Month: March 2020

  • Azərbaycanda bu şəxslərin maaşları beş dəfə artırıldı – QƏRAR

    Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

    – tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində;

    – təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;

    – pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.

    Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

    Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini beş gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim emək tapşırılıb.

    Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

    Qeyd edək ki, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə bu qərarı qəbul edib.

  • Azərbaycanda 5 aprelə qədər qeyri-iş günüdür – RƏSMİ

    Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabineti qərar verib.

    Qərarda deyilir:

    “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.

    2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir”.

  • AZAL bu yüklərin təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək

    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək.

    Qeyd edək ki, AZAL QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər.

  • В Азербайджане продлены нерабочие дни – ОФИЦИАЛЬНО

    В Азербайджане продлены нерабочие дни. Так, для граждан, работающих в пятидневном графике, дополнительные нерабочие дни установлены с 29 марта до 3 апреля 2020 года. Для лиц, работающих в шестидневном рабочем режиме, – с 26 по 28 марта и с 30 марта по 4 апреля.

    Об этом говорится в решении Кабинета министров об установлении нерабочих дней в качестве особого режима труда на территории Азербайджанской Республики.

    Первая часть этого решения не распространяется на объекты государственного значения и жизненного обеспечения, а также на банки, супермаркеты, продуктовые магазины, фармацевтические учреждения, аптеки, предприятия по производству пищевых продуктов.

    Она также не относится к руководящим работникам государственных органов и структур.

  • Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir – RƏSMİ

    Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşib.

    Bunlar aşağıdakılardır:

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

    Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı

    Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

    Azərbaycan Respublikasının Baş Prokurorluğu

    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

    Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

    Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

    Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

    Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

    Azərbaycan Respublikasının Təhsil Nazirliyi

    Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

    Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

    Azərbaycan Respublikasının Energetika Nazirliyi

    Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

    Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

    Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

    Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

    Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

    Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

    Azərbaycan Respublikasının Mərkəzi Bankı

    Azərbaycan Respublikasının Dövlət Neft Fondu

    Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi

    Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

    Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi

    Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

    Azərbaycan Respublikasının Hesablama Palatası

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

    “Azəriqaz” İstehsalat Birliyi

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

    “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

    “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti

    Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

    “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

    “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı

  • КПП на границе Азербайджана и Грузии изменил временной режим пропуска граждан

    Изменен временной режим пропуска через КПП “Сыныг корпю” для граждан Азербайджана, возвращающихся из Грузии, и для грузинских граждан, движущихся в противоположном направлении.

    Об этом местному бюро АПА сообщили в посольстве Азербайджана в Грузии.

    Отмечается, что новый временной режим пропуска – с 10:00 до 12:00 (прежний – с 10:00 до 18:00).

    При этом режим для пропуска грузов не изменился.

  • Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.

    Bu barədə Report-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

    Hər iki ölkə hökumətinin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

    Səfirlikdən qeyd olunub ki, Azərbaycan və Gürcüstan vətəndaşlarının vətənlərinə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

    Xatırladaq ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Sınıq körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

    Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq.

  • Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlandı

    Hazırda respublika üzrə 10 mindən çox tənha şəxsə evlərində gündəlik olaraq xidmət göstərilir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, ƏƏSMN tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb.

    Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərdən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, bu şəxslərə yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb və könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib.

    Respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.

    Bu sahədə işlər DOST, ASAN və YAP könüllüləri, həmçinin Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri cəlb edilməklə yerinə yetirilir.

    Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da yaşlıların evdə sosial xidmətlə təminatına mühüm dəstəkdir. Aksiya çərçivəsində müəssisə sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, onlara ödənişsiz taksi xidmətini təşkil edib. Bu da tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə yönəlib.

    Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də bu işlərə öz dəstəyini verir.

    Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin ediliblər və xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçirilir.

  • Bakıda qadın pəncərənin şüşəsini silərkən 21-ci mərtəbədən yıxıldı

    Bakıda qadın 21-ci mərtəbədən yıxılaraq ölüb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bildirilib ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 21-də qeydə alınıb.

    Belə ki, sözügedən ünvanda yaşayan 1991-ci il təvəllüdlü G.Məmmədova pəncərənin şüşəsini təmizləyən zaman yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda restoranlar karantin rejminə əməl edir? – VİDEO

    Koronavirus pandemiyası ilə mübarizə məqsədilə Azərbaycanda martın 24-ü, saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan olunub.

    Bu rejimə daxil olan qaydalardan biri də ictimai iaşə müəssisələrinin saat 12:00-dan 15:00-dək çalışmasıdır.

    Qaydalara nə dərəcədə əməl olunduğunu araşdırmaq məqsədilə Baku TV-nin əməkdaşları şəhərin müxtəlif kafe və restoranlarında müşahidələr aparıb.

    Ətraflı videomaterialı təqdim edirik: