Month: March 2020

  • У вице-премьера Испании выявили коронавирус

    Первая заместитель председателя правительства Испании Кармен Кальво заразилась коронавирусом нового типа. Об этом сообщили в среду в пресс-службе кабмина страны, передает ТАСС.

    «Тест вице-премьера Кармен Кальво дал положительный результат на коронавирус», – говорится в заявлении. До этого власти страны сообщали, что 62-летняя замглавы правительства была доставлена в больницу с респираторной инфекцией, в результате чего было решено сделать ей анализ на коронавирус.

    Ранее заболевание уже было выявлено у двух испанских министров, а также у супруги премьера Педро Санчеса Бегоньи Гомес.

    Первый случай заражения коронавирусом в Испании был зафиксирован 31 января, число инфицированных резко начало расти после выявления локальной вспышки в Италии. Сейчас в королевстве обнаружено свыше 47,6 тыс. заболевших, 3434 человека умерли. Таким образом, число погибших от коронавируса в Испании превысило количество жертв в Китае.

    14 марта Совет министров королевства одобрил введение режима повышенной готовности на 15 дней из-за распространения коронавируса нового типа. Это предполагает ограничение передвижения жителей по всей стране, кроме случаев крайней необходимости. Ожидается, что в среду Конгресс депутатов (нижняя палата парламента) проголосует по вопросу продления режима до 11 апреля включительно.

  • Fatih Terimi koronavirusa bu şəxs yoluxdurub – İDDİA

    Məlum olduğu kimi “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

    Publika.az xəbər verir ki, təcrübəli mütəxəssisin testinin nəticəsi müsbət çıxıb və o dərhal xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Hazırda Terimin müalicəsi davam etdirilir. Türkiyə mediası 66 yaşlı baş məşqçinin bu virusa harada və necə yoluxması ilə bağlı bir sıra iddialar ortaya atıb.

    Belə ki, mətbuat iddia edir ki, Terim bu virusa “Qalatasaray”ın ikinci prezidenti Abdurrahim Albayrakdan yoluxub. Klub rəsmisinin həyat yoldaşı Şükran Albayrak həmin ərəfələrdə xarici ölkədən gəlib və onda da koronavirus testinin nəticəsi müsbət çıxıb. “Beşiktaş” klubu ilə son oyunda Terimin ən çox təmasda olduğu şəxs məhz Abdurrahim Albayrak olub. Onun oğlunda da koronavirus testi pozitiv çıxıb.

  • Satışda kifayət qədər spirt olacaq, maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq – RƏSMİ

    Yaxın günlərdə pərakəndə satışda kifayət qədər spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, ökədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir.

    Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər.

    Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.

    Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.

    Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır.

    Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq.

    Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.

    Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub.

    Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq.

  • Operativ Qərargah: 10 minə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib

    Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Operativ Qərargahdan verilən məlumata görə, xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.

    Bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10.000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilib.

    Ölkə daxilində olan karantin məntəqələrinin qəbul etmək imkanlarını nəzərə alaraq, gələn həftə ərzində 200-400 nəfər Azərbaycan Respublikası vətəndaşının 14-21 və ya 21-28 günlük karantin rejimində yerləşdirməklə müxtəlif ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır.

    Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşlarının müvəqqəti olaraq Türkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulub.

    Xarici ölkələrdən gələn Azərbaycan Respublikası vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.//publika.az

  • Sumqayıtda əməliyyat – Halsız vəziyyətdə xilas edildi

    Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Median.Az nazirliyə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

    Vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.//publika.az

  • İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı

    Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

    Median.Az xəbər verir ki, müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

    Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrаhimov tutduğu vəzifədən azad edilib.

    Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilib. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və ciddi şəkildə bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.//publika.az

  • Koronavirusdan qorunmaq üçün etanol içən 30 nəfər öldü

    Türkiyənin İstanbul şəhərində koronavirusdan qorunmaq adı ilə etanoldan (saf alkoqol) ölənlərin sayı 30-a çatıb.

    Ölənlərin əksəriyyəti Türkmənistan vətəndaşlarıdır.

    Məlumata görə, daha 20 nəfərin müalicəsi davam edir.

    Qeyd edilir ki, onlar etanolu bədənlərinə sürtüb, daha sonra isə onu içib zəhərləniblər. (report)

  • Определена срочная надбавка к зарплате врачей, участвующих в борьбе с коронавирусной инфекцией

    Кабинет Министров принял решение «Об определении срочной надбавки к зарплатам медицинских работников, участвующих в мероприятиях по борьбе с новым видом коронавирусной инфекции (COVID-19)», передает АПА.

    Размер срочной надбавки к заработной плате работников государственных медицинских учреждений за условия труда в связи с новым видом коронавирусной инфекции (COVID-19), определен следующим образом:

    – работникам, осуществляющим медико-профилактические мероприятия – в размере 3-хкратной месячной должностной (тарифной) заработной платы;

    – медицинским работникам, оказывающим услуги скорой медицинской помощи, а также лабораторным работникам, занимающимся исследованием биологического материала, в том числе работникам объединения судебно-медицинской экспертизы и патологической анатомии и Азербайджанского института пищевой безопасности – в размере 4-хкратной месячной должностной (тарифной) зарплаты;

    – работникам, оказывающим стационарные медицинские услуги пациентам – в 5-кратном размере месячной должностной (тарифной) заработной платы.

    Указанная срочная надбавка выплачивается пропорционально рабочему времени за период с 1 марта по 1 июня 2020 года.

    Министерству здравоохранения и Государственному агентству по обязательному медицинскому страхованию поручено в 5-дневный срок подготовить и представить в Кабинет Министров предложения об условиях оплаты труда работников частных медицинских учреждений и волонтеров, привлекаемых к мерам по борьбе с новым видом коронавирусной инфекции (COVID-19), а также об определении круга работников, осуществляющих профилактические мероприятия.

    Министерство здравоохранения и Государственное агентство по обязательному медицинскому страхованию совместно с Министерством финансов Азербайджанской Республики должны решить другие вопросы, вытекающие из этого решения.

    Отметим, Кабинет Министров принял это решение с целью обеспечения выполнения распоряжения президента Азербайджанской Республики №1947 от 18 марта 2020 года «Об усилении социальной защиты медицинских работников, участвующих в мероприятиях по борьбе с новой коронавирусной инфекцией (COVID-19)».

  • İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi

    İndiyə qədər İspaniyada 47 min 610 nəfər yeni tip koronavirusa (COVİ-19) yoluxub.

    Median.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. İspaniyada son sutka ərzində 7 937 nəfər koronavirusa yoluxub, 738 nəfər ölüb. Ümumilikdə virusa yoluxanlardan 3 434 nəfəri ölüb, 5 367-si sağalıb. Beləliklə, koronavirusdan ölənlərin sayına görə İspaniya Çini geridə qoyub.

    Ən çox virusa yoluxma isə İspaniyanın Madrid muxtar bölgəsində qeydə alınıb. Burada 14 597 nəfər koronavirusa yoluxub.

    Xatırladaq ki, İspaniyada koronavirusa ilk yoluxma halı yanvarın 31-də qeydə alınıb.

  • Epidemiya və karantin hallarında publik hüquqi şəxslərin öhdəlikləri müəyyənləşdi

    Nazirlər Kabineti “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edib.

    “Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Publik hüquqi şəxs nizamnaməsinə müvafiq olaraq həyata keçirdiyi işlər, layihələr, xidmətlər, proqramlar həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin (bundan sonra – məqsədli vəsait) icrası məqsədilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (1 nömrəli əlavə) göstərilən tədbirlər üçün Qaydaya uyğun olaraq Orqan və ya Nazirliklə müqavilə bağlayır.

    Publik hüquqi şəxs bu dövlət sifarişinin icrasını və ondan irəli gələn digər öhdəlikləri qəbul edir.

    Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

    Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.

    Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.

    Bu Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.

    Qərarda edilən dəyişikliyə əsasən tərəflərin yeni hüquq və öhdəlikləri müəyyənləşib.

    Belə ki, publik hüquqi şəxsin hüquqları aşağıdakılardır:

    – Müqavilənin icrası ilə bağlı əlavə məlumatlara ehtiyac yarandıqda, Orqana və ya Nazirliyə sorğular vermək;

    – Orqandan və ya Nazirlikdən Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək.

    Eyni zamanda dəyişikliklə publik hüquqi şəxsin öhdəlikləri aşağıdakı kimi müəyyənləşib:

    – Bu Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;

    – vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək;

    – vəsaitlərdən istifadə barədə hesabatları bu Müqavilənin 5-ci hissəsi ilə müəyyən olunmuş qaydada tərtib və təqdim etmək;

    – bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı forsmajor hallar olduqda, dərhal Nazirliyə və ya Orqana məlumat vermək.

    Qərarda edikən növbəti dəyişikliklə Orqan və ya Nazirliyin hüquqları da aşağıdakl kimi müəyyən olunub:

    – publik hüquqi şəxsdən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

    – publik hüquqi şəxs dövlət sifarişinin icrasını və ondan irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, bu Müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandırmaq.

    Dəyişikliklə müəyyən olunmuş Orqanın və ya Nazirliyin öhdəlikləri aşağıdakılardır:

    – Müqavilənin sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;

    – vəsaitlərin istifadəsi barədə publik hüquqi şəxsin hesabatları əsasında vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək.

    Qərarda qeyd olunub ki, Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımırlar.

    Fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.

    Bunlara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin Müqavilənin şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər, dövlət orqanlarının (qurumlarının) qərarları aid edilir.