Month: March 2020

  • Məşhur cazmen koronavirusdan vəfat etdi

    Fransada koronavirusdan ölənlər arasında məşhur isim də var.

    Belə ki, əslən afrikalı olan tanınmış saksafonçu, cazmen Emmanuel N’Coke Dibanqo (Manu Dibanqo) məhz bu diaqnozdan vəfat edib.

    Jazz.ru xəbər verir ki, bu barədə 86 yaşlı musiqiçinin meneceri məlumat yayıb.

    O, bir neçə gün əvvəl COVID-19 diaqnozu ilə yerləşdirildiyi Paris xəstəxanasında vəfat edib.

    Məlumatlara görə, Dibanqo koronavirusdan vəfat edən dünya səviyyəli ilk məşhurdur.

  • Göygöldə gənci elektrik cərəyanı vurdu

    Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.

    Belə ki, 1991-ci il təvəllüdlü Asim Qurbanovu elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılıb. A.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Deputatın gənc qohumu koronavirusdan öldü – Türkiyədə

    Türkiyəli deputatın yaxın qohumu koronavirusa məğlub olub.

    Median.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, CHP partiyasının Amasya rayonu üzrə millət vəkili Ramis Topalın İstanbulda yaşayan qohumu, 33 yaşlı Dilek Tahtalı koronavirusdan ölüb.

    İstanbuldakl Acıbadem xəstəxanasında işləyən Dilek Tahtalı xəstəlikdən dünyasını dəyişib.

    Mart ayının 10-da koronavirusa yoluxan Dilek ötən gün koronavirusa məğlub olub.

    Millət vəkili onun ölümü barədə yayılan məlumatın doğruluğunu təsdiqləyib və bildirib ki, ailəsi ilə birlikdə karantindədir.

    Deputatın dediyinə görə, qızın xroniki xəstəliyi olub.

  • Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər – RƏSMİ

    “Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq”.

    Median.Az bildirir ki, bunu qaynarinfo-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, əhaliyyə güzəştlərlə bağlı məsələ hələ ki işçi qrupunun müzakirəsi mərhələsindədir:

    “Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istəlinən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 işçi qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq”.

    İbrahim Məmmədov qeyd edib ki, əhalinin müdafiəsi üçün işlər görülür:

    “Konkret hansı formada və hansı sahəyə güzəştlər olunacağını bəribaşdan demək çətindir. Deyirsiniz, Rusiyada kommunal ödənişlərin ləgv olunması məsələsi təklif olunub. Ola bilsin, kommunal ödənişlər də olsun. Amma olacaq. Prinsip blədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq. Bu, siyasi iradədir”.

  • В мире умерли более 20 тысяч человек с коронавирусом

    С начала пандемии коронавируса COVID-19 в мире скончались 20 499 заразившихся им человек, сообщает в среду университет Джонса Хопкинса, занимающийся соответствующими подсчетами, передает “Интерфакс-Азербайджан”.

    Больше всего умерших в Италии – 6 820 человек. Второе место по количеству смертей занимает Испания, там умерли 3 434 человека. В китайской провинции Хубэй, откуда распространилась инфекция, зарегистрировано 3 163 смертей.

    Всего в мире коронавирус выявили у 451 355 человек. Больше всего в Китае, где инфекцию нашли у 81 661 человека. В Италии зарегистрировано 74 386 случаев, в США – 60 115 случаев.

    Вылечились от коронавируса, согласно подсчетам сотрудников американского университета, 112 982 человека.

  • Облизавшего товары в магазине американца задержали как террориста

    Мужчина из города Уоррентон в американском штате Миссури, облизавший товары в супермаркете, обвинен в террористической угрозе.

    Как передает “Лента.ру”, об этом сообщает Riverfront Times.

    26-летний Коди Пфистер опубликовал видео своего поступка в социальных сетях. В нем он облизывает продукты на полках магазина Walmart и говорит: “Да кто боится коронавируса?”.

    Ролик вызвал большое возмущение пользователей по всему миру, и местная полиция поблагодарила их за указание на преступника.

    Выяснилось, что видео снято приблизительно 11 марта, в период начала эпидемии. Задержанный мужчина находится в тюрьме, он ранее был осужден за грабеж, кражу огнестрельного оружия, хранение наркотиков и вождение в нетрезвом виде.

    25 марта стало известно, что власти США будут приравнивать к терроризму угрозы и попытки намеренного инфицирования коронавирусом.

  • Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlama

    Penitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

    Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    “Bu, tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk. Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları demək olar ki, minumuma endirilib. Yəni bütün bu məsələlər tam ciddi nəzarət altındadır. Hətta bizim hər bir əməkdaşımız xidmətə çıxanda nəzarət buraxılış məntəqəsində yoxlanılır. Onlar işə qoruyucu maskalarla gəlirlər, hərarətləri ölçülür. Bütün lazımi tədbirlər həyata keçirilir və belə də davam etdirilir. Çox şükürlər olsun ki, bununla bağlı hər hansı ciddi problemimiz yoxdur”, – deyə M.Sadıqov qeyd edib.

  • Neftçilər vətəndaşlara “Evdə qal” çağırışı etdilər – VİDEO

    Azərbaycanın bir qrup neftçisi koronavirus epidemiyası ilə bağlı vətəndaşlara “Evdə qal” çağırışı ilə müraciət edib.

    “Report” xəbər verir ki, SOCAR tərəfindən hazırlanan videoçarxda neftçilər vətəndaşlara özlərinin və ətrafdakıların sağlamlığı üçün evdə qalmağı tövsiyə ediblər.

    “Biz sizlərin rahatlığı üçün bu gün iş başındayıq, siz də bizimçün, öz sağlamlığınızı qorumaq üçün evdə qalın, sağlam qalın”, – çağırışda deyilir.

  • Число случаев коронавируса в США превысило 60 тысяч

    Число подтвержденных случаев коронавируса в США превысило 60 тысяч.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил Университет Джонса Хопкинса, который ведет подсчеты на основе федеральных и местных данных.

    По данным Университета, подтверждено 60 115 случаев, 827 человек умерли.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией. По последним данным ВОЗ, в мире заражены уже более 372 тысяч человек, свыше 16 тысяч скончались.

  • ABŞ-da koronavirusa yoluxanların sayı 60 min nəfəri ötdü

    ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 60 min nəfərdən çoxdur.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins universiteti bildirib.

    Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 115 yoluxma halı təsdiqlənib, 827 nəfər ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

    Təşkilatın son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub.