Month: March 2020

  • Ermənistanda koronavirusa yoluxanların sayı 266 oldu

    Число зараженных коронавирусом в Армении достигло 266. Таким образом, количество случаев заражения COVID-19 в республике за сутки увеличилось на 17.

    Об этом сообщает Sputnik Армения со ссылкой на Национальный центр по контролю и профилактике заболеваний.

    По состоянию на 24 марта, число инфицированных составляло 249. Премьер-министр Армении Никол Пашинян, комментируя показатели распространения коронавируса в стране, отметил, что новые случаи заражения зафиксированы на производственных предприятиях в Котайке и Ереване.

  • Ermənistanda koronavirusa yoluxanların sayı 266 oldu

    Ermənistanda son bir gündə 17 nəfər koronavirusa yoluxub.

    Bu barədə “Sputnik Ermənistan” bu ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən xəbər yayıb.

    Bununla da, Ermənistanda koronavirusa yoluxanların sayı 266-ya çatıb.

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə koronavirusun yayılması barədə danışarkən, Kotayk və Yerevandakı istehsal müəssisələrində yeni yoluxma hallarının qeydə alındığını vurğulayıb.

  • Временно закрыты залы ожидания Центра транспортного обмена “Кероглу”

    Временно закрыты залы ожидания Центра транспортного обмена “Кероглу” в Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил руководитель пресс-службы Бакинского транспортного агентства (БТА) Маис Агаев.

    По его словам, цель данного решения – предотвратить скопление пассажиров в закрытом пространстве на период действия особого режима, поскольку возрастает риск заражения COVID-19.

    БТА призывает пассажиров с пониманием отнестись к данному решению.

  • Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı

    “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

    Onun sözlərinə görə, gözləmə zallarına girişin məhdudlaşdırılması xüsusi karantin rejimi ilə əlaqədardır:

    “Ölkə ərazisində bir ay davam edən karantin rejimi müddətində sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almağa çalışırıq. Nəzərə almaq lazımdır ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha da yüksək olur. Sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını və avtobusları perronlarda gözləmələrini xahiş edirik”.

  • Sabahın havası açıqlandı

    Martın 26-na gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

    Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz isə 12-16° isti olacağı bildirilir.

    Bakıda gecə 6-8°, gündüz isə 14-16° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək – 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 5-10°, gündüz isə 15-20° isti olacağı bildirilir. Dağlarda gecə 0-5°, gündüz isə 7-12° isti olacaq.

  • Karantində qalan Azər Zadə: “14 gündə hər kəsdən iki, məndən üç analiz götürdülər” – VİDEOMÜSAHİBƏ

    Dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etməkdədir. Çindən başlayaraq, bir çox ölkələrə, eləcə də Azərbaycana yayılmış koronavirusa qarşı mübarizə aparmaq üçün çox ciddi tədbirlər görülür. Xaricdə olan həmvətənlərimiz mövcud vəziyyətlə əlaqədar, bir sıra ölkələrlə müqayisədə daha təhlükəsiz olan Azərbaycana üz tuturlar.

    Onlardan biri İtaliyada yaşayan Azər Zadədir (Rzazadə).

    Median.Az Milanın “La Skala” Akademiyasında təhsil alan ilk azərbaycanlı opera ifaçısı, Ozimo Opera Sənəti Akademiyasının məzunu, bir çox beynəlxalq müsabiqələrin qalibi, Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə ilə müsahibəni təqdim edir.

    – “La Skala”da təhsil alan ilk azərbaycanlısınız və məzun olduqdan sonra İtaliyada yaşamaq qərarına gəlmisiniz. Özünüz haqqında danışardınız.

    – 1990-cı ildə Bakıda ziyalı, musiqiçi ailəsində doğulmuşam. Musiqiyə sevgim də atam Zaur Rzayev sayəsində yaranıb. Hər zaman təhsilimə üstünlük vermişəm. Səsimi ilk dəfə uşaqlıq illərimdə kəşf etdilər. Atam bunu biləndə mənə dəstək oldu. Opera sahəsini seçdim və özümü daha da inkişaf etdirmək üçün bu musiqi janrının vətəninə – İtaliyaya getməyi qərara aldım. Bakıda Milli Konservatoriyada professor Hüseyn Əliyevin sinfində təhsil almışam. Daha sonra Milanda “La Skala” Akademiyasını bitirmişəm.

    Yaradıcılığıma İtaliyada davam etdim. Bu günə qədər bir çox müsabiqələrdə iştirak etmişəm, qalib olmuşam. İtaliyanın opera səhnələrində “Traviata”, “Maqbet”, “Bohema” və digər əsərlərdə aparıcı partiyaların ifaçısı olmuşam. Mövcud vəziyyətə qədər Avstriya, Fransa, Yunanıstan və digər ölkələrdə qastrol səfərlərində olmuşam.

    – Əvvəllər Azərbaycana tez-tez gəlirdiniz?

    – Əlbəttə. Valideynlərim burada yaşayır. İtaliya gözəldir, amma insan öz vətənində olduğu qədər heç yerdə rahatlıq tapa bilmir. Azərbaycana tez-tez gəlirdim.

    – Mövcud vəziyyət dediniz. Söhbət koronavirus pandemiyasından gedir?

    – Təəssüf ki, bəli. Bilirsiniz, Çindən sonra ən çox yoluxma halı qeydə alınan ölkələrdən biri də İtaliyadır.

    – Bir qədər bu barədə danışmağınızı istərdik. İlk olaraq nə zaman eşitdiniz ki, İtaliyada koronavirus yayılıb?

    – Bu söhbətlər yayılanda mən Moskvada Böyük Teatrda idim. Sonra Bakıya döndüm və 4 gün sonra Milana uçmalı oldum. Çünki Venesiyada tamaşamız vardı. Mən Milana çatanda bu barədə öyrəndim və təəssüf ki, virusun, demək olar ki, episentrinə düşdüm. Bir qədər sonra ölkədəki vəziyyət insanları narahat etməyə başladı.

    Bütün tamaşalar, konsert proqramları ləğv olundu. Mənim bir neçə şirkətlə imzaladığım müqavilələr təxirə salındı. Azərbaycana qayıtmalı oldum.

    – Azərbaycana qayıtdığınız zaman karantinə alındınız. Karantində vəziyyət necə idi?

    – Əvvəlcə onu deyim ki, mən Azərbaycana Milan – Moskva – Bakı marşrutu ilə gəldim. Təbii ki, hava limanında özüm yaxınlaşdım və bildirdim ki, İtaliyadan gəlmişəm. Əvvəlcədən valideynlərimlə danışmışdım və demişdim ki, evə gəlməyəcəyəm. Çünki bu ciddi prosesdir. Yoxlanılmadan virus daşıyıcısı olub-olmadığımızı öyrənə bilmərik.

    Aidiyyəti üzrə məni və digər bir neçə nəfəri Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına apardılar. Mərkəzin ikinci və üçüncü mərtəbəsində xüsusi palatalar ayrılmışdı. İnsanlar iki-iki qalırdılar. Bunu deməyim yanlış anlaşılmasın, heç bir ayrıseçkilik yox idi. Sadəcə, belə alındı ki, mən tək otaqda qalırdım. Otaqlarda şərait çox yaxşı idi. Səliqəli idi. Otaqları gün ərzində 4 dəfə təmizləyirdilər. Natəmizlik müşahidə etmədim.

    Sadəcə, bir gün su problemimiz oldu. Onu da bildirdik və qısa zamanda həll olundu. Bəzən bu kimi hallarda insanlar çox aqressiv yanaşırlar. Amma belə çətin vəziyyətdə bir-birimizə dəstək olmalıyıq. 10 pozitiv məqamdan bir neqativi görmək, onu qabartmaq düzgün deyil.

    – Karantində gündəlik nələr edirdiniz?

    – Mən Milanda olanda da evdə darıxırdım. Bakı, mətbəximiz üçün. Amma karantində sıxılmadım. Bizə çox ciddi nəzarət edirdilər. Həkimlər hər şeyə çox ciddi yanaşırdılar. Biz də onlara kömək etmək üçün təlimatlara əməl etməyə çalışırdıq. 14 gün ərzində məndən üç dəfə analiz götürüldü. Bildirdilər ki, bunu ehtiyat məqsədilə edirlər. Əslində, hər kəsdən iki dəfə analiz götürülmüşdü.

    İkinci mərtəbədə təxminən 9-10 nəfər qalırdıq. Hər saatın tamamında hərarətimiz ölçülürdü. 14 gün ərzində hərarətim 36,2 – 36,6 aralığında dəyişib. Bir gün belə öskürək və ya hərarətimin yüksəlməsi müşahidə edilməyib.

    – Karantində hansı yaş qrupundan olan insanlar çox idi?

    – Qadın, kişi, gənc, qoca – fərqi yox idi. Hər yaş qrupundan olan insanlar var idi. Üçüncü mərtəbədə tələbələr qalırdı. Hər kəs eyni qaydada 14 gün boyunca həkimlərin göstərişlərinə riayət etdi. Müddət bitdikdən sonra isə evə buraxıldıq.

    – Karantində qalan şəxslərin analiz nəticələrində müsbət nəticə olan oldumu?

    – Xeyr. Bizimlə bərabər qalan şəxslərin, demək olar ki, hamısı xaricdən gəlmişdi. Onların heç birində koronavirus diaqnozu təsdiqlənmədi. Bütün nəticələr mənfi oldu. Bizi, sadəcə, ehtiyat məqsədilə saxlamışdılar.

    – Bir müddət əvvəl atanızın koronavirus şübhəsi ilə karantinə alındığına dair məlumatlar yayılmışdı. İstərdim, bu məlumata da aydınlıq gətirəsiniz.

    – Bəli, təəssüf ki, bu günlərdə mediada Zaur Rzayevin karantinə alınması ilə bağlı qeyri-dəqiq məlumat yayılmışdı. Bu, həqiqəti əks etdirmir. Xahiş edirəm, belə məlumatları yayıb insanları təlaşa salmayaq. Mənim atam evdədir, səhhətində heç bir problem yoxdur.

    – Bəzi insanlar karantindən qorxur. Onlara nə demək istərdiniz?

    – Bu çox səhv yanaşmadır. Karantindən qətiyyən qorxmaq lazım deyil. Bu bizim, yaxınlarımızın təhlükəsizliyi üçün önəmlidir. Sadəcə, əgər bu məsələdə narahatlıq keçirən insanlar varsa, onlara qarşı bir qədər daha həssas yanaşılmalıdır. 

    – Proseslərin nə qədər davam edəcəyi bilinmir. Qarşıda sənətlə bağlı hansı planlarınız var?

    – Mənim vəzifəm Azərbaycanı başqa ölkədə layiqincə təmsil etmək idi. Düşünürəm ki, indiyə kimi bunun öhdəsindən layiqincə gəlmişəm. Düşünmürəm ki, bu dəqiqə hər şey bitsə, mən yenidən İtaliyaya qayıdacağam. Ümumiyyətlə, bu barədə hələ düşünmürəm. Çünki əvvəlcə canımız sağlam olmalıdır. Daha sonra isə bizi nələrin gözlədiyini görəcəyik.

    Mənbə: oxu.az

  • Azərbaycanda 22 dərəcə isti olub – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 25-i gündüzədək ölkə ərazisində hava şəraiti sabit və yağmursuz keçib.

    Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik, Biləsuvar, Lənkəranda duman müşahidə olunub.

    Havanın temperaturu martın 24-də Bakıda iqlim normasından 5,7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Aran rayonlarında 17-20° isti, dağlıq rayonlarda 12°-dək isti, Naxçıvan MR-da 16-22° isti olub.

  • Азербайджан продлил ограничительный режим на границе с Ираном

    Для предотвращения распространения коронавирусной инфекции временное закрытие госграницы между Азербайджаном и Ираном на основе ограничительного режима продлевается до 20 апреля.

    Об этом сообщает оперативный штаб при Кабинете министров Азербайджана.

  • Azərbaycan-İran sərhədinin bağlanması müddəti uzadıldı – RƏSMİ

    Azərbaycanla İran arasında sərhədin bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılır.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

    Qeyd edək ki, sərhədin bağlanması barədə ilk qərar fevralın 29-da verilib. Martın 12-də isə müddətin daha iki həftə uzadılması barədə qərar qəbul olunub.

  • Объявлена программа передачи “Время урока” на 26 марта – ФОТО

    Обнародована завтрашняя программа передачи “Время урока”, транслируемой на телеканалах Mədəniyyət и ARB Günəş при организации Министерства образования Азербайджана.

    Уроки начнутся в 10:00, говорится в сообщении образовательного ведомства.