаться по четвергам, время вылета из Баку – в 19:05 по бакинскому времени, время вылета из Лондона – в 22:05 по лондонскому времени.

    Кроме того, с целью предотвращения скопления людей офисы продаж авиабилетов AZAL будут закрыты, их можно будет приобрести на сайте авиакомпании AZAL (www.azal.az).

    Особо отмечаем, что прилет в Баку будет разрешаться только гражданам Азербайджана.

    Рейсы будут выполняться из/в Терминал 2. В здание аэровокзала будут пропускаться только пассажиры, на имя которых приобретен авиабилет. Другие лица, в том числе сопровождающие (провожающие/встречающие), в здание аэровокзала допускаться не будут.

    Еще раз напоминаем, что каждый возвращающийся в Азербайджан гражданин проходит медицинское обследование и помещается на карантин.

    AZAL призывает граждан без острой на то необходимости не выходить из дома и не совершать авиаперелеты. Авиакомпания просит отнестись с пониманием к принимаемым мерам и быть сдержанными в нынешней чрезвычайной ситуации, с которой столкнулось большинство стран мира.