Month: March 2020

  • Mikayıl Cabbarov: “Azərbaycanda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb”

    “Azərbaycanda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb”.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

    O deyib ki, 100, 150, 500 millilitr və bir litr həcmində spirt məhsulları istehsal olunur:

    “Bu məhsullar ölkənin bütün ehtiyacını ödəyir. Bugünkü məlumata görə, ölkədə 96 faizli spirtin qalıq həcmi 1,5 milyon litrdir. Gündəlik istehsal isə gündəlik tələbatdan bir neçə dəfə çoxdur. Bununla da ölkənin tibbi spirtə olan tələbatı tam ödənilir”.

  • Количество инфицированных коронавирусом в мире превысило полмиллиона

    Число людей, у которых был выявлен новый коронавирус, в мире превысило 500 000 человек.

    Согласно онлайн-статистике, опублкиованной на сайте Oxu.Az, число инфицированных достигло 503 219 человек.

    Уже 22 340 инфицированных скончались от коронавируса, а 121 227 – выздоровели.

    Наибольшее количество случаев заражения зарегистрировано в Китае (81 285), а наибольшее число смертей – в Италии (7503).

  • Balakəndə əməliyyat – Sumqayıt sakinləri narkotiklə tutuldu – FOTO

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlanılan zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər. Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub.

    Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda psixotrop maddə-metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb. Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • ETSN “Evdə qal” kampaniyasına videoçarxla qoşuldu

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları (ETSN) koronavirusla mübarizəyə dəstək çərçivəsində ölkəmizdə keçirilən “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar.

    “Report” xəbər verir ki, nazirliyin əməkdaşları tərəfindən hazırlanan videoçarxda vətəndaşlara özlərinin və yaxınlarının sağlamlıqlarının qorunması çağırışı edilir.

    Videoçarxda vətəndaşlara “Həkimlərimiz şəfa verir, dövlətimiz güc verir, biz isə evdə qalaq, bir-birimizə dəstək olaq”, “Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun”, “Həyat Tanrıdan, dəstək sizdən, evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın”, “Enerji Günəşdən, iradə sizdən”, “Bu gün evdə qalın, evdə qalın ki, sabah yaxınlarınızla xoş havadan zövq ala biləsiniz”, – çağırışları edilir.

  • Doğum haqqında təkrar şəhadətnamələrlə bağlı yeni QƏRAR

    Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda müvafiq dəyişiklik edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, qərara görə, tərbiyə və müalicə müəssisələri isə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələrinin verildiyi subyektlər sırasından çıxarılıb.

    Beləliklə, son dəyişiklikdən sonra yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər.

  • Azyaşlı koronavirusdan ölən anasının meyiti ilə qaldı – 16 saat

    Azyaşlı 16 saat koronavirusdan ölən anasının meyiti yanında qalıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, hadisə ABŞ-ın Vircinya ştatında qeydə alınıb.

    Xəstəxanada həkim işləyən qadın ölümündən əvvəl koronavirus testi verib və onun nəticələri müsbət çıxıb.
    Qadının meyiti 16 saat sonra tapılıb və bu müddət ərzində azyaşlı uşağı da onun yanında olub.

    Hadisə ilə əlaqədar bütün tibbi heyətə yoluxma ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

  • В Италии число жертв коронавируса превысило 8 тысяч

    Число случаев заражения коронавирусом в Италии за сутки выросло на 4 402, до 62 013, жертв стало больше на 662. Всего умерли 8 165 человек.

    Об этом передает Report со ссылкой на РИА Новости.

  • İtaliyada koronavirus qurbanlarının sayı 8 000 nəfəri ötdü

    Son sutka ərzində İtaliyada 662 nəfər koronavirusun qurbanı olub.

    “Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

    Qeyd edilir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 8 165 nəfərə çatıb. Son gün ərzində daha 4 492 nəfər virusa yoluxub. Hazırda İtaliyada 62 013 nəfər koronavirus xəstəsidir.

  • Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü

    Dünya üzrə koronavirusa yoluxanların sayı 500 min nəfəri ötüb.

    Koronavirusun göründüyü və qeydə alındığı ölkələrə aid statistik məlumatların əks olunduğu Oxu.Az-ın onlayn koronavirus statistikasına əsasən, son olaraq dünyada 503 min 219 nəfər bu virusa yoluxub.

    Artıq 22 min 340 nəfər bu xəstəlikdən dünyasını dəyişib. 121 min 227 nəfər isə yenidən sağlamlığına qovuşub.

    Dünya üzrə ən çox yoluxma halı virusun mənbəyi hesab olunan Çində (81 min 285), ən çox ölüm halı isə İtaliyada (7503) qeydə alınıb.

  • Qaxda sürücü sükan arxasında ölüb

    Bu gün axşam saatlarında Qax şəhərinin Heydər Əliyev prospektində ölüm hadisəsi baş verib.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaxbaş kənd sakini, 1980-ci il təvəllüdlü Anar Diniyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib və sükan arxasında ölüb.

    İlkin müayinə zamanı A.Diniyevin ürək çatışmazlığından öldüyü məlum olub.

    Faktla bağlı araşdırma aparılır.