Month: March 2020

  • AZAL: Bakıdan beynəlxalq istiqamət üzrə yalnız Moskva və Londona uçuşlar yerinə yetiriləcək

    Bu gündən etibarən “Azərbaycan Hava Yolları” aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək.

    Bu barədə “Report” aviaşirkətə istinadən xəbər verir. ⠀

    Qeyd edilir ki, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə). Bakı-London marşrutu üzrə reys həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcək, Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə).

    “Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə “AZAL”ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri “AZAL” aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).

    Xüsusilə qeyd etmək istərdik ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir.

    Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan / yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.

    Bir daha xatırladırıq ki, Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir.

    “AZAL” aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir”, – deyə aviaşirkət bildirib.

  • Operativ Qərargah: 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub

    Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.

    Operativ Qərargahdan “Report”a verilən məlumata görə, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.

    Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

    İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

    Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.

    Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

  • Стало известно, сколько раз в неделю будет выполняться авиарейс Баку-Нахчыван-Баку

    С целью предотвращения распространения коронавирусной инфекции (COVID-19) регулярные рейсы авиакомпании “Азербайджанские Авиалинии” по маршруту Баку-Нахчыван-Баку начиная с сегодняшнего дня будут выполняться один в раз неделю, по четвергам.

    Так, следующий рейс Баку-Нахчыван-Баку будет выполнен 2 апреля. Время вылета из Баку – в 13:10, время вылета из Нахчывани – в 15:30.

    Кроме того, с целью предотвращения скопления людей офисы продаж авиабилетов AZAL будут закрыты, билеты на рейс из Баку в Нахчыван можно будет приобрести на сайте авиакомпании AZAL (www.azal.az).

    Из Баку в Нахчыван могут вылететь только пассажиры, проживающие в Нахчыванской Автономной Республике, из Нахчывана в Баку – проживающие в столице Азербайджана.

    Рейсы будут выполняться из/в Терминал 2. В здание аэровокзала будут пропускаться только пассажиры, на имя которых приобретен авиабилет. Другие лица, в том числе сопровождающие (провожающие/встречающие), в здание аэровокзала допускаться не будут.

    AZAL еще раз призывает граждан без острой на то необходимости не выходить из дома и не совершать авиаперелеты. Авиакомпания просит отнестись с пониманием к принимаемым мерам и быть сдержанными в нынешней чрезвычайной ситуации, с которой столкнулось большинство стран мира.

  • AZAL-dan Bakı-Naxçıvan-Bakı aviareysi ilə bağlı AÇIQLAMA

    Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm reysləri bu gündən etibarən həftədə bir dəfə cümə axşamları həyata keçiriləcəkdir.

    Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.

    Bildirilib ki, növbəti Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə reys 2 aprel tarixində baş tutacaq. Bakıdan uçuş saat 13:10-da, Naxçıvandan uçuş isə saat 15:30-da baş tutacaq.

    Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə AZAL-ın aviabilet satış ofisləri bağlı olacaq, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri AZAL aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).

    Bakıdan Naxçıvana yalnız Naxçıvanda yaşayan sərnişinlər, Naxçıvandan Bakıya yalnız Azərbaycan paytaxtının sakinləri uçub gələ bilərlər.

    Uçuşlar 2-ci Terminaldan/2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.

    AZAL aviaşirkəti vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

  • В Гяндже женщина пыталась покончить с собой

    В Гяндже женщина предприняла попытку суицида.

    Как передает Qafqazinfo, местная жительница Махмар Раджабова (1960 г.р.) выпила уксусную эссенцию.

    В настоящее время женщина находится в состоянии комы в Больнице скорой медицинской помощи.

    Сообщается, что М.Раджабова страдает болезнями сердца и нервной системы, что стало причиной попытки самоубийства.

  • Gəncədə xəstə qadın özünü öldürmək istədi

    Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, şəhər sakini – 1960-cı il təvəllüdlü Rəcəbova Məxmər Əhməd qızı yaşadığı evdə həyatına qəsd etmək məqsədi ilə sirkə turşusu içib.

    O, şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.

    Qadın hazırda koma vəziyyətindədir.

    M.Rəcəbovanın ürək və sinir xəstəliyi nəticəsində psixoloji sarsıntı keçirdiyi və bu səbəbdən özünü öldürmək istədiyi bildirilir.

  • Bakıda silahdan havaya atəş açan şəxslər saxlanıldı

    Martın 24-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Priora” markalı avtomobilin sərnişini Bakı şəhər sakini olan bir qadını təhqir edib silahdan havaya atəş açıb.

    Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, görülmüş tədbirlərlə martın 25-də Bərdə şəhəri ərazisində həmin avtomobilin sürücüsü, şəhər sakini Əli Əsədov saxlanılarkən idarə etdiyi avtomobili 3 avtomobilə vurub və orada xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək sərnişinləri ilə birgə hadisə yerini tərk edib.

    Həmin gün saat 12 radələrində Güloğlular kəndi ərazisində Ə.Əsədov və sərnişinləri olan həmyerliləri, əvvəllər məhkum olunmuş Fərid Aslanov (qadını təhqir edib silahla havaya atəş açmış) və Asif Süleymanov avtomobillə birgə saxlanılıblar.

    Avtomobilə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng, 1 ədəd bıçaq və 73,83 qram marixuana aşkar edilərək götürülüb.

    F.Aslanovdan 3,32 qram heroin, 1 ədəd beşbarmaq, A.Süleymanovdan isə 7,60 qram tiryək götürülüb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Sabah hava yağmursuz keçəcək

    Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti,Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə

    sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

    Martın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

  • Ermənistanda koronavirusdan ilk ölüm qeydə alınıb

    Ermənistanda koronavirusdan ilk ölüm qeydə alınıb.

    Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikosyan “Facebook”da bildirib.

    Onun sözlərinə görə, koronavirusa yoluxan 72 yaşlı şəxs xəstəxanada ölüb.

    Qeyd edək ki, Ermənistanda koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə hal elan edilib. Ermənistanda 290 nəfər koronavirusa yoluxub.

  • Bakıya giriş-çıxış qadağasına kimlər əməl etmir? – VİDEO

    Məlum olduğu kimi, martın 19-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və sərnişinlərin Bakı və Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi məhdudlaşdırılıb.

    Bir neçə gün əvvəl isə Bakı qeydiyyatında olan avtomobillərin, Sumqayıt və Abşeron istisna olmaqla, rayonlara getməsi qadağan olundu. Amma hələ də bu qaydalara əməl etməyənlər var.

    Baku.Tv-nin əməkdaşları şəhər çıxışlarındakı son vəziyyətlə maraqlanıb. Çəkiliş zamanı həm qanunu, həm də gigiyena qaydalarını pozaraq, çörək maşını ilə qeyri-qanuni olaraq sərnişin daşıyan sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb.

    Ətraflı videosüjeti təqdim edirik: