Month: March 2020

  • Azərbaycanda bu vəzifəli şəxslər məzuniyyətə çıxanda əlavə müavinət alacaq

    Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

    APA-nın məlumatına görə, bu müddəa bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn sistemlə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

    Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

    Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

  • Heydər Əliyev Fondu sosial layihəyə başladı

    Heydər Əliyev Fondu COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb.

    “Report”un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir.


    Belə ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır. Həmçinin dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulur.


    Qeyd edək ki, karantin rejimi müddətində 65 yaşdan yuxarı tənha şəxslər gündəlik zəruri sosial xidmət sahəsi üzrə müraciətləri ilə bağlı RİİB-in “150” qaynar xəttinə müraciət edə bilər.

  • Bu məmulatlar gömrük rüsumlarından azad edildi – QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən pambıq (vata), keçə və ya fetr və toxunmamış materiallar, xüsusi iplik, ciyə (viş), kəndir, kanat və troslar və onlardan məmulatları gömrük rüsumlarından azad edilib.

    Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

  • “Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib – VİDEO

    Ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün sərhəddə yaradılan qəbul-çeşidləmə məntəqələri genişləndirilib.

    Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, respublika ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonunun ərazisində yerləşən “Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib.

    Belə ki, qısa müddətdə genişləndirilən məntəqədə hazırda 240 çadır olmaqla eyni vaxtda 1200 nəfərin qalması mümkündür. Məntəqədə normal yaşayış üçün hər cür şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

    Ərazidə görülən işlərlə əlaqədar bu gün Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev qəbul-çeşidləmə məntəqəsində olub, müvafiq tapşırıqlar verib.

    Xatırladaq ki, sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir. Həmçinin, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi nəzərdə tutulur.

  • Фонд Гейдара Алиева запустил соцпроект в рамках мер по предотвращению распространения коронавируса – ФОТО

    Фонд Гейдара Алиева запустил социальный проект в рамках мер по предотвращению распространения коронавирусной инфекции (COVID-19).

    В связи с объявлением в стране со стороны Оперативного штаба при Кабинете министров с 24 марта по 20 апреля специального карантинного режима и запрещением людям старше 65 лет выходить из дома, волонтеры Общественного объединения «Региональное развитие» оказывают помощь жителям из данной категории, которые живут одни.

  • İstanbul klubunun prezidenti də koronavirusa yoluxdu

    İstanbulun “Başakşehir” futbol klubunun prezidenti, tanınmış iş adamı Göksel Gümüşdağ xəstəxanaya yerləşdirilib.

    Publika.az xəbər verir ki, G.Gümüşdağın koronavirus testləri pozitiv çıxıb. Həkimlər klub prezidentinin müalicəsinə başlayıblar.

    Qeyd edək ki, hazırda “Qalatasaray” klubunun ikinci prezidenti Abdurrahim Albayrak, həyat yoldaşı və oğlu, eləcə də baş məşqçi Fatih Terim də koronavirusa yoluxduqları üçün müalicə olunurlar.

  • Epidemiya və karantin hallarında publik hüquqi şəxslərin öhdəlikləri müəyyənləşdi

    Nazirlər Kabineti “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edib.

    “Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Publik hüquqi şəxs nizamnaməsinə müvafiq olaraq həyata keçirdiyi işlər, layihələr, xidmətlər, proqramlar həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin (bundan sonra – məqsədli vəsait) icrası məqsədilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (1 nömrəli əlavə) göstərilən tədbirlər üçün Qaydaya uyğun olaraq Orqan və ya Nazirliklə müqavilə bağlayır.

    Publik hüquqi şəxs bu dövlət sifarişinin icrasını və ondan irəli gələn digər öhdəlikləri qəbul edir.

    Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

    Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.

    Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.

    Bu Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.

    Qərarda edilən dəyişikliyə əsasən tərəflərin yeni hüquq və öhdəlikləri müəyyənləşib.

    Belə ki, publik hüquqi şəxsin hüquqları aşağıdakılardır:

    – Müqavilənin icrası ilə bağlı əlavə məlumatlara ehtiyac yarandıqda, Orqana və ya Nazirliyə sorğular vermək;

    – Orqandan və ya Nazirlikdən Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək.

    Eyni zamanda dəyişikliklə publik hüquqi şəxsin öhdəlikləri aşağıdakı kimi müəyyənləşib:

    – Bu Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;

    – vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək;

    – vəsaitlərdən istifadə barədə hesabatları bu Müqavilənin 5-ci hissəsi ilə müəyyən olunmuş qaydada tərtib və təqdim etmək;

    – bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı forsmajor hallar olduqda, dərhal Nazirliyə və ya Orqana məlumat vermək.

    Qərarda edikən növbəti dəyişikliklə Orqan və ya Nazirliyin hüquqları da aşağıdakl kimi müəyyən olunub:

    – publik hüquqi şəxsdən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

    – publik hüquqi şəxs dövlət sifarişinin icrasını və ondan irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, bu Müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandırmaq.

    Dəyişikliklə müəyyən olunmuş Orqanın və ya Nazirliyin öhdəlikləri aşağıdakılardır:

    – Müqavilənin sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;

    – vəsaitlərin istifadəsi barədə publik hüquqi şəxsin hesabatları əsasında vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək.

    Qərarda qeyd olunub ki, Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımırlar.

    Fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.

    Bunlara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin Müqavilənin şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər, dövlət orqanlarının (qurumlarının) qərarları aid edilir.

  • Rusiyada iki nəfər koronavirusdan öldü

    Rusiyanın paytaxtı Moskva şəhərində iki nəfər koronavirus (COVID-19) səbəbi ilə vəfat edib.

    RİA xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

    Vəfat edənlərin 88 və 73 yaşlarında olduğu deyilir.

  • Əli Əsədovdan epidemiya və karantin halları ilə bağlı VACİB QƏRAR

    Nazirlər Kabineti “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edib.

    Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Publik hüquqi şəxs nizamnaməsinə müvafiq olaraq həyata keçirdiyi işlər, layihələr, xidmətlər, proqramlar həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin (bundan sonra – məqsədli vəsait) icrası məqsədilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (1 nömrəli əlavə) göstərilən tədbirlər üçün Qaydaya uyğun olaraq Orqan və ya Nazirliklə müqavilə bağlayır.

    Publik hüquqi şəxs bu dövlət sifarişinin icrasını və ondan irəli gələn digər öhdəlikləri qəbul edir.

    Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

    Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.

    Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.

    Bu Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.

    Qərarda edilən dəyişikliyə əsasən tərəflərin yeni hüquq və öhdəlikləri müəyyənləşib.

    Belə ki, publik hüquqi şəxsin hüquqları aşağıdakılardır:

    – Müqavilənin icrası ilə bağlı əlavə məlumatlara ehtiyac yarandıqda, Orqana və ya Nazirliyə sorğular vermək;

    – Orqandan və ya Nazirlikdən Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək.

    Eyni zamanda, dəyişikliklə publik hüquqi şəxsin öhdəlikləri aşağıdakı kimi müəyyənləşib:

    – Bu Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;

    – vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək;

    – vəsaitlərdən istifadə barədə hesabatları bu Müqavilənin 5-ci hissəsi ilə müəyyən olunmuş qaydada tərtib və təqdim etmək;

    – bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı forsmajor hallar olduqda, dərhal Nazirliyə və ya Orqana məlumat vermək.

    Qərarda edikən növbəti dəyişikliklə Orqan və ya Nazirliyin hüquqları da aşağıdakl kimi müəyyən olunub:

    – publik hüquqi şəxsdən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

    – publik hüquqi şəxs dövlət sifarişinin icrasını və ondan irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, bu Müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandırmaq.

    Dəyişikliklə müəyyən olunmuş Orqanın və ya Nazirliyin öhdəlikləri aşağıdakılardır:

    – Müqavilənin sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;

    – vəsaitlərin istifadəsi barədə publik hüquqi şəxsin hesabatları əsasında vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək.

    Qərarda qeyd olunub ki, Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımırlar.

    Fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.

    Bunlara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin Müqavilənin şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər, dövlət orqanlarının (qurumlarının) qərarları aid edilir.

  • “Evdəqal” çağırışıyla iş bitmir: Dəstək mexanizmi hazırlanmalıdır (Ekspert)

    “Ən qısa müddətdə insanlara istehlak səbəti nəzərə alınmaqla minimum maddi dəstəyin edilməsi mexanizmi işlənib hazırlanmalıdır”.

    Qaynarinfo xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Rəşad Rəsənov çıxış edib. O, bildirib ki, “evdəqal” çağırışı ilə əlaqədar şərtlər irəli sürülməlidir:

    “”Evdəqal” çağırışı ilə iş bitmir: Bunun üçün uyğun şərtlər də yaradılmalıdır. Bir çox ailələrdə ailə büdcəsinin gündəlik xərcləri gündəlik gəlirlər hesabına ödənilirdi (taksi sürücüləri, iaşə müəssiələrində günəmuzd çalışanlar və s.). Çoxlarının cibində olan pul sadəcə növbəti gün iş yerinə çatan qədər bəs edir. Sosial karantin elan edildiyi və xüsusi ilə də gündəlik xidmətlərə tələbin aşağı düşdüyü cari vəziyyətdə ən qısa müddətdə bu insanlara istehlak səbəti nəzərə alınmaqla minimum maddi dəstəyin edilməsi mexanizmi işlənib hazırlanmalıdır (karantin müddətində kommunal xidmət haqlarından azad etmə, hər bir ailə üzvü üçün 100 manatlıq limit müəyyən edilən kart və s.). Bu kimi addımlar həmçinin insanların karantin tələblərinə daha ciddi riayət etmələrinə və beləliklə də virusun insan itkilərinin və təsirlərinin daha da azaldılmasına müsbət təsir edə bilər”.